Məhkəmə qərarları › İş №2(103)-1198/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1198/2020

13.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1198/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X26 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bayramov Osman Nəsib oğlunun, X8, X9, X10, Cavabdeh2 nümayəndəsi, vəkil X16 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bayramov Osman Nəsib oğluna, X11, X3, X13, X14 və X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ürizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-3062/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, O.N.Bayramov, L.O.Bayramova, Ş.Cavabdeh1, İ.Cavabdeh2 və H.Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ünvanında yerləşən torpaq sahəsində yerləşən tikinti və torpağı zəbt etmiş bütün şəxslərin, yəni Cavabdeh2, Bayramov Osman Nəsib oğlunun (atası), X6 (anası), X1 (həyat yoldaşı), X10, X9, X4 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və onun tərəfindən inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 3062/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Bayramov Osman Nəsib oğlunun, X6, X1, X10, X9, X4 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması, iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Bayramov Osman Nəsib oğlu, X17, X12, X18, X19 və Bayramova Hənifəİlqar qızı birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-3062/2019 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişlər. Apellyasiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh2 (eyni zamanda X1 etibarnamə əsasında nümayəndəsi), Bayramov Osman Nəsib oğlu, X20, X19, X18, habelə Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi, vəkil X23 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək rədd edilməsini məhkəmə tərkibindən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə qoşularaq, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçıların izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməklə iş üzrə icraata bu hissədə xitam verilməli, qətnamə qalan hissədə mahiyyəti üzrə yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2015-ci tarixli, 2(008)-2546/2015 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunaraq Cavabdeh1 Abşeron Rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli, 25 nömrəli Sərəncamına və Abşeron rayonu, S.Əliyev adına Südçülük-Maldarlıq üzrə Damazlıq Dövlət X2 xx xxxxxx 2000-ci il tarixli, 06 nömrəli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Məhəllədə yerləşən 0,033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması, İddiaçı həmin torpaq sahəsi üzərindəki tikiliyə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(103)-6384/2015 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2546/2015 saylı, xx xxx 2015-ci tarixli qətnaməsi iddianın təmin edilən hissəsində, yəni “Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Məhəllədə yerləşən 0.033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması hissəsi”ndə ləğv olunmuş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, 2(102)-1831/2016 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Məhəllədə yerləşən 0.033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(103)-4793/2016 saylı qətnaməsi ilə maraqlı şəxs Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə olan xx xxx 2015-ci il tarixli qətnaməsi Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Məhəllədə yerləşən 0,033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(102)-595/2017 saylı qərarı ilə maraqlı şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə olan xx xxxxxx 2016-cı il tarixli, 2(103)-4793/16 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Məhəllədə yerləşən 0,033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması tələbi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddianı Cavabdeh1 münasibətdə rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, artıq ona müqnasibətdə mübahisə predmeti ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Lakin məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2015-ci tarixli, 2(008)-2546/2015 saylı qətnaməsi ilə Cavabdeh1 mübahisəli evdən və torpaq sahəsindən çıxarılması qət edilməsi iddianın ona münasibətdə rədd olunması üçün əsas deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə əvvəllər baxılmış iddiada da iddiaçı qismində İddiaçı, cavabdeh qismində isə Cavabdeh1 çıxış etdiyindən, həmin iddia ilə hazırki iddiaların predmeti və faktiki əsasları eyni olduğundan, habelə göstərilən qətnamə son nəticədə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaqla, qanuni qüvvəyə mindiyindən İddiaçı iddiasına Cavabdeh1 münasibətdə təkrarən mülki icraat qaydasında baxılması qeyri-mümkündür və iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Cavabdehlər Cavabdeh2, Bayramov Osman Nəsib oğlu, X17, X12, X18, X19 və X15 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 3062/2019 saylı qətnaməsi“iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi” hissəsində ləğv olunsun və həmin hissədə iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 3062/2019 saylı qətnaməsinin “Cavabdeh2, Bayramov Osman Nəsib oğlunun, X6, X1, X10, X9, X4 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması” hissəsindən cavabdehlərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam etdirilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar