Məhkəmə qərarları › İş №2(103)-11961/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11961/2019

18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11961/2019 18.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X3, Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə, “ödənilmiş pul vəsaitinin tutulması və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “ödənilmiş pul vəsaitinin tutulması və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativindən 42.725 manat, su, elektrik və qaz sayğaclarının quraşdırılması üçün ödənilən 1.000 manat, mənəvi ziyan olaraq 10.000 manat olmaqla, cəmi 53.725 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh Mənzil Tikinti Kooperativi ilə onun arasında bağlanmış xx xxxx 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, H.Əliyev küçəsi, 945 məhəlləsində inşa edilən (inşa edilmiş) bina 1, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 130,23 kv.metrdən ibarət, 3 otaqlı 63 nömrəli mənzili ona təhvil verməyi, bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə mənzilin 1 kv.metr sahəsinin qiyməti 1.500 manat olmaqla, müqavilənin qiyməti cəmi 195.345 manat müəyyən edilməklə 45.345 manat onun şəxsi vəsaiti hesabına, qalan 150.000 manat isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X10 ilə xx xxxx 2016-cı il tarixli təminatlı kredit müqaviləsi əsasında ödənilməli idi. xx xxxx 2016-cı il tarixdə 45.345 manat məbləğində pul vəsaitini Cavabdeh Mənzil Tikinti Kooperativinə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 isə cəmi 17.430 manat məbləğində pul ödəmişdir. Lakin sonradan onun və valideynlərinin maddi vəziyyəti pisləşdiyinə görə banka hər ay ödəməli olduğu pulu ödəyə bilmədilər. Buna görə də, cavabdehlərdən ödədiyi pulları tələb etsələr də, Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilən 45.345 manat məbləğində pulun 20.000 manat hissəsini qaytarmaqla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X10 ilə xx xxxx 2016-cı il tarixli X2 əsasən onun öhdəliklərini öz üzərinə götürmüşdür. Cavabdeh qalan 25.345 manat və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ödənilən 17,380 manat məbləğində pulu geri qaytarmadığına görə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Mənzil Tikinti Kooperativindən 25.345 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır: 17.380 manat və su, elektrik və qaz sayğaclarının quraşdırılması üçün əlavə olaraq cavabdehə 1000 manat məbləğində pulun və bütün bunlarla əlaqədar olaraq vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi hissəsində tələbin təmin edilməməsi tam əsassız və qanunsuzdur. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı mənzildən xx.xx.2017-ci il tarixdən notarial qaydada imtina etmişdir. Məhz bir gündən sonra MTK-ya həmin məktubu təqdim edərək, MTK ilə razılaşmışdır. MTKöz üzərinə götürmüşdür. MTK tərəfindən təklif edilmiş və iddiaçı da bununla razılaşmışdır. Razılaşmada (xx.xx.2017-ci il tarixli məktub) müəyyən olunur ki, MTK tərəfindən iddiaçıya mənzili qaytarması qarşılığında 20.000 manat məbləğində ödəniş edilir və həmçinin iddiaçının bank qarşısında olan öhdəliyi MTK tərəfindən icra edilir. MTK öhdəliyini lazımınca icra etmişdir. İddiaçının bank qarşısında həm yerinə yetirə bilmədiyi 5 aylıq ödəniş, həm də X2 əsasən müəyyən edilmiş müddətin sonuna kimi icra edilməmiş öhdəliyi var. Həmin öhdəlik isə MTK tərəfindən üçüncü şəxsə həvalə edilmiş və həmin öhdəlik halhazırda lazımınca icra edilir. İddiaçı öz payını bankdan əldə edilmiş vəsait hesabına ödəmiş və banka qarşısında payın dəyəri miqdarında öhdəliyi var. Belə olan halda MTK tərəfindən payçıya yalnız payın dəyəri ödənilməli idi ki, həmin pay bankla bağlanmış X2 əsasən yüklü edilmişdir ki, payın dəyəri banka olan borcu çıxılmaqla müəyyən edilə bilərdi. Bunun üçün iddiaçının MTK-nın üzvü olmasını təsdiq etməsi lazım idi. Lakin iş materiallarından da aydın olur ki, iddiaçı MTK-nm üzvü olmamış, sadəcə MTK-dan kredit öhdəliyi götürməklə mənzil almışdır ki, həmin mənzil üçün götürmüş olduğu kredit borcunu ödəməmiş və nəticədə payın bazar dəyəri aşağı düşmüşdür. Məhz bu səbəblə də, həmin mənzili sata bilməmiş və özü MTK-ya müraciət edərək, mənzilin onlar tərəfindən alınmasını istəmişdir. MTK tərəfindən də payın dəyəri razılaşmaya uyğun 20000 manat müəyyən edilmiş və həmçinin bank qarşısında öhdəliyi onun üzərinə götürülmüşdür. İddiaçı 2 ilə yaxın müddətdə heç bir etirazı olmamış, lakin sonradan hansısa səbəbdən əlavə pul istəmək qərarına gəlmişdir. Məhkəmə tərəfindən iddiaçının bank qarşısında hansı məbləğdə öhdəliyinin olması aydınlaşdırılmamış və sadəcə iddiaçının fərziyyələrinə əsasən qərar qəbul etmişdir. İddiaçı məhkəmə iclasında da etiraf etmişdir ki, həmin mənzili satmaq istəmiş, lakin sata bilməmiş və sonda MTK-ya təklif edərək, MTK-nın təklifi ilə razılaşmış və bununla da bağlı sənədi şəxsən iddiaçının özü məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı mənzilə görə ödənişləri həyata keçirə bilmədiyi üçün MTK-ya müraciət etmiş, MTK ödənilmiş bütün vəsaiti qaytarmağı vəd etmişdir. Mənzil dərhal daha baha qiymətə digər şəxsə satılmış, bank qarşısında öhdəlik həmin şəxsə keçmiş və MTK heç bir ziyana düşməmişdir. MTK-nın rəhbərliyi hər dəfə pulu qaytarmağı vəd etsə də, vədinə əməl etməmişdir. Bir il ərzində iddiaçı hər ay banka krediti ödəmişdir. İddiaçı banka ödədiyi pulu da güzəşt etməyə razılaşa bilər ki, kooperativə ödəmiş olduğu vəsaiti geri qaytarsınlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X5 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək ona uyğun izahat vermiş, iddiaçının apellyasiya şikayətini qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X9 bildirmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. Həmin məbləğ də əsasən faiz borcundan silinmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq həmin məbləği ödəmişdir. Məbləğin geri qaytarılmasının qanuni əsası yoxdur. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2016-cı il tarixli müqavilənin məzmunundan və surətindən görünür ki, Bakı şəhəri, H.Əliyev küçəsi, 945 məhəlləsində inşa edilən (inşa edilmiş) bina 1, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 130,23 kv.metrdən ibarət, 3 otaqlı 63 nömrəli mənzili ona təhvil verməyi, bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə mənzilin 1 kv.metr sahəsinin qiyməti 1.500 manat olmaqla, müqavilənin qiyməti cəmi 195.345 manat müəyyən edilmişdir. İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X10 Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsinin məzmunundan və surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün 150.000 manat məbləğində kredit verilməsini borc verən, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri isə borc alan öhdələrinə götürmüşlər. xx xxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, 195.345 manat müəyyən edilmiş müqavilə qiymətinin 45.345 manat onun şəxsi vəsaiti hesabına ödənilmiş, qalan 150.000 manat isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X10 ilə xx xxxx 2016-cı il tarixli təminatlı kredit müqaviləsi əsasında ödənilməli idi. xx xxxx 2016-cı il tarixdən başlayaraq xx xxxx 2017-ci il tarixədək olan müddət ərzində 12 adda mədaxil qəbzlərindən görünür ki, İddiaçı müvafiq müqavilə üzrə 17.430 manat məbləğində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ödəniş etmişdir. İddiaçı (onun əvəzinə etibarnamə əsasında nümayəndəsi İddiaçı) tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizənin məzmunundan görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin inşa etdiyi xx xxxx 2016-cı il tarixli müqaviləyə əsasən adına olan Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllə, bina 1, 8-ci mərtəbədə yerləşən, 3 (üç) otaqlı, sahəsi 130,23 kv.metr olan 63 nömrəli mənzilin və kooperativdəki payının digər şəxsin adına keçməsinə etiraz etməmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi 63 nömrəli mənzilin geri götürüldüyü üçün əvəzində İddiaçı atasına 20.000 manat məbləğində pul vəsaiti ödəmiş və əlavə olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 12-xxxx-2016-AF-BP nömrəli X2 əsasən İddiaçı öhdəliklərini öz üzərinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 İddiaçı ünvanladığı xx xxxxxxxx 2018-ci il tarixli məktubun məzmunundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 Müştəri xidməti departamentinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X6 xx xxxx 2016-cı il tarixli 12-xx-xx-2016-AF-BP nömrəli kredit müqaviləsinə əsasən mənzilin alınması üçün 150.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə krediti qaytarmaq və hesablanmış faizləri ödəmək öhdəliyi müstəqil öhdəlik olmaqla onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında ərizəsində istinad etdiyi mənzillə əlaqədar yaranmış münasibətlərdən asılı edilməmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən həmin mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativinə qaytarılacağı və ya digər şəxsə özgəninkiləşdiriləcəyi təqdirdə kredit müqaviləsi üzrə banka ödənilmiş vəsaitlərin ona geri qaytarılması barədə bankın öhdəliyi və ya onun belə bir tələb irəli sürmək hüququ mövcud deyildir. Belə ki, kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq həmin müqavilə üzrə banka ödədiyi 17.380 manat vəsaitin 14.897,92 manat hissəsi faiz borcunun ödənilməsinə, 2.482,08 manat hissəsi isə əsas borcun qaytarılmasına yönəldilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, kredit müqaviləsi üzrə banka ödənilmiş vəsaitlərin bank tərəfindən ona geri qaytarılması mümkün deyildir. Mübahisə ilə bağlı dəyərləndirmə: xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, H.Əliyev küçəsi, 945 məhəlləsində inşa edilən (inşa edilmiş) bina 1, mərtəbə 8, ümumi sahəsi 130,23 kv.metrdən ibarət, 3 otaqlı 63 nömrəli mənzili iddiaçıya təhvil verməyi, bunun qarşılığında cəmiyyətə 195345 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK-ya müqavilə üzrə 45345 manat pul ödəmiş, mənzilin alınması üçün qalan 150.000 manat məbləğində kredit iddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsi üzrə verilmiş, borc alan iddiaçı müqavilə üzrə krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan alqı-satqı müqaviləsi ləğv olunmuş, mənzil üçüncü şəxsə satılmışdır. Cavabdeh MTK müqavilə üzrə ödənilmiş 45345 manatdan 20 000 manatı iddiaçıya geri qaytarmışdır. İddiaçı aşağıdakıların qaytarılmasını tələb edir:

1. Banka ödənilən 17380 manat;

2. Su, işiq və qaz sayğaclarının quraşdırılmasına görə ödənilmiş 1000 manat;

3. 10 000 manat mənəvi ziyan;

Cavabdehin apellyasiya şikayətinin dəlilləri:

1. Öhdəlik lazımınca icra edilmişdir. MTK tərəfindən mənzilin qəbul edilməsi yalnız 20000 manat məbləğində pul ödənilməsi və əlavə olaraq təminat kredit müqaviləsinə əsasən X1 öhdəliklərini öz üzərinə götürməsi şərtləri ilə razılaşdırılmışdır. İddiaçı da həmin təkliflə razı olmuş və buna etiraz etməmişdir.

Məhkəmə kollegiyası iddiaçının yuxarıda göstərilən tələbləri üzrə işə baxan məhkəmənin qiymətləndirməsi ilə razılaşır. Belə ki, iddiaçı su, elektrik və qaz sayğaclarının quraşdırılması üçün 1.000 manat məbləğində pul vəsaitinin ödənilməsini, həmçinin cavabdehin hər hansı hərəkəti nəticəsində ona mənəvi zərərin yetirilməsini sübut edə bilməmiş, bunlarla bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də iddia tələbinin həmin hissədə təmin edilməməsi əsaslıdır. Məhkəmə kollegiyası 17 380 manat məbləğində pul vəsaitinin qaytarılması ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, həmin vəsait banka “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsi üzrə edilmiş ödənişlərdir. Buna görə də iddiaçının həmin məbləği cavabdeh MTK-dan tələb etməyə subyektiv hüququ yoxdur. MTK həmin müqavilə üzrə tərəf olmadığı üçün, iddiaçı ona qarşı qeyd olunan müqavilə üzrə tələb irəli sürə bilməz. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında həmin məsələdən irəli gələn hüquq və vəzifələrin yaranması əsası mövcud deyil. İddiaçı həmin müqavilə üzrə tələblərlə bağlı banka müraciət edə bilər. Bundan başqa, işə baxan məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin məbləğin geri qaytarılması ilə bağlı banka qarşı tələb irəli sürmək hüququ var. Lakin təminatlı kredit müqaviləsinin 7-ci bəndində qeyd olunur ki, borcalan tərəfindən ödənilən məbləğ ilk növbədə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəlir. İş materiallarından görünür ki, həmin müqavilə şərtinə uyğun olaraq, ödənilmiş 17.380 manat vəsaitin 14.897,92 manat hissəsi faiz borcunun ödənilməsinə, 2.482,08 manat hissəsi isə əsas borcun qaytarılmasına yönəldilmişdir. Müqavilənin 15-ci bəndində göstərilmişdir ki, təminat üsulu ilə bağlı müqaviləyə borc ödənilmədən xitam verildiyi hallarda borcalan hesablanmış kredit və faizlərin qaytarılmasına görə ona məxsus maliyyə və maddi vəsaitləri ilə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin müqavilə üzrə baş verəcək risklərə görə (təminat verilən alqı-satqı müqaviləsinin vaxtından əvvəl xitamı halında) məsuliyyəti öz üzərinə götürdüyü üçün çox hissəsi faizlərə çıxılmış həmin məbləğin qaytarılmasını tələb etməsi əsassızdır.

Cavabdehin apellyasiya şikayəti ilə bağlı:

Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gələrək, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməməlidir. Belə ki, alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 45.345 manat məbləğində pulun ödənilməsi, müqavilənin ləğv edilməsi, mənzilin başqa bir şəxsə satılması və ödənilmiş məbləğdən 20 000 manatın geri qaytarılması işin mübahisəsiz hallarıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ödənilməmiş 25345 manatın geri qaytarılmasını tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin 10.1-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında, Alıcı tərəfindən Cəmiyyətə ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar Cəmiyyətin birbaşa və dolaylı bütün məsrəfləri və xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin tələbləri) çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Alıcıya qaytarılacaq. İddiaçı həmin mənzilin üçüncü şəxslərə satılmasına etirazının olmaması barədə ərizə ilə MTK-ya müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həmin mənzil üçüncü şəxsə satılmışdır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin mənzilin üçüncü şəxsə satılması ilə bağlı banka məlumat verilmiş, həmin mənzil üzrə ödənişlər hazırda üçüncü şəxs tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə şərtinə uyğun olaraq, mənzilin üçüncü şəxsə satılması və onun tərəfindən artıq ödənişlərin edilməsi ilə bağlı MTK ödənilmiş vəsaiti iddiaçıya geri qaytarmalıdır. Eyni zamanda MTK həmin şərtdə qeyd olunan müqavilə şərtlərinin pozulması ilə əlaqədar ona ziyan dəyməsi halını sübut etmədiyi, nəzərdə tutulmuş cərimələr və dəymiş ziyanla bağlı heç bir sübut təqdim etmədiyi üçün alğı-satqı zamanı ödənilmiş 45345 manat məbləğdən indiyədək ödənilmiş 20 000 manat çıxılmaqla qalan 25345 manat bütünlüklə geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi razılaşma geri qaytarılmalı məbləğin müəyyən hissəsinin MTK-ya güzəşt edilməsi ilə əlaqədar heç bir şərti özündə ehtiva etmir. Mülki işin 24-cü səhifəsində olan həmin razılaşmadan da görünür ki, MTK iddiaçıya mənzilin geri qaytarılması ilə əlaqədar 20 000 manat məbləğində pulu ödəyir. Qeyd olunan razılaşma müqavilə qüvvəsinə malik deyil, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin müddəalarının dəyişdirilməsinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh pul vəsaiti özündə saxlamaqla əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2. maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1. maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəflər arasında mənzilə dair müqavilə ləğv olunduqdan sonra cavabdehin pul vəsaitini özündə saxlaması əsassız hesab olunur. Ona görə həmin vəsaitin geri qaytarılması barədə qənaət əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Q Ə T E T D İ:

İddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Hakimlər: imzalar Əsli ilə düzdür

Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar