Məhkəmə qərarları › İş №2(103)-120/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-120/2025

10.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-120/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə); birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı tələbinə dair iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və oğlunun katibliyi, İddiaçı qəyyumu Qanuni nümayəndə, Cavabdeh və onun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(004)-516/2021 nömrəli qətnaməsindən İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı atası mərhum X9 Aslanov arasında xx.xx.2010-cu il tarixdə “Ömürlük renta müqaviləsi” bağlanmış, müqaviləyə əsasən B.Qasımov mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə B.Qasımovu ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəməyi və lazımi xidmətlər göstərməyi, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirməyi, öldükdən sonra onu dəfn etməyi, bütün dəfn xərclərini ödəməyi, hər ayın əvvəlində 100 manat pul ödəməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı X7 iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsinin” ləğv edilməsi, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzilinin üzərində X1 xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-891/2018 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-3717/2019 nömrəli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X1 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuş, Ağayeva Sarayxanım Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 5892/2019 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh və Ağayeva Sarayxanım Musaxan qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qüvvəyə minməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh mənzili boşaldaraq mülkiyyətçi İddiaçı qəyyumu kimi ona təhvil verməkdən imtina edir. Nəticədə mülkiyyətçiyə maddi və mənəvi zərər vurulur. Mənzildə təmir işlərinin aparılıb-aparılmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə ekspertizası keçirilmişdir. Ekspertizanın xx.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyi ilə dəqiq müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan mənzildə cavabdeh tərəfindən bir sıra dəyişiklik aparılmışdır. Həmin dəyişiklik nəticəsində 1 yaşayış otağının hüdudları dəyişdirilərək digər otaqla olan keçidi ləğv olunmuş və əvəzinə həmin otağın ölçüləri kiçildilmiş, süni şəkildə dəhliz uzadılmışdır. Bundan başqa rəydə qeyd olunur ki, mənzilin eyvanı sökülərək dəyişdirilmiş və otağa qatılaraq, kərpic və plastik pəncərələrlə bağlanmışdır. Bu da iddiaçının açıq havada asudə vaxtının keçirilməsinə mənfi təsir göstərəcəkdir. Çünki, səhhəti ilə əlaqədar hər dəfə o, aşağı düşə bilməyəcək və belə olduğu halda, mənzildə yeganə olan eyvanın süni şəkildə bağlanılması eyvanda təmiz hava qəbul olunmasını mümkünsüz edəcəkdir. Cavabdeh təmir işlərini iddiaçıdan icazəsiz aparmış, icra hakimiyyətindən razılıq almamışdır. Hesab edir ki, cavabdeh tərəfindən aparılmış əsassız dəyişikliklər ləğv olunmalı və mənzilin texniki pasportunda olduğu kimi eyvan divarları bərpa olunmalı və mənzilin bu hissəsi əvvəlki vəziyyətə gətirilməlidir. Amma nəzərə alınsa ki, bunun üçün xeyli məbləğdə pul vəsaiti tələb olunacaqdır. Bu səbəbdən, həmin məbləğ hesablanmalı və hesablanma aktına uyğun olaraq bərpa işlərinin dəyəri müəyyən olunmalı və nəticədə, bu pul məhz cavabdehdən tutulmalıdır. Mənzilə ekspertlə birlikdə baxış keçirilərkən mənzildə təmirin yenicə aparılması hiss olunurdu, çünki, boya qoxusu gəlirdi. Ekspert rəyini hazırlayarkən və 8.443 manat qiymət qoyarkən indiki qiymətləri əsas götürüb. Əslində ekspert 2012-2014-cü illərin qiymətlərini götürməli idi. Bu halda mənzilin təmirinə xərclənən vəsait 4.000-5.000 manat təşkil edə bilər. Mənzildə bir otaq istisna olmaqla, digər hissələrində təmir aparılıb. Parket köhnədən vurulmuşdur, üstünə rəng vurulub. Cavabdeh təmiri özü üçün edib və hazırkı vaxta kimi mənzildən istifadə edib. Cavabdeh renta müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib. Bu səbəbdən məhkəmə tərəfindən müqavilə ləğv edilib.

