Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11965/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(010)-38/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh 20.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin ləğv edilmiş 2(010)-3824/2018 saylı 01.06.2018-ci il tarixli qiyabi qətnaməsinin icrasında geri dönüş edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(010)-38/2020 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01.06.2018-ci il tarixli, 2(010)- 3824/2018 saylı qiyabi qətnamənin icrasında geri dönüş edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmənin 01 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, xəstə olması ilə bağlı ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(010)-38/2020 saylı qərardadı ləğv edilməli, qiyabi qətnamənin icrasında dönüş barədə ərizəyə yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmalıdır . Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-3824/2018 saylı 01.06.2018-ci il tarixli qiyabi qətnaməsi ilə (Sədrlik edən: X1) Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov küçəsi, ev 95, 59 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət olunmuşdur. Qiyabi qətnamədən narazı qalan Cavabdeh 12.11.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-6230/2019 saylı 22.11.2019-cu il tarixli qərardadı ilə məhkəmənin 2(010)-3824/2018 saylı 01.06.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün təzələnmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iş üzrə İddiaçı 16.03.2019-cu il tarixdə (duğunluq) ürək çatışmazlığı ilə müşahidə olunan əsas ürəyin zədələnməsi xəstələyi səbəbi ilə vəfat etdiyinə dair Ölüm haqqında şəhadətnaməni təqdim etmiş və İddiaçıŞəfi oğlunun hüquqi varisi müəyyən edilənə qədər iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-6230/2019 saylı 10.12.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi müəyyən edilənədək icraat dayandırılmışdır. Cavabdeh 24.12.2019-cu il tarixdə Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 01 iyun 2018-ci il tarixli 2(010)-3824/2018 saylı qətnaməsinin icrasında geri dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-38/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh qətnamənin icrasında geri dönüş edilməsi barədə ərizəsi təmin olunmamışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)-38/2020 saylı 04.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı ölümü ilə əlaqədar olaraq mülki işin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən qeyd etmişdir ki, qətnamənin icrasında geri dönüş edilməsindən imtina barədə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-38/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadı mövcud olmaqla, həmin məsələyə məhkəmə tərəfindən münasibət bildirilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, cavabdehin qiyabi qətnamənin icrasına dönüş barədə ərizəsi Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-38/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadı ilə təmin olunmadıqda, məhkəmə qeyd etmişdir ki, həmin ərizəyə münasibət bildirilməsi, işi qabaqcadan həll etmiş olardı. Çünki həmin vaxtı iş üzrə icraata xitam verilməmişdir. Yalnız bundan sonra Suraxanı rayon Məhkəməsinin 2(010)-38/2020 saylı 04.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Buna görə də, kollegiya hesab edir ki, hazırkı halda, iş üzrə icraata xitam verildiyindən, cavabdehin ərizəsinə münasibət bildirilməsi zərurəti yaranmışdır. Buna görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, mülki iş materialları cavabdehin ərizəsinə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(010)-38/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları Cavabdeh ərizəsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11965/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11965/2021
15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver