Məhkəmə qərarları › İş №2(103)-1194/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1194/2025

12.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1194/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əli-X10nın cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı mülki iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı Əli-X10nın və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əli-X10nın cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-3529/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin intizam tənbehinin tətbiq edilməsi barədə əmrindən görünür ki, Ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində xx.xx.2024cü il tarixində Bakı şəhər Sabunçu rayonu 81 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkli və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5”sinin 5.5.8 və 5.5.11-ci bəndlərini rəhbər tutaraq, əmr edilmişdir: .... 2.3. Bakı şəhəri 81 nömrəli tam orta məktəblə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin: 2.3.1.Fəaliyyətlərində yol verdiyi nöqsanlara görə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində işləyən Patimə Heydərovanın müəllim saxlanılmaqla, tutduğu vəzifədən azad edilməsi; 2.3.2.Fəaliyyətlərində yol verdiyi nöqsanlara görə təlim-tərbiyə işləri üzrə direktor müavini Lamiyə İbrahimovaya xəbərdarlıq edilməsi; 2.3.3.Dərnək məşğələlərinin tədrisinə görə əsassız ödənilmiş əməkhaqqının dövlət büdcəsinə bərpası; 2.3.4.Dərsdənkənar məşğələlərin tədrisinə görə əsassız ödənilmiş əməkhaqqının dövlət büdcəsinə bərpası. Əmrin verilməsinə əsas ATİAHİ Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri S.Rəsullunun xx.xx.2024-cü il tarixli 145 nömrəli protokolundan çıxarış, müvafiq izahatlar və aktlar olmuşdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin intizam tənbehinin tətbiq edilməsi barədə əmrdən görünür ki, Ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində xx.xx.2024cü il tarixində Bakı şəhər 81 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlimtərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkli və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5”sinin 5.5.8 və 5.5.11-ci bəndlərini rəhbər tutaraq, Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru Əli-X10 ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən ləğv edilmişdir. Əmrin verilməsinə əsas ATİAHİ Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri S.Rəsullunun xx.xx.2024cü il tarixli 144 nömrəli protokolundan çıxarış, müvafiq izahatlar və aktlar olmuşdur. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Rəsulluya ünvanladığı məktubdan görünür ki, əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru X6 və Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru Əli-X10 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə bağlı münasibət bildirilməsi təklif edilmişdir. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Rəsullu tərəfindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış məktubdan görünür ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 59-D-153 tarixli təqdimata cavab olaraq bildirilir ki, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru X6 və Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru Əli-X10 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsində baxılmış və 14 may 144 nömrəli və 15 may 145 nömrəli qərarla razılıq verilmişdir. ATİAHİ Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024cü il tarixli iclasının 144 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Əli-X10 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 81 saylı tam orta məktəbdə aparılmış yoxlama zamanı tərtib edilmiş aktın surətindən görünür ki, 10d, 11a, 11b, 11c və 11d sinifləri üzrə dərsdə iştirak edən şagirdlərin faizi 26-40 faiz arası olmuş, 10b və 10d sinifləri üzrə İnformatika və İngilis dili fənləri bölünməli olduğu halda bölünməmiş, “Qarabağ Azərbaycandır” və “Kiçik riyaziyyatçılar” adlı 18 saat dərnək məşğələləri tədris ili ərzində tədris olunmayıb, tədris ili ərzində 33 saat (fakültativ) dərsdənkənar məşğələlərin tədris olunmadığı müəyyən edilmiş, 6-cı sinifin fərdi təhsilə cəlb olunmuş şagirdi Angelina Rasxopanın şəxsi işində cari tədris ilində heç bir qeydlər aparılmamış, şagirdin biliyi qiymətləndirilməmiş, sinif jurnalında dərs proqramı natamam yazılmış, şagirdlərin dərsdə iştirak etmədiyi gün üçün qayiblər qoyulmamış, müəllimlərin dərs bölgüsü Pedaqoji şurada müzakirəyə çıxarılmamış, siniflərin komplektləşdirilməsi, Pedaqoji şuranın kitabında şagirdlərin adlı siyahısı qeyd olunmamış, oktyabr ayında dərs cədvəlində dəyişiklik olsa da, bu barədə əmr və sənədləşmə işləri aparılmamış, 9, 10, 11-ci siniflərdə dərslərdə iştirak etməyən şagirdlərin biliyi fənn müəllimləri tərəfindən qiymətləndirilməmiş, sinif jurnallarında şagirdlərin davamiyyəti barədə qeydlər aparılmamaqla bərabər mövzular gündəlik yazılmamış, kiçik xidmətedici işçilərin davamiyyəti yoxlanarkən (10:50-də) Gülşən Abbasova, Zərifə Verdiyeva, Nərminə Heydərova, X14 Allahverdiyeva, Sevil Süleymanova, Firyəddin Məmmədov, Rahib Bəkirov, Nicat Bədəlov, İbrahim Ağabəyov, Zəminə Mustafayeva, Aləmzar Məmmədquliyeva, Daşqın Nİftəliyev və Nuranə Cəfərova iş yerində olmadıqları və əmək funksiyalarını yerinə yetirmədikləri müəyyən edilmiş, təsərrüfat işləri üzrə direktor müavini Gülbahar Heydərovanın əri Ehtiram Heydərov tabeçiliyində gözətçi vəzifəsində çalışdığı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabında imzalar müəllimlərin özləri tərəfindən qeyd edilməmişdir. Aktın doğruluğunu təsdiq edənlər arasında Mehriban Əli-zadə imza etmişdir. Ümumi təhsil müəssisələrində aparılacaq monitorinqlər üzrə meyar və indikatorlar, qiymətləndirmə cədvəlinin surətindən görünür ki, qiymətləndirmə Sabunçu rayonu 81 nömrəli tam orta məktəbdə xx.xx.2024-cü il tarixdə aparılmış və müvafiq olaraq uyğundur, qismən uyğundur, uyğun deyildir sütunlar üzrə qiymətləndirmələr edilmişdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon 81 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X4 tərəfindən ünvanlanmış izahatın surətindən görünür ki, məktəbdaxili qiymətləndirmədə iştirak etməyən şagirdlərin fənn müəllimləri tərəfindən qiymətləndirilməsi aparılmışdır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon 81 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini Əli-X10 tərəfindən ünvanlanmış izahatın surətindən görünür ki, o, aktda göstərilən nöqsanlarla tanış olaraq qismən razı olmasını, bir daha belə hallara yol verilməyəcəyinə və nöqsanları aradan qaldıracağına söz verməsini bildirmişdir. ЙТ-İ №0395425 nömrəli Əli-X10na məxsus əmək kitabçasının surətindən görünür ki, o, 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri 81 saylı tam orta məktəbin direktoru vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin məktəbin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Əli-X10 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-281n/2024 nömrəli əmrinin ləğv edilməsi, Əli-X10nın işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Əli-X10 Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyində olan ümumi təhsil müəssisələrində fəaliyyətə xx.xx.1984-cü il tarixində Nərimanov rayonu 193 nömrəli məktəbdə kimya kabinetinin laborantı vəzifəsinə işə qəbul edilməklə başlamış və xx.xx.1985-ci il tarixinədək həmin məktəbdə işləmişdir. xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək 215 nömrəli məktəbin ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.1989-cu il tarixində 215 nömrəli məktəbin ingilis dili müəllimi vəzifəsinə işə qəbul olmuş, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı ilədək 177 nömrəli məktəbin sinifdən xaric və məktəbdən kənar tərbiyə işləri üzrə təşkilatçısı vəzifəsində işləmişdir. xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək 66 nömrəli məktəbin sinifdən xaric və məktəbdən kənar tərbiyə işləri üzrə təşkilatçısı vəzifəsində işləmişdir. Eyni zamanda da xx.xx.1991-ci il tarixindən xx.xx.1991ci il tarixinədək 215 nömrəli məktəbin ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək 157 nömrəli məktəbin ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.1995-ci il tarixindən Respublika İncəsənət Gimnaziyasının ingilis dili müəllimi və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Respublika İncəsənət Gimnaziyasının ibtidai siniflər üzrə direktor müavini, xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək isə Respublika İncəsənət Gimnaziyasının əvəzçi ingilis dili müəllimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2010-cu il tarixli 11/695 nömrəli əmri ilə Bakı şəhəri 28 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş və xx.xx.2015-ci il tarixinədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli 11/924 nömrəli əmri ilə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Uzun müddət kollektivə rəhbərlik etmiş və işlədiyi müddətdə məktəbdə heç bir ciddi nöqsan aşkar edilməmiş məktəbin idarəçiliyi və tədrisin keyfiyyəti ilə bağlı hər hansı bir irad bildirilməmişdir. Təhsil Nazirliyində aparılmış struktur dəyişikliyindən sonra münasibət dəyişmişdir. Belə ki, M.Əli-zadə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə getmiş və ona əvvəlcədən hazırlanmış imza tarixi qoyulmamış həm işdən çıxma, həm də yenidən işə qəbul ərizələri təqdim edilmişdir. Bildirilmişdir ki, rəhəbərliyin tapşırığına əsasən təqdim olunur və imzalanması bildirilmişdir. M.Əli-zadə tərəfindən ərizələr imzalanmış, lakin ona nə işdən çıxma əmri, nə də yenidən eyni vəzifəyə təyin edilməsi barədə əmrlərin surəti təqdim edilməmişdir. Ona məxsus ИТ–İ ******* nömrəli əmək kitabçasında səhifə 28-29 da iş haqqında məlumat bölməsində deyil həvəsləndirmələr haqqında bölmədə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi qeyd edilmişdir. Həmin səhifələrdə yenidən 35-ci qeydlə “34 nömrəli bənd etibarsız hesab edilsin” sözləri yazılmış, lakin möhürlə təsdiq edilməmişdir. Həmin əmrin surəti ilə iddiaçı tanış edilməmiş və əmrin surəti iddiaçıya verilməmişdir. Faktiki olaraq Əmək kitabçasında əmək müqaviləsinin ləğvi barədə əmrlə bağlı qeyd mövcud deyildir. M.Əli-zadənin yenidən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 19 mart əmri ilə 81 nömrəli tam orta məktəbin direktoru təyin edilməsi barədə əmrlə o tanış edilməmiş, onun 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmək müqaviləsi bağlanılmamış və ona əmək müqaviləsinin bir nüsxəsi təqdim edilməmişdir. Əmək kitabçasının 30-31-ci səhifəsində həvəsləndirmə haqqında məlumat bölməsində yazılmış 35 nömrəli qeyddə “Bakı şəhəri 82 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən 1 il müddətinə direktor vəzifəsinə təyin edilir” sözləri qeyd edilmişdir. Qeydin altında təsdiq imzası isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan Resursları üzrə sektor müdiri Aygün Bayramovanın imzası vardır. Lakin onun əmək kitabçasını imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Həmin qeyddən sonra 36-cə qeydlə “35 nömrəli bənd etibarsız hesab edilsin” qeydi yazılsa da nə imzalanmamış nə də möhürlə təsdiq edilməmişdir. 34 nömrəli qeydlə M.Əli-zadə ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 3-29-69/3-1 264k/2024 nömrəli əmrlə xitam verildiyi qeyd edilmişdir. Yenidən 32-33-cü səhifədə nömrəsiz qeydlə “Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilsin” sözləri qeyd edilmiş İnsan resursları üzrə sektor müdiri Aygün Bayramova tərəfindən imzalansa da möhürlə təsdiq edilməmişdir. Həmin səhifənin məlumat bölməsinin 2-ci sütununda xx.xx.2024-cü il tarixi qeyd edilmişdir. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 329-69/3-1-264k/2024 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək kitabçasının doldurulması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. İşəgötürən tərəfindən M.Əli-zadənin öz xahişinə əsasən işdən çıxarılmasına cəhd edilsə də, M.Əli-zadə öz xahişi ilə işdən çıxma barədə ərizə yazmamışdır. M.Əli-zadə xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-267/k2024 nömrəli əmrlə yenidən xx.xx.2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bir aydan artıq işləmiş işəgötürən tərəfindən məktəbin direktoru Mehriban Əli-zadəni işdən çıxarmaq məqsədilə qərəzli şəkildə Bakı şəhərində pis hava şəraiti olan gün, xx.xx.2024-cü il tarixində qəflətən məktəbdə yoxlama keçirilmiş, məktəbdə davamiyyət yoxlanılmış, qərəzli şəkildə müəllimlərə təzyiq edərək direktoru öz otağından çıxararaq müəllimlər dəvət olunmuş və direktora qarşı izahatlar alınmış, akt tərtib edilmiş və işdən çıxarılmışdır. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbdə xx.xx.2024-cü il tarixindı Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesin təşkili və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilməsi göstərilərək Əli-X10 ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə xx.xx.2024-cü il tarixində Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-281n/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsi ləğv edimişdir. 2015-ci ildən məktəbə rəhbərlik etmiş təcrübəli məktəb direktoru yenidən təyin edildikdən cəmi 1 ay keçməmiş yoxlama aparılaraq heç bir xəbərdarlıq, töhmət verilmədən, hər hansısa nöqsanların aradan qaldırılması tapşırılmadan işdən çıxarılması qərəzli məqsəd daşımışdır. İddiaçı Əli-X10nın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində akt və protokollar deyil, yalnız əmr mübahisələndirilir. Çünki əmr Əmək Məcəlləsinin tələblərinə uyğun formada tərtib edilməmiş və əsaslandırılmamışdır. Həmkarlar İttifaqının protokolunda da iddiaçının hansı əsasla işdən azad edilməsi göstərilməmişdir. Həmçinin, şahidlər izahatında dərslərin qismən keçirildiyini təsdiq etsələr də, artıq ödənilən pul vəsaiti onlardan tam şəkildə tutulmuşdur. Bundan əlavə, dərnəklər könüllü əsaslarla fəaliyyət göstərir və uşaqların iştirakının məcburi şəkildə təmin edilməsi barədə müdiriyyətin üzərinə öhdəlik qoyula bilməz. Buna görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı Əli-X10nın nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, cavabdeh Agentlik yarandıqdan sonra 1 gün ərzində aparılan qərəzli yoxlama nəticəsində iddiaçı işdən azad edilir və bunun rəsmiləşdirilməsi ilə bağlı aparılan sənədlərləşdirmə zamanı da cavabdeh tərəfindən bir sıra nöqsanlara yol verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən azad edilsə də, nə bununla bağlı əmrdə, nə də həmkarlar ittifaqının iclas protokolunda işdən çıxarılma səbəbi aydınlaşdırılmır. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işçinin işdən çıxması halı əsaslandırılmalı idi. Həmçinin, iddiaçı tərəfindən cavabdehin mənafeyinə hansı formada xələl yetirilməsi və nə qədər ziyan vurulması da əmrdə, eləcə də protokoldan çıxarışda göstərilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən etirazda da əmr və protokoldan çıxarışa münasibət bildirilməmişdir. Həmçinin, cavabdeh yoxlama aparılan gün işçilərin bir qisminin işdə olmamasını iddia etsə də, daxili əmr əsasında həmin gün işçilər növbəli şəkildə işləyirdi. İşçilərin davamiyyətini isə bununla bağlı kitabça əsasında müəyyən etmək olar və oradakı imzaların saxtalaşdırılması faktı yalnız xətşünaslıq ekspertizası nəticəsində aydınlaşdırıla bilər. Bundan əlavə, Agentliyin nümayəndəsi tərəfindən işçilərdən alınan izahatlardan görünür ki, işçilər də hər hansı maddi ziyan vurulmadığını və onlara göstərilən formada qeydlər apardıqlarını bildirmişlər. Belə olan halda da işçilərin təzyiq əsasında izahat verməsi aydın olur. Həmçinin, tərtib olunan protokollardan da görünür ki, işçilərdən biri 2 dəfə, həm öz, həm də digər işçinin əvəzinə protokolu imzalamışdır ki, bu da yolverilməzdir. Həmçinin, direktor məktəbin şagirdlərinin davamiyyətini tənzimləyən şəxs deyil, bu məsələ direktorun təlim-tərbiyə üzrə müavinin səlahiyyətindədir. Digər tərəfdən, cavabdeh tərəfindən azyaşlı uşaqla bağlı protokola münasibətdə isə, iddiaçı həmin uşağın maddi vəziyyətini nəzərə alaraq fərdi müəllim əsasında hissəvi təhsil təşkil etmişdir və bu barədə razılaşma tam şəkildə qaydalara uyğun olmuşdur. Həmçinin, hər il FHN tərəfindən yoxlama keçirilməsinə və təxliyə planının yerləşdirilməsinə dair akt tərtib olunmasına baxmayaraq, cavabdeh tərəf təxliyə planının məktəbdə asılmaması halına istinad etmişdir. Eyni zamanda cavabdehin əksini iddia etməsinə baxmayaraq, tədris sistemində məsul şəxsin seçilməsi kimi bir qayda yoxdur. Bundan başqa, şagirdlərin davamiyyəti ilə bağlı hissədə isə, cavabdeh yoxlama aparılan gün bəzi siniflərə ümumiyyətlə daxil olmamış, digər siniflərin davamiyyəti isə cavabdeh tərəfindən tərtib olunmuş aktlara əsasən, 75-100% olmuşdur. Halbuki, cavabdeh tərəf sinif üzrə şagirdlərin ümumiyyətlə olmamasına istinad etmişdir ki, bu da ziddiyyətli haldır. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X7 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, keçirilən yoxlama zamanı aşkar olunan pozuntular barədə akt tərtib olunmuşdur. Aktda bütün siniflərin davamiyyəti olduğu kimi əks etdirilmiş və hər hansı qərəz faktı mövcud olmamışdır. İddiaçının özü də izahatında bir sıra nöqsanlara yol verdiyini etiraf etmişdir. Tərtib olunan əmr isə izahatlar, akt və Həmkarlar İttifaqının protokolundan çıxarış ilə əsaslandırılmışdır. Həmçinin, Həmkarlar İttifaqının öz razılığını əsaslandırmaq barədə öhdəliyi də mövcud deyil. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X7 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, cavabdehin mənafeyinə xələl yetirilməsi yalnız maddi zərərlə ölçülmür. İddiaçının cavabdehin mənafeyinə hansı formada zərər vurması aktda konkret olaraq göstərilmişdir. İddiaçı tərəfindən hissəvi təhsil təşkil edilməsi ilə bağlı izahatdan da görünür ki, bu barədə jurnalda hər hansı bir qeyd aparılmamışdır. Bu hal da eynilə aktda tərəflərindən təsbit olunmuşdur. xx.xx.2024-cü il tarixdə aparılan yoxlama nəticəsində xeyli sayda nöqsanlar aşkar edilmiş və burada hər hansı qərəzdən söhbət gedə bilməz. İndikatorda da xeyli sayda “uyğundur və ya qismən uyğundur” işarələri mövcuddur. Əgər iddiaçıya qərəz faktı mövcud olsa idi, indikatorda yalnız “uyğun deyil” işarələri əks olunardı. Həmçinin, cavabdeh tərəfindən təhsil və təlimin keyfiyyətinin müəyyənləşdirilməsi üçün mütəmadi monitorinqlərin aparılması üçün hər hansı səbəb və ya qərəzə ehtiyac yoxdur, bu birbaşa cavabdeh Agentliyin vəzifəsi kimi müəyyən olunmuşdur. İddiaçının işdən azad olunması ilə bağlı tərtib edilən əmr də kifayət qədər əsaslandırılmışdır. İddiaçı məktəbin fəaliyyətinə məsul olan şəxsdir və nöqsanlarından biri də şagirdlərin davamiyyəti ilə bağlı qaydaların pozulmasıdır. Belə ki, yoxlama nəticəsində dərsdə iştirak etməyən şagirdlərə qiymət yazılması aşkar olunmuşdur. Bu fakt direktor müavinin izahatında da öz əksini tapmışdır. Həmçinin, bəzi fənlərin tədrisi zamanı sinifdəki şagirdlərin saylarının bölünməsi ilə ayrı-ayrılıqda həyata keçirilməsi nəzərdə tutulsa da, yoxlama zamanı bu halın pozulduğu, habelə dərs proqramlarının jurnalda qeyd olunmadığı, müəllimlərin dərs bölgüsü barədə məsələnin pedoqoji şuranın müzakirəsinə çıxarılmadığı, dərs cədvəllərindəki dəyişikliklərlə bağlı rəsmiləşdirilmənin aparılmadığı da müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı da öz izahatında 18 saat müddətinə dərnək dərslərinin keçirilmədiyini də təsdiq etmiş və fakültativ məşğələlərin də tədris olunmadığı aşkar edilmişdir. İddiaçı cavabdeh müəssisənin fəaliyyətinə rəhbərlik etməklə, onun fəaliyyəti ilə bağlı məsuliyyət daşıyır. Direktorun da bir işçi kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b” və “f” bəndlərinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinin “b” və “d” bəndlərinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Belə ki, iddiaçı Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydaları pozmuş və bu hal kütləvi xarakter daşımışdır. İX, X, Xİ siniflərdə dərslərdə iştirak etməyən şagirdlərin biliyi fənn müəllimləri tərəfindən qiymətləndirilmişdir. Bununla da, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nın və “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın 2.2-ci bəndinin və 2 nömrəli Əlavəsinin tələbləri pozulmuşdur. Sinif jurnallarında şagirdlərin davamiyyəti barədə qeydlər aparılmamaqla bərabər mövzular gündəlik yazılmamışdır. Bununla da, həmin “Təlimat”ın 2.2-ci bəndinin və 2 nömrəli Əlavəsinin tələbləri pozulmuşdur. Həmin Təlimatın 2.2.4-cü bəndinə əsasən sinif jurnalının düzgün aparılması və qorunub saxlanması üçün məktəbin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə müavini bilavasitə məsuliyyət daşıyırlar. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X4 izahatında bildirmişdir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi, monitorinqlərin təşkili və həyata keçirilməsi, məktəbdaxili qiymətləndirmənin aparılması, sinif jurnallarının təlimata uyğun yazılması onun nəzarətindədir. O bildirir ki, məktəbdaxili qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən şagirdlərin fənn müəllimləri tərəfindən qiymətləndirilməsinin aparılması onun qarşı çıxmasına baxmayaraq direktorun göstərişi ilə həyata keçirilmişdir. O həmçinin qeyd edir ki, adıçəkilən fəaliyyət onun vəzifə funksiyasına daxil olsa da, direktor və direktorun göstəriş verdiyi müəllimlər tərəfindən ona vəzifə funksiyalarını yerinə yetirməyə imkan verilmir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olmasına baxmayaraq, dərs cədvəllərinin tərtibi, fakültativ dərnək və məşğələlərin həyata keçirilməsinə nəzarət ona tapşırılmamış, dərs cədvəli məktəbin təşkilatçısı Patima Heydərova tərəfindən hazırlanmışdır. O qeyd edir ki, ona öz vəzifə funksiyalarını yerinə yetirməsi üçün şərait yaradılmır, şifahi formada nöqsanları bildirdiyi üçün də təzyiqlərə məruz qalır. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında imzalar müəllimlərin özləri tərəfindən qeyd edilməmişdir. Təsərrüfat işləri üzrə direktor müavini Gülbahar Heydərovanın əri Ehtiram Heydərovun onun birbaşa tabeçiliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilmişdir. Kiçik xidmətedici işçilərin davamiyyəti yoxlanarkən Gülşən Abbasova, Zərifə Verdiyeva, Nərminə Heydərova, Rəmziyə Nəbiyeva və s. şəxslərin iş yerində olmadıqları və əmək funksiyalarını yerinə yetirmədikləri müəyyən edilmişdir. Bununla da iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi bir daha öz təsdiqini tapmışdır. İddiaçı izahatında monitorinq nəticəsində aşkar edilmiş nöqsanlarla qismən razı olduğunu və nöqsanların qısa zamanda aradan qaldırılacağını bildirmişdir. Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Patima Heydərova izahatında nöqsanlara yol verdiyini etiraf etmiş və nöqsanları qısa zamanda aradan qaldıracağını bildirmişdir. Məktəbin uşaq birliyi təşkilatı rəhbəri Şahid2 izahatında dərnəkləri tam saatla keçə bilmədiyini etiraf etmişdir. Məktəbin biologiya laborantı Şahid1 da izahatında dərnəkləri keçə bilmədiyini etiraf etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı işlədiyi məktəbin direktoru olmuşdur. O, yoxlama zamanı verdiyi izahatın düzgünlüyünü təsdiq edir, həmçinin tədris etmədiyi dərs saatlarına görə əldə etdiyi əlavə əmək haqqını da cərimə olaraq ödəmişdir. Yoxlamadan sonra direktora təqdim etdiyi izahatı isə rəhbərliyin təkidi ilə məcburiyyət əsasında yazmışdır. Eyni zamanda, dərnəyin qüsurlarının çox olduğu barədə də məlumatlı idi. Yoxlama vaxtı verdiyi izahatı yazan zaman Elza xanım da orada olmuşdur. Dərnəkdə uşaqların iştirak etməməsi ilə bağlı nöqsanlar hava şəraiti, digər tədbirlərin çoxluğu ilə bağlı olmuşdur. Həmçinin, proqramlar da dərnəyin fəaliyyətinə uyğun olmamışdır. Dərnək dərsləri qismən keçirilmişdir. Yoxlama zamanı verdiyi izahatın yalnız başlıq hissəsi üçün onlara şablon forma təqdim edilmişdir. Hər hansı məcburiyyət faktı baş verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı işlədiyi məktəbin direktoru olmuşdur. O da 21-22 ildir ki, həmin məktəbdə işləyir. Keçirilən yoxlama zamanı dərnəyin fəaliyyətində nöqsanların mövcudluğu aşkar olunmuşdur. Belə ki, dərnək dərslərini məktəbin digər işləri ilə bağlı olaraq tədris edə bilməmişdir. Həmçinin, aylıq və yarımillik hesabatların da tərtib olunmasının zəruriliyi barədə məlumatlı deyildi. Direktora ünvanlanan ikinci izahatın məzmunu hazırda tam şəkildə yadında deyil, lakin həmin izahatda da bəzi üzrlü səbəblərdən dolayı dərnək dərslərini tədris edə bilmədiyini qeyd etmişdir. Artıq dərnək dərslərini tədris etmir. Dərnək dərsləri dərs saatlarından əvvəl, həftədə 3 dəfə, 3 saatdan az olmamaqla tədris olunmalı idi. Lakin o, hava şəraiti, digər tədbirlər və otaq saylarının azlığı ilə bağlı olaraq dərnək dərslərini tam saat çərçivəsində tədris edə bilmirdi. Həmin mövzuları tədris etmədiyi üçün, yalnız son 3 mövzuya aid proqramı jurnala qeyd etməmişdir. Aparılan yoxlama iddiaçının 9 illik fəaliyyəti dövründə ilk ciddi yoxlama idi. Bundan əvvəl müəyyən yoxlamalar aparılsa da, həmin zaman nöqsanlar aşkar edilməmişdir. Yoxlama zamanı verdiyi izahat üçün yalnız başlıq sahəsinin şablon forması təqdim edilmişdir. İzahatda diqtə olunma barədə fikri məhz bununla bağlı olmuşdur. Birinci izahat onun tərəfindən yazılmışdır və hər hansı məcburiyyət olmamışdır. Tədris etmədiyi dərs saatlarına görə əldə etdiyi əlavə əmək haqqını cərimə olaraq ödəmişdir. Yoxlama zamanı Aynur xanımla verdiyi izahatlar arasında oxşarlıq yoxdur. İzahat verən zaman Aynur xanımla eyni otaqda olmaları yadında deyil. Hesabatlar bəzən tərtib olunurdu, lakin hesabatların tərtib olunmasının zəruriliyi barədə məlumatlı deyildi. Hesabatların tərtib olunmasının zəruriliyi barədə konkret kimin məlumat verməli olmasını bilmir. Yoxlama prosesi 1 gün davam etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3529/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Əli-X10 2015-ci ildən Bakı şəhəri 81 saylı tam orta məktəbin direktoru vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin vəzifəyə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı bildirir ki, işdən çıxarılma barədə əmr qanunsuz olmuş, həmin əmr əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əsaslandırılmamış, həmçinin əmək kitabçasında işə götürülmə və işdən çıxarılma barədə müvafiq qeydlər qanunvericiliyin tələblərinə uyğun olmamış, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci yarımbəndinin tələbləri pozulmaqla aparılmışdır. Məhkəmə ilk növbədə iddiaçının əmək kitabçasının tərtibi ilə bağlı bildirdiyi aşağıdakı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, “35-ci qeydlə “34 nömrəli bənd etibarsız hesab edilsin” sözləri yazılmış, lakin möhürlə təsdiq edilməmişdir”, 35 nömrəli qeyddə “Bakı şəhəri 82 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən 1 il müddətinə direktor vəzifəsinə təyin edilir” sözləri qeyd edilmiş, lakin həmin qeydi imzalayan Aygün Bayramovanın əmək kitabçasını imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd təqdim edilməmişdir”, 36-cı qeydlə “35 nömrəli bənd etibarsız hesab edilsin” qeydi yazılsa da nə imzalanmış, nə də möhürlə təsdiq edilmişdir”, 32-33-cü səhifədə nömrəsiz qeydlə “Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilsin” sözləri qeyd edilmiş İnsan resursları üzrə sektor müdiri Aygün Bayramova tərəfindən imzalansa da, möhürlə təsdiq edilməmişdir” münasibətdə bildirməyi zəruri hesab edir ki, həmin dəlillər cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin ləğvi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən məhkəmə iddiaçıya məxsus əmək kitabçasının tərtibatı ilə bağlı Qaydaların pozulması barədə iddiaçının mövqeyini əsassız hesab edərək, qeyd olunan dəlillərin formal mülahizələrdən ibarət olması qənaətinə gəlir. Məhkəmə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində texniki səhvə yol verərək, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/31-281n/2024 saylı əmrini mübahisələndirsə də, məhkəmədə əslində xx.xx.2024-cü il tarixli əmrin ləğvini xahiş etmiş, izahatlarında həmin əmrin lazımi qaydada əsaslandırılmadığı, o cümlədən əmrin monitorinqin (həmin monitorinq xx.xx.2024-cü il tarixdə olmuşdur) nəticələrinə əsasən verildiyini bildirmişdir. Eyni zamanda cavabdehin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-281n/2024 saylı əmrinin iddiaçının Bakı şəhəri 81 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin edilməsi barədə olması işin mübahisəsiz halıdır, iddiaçının əslində həmin əmri mübahisələndirmədiyi açıq-aşkardır. Belə olanda məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə Əli-X10nın işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-452K/2024 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə həm iddiaçı, həm də cavabdehin dəlillərinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçının direktoru olduğu Bakı şəhəri 81 saylı tam orta məktəbdə xx.xx.2024cü il tarixdə aparılmış yoxlama zamanı tərtib edilmiş və iddiaçının özünün də doğruluğunu imzası ilə təsdiq etdiyi aktda qeyd edilmişdir ki, 10d, 11a, 11b, 11c və 11d sinifləri üzrə dərsdə iştirak edən şagirdlərin faizi 26-40 faiz arası olmuş, 10b və 10d sinifləri üzrə İnformatika və İngilis dili fənləri bölünməli olduğu halda bölünməmiş, “Qarabağ Azərbaycandır” və “Kiçik riyaziyyatçılar” adlı 18 saat dərnək məşğələləri tədris ili ərzində tədris olunmayıb, tədris ili ərzində 33 saat (fakültativ) dərsdənkənar məşğələlərin tədris olunmadığı müəyyən edilmiş, 6-cı sinifin fərdi təhsilə cəlb olunmuş şagirdi Angelina Rasxopanın şəxsi işində cari tədris ilində heç bir qeydlər aparılmamış, şagirdin biliyi qiymətləndirilməmiş, sinif jurnalında dərs proqramı natamam yazılmış, şagirdlərin dərsdə iştirak etmədiyi gün üçün qayiblər qoyulmamış, müəllimlərin dərs bölgüsü Pedaqoji şurada müzakirəyə çıxarılmamış, siniflərin komplektləşdirilməsi, Pedaqoji şuranın kitabında şagirdlərin adlı siyahısı qeyd olunmamış, oktyabr ayında dərs cədvəlində dəyişiklik olsa da, bu barədə əmr və sənədləşmə işləri aparılmamış, 9, 10, 11-ci siniflərdə dərslərdə iştirak etməyən şagirdlərin biliyi fənn müəllimləri tərəfindən qiymətləndirilmiş, sinif jurnallarında şagirdlərin davamiyyəti barədə qeydlər aparılmamaqla bərabər mövzular gündəlik yazılmamış, kiçik xidmətedici işçilərin davamiyyəti yoxlanarkən (10:50-də) Gülşən Abbasova, Zərifə Verdiyeva, Nərminə Heydərova, X14 Allahverdiyeva, Sevil Süleymanova, Firyəddin Məmmədov, Rahib Bəkirov, Nicat Bədəlov, İbrahim Ağabəyov, Zəminə Mustafayeva, Aləmzar Məmmədquliyeva, Daşqın Nİftəliyev və Nuranə Cəfərova iş yerində olmadıqları və əmək funksiyalarını yerinə yetirmədikləri müəyyən edilmiş, təsərrüfat işləri üzrə