6. İddiaçı qəyyumu Qanuni nümayəndə vəsatəti əsasında Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

7. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinin təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq ümumilikdə 51.236 manat və mənəvi ziyan olaraq 20.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi, mənzildən çıxmağı ilə pulun ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi”nin şərtlərinə görə, renta alan Bahadur Qasımovun öhdəliyi mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini renta ödəyicisi Cavabdeh mülkiyyətinə vermək, Cavabdeh öhdəliyi isə B.Qasımovu ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəmək və lazımi xidmətlər göstərmək, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirmək, öldükdən sonra onu dəfn etmək, bütün dəfn xərclərini ödəmək, hər ayın əvvəlində 100 manat pul ödəməkdən ibarət olmuşdur. Cavabdeh müqavilə öhdəliyini yerinə yetirmişdir. Buna baxmayaraq X7 məhkəmədə iddia qaldırmış və məhkəmə qətnamələrinə əsasən renta müqaviləsi ləğv edilmiş, Bahadur Qasımov xx.xx.2018-ci ildə öldükdən sonra Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə onun qızı İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini əsaslı təmir etdirmiş, külli miqdarda vəsait xərcləmişdir. Çünki, mənzil yaşamaq üçün tamamilə yararsız olmuşdur. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində anlaqsız vəziyyətdə bacısı X2 qətlə yetirmişdir. Bununla bağlı hadisə yeri müayinə edilmiş və DİN Kriminalistik Təhqiqatlar İdarəsi tərəfindən İddiaçı barəsində olan cinayət işi üzrə mənzildə fotoşəkillər çəkilmişdir. Həmin fotoşəkillər mənzilin yaşayış üçün tamamilə yararsız olmasını və zir-zibillə dolu olduğunu təsdiq edir. Şəkilləri cinayət işinin materiallarında əldə edərək məhkəməyə təqdim etmişdir. Ekspertizanın xx.xx.2021-ci il tarixli rəyində göstərilən 8.443 manat təmir xərci ilə razı deyildir. Çünki, mənzildə əsaslı təmir işləri aparılmış, uzun illər yığılıb qalmış zibillər mənzildən daşınmışdır. Təmir işləri mərhum Bahadur Qasımovun özünün razılığı ilə aparılmışdır. Bu səbəbdən çəkilmiş xərclər tam ödənilməlidir. Cavabdeh təqdim etdiyi 2020-ci ildə tikinti və təmir işlərinə dair smetaya əsasən mənzildə aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16.704 manat, görülən işlərin xərci 22.286 manat olmaqla, cəmi 38.990 manat təşkil edir. Hesab edir ki, təmir xərcləri hesablanarkən Cavabdeh təqdim etdiyi smeta əsas götürülməlidir. Təmirdən əvvəl eyvan açıq olmuş, evin təmiri zamanı eyvanla otağın arasındakı qapı və pəncərə, həmçinin pəncərənin altı sökülmüş və eyvanın kənarları hörülmüş, pəncərə qoyulmaqla, otağa qatılmışdır. Otağın yükdaşıyan divarlarında hər hansı bir dəyişiklik edilməyib.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 550/2021 nömrəli qərardadı ilə qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 516/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 2 otaqlı 79 nömrəli mənzilinin eyvan və dəhliz tikilisində əlavə divarın hörüldüyü və yaşayış otağından eyvana keçən hissədə pəncərə altının söküldüyü müəyyən edilmişdir. Lakin mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işlərinin aparılmadığı nəzərə alınaraq, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində əsaslı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 8.443 manat müəyyən olunur. Hazırda mənzil yaşayış və yardımçı tikililərdən ibarət olmaqla, orta təmirli vəziyyətdə olduğunu nəzərə alaraq mənzilin yaşayış üçün yararlı olduğu müəyyən edilir. Mənzilin bir otağı köhnə təmirlidir, orada təmir işləri aparılmayıb.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(004)- 516/2021 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddialar qismən təmin edilmiş, birinci iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, cavabdehin mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçının qəyyumu Qanuni nümayəndə təhvil verilməsi, iddianın qalan hissələrdə rədd olunması, eyni zamanda birləşdirilmiş iş üzrə sözügedən mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8.443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması, hər iki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumlarının iddiaçıların özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərci kimi 100 manatın 50 manatının İddiaçı, qalan 50 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı atası mərhum Bahadur Qasımovla Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə “Ömürlük renta müqaviləsi” bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3717/2019 nömrəli qətnaməsi ilə iddiaçı mərhum X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X1 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuş, Ağayeva Sarayxanım Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5892/2019 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh və Ağayeva Sarayxanım Musaxan qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

14. Mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

15. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində anlaqsız vəziyyətdə bacısı X2 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Bu səbəbdən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(101)-637/210 nömrəli qərarı ilə Azərbaycan Respublikası CPM-in 477.3- cü maddəsinə əsasən İddiaçı cinayət məsuliyyətindən və cəzadan azad olunmuş, barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 4853/2010 nömrəli qətnaməsinə əsasən xx.xx.1969-cu il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 32 nömrəli sərəncamı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-4853/2010 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1969-cu il təvəllüdlü İddiaçı üzərində onun atası X7 qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 904618 seriyalı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X7 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində kəskin ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bundan sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 69 nömrəli sərəncamı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 4853/2010 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1969-cu il təvəllüdlü İddiaçı mülkiyyətlərinə hüququ olmadan əmisi Qanuni nümayəndə qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 32 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.

16. Cavabdeh Zülfüqar oğlu tərəfdən məhkəməyə təqdim olunmuş 2020-ci ildə tikinti və təmir işlərinə dair smetada göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16.704 manat, görülən işlərin xərci 22.286 manat olmaqla, cəmi 38.990 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyinə əsasən mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 8.443 manat müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli ömürlük renta müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilinə köçmüş, mənzilin bir otağı istisna olmaqla digər hissələrində təmir işləri aparmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3717/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra İddiaçı qəyyumu Qanuni nümayəndə mənzilin boşaldılmasını Cavabdeh tələb etsə də, sonuncu qanuni əsas olmadan mənzili boşalmaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh Zülfüqar oğlunun həmin mənzildə yaşamaqda davam etməsi qanunsuz olmuşdur. Nəticədə İddiaçı mülkiyyət hüquqları pozulmuşdur.

18. Eyni zamanda, Cavabdeh mənzilə qanuni əsaslarla köçdüyünə və təmir işlərini mərhum Bahadur Qasımovun razılığı ilə apardığına görə, həmin mənzilin təmirinə çəkdiyi xərcin əvəzini mülkiyyətçidən tələb etməkdə haqlıdır. Mülkiyyətçi İddiaçı qəyyumu mənzilin təmirinə çəkilən xərcləri ödəməkdən imtina etdiyinə görə Cavabdeh Zülfüqar oğlu mənzili hazırkı vaxta kimi boşaltmamışdır.

19. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı qəyyumu Qanuni nümayəndə iddia tələbi - Cavabdeh Zülfüqar oğlunun iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olsa da, iddia tələbi qalan hissədə, yəni - vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsassızdır və bu hissələrində təmin edilə bilməz. O cümlədən birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh mənzilin təmirinə çəkilmiş 8.443 manat xərcin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi qalan hissələrində, yəni - təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq tələb etdiyi 51.236 manatdan 8.443 manatı istisna olmaqla, qalan 42.793 manat vəsaitin və mənəvi ziyan olaraq 20.000 manat pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi hissəsində əsassızdır və bu hissədə iddia təmin edilə bilməz.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə tərəflərin biri-birinə mənəvi zərər vurması halı müəyyən edilməmişdir. Çünki, tərəflər faktiki olaraq ünsiyyətdə olmamışlar. Tərəflər arasında uzun müddətdir davam edən məhkəmə mübahisələri mövcud olmuşdur. Bu isə tərəflərə mənəvi zərər vurulmasını ehtiva etmir.

21. Məhkəmə Cavabdeh mübahisəli mənzilin təmirinə - materiallarının alınmasına 16.704 manat, görülən işlərin xərci kimi 22.286 manat olmaqla, cəmi 38.990 manat vəsait xərcləməsini ağlabatan hesab etməmiş və onun təqdim etdiyi smetanı mötəbər sübut kimi qəbul etməmişdir. xx.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyində göstərilən 8.443 manat təmir xərcini ağlabatan və mötəbər hesab etmişdir. Çünki, ekspertiza tədqiqatının aparılması üçün, hakimin, tərəflərin və ekspertin iştirakı ilə mübahisəli mənzilə baxış keçirilmişdir, ekspertin müəyyən etdiyi qiymət - 8.443 manat işin həqiqi hallarına uyğun gəlir (mənzil iki otaqdan ibarətdir, bir otağında ümumiyyətlə təmir işləri aparılmayıb). Həmçinin Cavabdeh mənzildə təmir işləri aparsa da, uzun müddətdir həmin mənzildə kirayə haqqı ödəmədən yaşayır və təmirli mənzildə özü yaşamaqla, faydalanır. Bu səbəbdən Cavabdeh mənzilin təmiri üçün daha artıq vəsait xərcləmiş olsa belə, ekspert rəyində göstərilən 8.443 manat vəsaitdən artığını tələb etməkdə haqlı deyildir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.5, 157.2, 157.4, 157.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən hər iki tərəf ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

24. Birinci iş üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə müəyyənləşdirilir ki, təmir işlərindən yalnız cavabdeh və anası faydalanmış, mərhum Bahadur Qasımovun yaşadığı otaq ümumiyyətlə təmir olunmamış və o, demək olar ki, ölənə qədər cavabdeh və onun anası ona zülm etdiklərinə görə öz evindən didərgin düşərək məcburən başqa ünvanda qalmışdır. Ümumiyyətlə işə baxan məhkəmə cavabdehin mərhum B.Qasımova qarşı törətdikləri qanunsuzluqların mahiyyətini tam olaraq nəzərə almamış, nəticə etibarilə natamam qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmənin fəaliyyət qabiliyyətsizliyi, psixi pozuntusu olan və daim qəyyumluq altında olan iddiaçıdan əsassız olaraq tələb olunan külli miqdarda pul hissəsində cavabdehin iddiasını qismən təmin edərək, qət edilmiş pulun qaytarılması ilə cavabdehin mənzildən çıxarılma hissəsinin eyni vaxtda icra olunmasını ilə əlaqələndirilməsi nə məntiqə, nə də ki qanuna sığmır. Çünki, iddiaçı bu pulu heç bir zaman ödəyə bilməyəcəyindən, cavabdeh yenə də ona maddi zərər vurmaqla qanunsuz olaraq ona məxsus mənzildə anası ilə birgə yaşamaqla yanaşı, mülkiyyətçi və ümumiyyətlə mənzillə heç bir hüquqi bağlılığı olmadan, əsassız olaraq mənzildə yaşayacaqdır. Halbuki, mənzil üzərində Lauranın sahiblik və istifadə hüququ bərpa olunsa idi, iddiaçı mənzili 3-cü şəxslərə kirayə verərək, hər ay azı 400 manat pul əldə edə bilər və həmin qazancdan məhkəmənin cavabdehin xeyrinə ödənlməli olan pulu qaytara bilərdi. Həmçinin, təmir xərcinin bu məbləğdə müəyyən edilməsi də ağıla sığan deyil, çünki, cavabdeh hələ əvvəlki işlər üzrə keçirilmiş bütün məhkəmə iclaslarında 2012-ci ildə mənzilin təmin etdirilməsini bildirmiş və bu təmir işləri üçün gah 50.000 manat, gah da 65.000 manat xərc çəkdiyni bildirmişdir. Amma məhz müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirilməməsi səbəbindən, 2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müqavilə ləğv olunmuşdur. İndi isə 3 il vaxt keçdiyinə görə, müqavilə tərəfi olmayan, yalnız mərhum Bahadur Qasımovun övladı olduğuna görə bu absurd iddia tələbi qismən təmin olunmuş və bu böyük pul məbləğdə pulun cavabdehə qaytarılması öhdəliyi qoyulmuşdur. Ümumiyyətlə cavabdehin həyata keçirtdiyi təmirdən 10 ilə yaxın vaxt keçmiş, bu illər ərzində yalnız özü bu təmirdən yararlanmış və məhz özü də ki, estetik zövq almışdır. Həmçinin tamamilə qanunsuz olaraq, 9 il öncə olunmuş təmiri daha effektiv göstərmək üçün həm məhkəməni, həm də eksperti aldadaraq bir sıra kosmetik işlər bilavasitə ekspertizadan öncə həyata keçirilmişdir. Təmir olunmuş otaqda olan kimyəvi tərkibli iy (yəni, rəng mənşəli qoxu) baxış zamanı açıq-aşkar mənzildə hiss olunmuşdur. Bundan başqa, təmir 9 il bundan öncə olunsa da, ekspert indiki qiymətlərlə hesablama aparmışdır. Həmçinin, təmir işləri zamanı çəkilən usta xərcləri də nəzərə alınmaya bilər. Çünki hər hansı bir ustaya xidmət haqqının ödənilməsi haqqında cavabdeh tərəfindən bir qəbz belə məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən ekspert rəyində öz əksini tapmış mənzilin balkon hissəsinin, otaqların bir birindən ayırılması nəticəsində dəhlizin (korridor) süni şəkildə yaradılması faktına da məhkəmə tərəfindən diqqət yetirilməmişdir. Çünki bu dəyişikliklər nəticəsində mənzil daxili layihə əsaslı olaraq, cavabdeh tərəfindən qanunsuz dəyişdirilmişdir. İndi isə bu dəyişikliklərin əvvəlki vəziyyətə gətirilməsi üçün xeyli məbləğdə pul vəsaiti və vaxt tələb olunur. Amma məhkəmə işə tələsik baxaraq, dəyişkilklərin ləğvi üçün nə qədər pul vəsaitinin tələb olunduğunu araşdırmamış və bunun üçün də əlavə ekspertiza təyin etməmişdir. Halbuki, iddinın bir hissəsi məhz bu tələbdən ibarət idi. Qeyd olunmalıdır ki, mənzilin eyvanı sökülməsi, iddiaçının açıq havada asudə vaxtı keçirməsinə mənfi təsir göstərəcəkdir, çünki, səhhətilə əlaqəqdar o, hər dəfə aşağı düşə bilməyəcək və eyvanın süni şəkildə bağlandığından orada da təmiz hava qəbul etməsi mümkünsüz olacaqdır. Nəticədə, etibarilə, hər dəfə təbii havanın qəbul olunacağı ilə əlaqədar iddiaçı küçəyə çıxmaq məcbur olacaq. Ona görə də, cavabdeh tərəfindən aparılmış əsassız dəyişikliklər ləğv olunmalı və mənzilin texniki pasportunda olduğu kimi eyvan divarları bərpa olunmalı və mənzilin bu hissəsi əvvəlki vəziyyətə gətirilməlidir. Lakin bunun üçün xeyli məbləğdə pul vəsaiti tələb olunacağı nəzərə alındıqda bərpa işlərinin dəyəri müəyyən olunmalı və bu pul məhz cavabdehdən tutulmalıdır.

25. Cavabdeh isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən ekspert rəyini əsas götürsə də, ekspertizanın rəyində göstərilən 8.443 manat təmir xərci ilə razı deyildir. Ona örə ki, mənzildə Bahadur Qasımovun özünün razılığı ilə əsaslı təmir işlən aparılmış, uzun illər yığılıb qalmış zibillər mənzildən daşınmışdır. Məhkəməyə təqdim etdiyi 2020-ci ildə tikinti və təmir işlərinə dair smetaya əsasən mənzildə aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16.704 manat, görüiən işlərin xərci 22.286 manat olmaqla, cəmi 38.990 manat təşkil edir. Göründüyü kimi, mənzilin təmirinə çəkdiyi xərci təsdiq edən mütəxəssis rəyi ilə (38.990 manat) ekspert tərəfindən verilmiş rəy (8.443 manat) arasında kəskin fərq olmasına baxmayaraq, məhkəmə bu hala aydınlıq gətirməmiş, hansısa səbəbdən ekspert rəyini əsas tutmuşdur. Halbuki, həmin ziddiyəti aradan qaldırmaq üçün məhkəmə ən azından komissyon ekpertiza təyin etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Birinci iş üzrə cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçının hüquqi cəhətdən əsaslandırılmayan iddia tələbinin artırılmasına etiraz edir və onun qanun pozuntusu ilə qəbul edildiyini hesab edir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10923/2021 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

28. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1849 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilində əsaslı təmir-tikinti işləri aparılmamış, mənzildə yerinə yetirilmiş yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 9.836 manat təşkil edir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-637/2022 nömrəli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi) F.F.Babayev və Ş.A.Məmmədova) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(004)-516/2021 saylı qətnaməsindən birinci iş üzrə İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci iş üzrə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-516/2021 saylı qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8.443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilmiş, həmin hissədə İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan müvafiq pul vəsaitinin məbləği 9.836 manat müəyyən edilmişdir. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə əsasən hər iki iş üzrə iddiaların təmin olunmayan hissələrində (təmir xərci hissəsi istisna olunmaqla) birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Çünki, tərəflər həmin hissələrdə iddia tələblərin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişdir.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə çəkilmiş təmir xərclərinin məbləğini düzgün müəyyən etməmişdir. Bu səbəbdən də cavabdehin apellyasiya şikayəti qeyd edilən hissədə qismən təmin olunmalı, qətnamə həmin hissədə dəyişdirilərək, mənzilin təmirinə görə tutulmalı olan pul vəsaitinin məbləği 9836 manat müəyyən edilməlidir. Tərəflər bunun əksini təsdiq edə və əsaslandıra bilməmişlər. Bununla yanaşı, cavabdeh vəsatət verərək kompleks ekspertizanın təyin olunmasını xahiş etsə də, vəsatəti əsaslandıra bilməmiş, eyni zamanda ekspertiza rəyinin əsassızlığı ilə bağlı dəlillərini təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edilən hissədə yenidən ekspertizanın təyin olunmasını zəruri hesab etməmişdir.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının “mənzilə çəkilmiş xərclərinin ümumiyyətlə tutulmalı olmaması” barədə dəlilləri işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmadığından əsaslı sayıla bilməz. İddiaçı apellyasiya şikayətində mənzildə təmir-tikinti işlərinin qanunsuz aparılmasını, mənzildə konstruktiv dəyişikliklərin aparılmasını və s. göstərmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qanunsuz olaraq deyil, məhz renta müqaviləsinə, sonradan isə mülkiyyətçi hüquqlarına əsaslanaraq təmir-tikinti işlərini aparmışdır. Sonradan məhkəmə tərəfindən müqavilənin və mülkiyyət qeydinin ləğv olunması halı isə cavabdehi müvafiq yaxşılaşdırma xərclərini tələb etmək hüququndan məhrum etmir. Həmçinin işdə olan ekspertiza rəyindən görünür ki, mübahisəli mənzilin daxilində eyvan tikilisinin pəncərə altı divarının sökülməsi və dəhliz tikilisində əlavə divarın inşa olunması kimi konstruktiv dəyişikliklərin aparılması müəyyən olunmuş, lakin mənzilin yükdaşıyan divarlarında dəyişikliklər edilmədiyi və binanın yükdaşıyıcı sütunlarının sökülməsi və zədələnməsi kimi hallar müəyyən olunmamış, eləcə də mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işləri aparılmamışdır.

34. İddiaçı apellyasiya şikayətində həmçinin göstərmişdir ki, qətnamədə tələblərin eyni vaxtda icra olunmasının qət edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən dəlillə də razılaşmayaraq bildimişdir ki, MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydasını müəyyən edə və onu qətnamənin nəticə hissəsində göstərə bilər.

35. Bununla yanaşı, məhkəmə kollegiyası işin hallarını məcmu şəkildə nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi “qətnamənin mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməsini müəyyən etməklə qanunvericiliyin tələblərini pozmamış, əksinə ədalətli tarazlığın bərpasına nail olmuşdur.

36. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 386.1, 21, 157.6, 157.7, 1091.1, 1091.2, 1092.1, 1092.3, 1094-ci maddələrinə, MPM-in müvafiq maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olmuş hüquqi mövqeyə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

37. Birinci iş üzrə İddiaçı qəyyumu Qanuni nümayəndə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Birinci iş üzrə cavabdeh X10 oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2380/2023 nömrəli qərarı ilə (hakimlər E.R.Vəliyevanın məruzəsi ilə, hakimlər E.Y.Şamayev və Ə.M.Xıdırovdan ibarət tərkibdə) İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-637/2022 saylı qətnaməsi qismən, İddiaçı iddiasının 25.000 manat əldən çıxmış faydaya görə maddi ziyan və 10.000 manat mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə digər mübahisələndirilən hissələrdə (İddiaçı iddiasının 25.000 manat mənzilin bərpasına görə maddi ziyan tələbinin təmin edilməməsi və iddiaçı Cavabdeh iddiasının təmin edilməməsi hissələrində) dəyişdirilmədən saxlanılmışdır.

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin İddiaçı mənzilin bərpası üçün tələb olunan 25.000 manat pul tələbinin və iddiaçı Cavabdeh mənzilin təmirinə çəkilən xərcin ödənilməsi tələbinin təmin edilməyən hissəsləri ilə bağlı iş üzrə gəldiyi nəticələr ilə razılaşaraq hesab etmişdir ki, həmin hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Hər iki kassasiya şikayətinin bu hissələrə dair dəlilləri apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğvinə əsas vermir.

42. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçı X3 iddiasının əldən çıxmış faydaya görə 25.000 maddi ziyan və 10.000 manat mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi və prossesual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz.

43. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, məhkəmələr mübahisə predmeti olan mənzilə dair cavabdehin Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli ömürlük renta müqaviləsi əsasında köçdüyünü, mənzilin bir otağı istisna olmaqla digər hissələrində təmir işləri apardığını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi”nin ləğv edildiyini və qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin mənzildə yaşamaqda davam etməsinin qanunsuz olduğunu və nəticədə İddiaçı mülkiyyət hüquqlarının pozulduğunu müəyyən etsələr də, iddiaçının buna görə tələb etdiyi 25.000 manat maddi ziyan tələbini və 10.000 manat mənəvi ziyan tələbini təmin etməmiş və bunu yalnız mülkiyyətçi İddiaçı qəyyumunun mənzilin təmirinə çəkilən xərcləri Cavabdeh Zülfüqar oğluna ödəməkdən imtina etdiyinə görə cavabdehin mənzili hazırkı vaxta kimi boşaltmaması ilə əsaslandırmışdırlar.

44. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi cavabdehin mübahisəli mənzilə istifadə və sahibliyinin əsassız olmasını bildiyi və həmin mənzilə dair renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi andan həmin sahədən istifadəyə davam etməsi artıq qanunsuz olmuşdur.

45. Belə olduğu təqdirdə iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçinin, yəni iddiaçının özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

46. İddiaçı iddia ərizəsində cavabdehin mənzili uzun müddət boşaltmaması səbəbindən maddi ziyana məruz qaldığına, həmin mənzili digər şəxslərə ayda 500 manata kirayəyə verərək əldə etdiyi vəsaiti ehtiyaclarına xərcləmək imkanından məhrum olduğuna görə maddi ziyan və mənəvi ziyan tələb etmişdir.

47. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”.

48. Məhkəmə kollegiyası bu tələblərin rədd edilməsi əsası kimi yalnız cavabdehin mənzildə apardığı təmir işlərinə cəkdiyi xərcin ona ödənilməməsinə istinad edilməsini əsaslı və qanuni hesab etmir. Belə ki, Mülki Məcəllənin 157.6 və 157.7-ci maddəsində nəzərdə tutulan vicdanlı sahibin əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ var, qanunvericilikdə bu tələb hüququnun vicdanlı alıcıya həmin əmlakı mülkiyyətçiyə geri qaytarmağı ləngitmək hüququ verməsi təsbit edilməmişdir.

49. Azərbaycan Respublikası mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmçinin həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

50. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiya məhkəməsi İddiaçı mənzilin vaxtında geri qaytarılmamasına görə cavabdehin qanunsuz sahibliyində olduğu müddət üçün vurulmuş maddi və mənəvi ziyan tələblərini rədd edərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almamış, həmçinin mülki prosessual hüquq normalarının tələblərini pozaraq həmin tələbin rədd edilməsi barədə gəlinən nəticəni maddi hüquq normalarına istinad etməklə əsaslandırmamışdır.

51. Məhkəmə kollegiyası həmçinin hesab etmidir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli və tam araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

52. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik еkspеrtizаsı təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 həvalə edilmişdir.

53. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli digər qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

54. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli 673 nömrəli rəyinə əsasən yoxlanılan şəxs İddiaçı “X5” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da ‘'X5” diaqnozu ilə ümumi tipli psixiatriya stasionarında müalicədə olması), həmçinin hazırki müayinənin nəticələri (təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs İddiaçı X5 xroniki psixi xəstəliyi müəyyən edilir. İddiaçı xx.xx.2010-cu il tarixdən Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında stasionar müalicədə olduğundan, o, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilindən xx.xx.2019-cu il tarixdən sonra Cavabdeh Zülfıqar oğlunun qanunsuz istifadə etməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməzdi.

55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7619 nömrəli məktubuna əsasən ekspert qarşısında qoyulmuş sual üzrə məhkəmə ekspertizası mərkəzində məlumat olmadığından tədqiqat aparılmamışdır.

56. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi "xxxx" Qiymətləndirmə Şirkəti MMC-yə həvalə edilmişdir.

57. "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/002 nömrəli qiymətləndirmə hesabatına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək (hazırki iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizənin məhkəməyə verildiyi tarix) Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilin aylıq kirayə haqqı aşağıdakı kimi müəyyən olmuşdur: xx.xx.2019-xx.xx.2019-cu il üzrə 350 manat; 2020-ci il üzrə 350 manat; xx.xx.2021-xx.xx.2021-ci il üzrə 360 manat. Qiymətləndiricinin xidmət haqqı: 500 manat.

Proses iştirakçılarının izahatları

58. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə İddiaçı qəyyumu Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

59. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

60. Cavabdehin nümayəndəsi S.M.Ağayeva da apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, renta müqaviləsində Bahadur Qasımov heç bir şəxsin adını qeyd etməmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin Qanuni nümayəndə İddiaçı mülkiyyəti üzrə səlahiyyətli hüququ olmayan qəyyumu elan olunmasına dair sərəncamı vardır. Onun mülkiyyət üzrə heç bir hüququ yoxdur. Lakin Qanuni nümayəndə ondan mənzil tələb edir. Mövcud qanunvericiliyə əsasən iddia tələbinin artırılmasının xx.xx.2021-ci il tarixdə mahiyyətini itirdiyini bildirir. İki ay yataq xəstəsi olduğu üçün eksperti mənzilə baxış keçirməyə buraxa bilməmişdir.

61. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların(nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

62. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

63. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

64. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

65. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

67. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

68. Hazırda apellyasiya baxışının predmetini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2380/2023 nömrəli qərarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı iddiası üzrə 25.000 manat əldən çıxmış faydaya görə maddi ziyan və 10.000 manat mənəvi ziyan tələbinin təmin edilməyən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı əldən çıxmış fayda tələbinə dair iddiası qismən təmin edilməli, 8.130 manat vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməli, İddiaçı mənəvi zərərlə bağlı hissədə iddia tələbi təmin edilməməlidir.

70. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

71. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.

72. İşdən müəyyən olunur ki, mübahisə predmeti olan mənzilə dair Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli ömürlük renta müqaviləsi əsasında köçmüş, daha sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında bağlanmış sözügedən ömürlük renta müqaviləsi ləğv edilmiş və qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin mənzildən qanuni əsas olmadan istifadə etməyə davam etmişdir.

73. Belə olduğu təqdirdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçinin, yəni iddiaçının özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

74. O da qeyd edilməlidir ki, həmin Məcəllənin 157.6 və 157.7-ci maddəsində nəzərdə tutulan vicdanlı sahibin əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ var, qanunvericilikdə bu tələb hüququnun vicdanlı alıcıya həmin əmlakı mülkiyyətçiyə geri qaytarmağı ləngitmək hüququ verməsi təsbit edilməmişdir.

75. Kollegiya qeyd edir ki, həmin mənzilə dair renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2019-cu ildən Cavabdeh mübahisəli mənzilə istifadə və sahibliyinin əsassız olduğunu bildiyi halda həmin sahədən qanunsuz istifadəyə davam etdiyindən iddia tələbi əldən çıxmış faydaya görə qismən əsaslı olmuşdur.

76. Belə ki, iddiaçı tərəf əldən çıxmış faydanı bir ay üzrə 500 manat məbləğində hesablasa da, təkrar apellyasiya baxışı zamanı iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizası nəticəsində "xxxx" Qiymətləndirmə Şirkəti MMC-dən əldə olunmuş xx.xx.2025-ci il tarixli, MB 18/002 nömrəli qiymətləndirmə hesabatına əsasən xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək (hazırki iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizənin məhkəməyə verildiyi tarixə) Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilin aylıq kirayə haqqı xx.xx.2019-xx.xx.2019-cu il üzrə 350 manat; 2020-ci il üzrə 350 manat; xx.xx.2021xx.xx.2021-ci il üzrə 360 manat müəyyən olunmuşdur.

77. Göründüyü kimi, rəyə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı dəymiş maddi zərərin (əldən çıxmış fayda) məbləği 8.130 manat (2019cu il üzrə 3 ay x 350 = 1.050 manat; 2020-ci il üzrə 12 ay x 350 = 4.200 manat; 2021-ci il üzrə 8 ay x 360 = 2.880 manat; 1.050+4.200+2.880 = 8.130) təşkil etmişdir.

78. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmə baxışı zamanı verilsə də, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin qanunsuz istifadəsi davam etdiyindən, yəni tələbin həcminin artırılması üçün əsas məhkəmə baxışı gedişində əmələ gəldiyindən mülki-prosessual qanunvericiliyin tələbləri pozulmamışdır.

79. Şərh olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci iş üzrə Cavabdeh əldən çıxmış faydaya görə 8.130 manat vəsait tutularaq İddiaçı ödənilməlidir.

80. Kollegiya mənəvi zərərlə bağlı iddiaçının tələbinə qiymət verərək hesab edir ki, bu tələb aşağıda göstərilən əsasla təmin edilməməlidir.

81. Belə ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə-psixiatrik еkspеrtizаsı təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, İddiaçı X5 xroniki psixi xəstəlik var və o, xx.xx.2010-cu il tarixdən Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında stasionar müalicədə olduğundan, o, mülkiyyətində olan mənzilindən xx.xx.2019-cu il tarixdən sonra Cavabdeh Zülfıqar oğlunun qanunsuz istifadə etməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməzdi.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(004)-516/2021 nömrəli qətnaməsi apellyasiya predmetinin baxışı olan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı əldən çıxmış fayda tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh əldən çıxmış faydaya görə 8.130 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 500 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Qiymətləndirmə Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar