Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi cavabdeh 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: miras əmlakın qəbul edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X23 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5226/2019 nömrəli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ərizəçi ilə X18 xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1982-ci il təvəllüdlü X34, xx.xx.1986-cı il təvəllüdlü X27, xx.xx.1992-cı il təvəllüdlü Babayeva (Quliyeva) Səidə Atif qızı doğulmuşlar.
2. 10 saylı DNK-nin xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X24 ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 13 kv.metr sahəsi olan 2 otaqdan və 16.8 kv.metr olan digər sahələrdən ibarət 8 saylı fərdi yaşayış evini X1.
3. X18 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir.
4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)- 2628/2013 nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 qarşı Bakı şəhəri, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 2m x 3m ölçüdə köşkün cavabdehin qeyri-qanuni sahibliyindən qaytarılması barədə iddiası təmin edilməmişdir.
5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 2392/2020 nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 qarşı X11 ölümündən sonra qalmış miras əmlak - ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Qərardad qanuni qüvvəsini almışdır.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-555/2023 nömrəli qərardadı ilə iddiaçı Maraqlı şəxs2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı 10 saylı DNK tərəfindən təsdiq edilmiş, xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1974-cü il tarixdə X11 adına qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin məhv olmasının təsdiqlənməsi və həmin evin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəsini almışdır.
7. ƏMDK DƏDRX saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən X11 adına xx.xx.1974-cü il tarixdə ünvan 1, 8 saylı fərdi yaşayış evi 10 saylı DNKnin xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X2 adına ünvan 1, 8 saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Ərizəçi cavabdeh 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, X8nun ölümündən sonra onun mülkiyyətində olan, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən miras əmlak hesab olunan fərdi yaşayış evinin tərəfindən miras əmlak kimi qəbul olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbininin həcminin artırılmasına dair məhkəmə ərizə təqdim edərək, ünvan 1, 8 saylı ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçı Ərizəçi tərəfindən miras əmlakı olaraq qəbul edilmiş sayılması, iddiaçı Ərizəçi adına yuxarıda qeyd olunanlar nəzərə alınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri, 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə həvalə edilməsi, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair Ərizəçi adına hüquq müəyyənedici və texniki sənədlərin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X7 ilə xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan üç qız övladları anadan olmuşlar. X7 10 saylı DNK-nın xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı satqı - müqaviləsinə əsasən qeydiyyatdan keçməklə, Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evini almışdır. Qeyd olunan fərdi yaşayış evi hal hazırda mərhum ərinin şəxsi mülkiyyətidir. X8 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Ərinin ölümündən sonra sonuncudan miras əmlak kimi qalmış ünvan 5 ünvanda çalmış fərdi yaşayış evinə aid vərəsəlik şəhadətnaməsinin alınması üçün 4 saylı "Asan Xidmət" mərkəzində Notariat ofisinə müraciət etmiş, qeyd olunan DNK-da vərəsəlik işi açılmasına baxmayaraq, xx.xx.2019-cu il tarixli 1530 saylı cavab məktubu ilə vərəsəlik şəhadətnaməsi verilməsinə imtina edilmişdir.İmtina məktubunda göstərilir ki, müraciəti əsasında xx.xx.2000-ci idə vəfat etmiş X12 adına vərəsəlik işi açılmışdır. Bildirilir ki, mirasın faktiki qəbulu ilə bağlı sübut təqdim edə bilmədiyindən mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət edilməlidir. Ərinin ölümündən sonra o, və üç qızı varisləridir. Vərəsələrdən miras əmlakla bağlı aralarında heç bir narazılıq yoxdur. Bundan başqa o, notariat orqanında bildirmişdir ki, ərinin ölümündən sonra miras əmlak kimi qalmış onun şəxsi əmlaklarını və mübahisəsi olunan fərdi yaşayış evi tərəfindən faktiki qəbul olunmuş və idarə edilmişdir. O, ərininin ölümündən sonra miras əmlak kimi qalmış göstərilən fərdi yaşayış evinə yiyələnmiş, ondan istifadə etmişdir. Ərinin ölümündən sonra onun nəşi tərəfindən götürülmüş, hüzr məclisi ərinin və onun tərəfindən qazanılmış pulla aparılmışdır. Ərimin ölümündən sonra miras qalmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə iki ev olmuşdur. Əri hələ sağlığında evlərdən birini öz qardaşının müvəqqəti yaşaması üçün vermişdir. Ərinin ölümündən sonra o, miras evi kirayəyə vermək istəmiş və bu barədə ərinin qardaşına öz fikrini bildirmişdir. Bu fikrini bilən ərinin qardaşı ona təklif etmişdir ki, evi elə onun özünə kirayəvə versin. O, ərinin qardaşı ilə razılaşmış və sonuncu ona 2017-ci ilə qədər kirayə haqqı verməklə, orada yaşamışdır. Ərinin ölümündən sonra qeyd olunan ünvanda ərinin mağazası da qalmışdır. Həmin mağazanı da qaynına kirayəyə vermişdir. 2017–ci ildə o, qaynına xəbər göndərmişdir ki, ona ödənilən kirayə haqqı az olduğundan, kirayə haqqını artırmaq niyyətindədir. Onun bu xəbərindən sonra qaynı onunla mübahisə etmiş və sonda onları ərindən qalan evlərinə buraxmamışdır. Həmçinin, ərinin ölümündən sonra sonuncuya məxsus olan bütün şəxsi əmlakları (qızıl saatı, qızıl üzzüyü, pul vəsaitini və sairə) onların sərəncamında olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, notariat orqanın onlara ünvanlanmış cavab məktubu qanunsuzdur. Belə ki, X8nun ölümündən sonra onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən miras əmlak hesab olunan fərdi yaşayış evi tərəfindən qəbul olunmuşdur.
11. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 5226/2019 nömrəli qərardadı ilə X11 övladları X27, X34 və X29, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
12. Məhkəmə iclasında şahid qismində ifadə verən X31 ifadəsində göstərmişdir ki, o, iddiaçı Ərizəçi ilə Bakıxanov qəsəbəsində qonşu olmuşlar, daha sonra evləri plana düşüb söküldükdən sonra Nizami rayonuna köçmüşlər. İddiaçı ilə qonşu kimi yaxşı münasibətləri, gediş-gəlişləri olmuş, xeyir-şərlərində iştirak etmişdir. İddiaçının həyat yoldaşı Atif rəhmətə gedəndə sonra Ədilə xanım öz evində yas mərasimləri, cümə axşamlarını keçirmişdir. Atifdən qalan şəxsi əşyalar Ədilə xanımın sərəncamında olmuşdur. İddiaçının əri Atif rəhmətə gedəndən sonra, Atifə məxsus Suraxanı rayonu, Bül- Bülə qəsəbəsində yerləşən hazırki mübahisəli evə dəfələrlə Ədilə xanımla birlikdə gedibgəlmiş, bağdan meyvələr yığmış, mürəbbə bişirmişlər.
13. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, o, iddiaçının uzaq qohumdur, sonuncunun əri Atif rəhmətə gedəndə sonra iddiaçı öz evində yas mərasimləri, cümə axşamlarını keçirmişdir. Atifdən qalan şəxsi əşyalar Ədilə xanımın sərəncamında olmuşdur. İddiaçının əri rəhmətə gedəndən sonra, sonuncuya məxsus mübahisəli, Suraxanı rayonunun Bül-Bülə qəsəbəsində yerləşən həyət evinə dəfələrlə Ədilə xanımla, sonuncunun uşaqları ilə birlikdə gedib-gəlmişdir.
14. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, o, Ədilə xanımla, rəhmətlik Atiflə Bakıxanov qəsəbəsində qonşu olmuşlar, daha sonra evləri plana düşüb söküldükdən sonra Bül-Bülə qəsəbəsinə köçmüşlər. Ədilə xanımla qonşu kimi yaxşı münasibətləri, gediş-gəlişləri olmuş, xeyir-şərlərində iştirak etmişdir. İddiaçının həyat yoldaşı Atif rəhmətə gedəndə sonra Ədilə xanım öz evində yas mərasimləri, cümə axşamlarını keçirmişdir. Atifin Bül-Bülə qəsəbəsində hazırki mübahisə predmeti olan evini ərinin ölümündən sonra Ədilə xanım qaynı Qabilə kirayəyə vermişdir. O, şəxsən dörd-beş dəfə Ədilənin qızı Səbinə ilə birlikdə kirayə haqqını almaq üçün Bül- Bülədəki evə getmiş, Qabildən kirayə pulunu alaraq, Ədiləyə təqdim etmişdir.
15. Məhkəmə iclasında şahid qismində ifadə verən X20 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə Bakıxanov qəsəbəsində qonşu olmuşlar, sonuncu ilə qonşu kimi yaxşı münasibətləri, gediş-gəlişləri olmuşdur. İddiaçının həyat yoldaşı Atif rəhmətə gedəndə sonra Ədilə xanım öz evində yas mərasimləri, cümə axşamlarını keçirmişdir. Atifə məxsus Suraxanı rayonu,Bül-Bülə qəsəbəsində yerləşən mübahisəli evinə iddiaçının uşaqları gedib-gəlmiş, yay tətillərində orada qalmışlar.
16. Məhkəmə iclasında şahid qismində ifadə verən X21 ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısıdır. X47 ailə qurmuş, sonuncuların birgə nikahdan üç qızları-Səbinə, Aidə və Səbinə anadan olmuşlar. Bül-Bülə qəsəbəsində Atifin hazırda mübahisə predmeti olan fərdi yaşayış evi və dükanı vardır. Atif dəfələrlə Ədiləyə həmin evə köçüb yaşamağı təklif etsə də, Ədilə Bakıxanovdakı evin şəraitinin daha yaxşı olduğunu bildirərək, bundan imtina etmişdir. Atif rəhmətə gedəndə sonra Ədilə öz evində ərindən qalmış vəsait hesabına yas mərasimləri, cümə axşamlarını keçirmişdir. Atifdən Ədiləyə miras kimi xeyli miqdarda pul vəsaiti, qızıl saatı, qızıl üzüyü də qalmış, bu pulu Ədilə qızı Səidənin onkoloji xəstəliyinin müalicəsinə, uşaqların maddi təminatına xərcləmişdir. Atif rəhmətə gedəndən sonra Ədilə mübahisəli evi qaynı Qabilə kirayəyə vermişdir, o, dəfələrlə Qabilin kirayə haqqını Ədiləyə gətirib verdiyini görmüşdür.
17. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 5226/2019 nömrəli qətnaməsi ilə (hakim A.F.İbrahimov) iddia təmin edilmiş, ünvan 1, 8 saylı ünvanda yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras əmlakı olaraq qəbul edilmiş sayılması, iddiaçı Ərizəçi adına yuxarıda qeyd olunanlar nəzərə alınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri, 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə həvalə edilməsi, ünvan 1, 8 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Ərizəçi adına hüquq müəyyənedici və texniki sənədlərin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi qət edilmişdir.
18. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin və vəkilinin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin və şahidlərin izahatları ilə müəyyən olunmuşdur ki, X19 hazırki iş üzrə iddiaçı Ərizəçi ilə xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahından üç qız övladları - X27, X34 və X29 anadan olmuşlar. X19 10 saylı DNK-nın xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı satqı - müqaviləsinə əsasən qeydiyyatdan keçməklə, Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evini almışdır. Qeyd olunan fərdi yaşayış evi hal hazırda X12 şəxsi mülkiyyətidir. X18 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Onun vəfatından sonra qanun üzrə vərəsəlik qaydasında birinci növbəli vərəsəsi olan həyat yoldaşı- hazırki iş üzrə iddiaçı ondan miras qalmış əmlakların bir hissəsini, o, cümlədən pul vəsaitlərini, qızıl-zinət əşyalarını mərhumun vəfatından dərhal sonra bilavasitə olaraq qəbul etmiş, miras qoyan X5-Bülə qəbirsanlığında dəfn edildikdən sonra, iddiaçı bütün yas mərasimlərini, cümə axşamlarını mərhumdan miras qalmış pul vəsaitləri hesabına yaşadıqları Bakıxanov qəsəbəsində yerləşən evdə keçirmiş, daha sonra miras qalmış pul vəsaitləri hesabına qızının müalicəsinin, həmçinin, övladlarının maddi təminatının həyata keçirilməsində istifadə etmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mərhumun qanun üzrə vərəsəlik qaydasında birinci növbəli vərəsəsi olan həyat yoldaşı, hazırki iş üzrə iddiaçı Ərizəçi hazırki iş üzrə mübahisə predmeti olan evi də miras əmlak olaraq qəbul etmişdir. Belə ki, mübahisəli ev boş qalmasın deyə iddiaçı evi kirayə vermək barədə fikrini bildirdikdən sonra, hələ mərhumun sağlığında sonuncunun razılığı ilə müvəqqəti olaraq orada məskunlaşmış sonuncunun qardaşı Maraqlı şəxs2 kirayə haqqını özü ödəyəcəyini bildirərək, hər ay evə görə 50 manat, dükana görə isə 40 manat ödəməyi üzərinə götürmüş, iddiaçı bununla razılaşmış, 2017-ci ilə qədər Maraqlı şəxs2 evə və mağazaya görə razılaşdırılmış kirayə haqqını iddiaçıya ödəmiş, sonradan iddiaçı kirayə haqqının az olduğunu bildirəndə, aralarında narazılıq yaranmışdır. Göstərilən hallar bu nəticəyə gəlməyə əsas verir ki, mərhum X6 miras qalmış qızıl-zinət əşyaları, pul vəsaitləri, Bakı şəhəri ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlaklar olaraq iddiaçı Ərizəçi tərəfindən faktiki sahibliyə qəbul edilmişdir. Göstərilən fakt məhkəmə iclasında ifadə vermiş mərhumun övladları - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X25 və X22 ifadələri, həmçinin, şahid ifaləri ilə də təsdiq olunur. İşin faktiki halları iddiaçı tərəfindən mərhum ərindən miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən qəbul edilmiş miras əmlaka dair şəhadətnamənin alınmaması, onun mirasa qarşı hüququnun itirilməsi üçün əsas ola bilməzdi. Belə ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz.