direktor müavini Gülbahar Heydərovanın əri Ehtiram Heydərov tabeçiliyində gözətçi vəzifəsində çalışdığı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabında imzalar müəllimlərin özləri tərəfindən qeyd edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş məktəbin müvafiq əməkdaşlarının, həmçinin iddiaçının özü tərəfindən yoxlama zamanı alınmış izahatlarından müəyyən edilir ki, məktəbdə baş vermiş yuxarıda sadalanan hallardan xəbərdar olmuşlar, iddiaçı hətta izahatında qismən göstərilənlərlə razı olduğunu da bildirmiş, baş vermiş nöqsanları halların aradan qaldırılacağına söz vermişdir. Göründüyü kimi, iddiaçı tərəfindən direktoru olduğu məktəbdə əmək funksiyalarını kobud şəkildə pozması, yəni müəssisədaxili intizam qaydalarına özünün əməl etməməsi, qaydaların digər müəllimlərin tərəfindən pozulmasına şərait yaratması, tədris edilməyən fənlər üzrə əlavə əmək haqqı əldə edilməsinə və nəticədə dövlət büdcəsinə maddi ziyan vurulmasına gətirib çıxaran hərəkətlərin edilməsi, hətta dərslərdə iştirak etməyən şagirdlərin biliyinin qiymətləndirilməsi kimi əmək və icra intizamının cavabdehin təqdim etdiyi mötəbər sübutlar ilə öz təsdiqini tapmışdır. İddiaçı isə həmin halların baş verməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin araşdırılan bütün hallarına və sadalanan qanunvericilik normalarına əsasən, hesab etmişdir ki, iddiaçı Əli-X10nın əmək müqaviləsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı tələbinin pozulması halı və iddiaçının irəli sürdüyü tələblərinin əsaslılığı məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən, iddiaçı bildirir ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilən zaman bu barədə əmrini əsaslandırmamışdır. Halbuki, cavabdehin müvafiq əmrindən göründüyü kimi, o, xx.xx.2024-cü il tarixdə məktəbdə apardığı yoxlamalar zamanı aşkarlanmış qanun pozuntularına əsasən iddiaçını işdən azad etmiş və bu barədə əmrində həmin yoxlamanın nəticələrinə əsaslanmışdır. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, iddiaçının “cavabdehin xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırılmaması barədə” dəlili mülahizə xarakterli olmaqla, formal əsaslardan ibarətdir. Yuxarıda qeyd olunanlarla bərabər məhkəmə, iddiaçının mübahisələndirilən əmrin lazımi qaydada əsaslandırılmaması ilə bağlı dəlilinə münasibətdə onu da qeyd edir ki, həmin əmr “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə” ilə əsaslandırılmışdır. Belə ki, sözügedən əmrin giriş hissəsində qeyd edilmişdir ki, ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində 7 may 2024-cü il tarixində Bakı şəhər 81 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlimtərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkili və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Göründüyü kimi, “İntizam tənbehinin tətbiq edilməsi barədə” xx.xx.2024-cü il tarixli əmrin giriş hissəsində aparılmış monitorinqə istinad edilmiş və bu barədə məlumatlar mübahisəli əmrdə öz əksini tapmışdır. Bu səbəbdən də iddiaçının həmin hissədə dəlili əsassızdır. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, 72-ci maddədə sadalanan halların birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. İddiaçı, əmək funsiyalarını yerinə yetirdiyi zaman yol verdiyi pozuntular nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İşəgötürən də qeyd olunan halı əsas kimi qəbul etməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsini sonuncunun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməsinin qanunsuz olması müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-452K/2024 nömrəli əmrinin ləğv edilməsi, Əli-X10nın işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsinə dair tələbləri təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 11, 70, 71, 72, 76, 80, 83, 186, 311-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 217.4, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarına, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Əli-X10 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-3529/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı Əli-X10 cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 mart 2024-cü il tarixli 3-29- 69/3-1-281n/2024 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-3529/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddia tələbinin əsası kimi ona istinad edilmişdir ki, heç bir qanuni əsas olmadan, şəxsi maraq və qərəz səbəbdən cavabdeh onu qanunsuz olaraq işdən çıxarmışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyində olan ümumi təhsil müəssisələrində fəaliyyətə 20 dekabr 1984-cü il tarixində Nərimanov rayonu 193 nömrəli məktəbdə kimya kabinetinin laborantı vəzifəsinə işə qəbul edilməklə başlamış, 31 dekabr 1988-ci il tarixindən 215 nömrəli məktəbin ingilis dili müəllimi, daha sonra da 177 nömrəli, 66 nömrəli, 157 nömrəli məktəblərdə məktəbin sinifdən xaric və məktəbdən kənar tərbiyə işləri üzrə təşkilatçı, ibtidai sinif müəllimi, ingilis dili müəllimi vəzifəsində işləmişdir. 01 sentyabr 1995-ci il tarixindən Respublika İncəsənət Gimnaziyasının ingilis dili müəllimi və 01 noyabr 2002-ci il tarixindən 01 fevral 2006-cı il tarixinədək həmən Gimnaziyasının ibtidai siniflər üzrə direktor müavini, 08 noyabr 2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək isə Respublika İncəsənət Gimnaziyasının əvəzçi ingilis dili müəllimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 09 iyul 2010-cu il tarixli, 11/695 nömrəli əmri ilə Bakı şəhəri 28 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş və 03 sentyabr 2015-ci il tarixinədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 03 sentyabr 2015-ci il tarixli, 11/924 nömrəli əmri ilə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Uzun müddət kollektivə rəhbərlik etmiş və işlədiyi müddətdə məktəbdə heç bir ciddi nöqsan aşkar edilməmiş, məktəbin idarəçiliyi və tədrisin keyfiyyəti ilə bağlı hər hansı bir irad bildirilməmişdir. Təhsil Nazirliyində aparılmış struktur dəyişikliyindən sonra münasibət dəyişmişdir. Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə çağırılmış M.Əli-zadəyə əvvəlcədən hazırlanmış imza tarixi qoyulmamış həm işdən çıxma, həm də yenidən işə qəbul ərizələri təqdim edilmişdir. Bildirilmişdir ki, rəhbərliyin tapşırığına əsasən təqdim olunur və imzalanması vacibdir. Məktəb direktoru olaraq iddiaçı həmin sənədləri imzalamaq məcburiyyətində olmuşdur. Sonradan məlum olmuşdur ki, həmin ərizələr əmək müqaviləsinin müddətli bağlanması və istənilən zaman xitam verilməsi üçün əvvəlcədən hazırlanmışdır. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 18 mart 2024-cü il tarixli 3-29- 69/3-1-264k/2024 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Ona görə də, iddiaçı M.Əli-zadə 3-29-69/3-1-267/k2024 nömrəli əmrlə yenidən 19 mart 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bir aydan artıq işləmiş işəgötürən tərəfindən məktəbin direktoru Mehriban Əli-zadəni işdən çıxarmaq məqsədilə qərəzli şəkildə 7 may 2024-cü il tarixində məktəbdə yoxlama keçirilmiş adı altında, barəsində yanlış akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında da cavabdehin 23 may 2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işçi ilə mövcud əmək müqaviləsi ləğv edilmişdir. Uzun müddət pedaqoji fəaliyyəti olan və 2015-ci ildən məktəbə rəhbərlik etmiş təcrübəli məktəb direktoru yenidən təyin edildikdən cəmi 1 ay keçməmiş yoxlama aparılaraq heç bir xəbərdarlıq, töhmət verilmədən hər hansısa nöqsanların aradan qaldırılması tapşırılmadan işdən çıxarılması aşkar şəkildə qərəzli məqsəd daşıdığı məlumdur. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan və məktəb direktoru kimi fəaliyyət göstərdiyi dövrdə işində heç bir qanun pozuntusuna yol verməyən və hər hansı irad almayan şəxsin yenidən işə bərpa edildikdən sonra, cəmi bir ay ərzində "işdən azad edilmə" kimi ciddi nəticəyə səbəb ola biləcək bir pozuntuya yol verməsi ağlabatan deyil və inandırıcı görünmür. Bu kontekstdə təqdim edilən aktın tərkibində yanlış məlumatların yer alması və işindən asılı olan müəllimlərdən qeyri-dəqiq və həqiqətə uyğun olmayan izahatların alınaraq imzalatdırılması faktı mövcuddur. Lakin, məhkəmə bu halları tam aydınlaşdırmamış, dəvət edilmiş hal şahidlərinin hamısı dindirilməmişdir, baxmayaraq ki, həmin gün hava şəraiti çox yağışlı olmuş və hal şahidlərindən biri – Fatimə xanım yalnız nahar fasiləsi zamanı məhkəməyə çata bilmişdir. Bundan əlavə, hal şahidlərinin ifadələri alındığı zaman, izahatlarını məktəbdə alan şəxs, agentliyin əməkdaşı,məhkəmə zalında iştirak edərək onların ifadələrinə təsir göstərmək məqsədilə psixoloji təzyiq yaratmağa cəhd etmişdir. Bu hal məhkəmə icraatının obyektivliyinə və tərəflərin bərabər hüquqlarına ciddi zərbə vurmuşdur. Bu formada ifadə daha dəqiq və hüquqi baxımdan əsaslandırılmışdır. Əmək hüququnun məhkəmə müdafiəsini heçə endirmiş, nəticədə cavabdeh tərəfindən aşkar şəkildə işçinin uzun illər haqqı olduğu məsləkdən, əsassız işdən çıxarmasına üstünlük vermişdir. Halbuki, ali qanunvericilik digər hüquqlar kimi əmək hüququna müdaxiləsinin yol verilməzliyini təsbit edir. Göründüyü kimi məhkəmə tərəflərin münasibəti ilə bağlı qeyd olunan iş üçün mühüm əhəmiyyəti olan halları tam aydınlaşdırmamış, qətnaməni iş üzrə müəyyən edilən hallarla deyil, formal dəlillərlə əsaslandırmışdır. Müəyyən etdiyi hallara görə maddi hüquq normalarını düzgün şərh etmədiyindən, iddianın təmin edilməməkdə yanlış nəticəli qətnamə qəbul etmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər əmək münasibətində olmaqla, vəzifə asılılığında çalışırlar və işçi olaraq iddiaçı “özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə yaxud əmək vəzifələrini kobud şəkildə pozduğu” əsasdan vəzifəsindən çıxarılmış və əmək müqaviləsinə xitam verilmişdir. Əmək funksiyalarının kobud şəkildə pozulması Əmək Məcəlləsinin 72-ci maddəsinin dispozisiyasında sadalanmışdır. Şikayətin 5-ci bölümündə, işçinin əmək fəaliyyəti və cavabdehlə qarşılıqlı münasibətləri ilə bağlı şərh edilmiş həqiqi hallardan aşkar şəkildə görünür ki, işçi tərəfindən onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilən hər hansı pozuntuya yol verilməmişdir. Əksinə onun Əmək Məcəlləsinin 68-ci maddəsi ilə işdən çıxarılması, sonra isə bərpa edilib, daha sonra da 70ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi, bunu da bərpasından 1 ay sonra tərtib edilmiş aktla müəyyən edildiyinə istinad edilməsi, cavabdehin ona qarşı qərəzli olduğunu göstərir. Əmək Məcəlləsinin 83-cü maddəsi işçinin əmək intizamını pozması halında tətbiq edilə biləcək tədbirlərin qanuni və ədalətli şəkildə həyata keçirilməsini təmin edir. Bu maddəni nəzərə alaraq, əmrdə onun məhz hansı nöqsanlara görə əmək müqaviləsinə xitam verilməsinə dair heç bir müddəa qeyd olunmamış, əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə sadəcə əmək müqaviləsinin xitamı əsasını nəzərdə tutan əmək qanunvericiliyinin norması qeyd edilmişdir. Göründüyü kimi şikayət olunan qətnamə qəbul edilərkən qeyd olunan maddi hüquq norması, işin müəyyən edilmiş hallarına nisbətdə düzgün təsvir edilməmiş və iddianın təmin edilməməsi ilə tələbləri kobud şəkildə pozulmuşdur. Bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün yetərli əsas olduğu hesab edilir. Qeyd olunan AR MPM-nin 217.3-cü maddəsinin tələbinə əsassən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin şikayətin yuxarı bölümündə qeyd edilmiş işin mövcud müəyyən edilmiş hallarından göründüyü kimi məhkəmə iş üzrə müəyyən edilmiş hallara tam əksinə qətnamə çıxarmışdır. Bu da maddi hüquq normalarını hazırkı iş üzrə mübahisə ilə bağlı tərəflərə nisbətdə düzgün təsvir edilməsinə səbəb olmuşdur. Ona görə də, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3529/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Əli-X10 və nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahatlar verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Maddə 76. 1.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində olduğu kimi apellyasiya şikayətində də mübahisələndirdiyi əmrin tarixini xx.xx.2024-cü il tarixi əvəzinə xx.xx.2024-cü il tarixi qeyd etsə də, əmrin nömrəsini 3-29-69/3-1-281n/2024 olaraq düzgün qeyd etmiş, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf əmrin tarixinin səhv olaraq qeyd edilməsini bildirmişdir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri 81 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş iddiaçı Əli-X10 ilə bağlanmış əmək müqaviləsi cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfindən, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixli əmrinə əsasən, ləğv edilmiş, əmrin verilməsinə əsas ATİAHİ Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri S.Rəsullunun xx.xx.2024-cü il tarixli 144 nömrəli protokolundan çıxarış, müvafiq izahatlar və aktlar olmuşdur. İddiaçı işdən çıxarılması barədə əmrin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilməsini bildirsə də, apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Əksinə araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının rəhbərlik etdiyi Bakı şəhəri 81 saylı tam orta məktəbdə xx.xx.2024-cü il tarixdə yoxlama aparılmış, aşkar olunmuş nöqsanlar barədə müvafiq akt tərtib edilmiş, izahatlar alınmış, iddiaçı yoxlamanın nəticəsi ilə bağlı tərtib olunan aktı hər hansı bir qeyd aparmadan imzalamış, daha sonra işəgötürənə verdiyi izahatında nöqsanların bir hissəsini etiraf etdiyini bildirmişdir. Aparılmış yoxlama zamanı isə müəyyən edilmişdir ki, orta məktəbin 10d, 11a, 11b, 11c və 11d sinifləri üzrə dərsdə iştirak edən şagirdlərin faizi 26-40 faiz arası olmuş, 10b və 10d sinifləri üzrə İnformatika və İngilis dili fənləri bölünməli olduğu halda bölünməmiş, “Qarabağ Azərbaycandır” və “Kiçik riyaziyyatçılar” adlı 18 saat dərnək məşğələləri tədris ili ərzində tədris olunmamış, tədris ili ərzində 33 saat (fakültativ) dərsdənkənar məşğələlərin tədris olunmadığı müəyyən edilmiş, 6-cı sinifin fərdi təhsilə cəlb olunmuş şagirdi Angelina Rasxopanın şəxsi işində cari tədris ilində heç bir qeydlər aparılmamış, şagirdin biliyi qiymətləndirilməmiş, sinif jurnalında dərs proqramı natamam yazılmış, şagirdlərin dərsdə iştirak etmədiyi gün üçün qayiblər qoyulmamış, müəllimlərin dərs bölgüsü Pedaqoji şurada müzakirəyə çıxarılmamış, siniflərin komplektləşdirilməsi, Pedaqoji şuranın kitabında şagirdlərin adlı siyahısı qeyd olunmamış, oktyabr ayında dərs cədvəlində dəyişiklik olsa da, bu barədə əmr və sənədləşmə işləri aparılmamış, 9, 10, 11-ci siniflərdə dərslərdə iştirak etməyən şagirdlərin biliyi fənn müəllimləri tərəfindən qiymətləndirilmiş, sinif jurnallarında şagirdlərin davamiyyəti barədə qeydlər aparılmamaqla bərabər mövzular gündəlik yazılmamış, kiçik xidmətedici işçilərin davamiyyəti yoxlanarkən (10:50-də) Gülşən Abbasova, Zərifə Verdiyeva, Nərminə Heydərova, X14 Allahverdiyeva, Sevil Süleymanova, Firyəddin Məmmədov, Rahib Bəkirov, Nicat Bədəlov, İbrahim Ağabəyov, Zəminə Mustafayeva, Aləmzar Məmmədquliyeva, Daşqın Nİftəliyev və Nuranə Cəfərova iş yerində olmadıqları və əmək funksiyalarını yerinə yetirmədikləri müəyyən edilmiş, təsərrüfat işləri üzrə direktor müavini Gülbahar Heydərovanın əri Ehtiram Heydərov tabeçiliyində gözətçi vəzifəsində çalışdığı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabında imzalar müəllimlərin özləri tərəfindən qeyd edilməmişdir. Məktəbin əməkdaşlarının izahatları, həmçinin iddiaçının özü tərəfindən yoxlama zamanı alınmış izahatlarla müəyyən edilmişdir ki, məktəbdə baş vermiş və aktda sadalanan nöqsanlardan iddiaçı məlumatlı olmuş, iddiaçı verdiyi izahatında qismən göstərilənlərlə razı olduğunu da bildirmiş, baş vermiş nöqsanların aradan qaldıracağına söz vermişdir. İddiaçı tərəfindən direktoru olduğu məktəbdə əmək funksiyalarını kobud şəkildə pozması, yəni müəssisədaxili intizam qaydalarına iddiaçının məktəb direktoru olaraq özünün əməl etməməsi, qaydaların digər müəllimlərin tərəfindən pozulmasına şərait yaratması, tədris edilməyən fənlər üzrə əlavə əmək haqqı əldə edilməsinə və nəticədə dövlət büdcəsinə maddi ziyan vurulmasına gətirib çıxaran hərəkətlərin edilməsi, dərslərdə iştirak etməyən şagirdlərin biliyinin qiymətləndirilməsi kimi əmək və icra intizamının pozulması cavabdehin təqdim etdiyi mötəbər sübutlarla öz təsdiqini tapdığından kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini, məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi halları məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş izahatlar kimi qiymətləndirir. Belə ki, uzun müddət pedoqoji təcrübəsi, idarəçilik bacarığı olan iddiaçının qeyd olunan nöqsanlara bilərəkdən yol verməməsi inandırıcı deyildir. İddiaçının izahatları alınan məktəbin işçilərinin təsir altında olmalarına dair dəlilləri birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, həmin şəxslər yoxlamadan sonra iddiaçının təklifi ilə izahatlarını dəyişmələrini, yoxlama zamanı verdikləri izahatlarını təsdiq etmələrini birinci instansiya məhkəməsində təsdiq etmişlər. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı Əli-X10 ilə bağlanmış əmək müqaviləsinə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin hər hansı bir tələbinin pozulması halı araşdırma zamanı öz təsdiqini tapmadığından, cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən əmrində xx.xx.2024-cü il tarixdə məktəbdə apardığı yoxlamalar zamanı aşkarlanmış qanun pozuntularına əsasən iddiaçını işdən azad etməsini kifayət qədər əsaslandırdığından, iddiaçının rəhbərlik etdiyi orta məktəbdə işəgötürənin aşkar etdiyi qanun pozuntuları uzun müddət direktor vəzifəsində işləyən iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə kifayət qədər əsas verən hallar olduğundan işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsaslar mövcud olmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan halların birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. Kollegiya iddiaçının əmək kitabçasının tərtibi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər iddiaçının mübahisələndirdiyi və araşdırma zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə verilməsi öz təsdiqini tapan əmrin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Əli-X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3529/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar