Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1196/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-259/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə Cavabdeh1 azyaşlı uşaqları ilə birlikdə 10.000 (on min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarış qeyri-qanuni olduğundan ləğv edilməsi, Xəzər rayonu, X5 qəsəbəsində L.Starçuk küçəsi, ev 104C ünvanında yerləşən 1 mərtəbəli 5 otaqlı mənzilə xx.xx.2006-cı il tarixdə gəlin köçməyini, cavabdehin oğlu ilə birlikdə orada yaşamaqları ilə yanaşı, birgə təsərrüfat apararaq həmin evdə əsaslı yenidənqurma, tikinti-təmir işlərini həyata keçirmələri nəzərə alaraq həmin evin ümumi birgə mülkiyyət kimi tanınaraq payların müəyyən olunmasına, pay hüquqlarının və istifadə hüquqlarının tanınmasına (Cavabdeh1, Cavabdeh2, qızları xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3) və ümumi paylı mülkiyyətli yeni çıxarış verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-259/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddanın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun azyaşlı uşağı xx xxxxxx 2007-ci il təvəllüdlü Cavabdeh3 10000 (on min) manat kompensasiya verilməklə ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması, qarşılıqlı iddianın isə təmin ediməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə:
1. Tərəflər razılaşırlar ki, ilkin iddia üzrə İddiaçı cavabdeh X3 və onun azyaşlı övladı xx xxxxxx 2007-ci il təvəllüdlü Cavabdeh3 kompensasiya qismində nağd şəkildə 11 000 (on bir min) manat məbləğində pul verir.
2. Cavabdeh X3 və azyaşlı övladının ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarına xitam verilir və onlar öz əşyalarını götürməklə həmin evdən çıxırlar.
3. Cavabdeh X1 Liliya Əliyevnaya qarşı olan bütün iddia və qarşılıqlı iddialarından (o cümlədən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin icraatında olan) imtina edərək, qeyd olunan evə dair bir daha iddia qaldırmayacağını öhdəsinə götürməklə mülki işin icraatına xitam verilməsini tələb edir.
4. Tərəflər aralarında olan xoşməramlı niyyətinin təzahürü kimi bu Barışıq sazişində göstərilən niyyətlərin həyata keçirilməsini nəzərə alaraq məhkəmədən barışıq sazişinin təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edirlər.
5. Bu Sazişin bütün bəndlərində qeyd olunmuş öhdəliklər tam həcmdə, vaxtında, dəqiq və vicdanla yerinə yetirildikdən sonra tərəflər hazırki Sazişi icra etmiş hesab olunur.
6. Barışıq Sazişinin təsdiq edilməsinə dair məhkəmənin Qərardadı qüvvəyə mindiyi tarixdən hazırki Sazişin müddəaları qüvvəyə minmiş hesab edilir və tərəflər öhdəlik götürürlər ki, 1 (bir) aydan gec olmamaq şərti ilə qarşılıqlı şəkildə bu Sazişin 1 və 2-ci bəndlərinin tələblərini icra edəcəklər. Məhkəmə iclasındai ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə idə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin 3-cü bəndindəki şərtlər istisna olmaqla, digər şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-259/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Əvvəla ona görə ki, iddiadan imtina edilməsi ilə tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə tərəflər xüsusi olaraq iddialarından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyirlər. Məhkəmə də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki, qeyd olunduğu kimi, tərəflər xüsusi olaraq iddialarından imtina etmir. Mübahisə predmeti olan evlə bağlı aralarında olan mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. İkincisi, hər hansı şəxsin məhkəmədə iddia qaldırmaq və məhkəmə müdafiəsindən istifadə etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Cavabdeh1 mübahisə predmeti olmuş evə dair bir daha iddia qaldırmayacağını öhdəsinə götürməsinə dair barışıq sazişinin qeyd olunan şərti də bu hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, bu şərtin barışıq sazişində göstərilməsinə də əsas və zərurət yoxdur. Çünki, onsuzda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina ediləcək, əgər səhvən iş icraata qəbul edilsə belə hakim iş üzrə icraata xitam verəcəkdir(MPM. m. 153.2.2, 261.0.2). Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Tərəflər razılaşırlar ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 və onun azyaşlı övladı xx xxxxxx 2007-ci il təvəllüdlü Cavabdeh3 kompensasiya qismində nağd şəkildə 11 000 (on bir min) manat məbləğində pul verir.
2. Cavabdeh1 və azyaşlı övladının ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarına xitam verilir və onlar öz əşyalarını götürməklə həmin evdən çıxırlar.
3. Barışıq Sazişinin təsdiq edilməsinə dair məhkəmənin qərardadı qüvvəyə mindiyi tarixdən hazırki sazişin müddəaları qüvvəyə minmiş hesab edilir və tərəflər öhdəlik götürürlər ki, 1 (bir) aydan gec olmamaq şərti ilə qarşılıqlı şəkildə bu Sazişin 1 və 2-ci bəndlərinin tələblərini icra edəcəklər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-259/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.