19. Məhkəmə bütün yuxarıda qeyd olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi Ərizəçi tərəfindən miras əmlakı olaraq qəbul edilmiş sayılmalı, iddiaçı Ərizəçi adına yuxarıda qeyd olunanlar nəzərə alınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi Bakı şəhəri, 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə həvalə edilməli, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair Ərizəçi adına hüquq müəyyənedici və texniki sənədlərin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə, xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 530, 532, 536, 552-ci maddələrinə, qüvvədə olan Mülki Məcəllənin 7, 1243.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 88, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, miras əmlaka daxil olan kərpicdən tikilmiş evin onun və atası Bəyməmməd Bayramov tərəfindən qəbul edilmiş hesab edilməsi, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə həvalə edilməsi və onun adına hüquq müəyyənedici və texniki sənədlərin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qardaşı X18 xx.xx.2000-ci ildə vəfat etdiyindən xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-528, 530-cu, 532-ci, 536cı, 552-ci maddələrini və eyni zamanda hazırda qüvvədə olan Mülki Məcəllənin 1243.3cü maddəsini tətbiq etsə də, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərini qanunvericiliyin tələblərinə uyğun həll etməmişdir. Ərizəçi əri Atif Babayevdən yaşayış evi miras qaldığı halda Ərizəçi və ya qızları mirası qanunla müəyyən edilmiş müddətdə nə faktiki, nə də rəsmi qəbul etməmişdir. Qanunda göstərilən müvafiq 6 ay müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququnu itirmişdir. Birinci instansiya Məhkəməsi xx.xx.2000-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin hazırda qüvvədə olan Mülki Məcəllənin 1243.3-cü maddəsinin müddəalarının qüvvəsini geriyə şamil etməklə mübahisəli ünvanda qardaşı Atifdən miras qalmış hesab oluna bilən, birinci növbə vərəsə olaraq əvvəlcə atası X4 tərəfindən, sonra da onun tərəfindən faktiki qəbul olunmuş əmlakı ərizəçinin mülkiyyətinə verilməsi barədə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. O da nəzərə alınmalıdır ki, məhkəmənin istinad etyi xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 536-ci maddəsinə əsasən adi ev avadanlığı və məişət pedmetləri miras qoyanla birgə yaşayan qanun üzrə vərəsələrə onların növbəsindən və miras payından asılı olmayarq bu şərtlə keçə bilər ki, onlar miras qoyan şəxslə onun ölümünə qədər bir ildən az olmayaraq bir yerdə yaşamış olsunlar. Həmin maddədə mənbəyi məlum olmayan, qətnamədə hakimin istinad etdiyi qızıl saat, qızıl üzük, pul vəsaiti və sair kimi şəxsi əşyalar nəzərdə tutulmamışdır. Mülki Məcəlləsinin 1243.3-cü maddəsinin tələbinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. İddiaçılar mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdilər. Lakin mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin iddiaçılar tərəfindən edildiyi təsdiq edilmir. Bununla bağlı olaraq ilk növbədə nəzərə alırmalıdır ki, mirasın qəbulu ilə bağlı hərəkətlərin edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-in 14.2 və 77.1 -ci maddələri). İddiaçı isə miras əmlakı həqiqətən qəbul etdiklərini sübut edə bilməmişdir. Cavabdeh 4 Saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi mirasın faktiki qəbulu ilə bağlı sübut təqdim edə bilmədiyi ilə əlaqədar Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina etməkdə haqlı olmuşdur. Ərizəçi mirası faktiki qəbul etmədiyi halda ərinin ölümündən 19 il sonra (2019-cu ildə) mirasın qəbulu üçün notariat kontoruna müraciət etmiş, bununla da mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti 19 il ötürmüşdür. Ərizəçinin məhkəməyə təqdim etdiyi şahidlərin öyrədilmiş və ya aldadılmış şahidlər olduğu, hansısa maraq və ya işin əsl mahiyyətini bilmədən yanılma təsiri altında ifadə verdikləri istisna deyildir. Məhkəmə iclasında ifadə verən şahidlərin heç biri mübahisəli ünvanın yerləşdiyi ərazidə, qonşuluqda yaşamır. Belə şahidlərin mirasın qəbulu ilə bağlı qurama ifadələri neçə ağlabatan olmaqla sübut kimi qəbul olunduğu aydın deyildir. X32 ərizəçi Ədilənin evində xidmətçi işləyir. Bu şahidin təbii ki, ərizəçi Ədilədən maddi asılılığı var. Yalan ifadə verən X39 ərizəçinin qardaşı arvadıdır. Yalan ifadə verən şahid Sona Yadigarova və Norəstə Paşayeva Bakıxanov qəsəbəsində Ədilə ilə qonşu olduqlarını bildirirlər. Onları da tanımır. Yalan ifadə verən şahid Tamilə Rəhimova da ifadəsindən görünür ki, ərizəçi Ədilənin bacısıdır. Atif Məmmədovun ölümündən sonra onun nəşinin götürülməsi barədə Ərizəçi və qızlarının izahatları da ziddiyyətlidir. Bundan başqa, miras qalmış yaşayış evində faktiki yaşama, müvəqqəti və ya daimi yaşama, qeydiyyatda olma halı müvafiq icra hakimiyyəti orqanı (DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, MKİS, X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyi) tərəfindən verilmiş arayış-sənəd əsasında təsdiq edilə bilərdi. Mirasın tərkibinə yaşayış evi daxildirsə, onun yeri, ümumi sahəsi, yaşayış otaqlarının sayı DƏDRX tərəfindən verilmiş sənədlərlə - fərdi yaşayış evinə dair texniki pasportla təsdiq oluna bilərdi. O cümlədən mirasın qəbulu üçün müəyyən olunmuş müddətdə miras əmlakın icarə və kirayəyə verilməsi üzrə haqların alınması mötəbər sübutlarla - müqavilə və digər rəsmi sənədlə təsdiq oluna bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiya məhkəməsində icraat
24. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6100/2020 nömrəli qərardadı ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənovdan ibarət tərkibdə) iş üzrə icraat, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair ilkin, Maraqlı şəxs2 cavabdeh Ərizəçi qarşı “məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv olunması” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır.
25. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-103/2022 nömrəli qərardadı ilə iş üzrə icraat, iddiaçı Maraqlı şəxs2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat yazısının ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır.
26. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-24/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnərək baxışa təyin edilmişdir.
27. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili məhkəməyə vəsatət göndərərək iş üzrə ekspertizanın keçirilməsini xahiş etmişdir.
28. Vəsatət belə əsaslandırılmışdır ki, 10 saylı DNK-nin xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmetini hansı fərdi yaşayış evinin olduğunun müəyyən edilməsi zəruridir. Çünki ünvan 1, 8 saylı ünvanında yeganə fərdi yaşayış evi yalnız 1987-ci ildə atası ilə tikintisinə başlamaqla, tikib-təmir edərək ailə üzvləri ilə yaşadığı evdir. Həmin evdə o, və ailə üzvləri yaşamaqla sahiblik edirlər və evin yerləşdiyi torpaq sahəsi də onun və ailə üzvlərinin istifadəsindədir. Ərizəçi məhz ona məxsus evi ələ keçirmək niyyəti ilə məhkəmədə iddia qaldırmışdır.
29. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-12/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin vaxt ata yaşayırdı və miras əmlakı üçüncü şəxsin atası qəbul etmiş və bir neçə il orada yaşamışdır. X17 da orada atası ilə yaşamışdır. Atifin başqa əmlakının olduğu barədə məlumatı yoxdur. Orada qırmızı kərpicli ev var. O evi üçüncü şəxslə atası qəbul edib. Atasından da üçüncü şəxsə keçib. İddiaçı 19 ildən sonra məhkəməyə müraciət etmişdir. Atif öldükdən sonra miras əmlakı atası və anası qəbul etmişlər.
31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçının vəkili ərizə ünvanlayaraq Şirvan İnzibati Məhkəməsində olan məhkəmə iclasında iştirakı olduqca vacib olduğu üçün, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
32. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili apellyasiya şikayətinə etiraz etmiş, həmçinin bildirmişdir ki, üçüncü şəxsin vəkili və nümayəndəsinin izahatı ziddiyyətlidir. Belə ki evin həmin ev olmadığı barədə məhkəmə qərarlarının olduğunu, həmin evin söküldüyünü bildirir. Əgər ev həmin ev deyilsə, onların hansı maraqlarına toxunur? Miras əmlak mübahisələndirilən evdir. Başqa əmlakın olmasını dəqiq bilmir. Tətbiq edilən hüquq
33. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 536. Adi ev avadanlığı və məişət predmetləri miras qoyanla birgə yaşayan qanun üzrə vərəsələrə onların növbəsindən və miras payından asılı olmayaraq, bu şərtlə keçə bilər ki, onlar miras qoyan şəxslə onun ölümünə qədər bir ildən az olmayaraq bir yerdə yaşamış olsunlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X18 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən onun vəfatından sonra qanun üzrə vərəsəlik qaydasında birinci növbəli vərəsəsi olan həyat yoldaşı - iddiaçı Ərizəçi, miras qoyanın övladları (hazırki iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb olunmuş X34, X27 və Babayeva (Quliyeva) Səidə Atif qızı) və valideynləri hesab olunurlar.
39. Göründüyü kimi, hazırki iş üzrə maraqlı şəxs – miras qoyanın qardaşı Maraqlı şəxs2 miras qoyanın birinci növbə vərəsəsi hesab olunmur.
40. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətində miras əmlakın atası Bəyməmməd Bayramov tərəfindən qəbul edilmiş hesab edilməsi xahiş edilsə də, Bəyməmməd Bayramov tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı hər hansı sübut, o cümlədən Bəyməmməd Bayramov tərəfindən notariat orqanına müraciət edilməsi barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.
41. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayəti ilə bağlı qeyd etməyi vacib hesab edir ki, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olubolmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır.
42. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2968 nömrəli ekspert rəyinə əsasən ünvan 8 ünvanında 600 kv.m torpaq sahəsi üzərində ümumi sahəsi 79,3 və 51,9 kv.m olan iki ədəd fərdi yaşayış evinin, ümumi sahəsi 26,5 kv.m olan köməkçi tikililərin, ümumi sahəsi 20,0 kv.m olan tövlə tikilisinin, ümumi sahəsi 52,9 kv.m olan çardaq tikilisinin və ümumi sahəsi 9,9 kv.m olan su hovuzunun olduğu müəyyən edilmişdir. ünvan 8 ünvanına dair tərtib edilmiş texniki pasportda öz əksini tapan fərdi yaşayış evinin söküldüyü, sökülən hissədə hər hansı bir tikilinin olmadığı müəyyən edilmişdir. ünvan 8 ünvanında 600 kv.m torpaq sahəsi üzərində olan fərdi yaşayış evi ilə texniki pasportda öz əksini tapan və faktiki olaraq sökülmüş olan fərdi yaşayış evi arasında olan məsafənin 23,1 m təşkil etdiyi müəyyən edilmişdir.
43. Ekspert rəyindən göründüyü kimi, 10 saylı DNK-nin xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X24 tərəfindən X3 və miras əmlak olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 13 kv.metr sahəsi olan 2 otaqdan və 16.8 kv.metr digər sahələrdən ibarət 8 saylı fərdi yaşayış evi sökülmüş və sökülən hissədə hər hansı tikili mövcud deyil.
44. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhz həmin evin iddiaçı tərəfindən miras əmlakı olaraq qəbul edilmiş sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri, 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə həvalə edilməsi, həmin evə dair Ərizəçi adına hüquq müəyyənedici və texniki sənədlərin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi qət edilmişdir.
45. Maraqlı şəxsin isə bildirdiyi, 1987-ci ildə atası ilə tikintisinə başlamaqla, tikibtəmir edərək ailə üzvləri ilə yaşadığı ev isə sözügedən sökülmüş evdən (miras əmlakdan) 23,1 metr aralıda yerləşir. Beləliklə müəyyən edilir ki, hazırki qətnamə maraqlı şəxsin hər hansı hüquqlarına toxunmur.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 5226/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği üçüncü şəxs Maraqlı şəxs2 özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait Maraqlı şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.