Məhkəmə qərarları › İş №2(103)-1200/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1200/2023

19.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1200/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və s.” tələbinə dair ilkin iddia və Cavabdeh3 İddiaçı oğlunun və Cavabdeh2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil4, ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və s.” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,015 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh2 ilə Cavabdeh3 arasında bir illik müddətinə bağlanmış 08 fevral 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən – iddiaçı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 7D saylı evi icarəçiyə cavabdehə icarəyə verməyi, icarəçi ilə həmin əmlakı istifadəyə qəbul edərək icarəyə verənə hər ay aylıq icarə haqqı kimi 500 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndində icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə onun müddəti daha 1 il müddətinə uzadılması qeyd edilmişdir. Həmin müqavilənin 8-ci bəndinə görə icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahəsə təmir-tikinti işləri apara bilməz.

3. xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 ünvan 1 ünvanında 0,015 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 170.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0,015a ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və s.” tələbinə ilkin iddia ərizəsi və tələblərin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması və həmin fərdi yaşayış evinin cavabdehlər tərəfindən ona təhvil verilməsi, 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi və onun həcminin artırılmasına dair ərizələr onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən fərdi yaşayış evinin 23 may 2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 170.000 manata almışdır. Həmin əmlakı alan zaman orada ona məlum olmayan şəxslər tərəfindən yaradılmış “Step Academy” adı altında fəaliyyət göstərən hazırlıq kursu olmuşdur. İddiaçı Cavabdeh2la birlikdə ora yaxınlaşmış, əmlakın yeni mülkiyyətçisi kimi özünü təqdim etmiş və oranı tərk etmələrini bildirmişdir. Oradakı şəxslər isə qısa müddət ərzində oranı boşaldacaqlarını bildirmişlər. Sonradan ölkədə hökm sürən pandemiya səbəbi ilə cavabdehlər əmlakın boşaldılmasına vaxt verilməsini xahiş etmişlər, o, etiraz etməmişdir. Daha sonra Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 əmlakı almaq istədiyini və bununla bağlı ona vaxt verilməsini xahiş etmiş, o, əmlakın artıq bir müddətdir ki, əsassız olaraq MMC-nin istifadəsində olduğunu, əvəzində ona icarə haqqı da ödənilmədiyini bildirmiş, bu zaman Cavabdeh3 əmlakın alğısatqısı zamanı icarə haqqını nəzərə almaqla artıq ödəniş edəcəyini bildirmişdir. Lakin, artıq uzun müddətdir ki, əmlak ona təhvil verilmir, həmçinin, ona icarə haqqı da ödənilmir. Halbuki, alğı-satqı müqaviləsində Cavabdeh2 əmlakı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarə haqqı aylıq 500 manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlər arasında icarə münasibətlərinə 08 fevral 2020-ci il tarixdən xitam verilmişdir. O, həmin əmlakı 23 may 2020-ci il tarixdə almışdır, yəni həmin tarixdən etibarən əmlaka dair sahiblik və istifadə hüququ ona keçmişdir. Nəzərə alınsa ki, cavabdehlər arasında bağlanmış icarə müqaviləsində icarə haqqı 500 manat müəyyən edilmişdir, 13 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh3 icarə müqaviləsində 500 manat qeyd edilsə də, Cavabdeh2la aylıq 700 manata razılaşdıqlarını qeyd etmişdir. Belə olan halda 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyan) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. Həmin dövr ərzində ödənilməmiş icarə haqqı 8400 manat təşkil edir (12 ay X 700 manat=8400 manat). Bundan başqa, cavabdehlər hazırda həmin əmlakı təhvil verməməklə ona maddi ziyan vurmaqda davam edirlər. Belə ki, cavabdehlər hazırki dövrədək əmlakdan qanunsuz olaraq istifadə edir, lakin icarə haqqı ödəmirlər. Belə olan halda əmlak ona təhvil verilənədək hər ay 700 manat məbləğində dəymiş ziyan cavabdehlərdən tutularaq ödənilməlidir.

7. Həmçinin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq icarəsində və istifadəsində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin təmirinə, avadanlıqların alınmasına və s. işlərin görülməsinə xərclədiyi 30.000 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması, onun həmin qeyri-yaşayış sahəsindən çıxarılması ilə pulun verilməsinin eyni anda icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildən Cavabdeh2 mülkiyyətində olan, sözügedən qeyri-yaşayış sahəsini icarəyə götürərək hazırlıq kursları təşkil etmiş, aralarında həmin vaxt rəsmi icarə müqaviləsi olmasa da, o, hər ay Cavabdeh2 icarə haqqı vermişdir. İşini genişləndirmək məqsədi ilə Cavabdeh1 MMC-ni təsis edərək 06 iyul 2015-ci il tarixdə rəsmi dövlət qeydiyyatdan keçirmişdir. Həmin qeyri-yaşayış sahəsində əlavə işlər görmək zərurəti yarandığından və bu işlərin görülməsi üçün rəsmi icarə müqaviləsi tələb olunduğundan 08 fevral 2018-ci il tarixdə Cavabdeh2la aylıq icarə haqqı 500 manat olmaqla icarə müqaviləsi bağlanmışdır. O, Cavabdeh2 razılığı ilə həmin mülkü hissə-hissə olmaqla tam təmir etdirmiş, ikinci mərtəbəsində məktəbəqədər hazırlıq kursları yaratmaq istədiyindən Cavabdeh2 məxsus sexdə onun sifarişi, vəsaiti hesabına avadanlıqlar hazırladaraq həmin qeyri-yaşayış sahəsinə gətirmişdir. Bütün bu işlərin görülməsinə onun 30000 manatdan çox xərci çıxmışdır. Cavabdeh2la aralarındakı razılığa əsasən, çəkdiyi xərclər işlədiyi dövrdə hissə-hissə icarə haqqından çıxılmalı idi. 2020-ci ilin mart ayında Cavabdeh2 borclu qaldığı 1000 manat icarə haqqını ödəmiş, bundan sonra pandemiya ilə əlaqədar işləri dayandırmış, hazırlıq kurslarının fəaliyyətini minimuma endirmiş, bu barədə Cavabdeh2 məlumat vermiş, sonuncu isə bunları nəzərə alacağını bildirmişdir. İcarə müqaviləsini vaxtı başa çatsa da, mülkiyyətçi ilə aralarında olan anlaşmaya əsasən müqavilə qeyri-müəyyən müddətə uzadılmışdır. 2020-ci ilin aprel-may aylarında bir neçə nəfər gəlib həmin yerə baxmış, o, bu barədə Cavabdeh2 zəng edib soruşduqda, sonuncu obyekti banka girov qoyaraq pul götürəcəyini, gələn şəxslərin bank əməkdaşları olduğunu bildirmişdir. Halbuki sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 ona heç bir məlumat vermədən, onun çəkdiyi xərcləri ödəmədən həmin qeyri-yaşayış sahəsini satmışdır. Eləcə də, əmlakın yeni mülkiyyəçisi həmin əmlakı alarkən ora gəlib baxmamış, əmlakın kimin vəsaiti hesabın hansı şərtlər altında təmir olunması ilə maraqlanmamış, icarədar olaraq bu barədə onu məlumatlandırmamışdır və ən başlıcası isə aldıqları əmlak satıcı tərəfindən alıcıya təhvil verilməmişdir. Onun şəxsi vəsaiti hesabına düzəltdirdiyi avadanlıqlar bilavasitə icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin şəraitinə uyğun hazırlanmışdır. O, çəkdiyi xərclərin ona ödəniləcəyi təqdirdə əmlakı təhvil verməyə etiraz etmir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)- 242/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh1nə (MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və s.” tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Cavabdeh1 MMC, Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, ilkin iddianın digər hissələrdə təmin edilməməsi, Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, tikinti-təmir işlərinin ümumi dəyəri kimi 16.045 manat, malların ümumi dəyəri kimi 13.650 manat olmaqla, ümumilikdə 29.695 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Cavabdeh3 ödənilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmlak İddiaçı mülkiyyətində olduğundan, habelə həmin əmlakın Cavabdeh1 MMC-yə və ya Cavabdeh3 icarəyə verməsi ilə bağlı hər hansı razılaşmanın olması iş üzrə müəyyən edilmədiyindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına heç bir əsas yoxdur və bu səbəbdən əmlak cavabdehlər tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir.

11. İlkin iddianı digər hissədə rədd edən məhkəmə Cavabdeh3 və ya Cavabdeh1 MMC ilə İddiaçı arasında sözügedən əmlakla bağlı icarə münasibətlərinin mövcud olmadığına, cavabdehlərin belə bir öhdəlikləri daşıdığı müəyyən edilmədiyinə, əldən çıxmış fayda kimi məbləğdə gəlir əldə edəcəyinə dair məhkəməyə heç bir sübut təqdim edilmədiyinə istinad etmişdir.

12. Cavabdeh3 qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli müvafiq rəyinə istinad edərək qarşılıqlı iddianı yalnız Cavabdeh2 münasibətdə qismən təmin etmiş, İddiaçı münasibətdə isə rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında əmlakın icarəsi ilə bağlı münasibətlər olmuş, Cavabdeh3 həmin əmlakla bağlı çəkdiyi xərcləri Cavabdeh2la əvvəlcədən razılaşdırmışdır. Buna görə də, məhkəmə çəkilən xərclərin İddiaçı tutulmasına heç bir əsas olmadığını qeyd etmişdir.

13. Qarşılıqlı iddianın icra hərəkətlərinin qarşılıqlı olaraq eyni anda aparılmasına dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırda mübahisələndirilən qeyriyaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdur, bu qətnamə ilə həmin əmlakın İddiaçı təhvil verilməsi qərara alınmışdır. Cavabdeh3 çəkdiyi xərcin qaytarılması isə Cavabdeh2 tərəfindən icra edilməli olduğundan, iddia bu hissədə təmin olunarsa Cavabdeh2 gələcəkdə icranı gecikdirməsi və s. bu kimi neqativ hallarda İddiaçı öz mülkiyyətindən sərbəst istifadə hüququnun məhdudlaşdırılacaqdır.

14. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 385.1, 386.1, 442, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

15. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlak xx.xx.2020-ci il tarixdən ilkin iddiaçının sahibliyində və istifadəsində, o cümlədən xx.xx.2020-ci il tarixdən etibarən isə mülkiyyətində olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehlər “Cavabdeh1 MMC və Cavabdeh3 xx.xx.2020-ci il tarixdən etibarən bugünədək həmin əmlakdan istifadə etmişlər. Bunun müəyyən müddətində onun razılığı olmuşdur ondan ötrü ki, onlar həmin əmlakı almaq niyyətindədirlər. Eyni zamanda şərt olmuşdur ki, onlar icarə haqqını ödəyəcəklər. Lakin cavabdehlər nə icarə haqqı ödəmiş, nə əmlakı almış, nə də əmlakı boşaldıb təhvil vermişlər. Yəni cavabdehlərə əmlakın mülkiyyətçisinin onun olması 2020-ci ilin iyun ayından məlumdur. Həmin dövrdən sonra orada fəaliyyət göstərdikləri müddət ərzində icarə haqqını İddiaçı ödəməli olduğu halda ödəməmişlər. Ümumiyyətlə digər Cavabdeh2 da ödəniş etməyərək əsassız olaraq əmlakda məskunlaşmışlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, ödənilməli olan icarə haqqı 500 manat təşkil edir. Cavabdeh məhkəməyə verdiyi izahatında həmin icarə haqqının əslində 700 manat olmasını, lakin müqavilədə az qeyd etdiklərini bildirmişdir. Bu işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlərə məxsus olan əmlaklar onun mülkiyyətində olan əmlakda saxlanılır və o öz mülkiyyətindən istifadə edə bilmir. Mübahisəli əmlakla bağlı sahiblik və istifadə hüququ xx.xx.2020-ci il tarixdən ona məxsus olsa da, cavabdehlər tərəfindən onun bu hüquqları kobud surətdə pozulmuşdur. Nəticədə, ona icarə haqqı ödənilməmiş, O, öz əmlakından istifadə edib gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Məhkəmə isə öz qətnaməsində əmlakdan məhrum olmasaydı 700 manat gəlir əldə edəcəyinə dair sübut təqdim edə bilməməyimizi qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, o, həmin əmlakı əldə edən dövrə kimi mübahisəli əmlak icarədə olmuş və əvvəlki mülkiyyətçi gəlir əldə etmişdir. Həmin gəlirin onun tərəfindən əldə ediləcəyini sübut etməyə ehtiyac belə duyulmur. Aydındır ki, həmin əmlak ona təhvil verilsə idi, o öz əmlakından istifadə edə, və ya icarə verib gəlir əldə edə bilərdi. Ümumiyyətlə iddia ərizəsinin bir hissəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın), digər hissəsi isə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona təhvil verilənədək xx.xx.2021-ci il tarixdən hesablanmaqla aylıq 500 (beş yüz) manat məbləğində dəymiş maddi ziyanın cavabdehlərdən tutularaq ödənilməsini təşkil edir. Məhkəmə qətnaməsi ilə razılaşmalı olsaq belə aydın olur ki, cavabdehlər 1 ildən artıq müddətdə ona məxsus əmlakdan tədris mərkəzi kimi istifadə etməkdə, gəlir əldə etməkdə, ona isə icarə haqqı ödəməkdən imtina etməkdə haqlı olmuşlar. Məhkəmə birinci hissədə -xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın) iddia tələbini rədd edərkən onunla cavabdeh arasında icarə müqaviləsinin mövcud olmadığına əsaslanmışdır. Halbuki işin faktiki halları ilə müəyyən olunur ki, cavabdehlər ona məxsus əmlakdan qanunsuz olaraq istifadə etmişlər. Eyni zamanda onunla cavabdehlər arasında əvəzsiz istifadəyə dair də müqavilə mövcud olmamışdır. Onun təmənnasız üçüncü şəxslərə əmlakını istifadəyə verməsi ağlabatan deyildir. Məhkəmə digər hissədə - fərdi yaşayış evi ona təhvil verilənədək xx.xx.2021-ci il tarixdən hesablanmaqla aylıq 500 (beş yüz) manat məbləğində dəymiş maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia tələbini təmin etməməklə cavabdehləri “vicdanlı sahib” müəyyən etmişdir. Məhkəmə maddi hüquq normasının tələblərini pozaraq iddia tələbini ödənilməli olan zərər hissəsində təmin etməmişdir.

17. İlkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, hallar və sübutlar əsasında qarşılıqlı idddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianın təmin edilməsi və icraata götürülməsi qanunsuz və əsassızdır. Ona görə ki, iddiaçı Cavabdeh3 MPM–nin 154-cü maddəsinə əsasən qarşılıqlı iddia verilməsi müddətini ötürmüşdür. Məhz buna görə də qarşılıqlı iddia heç icraata qəbul edilməməli idi. Binəqədi Rayon Məhkəməsinin qətnaməsində prosessual normalar pozulmuş, işə birtərəfli baxılmış, iddiaçının verdiyi izahatlar sübutlarla əsaslandırılmamışdır. Hesab edirik ki, prosessual normalar tətbiq edilərkən kifayət qədər nöqsan və səhvlərə yol verilmişdir. Nəticə etibarilə, qətnamə qarşılıqlı iddia müddəti ötürüldüyünə görə, o cümlədən sübutlara əsaslanmadığı üçün həm qanunsuz, həm də əsassızdır. İcarəçi icarə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 təmir-tikinti işlərinin aparılacağına dair ondan (icarə verəndən) heç bir yazılı razılıqla bağlı rəsmi sənəd almamış, eləcə də məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir sübuta əsaslanmayan iddianı təmin etmişdir. Belə olan halda isə iddiaçının tələbinin əsassız olduğu qənaətinə gəlmək mümkündür. İddiaçı Cavabdeh3 ona heç bir icarə haqqı ödəməməsinə baxmayaraq, öz işlərini genişləndirmək üçün çəkdiyi təmir-tikinti xərclərinin onun üzərinə qoyulmasını ədalətli hesab etmir.

19. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və qarşılıqı iddia tələbinin tam formada təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çəkdiyi xərclərin ödənilməsi ilə bağlı ondan həmin əmlakın alqı-satqısının həyata keçirdiklərini gizlətdikləri üçün hər iki iddiaçıdan (qarşılıqlı iddiada cavabdehlərdən) dəymiş zərərin əvəzinin ödənilməsini istəsə də məhkəmə İddiaçı deyil, həmin hesablanmış məbləğin yanlız Cavabdeh2 tutulmasını qət etmişdir. Həmin alqı-satqı prossesini gizlədərək onun ora əlavə xərclər çəkməyinə yanlız Cavabdeh2 deyil, həmçinin İddiaçı cavabdehlik daşımışdır. Lakin, məhkəmə qətnamə çıxararkən sübutlara hər tərəfli və tam baxdıqdan sonra lazımi araşdırma aparılmadan qətnamədə qeyd olunmuş məbləğin İddiaçı deyil, yalnız Cavabdeh2 tutulmasını qət etmişdir. Həmçinin məhkəmə qətnamə çıxarakən qətnamənin gələcəkdə icrasının iş üzrə cavabdehlər və iddiaçıya münasibətdə rahat olması üçün qeyri-yaşayış sahəsindən onun çıxarılmağı ilə bağlı cavadehlərdən həmin pulun müştərək qaydada tutulmasını qət edə bilərdi ki, bununla bağlı tam formada zəruri araşdırmalar aparılmadan, işin gələcəkdə icra mərhələsinin tezləşdirilməsi ilə əlaqəli olan iddia tələbini təmin etməmişdir. Məhkəmə yekun qənaətə gələrkən onun qeyri-yaşayış sahəsi üçün çəkdiyi xərclərin İddiaçı deyil, yalnız Cavabdeh2 tutulmasını qət etmiş, İddiaçı nisbətdə araşdırma aparmamışdır.

b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri

21. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apelyasiya şikayətinə etirazda göstərilmişdir ki, onun həmin icarə obyektini istər, şifahi, istərsə də, yazılı qaydada razılıq əsasında iddiaçıdan alacağına dair heç bir razılaşma olmamış və şikayət ərizəsində razılaşmanın olması ilə bağlı qeyd etdiyi məqam tamamilə yalandır. Həmçinin qeyd edir ki, 2020-ci ilin aprel-may aylarında bir neçə nəfər gəlib həmin yerə baxmış, o, bu barədə Cavabdeh2 zəng edib soruşduqda, o, obyekti banka girov qoyaraq pul götürəcəyini, gələn şəxslərin bank əməkdaşları olduğunu bildirmişdir. Halbuki sonradan, yəni, artıq məsələ mübahisə halına gəlib çıxdıqda ona məlum olmuşdur ki, Cavabdeh2 ona heç bir məlumat vermədən, çəkdiyi xərcləri ödəmədən həmin qeyri-yaşayış sahəsini satmışdır. Əlavə olaraq bildirir ki, icarə obyektinə aylıq icarə haqqı hər zaman obyektin sahibi kimi bildiyi Cavabdeh2 ödəmişdir. O, Cavabdeh2 həmin icarə obyektinin sahibi olmadığı, həmin icarə obyektini alğı-satqı əsasında İddiaçı satılması barədə məlumatlı olsaydı, aylıq icarə ödənişlərini Cavabdeh2 yox, İddiaçı ödəmiş olardı. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də, məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmlak İddiaçı mülkiyyətində olduğundan, habelə həmin əmlakın "xxxx" MMC-уə və ya Cavabdeh3 icarəyə verməsi ilə bağlı hər hansı razılaşmanın olması iş üzrə müəyyən edilməmişdir. Onun həmin mübahisə üzrə icarə obyektinin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən İddiaçı satılmasından xəbəri olmayıb. Ən azından istər alıcı İddiaçı, istərsə də icarə obyektini satan Cavabdeh2 onu belə bir fikirlərinin olduğu barədə qabaqcadan xəbərdar etməli, həmçinin İddiaçı artıq əmlakın ona aid olmasını və icarə obyektindən istifadə üçün ödəniləcək aylıq icarə haqqının Cavabdeh2 yox ona ödənilməli olduğunu bildirməli idi. Çünki, uzun illərdir o həmin icarə obyektini tədris mərkəzi kimi işlədir. Onun İddiaçılə Cavabdeh2 arasında həmin icarə obyekti ilə bağlı alğısatqının olması barədə xəbərdar olmamağı, aylıq icarə haqqını Cavabdeh2 ödəməyi ilə təsdiq olunur. İddiaçının apellyasiya şikayətində qeyd etdiyindən fərqli olaraq o dırnaqarası "vicdanlı sahib" yox, sözün əsl mənasında vicdanlı sahib olmuşdur. O, öz üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmiş və aylıq icarə haqqlarını icarə obyektinin sahibi kimi tanıdığı Cavabdeh2 ödəmişdir.

23. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apelyasiya şikayətinə etirazda göstərilmişdir ki, o, icarə obyektində hər zaman, hətta pandemiya vaxtında belə icarə üzrə istər şifahi, istərsə də yazılı qaydada razılaşdırılmış icarə məbləğini vaxtlı-vaxtında ödəmişdir (ödənişi təsdiq edən sübutlar vardır). Həmçinin istər təmir-tikinti işlərinin aparılması üçün icazənin alınmadığı, istərsə də, aylıq icarə haqqının tərəfindən ödənilmədiyi təqdirdə icarə obyektinin sahibi kimi tanıdığı Cavabdeh2 ona həmin təmir-tikinti işlərinin aparılması və hətta orada bir gün belə fəaliyyət göstərməyi üçün icazə verməzdi. Apellyasiya şikayətində qeyd etdiyi məqamlar, yalandan və böhtandan başqa bir şey deyil. Uzun müddət davam edən məhkəmə prosseslərində məhkəmə tərəfindən iş üzrə Cavabdeh2 ünvanına bildirişlər göndərilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlmədiyini üzrlü hesab edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Hansı ki, qeyd edilən məqamlarla Cavabdeh2 razılaşmadığı təqdirdə məhkəmə iclaslarında iştirak etməli və həmin məqamlarla razı olmadığını qeyd edərək, iddia ərizəsi və qarşılqlı iddia ərizəsini mübahisələndirməli idi.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq digər apellyasiya şikayətinin ona münasibətdə təmin olunmamasını xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, əmlakın təhvil verilməsi ilə bağlı heç bir etirazları yoxdur. Həmin obyektdə əsaslı təmir-tikinti işlərinin aparılması ilə bağlı heç bir əsaslı sübut mövcud deyildir. Cavabdeh3 kurs təşkil etmiş, müəyyən avadanlıqlar, stol-stul və s. almışdır. Həmin avadanlıqların qeyri-yaşayış sahəsinə gətirilməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. Pul tələbinə dair iddia tələbi ilə razı deyillər, iş materiallarından da göründüyü kimi tərəflər arasında müqavilə 1 il müddətinə bağlanmışdır. Əgər Cavabdeh3 orada davamlı fəaliyyət göstərmək istəyirdisə nəyə görə müqaviləni bir il müddətinə bağlamalıdır. Münasibətlərin pozulmasının səbəbi Cavabdeh3 icarə haqqını ödəməməsi idi. Cavabdeh3 tərəfindən yeni mülkiyyətçi ilə yenidən icarə münasibətlərinə girmək istəməsi ilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi təklif olunmamışdır. Pul tələbinin hüquqlarını müdafiə etdiyi şəxsdən tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir, ləğv olunmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, o, həmin obyekti icarəyə götürəndə əvvəlcə orada stomatologiya və səhv etmirsə mebel yeri var idi. Stomatoloq oranı pis vəziyyətə salmışdır, o, oraya çox xərc çəkmişdir. Həmin obyektdə arakəsmələr var idi, həmin arakəsmələr tədris üçün yararsız idi. Alğı-satqı olan zaman onun məlumatı olmamışdır. İcarə haqqı ödənilmədiyi halda qarşı tərəf onu məhkəməyə verə bilərdi. Belə olan halda o, avadanlıqlarını da götürər, obyekti tərk edərdi. Hal-hazırda onun reklamı obyektin üzərindədir. Lakin tərəflər məhkəmənin gedişatını gözləmədən, ona vaxt vermədən, aprel ayında həmin obyekti aldıqlarına dair ərizə yazmışlar. Məlumatı aldıqdan sonra onlara bildirmişlər ki, onlar bu obyektə çox xərc çəkmişdir. Alğı-satqı olduqdan sonra da o, həmin obyektə görə icarə haqqı ödəmişdir, çekləri iş materiallarına əlavə edilmişdir. Qarşı tərəf həmin obyekti aldıqdan sonra obyektə daxil olaraq qapıları dağıdaraq, reklamları sökmüşlər.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 vermiş olduğu apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəflərin apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Konstitusiyasının

29. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. 29-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

31. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 35.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

37. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

39. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

41. 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

42. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

44. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

45. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

46. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir.

47. 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

48. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

49. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

52. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun

53. 9.5-ci maddəsinə əsasən, İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqdamüqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

54. 9.7-ci maddəsinə əsasən,. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüşəmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.

Apelyasiya baxışının hədləri

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsindən apellyasiya şikayətləri verərək ilkin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi (ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı), qarşılıqlı idddianın ona münasibətdə rədd edilməsi (ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2) və qarşılıqı iddianın tam təmin edilməsi (ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3) barədə yeni qətnamə çıxarılmasını xahiş etdiklərindən apellyasiya baxışının predmetini qətnamənin qeyd edilən hissələrdə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti isə rədd edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissələrdə qismən ləğv edilməlidir.

İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qətnamənin yoxlanılması

60. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,0150 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan fərdi yaşayış evi Cavabdeh3 faktiki sahibliyində və istifadəsindədir. İlkin iddia üzrə iddiaçı, fərdi yaşayış evinə mülkiyyət hüququnun özünə keçdiyindən və cavabdehlərin oradan çıxmamaları onun mülkiyyət hüququnu məhdudlaşdırdığından müvafiq əmlakın ona təhvil verilməsi, həmin əmlakdan məhrum olması nəticəsində məhrum olduğu gəlirlərin (əldən çıxmış faydanın) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 61.Birinci instansiya məhkəməsi ünvan 2 ünvanında 0,0150 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan fərdi yaşayış evinin hazırki mülkiyyətçisinin mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsini mümkün hesab etməklə, bu əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək üçün zəruri olan bütün dispozisiya şərtlərinin mövcudluğunu müəyyən etmiş, iddianı bu hissədə düzgün olaraq təmin etmişdir.

62. Qeyd edilən halların müəyyən edilməsinə baxmayaraq məhkəmə ikin iddianı digər hissədə rədd etmiş, gəldiyi qənaəti iddiaçının cavabdehlər Cavabdeh3 və ya Cavabdeh1 MMC ilə sözügedən əmlakla bağlı icarə münasibətlərinin mövcud olmadığını, cavabdehlərin onun qarşısında hər hansı öhdəliklər daşımadığını, həmçinin iddiaçının əldən çıxmış fayda kimi istinad etdiyi məbləğdə gəlir əldə edə biləcəyinə dair məhkəməyə heç bir sübutu təqdim etmədiyini qeyd etmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.5-ci, 1092.1-ci maddələri təşkil edir və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalıdır.

64. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus olan fərdi yaşayış evinin Cavabdeh3 və ya təsisçisi olduğu MMC-nin sahibliyində və istifadəsində qalmasını mümkün edən hər hansı hüquqi əsas mövcud olmadığı halda sonuncunun qanunsuz sahib olaraq əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir.

65. Belə ki, sözügedən fərdi yaşayış evi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı obyekt kimi Cavabdeh2 tərəfindən Cavabdeh3 icarəsinə verilmiş və bu evə mülkiyyət hüququ iddiaçıya keçdiyi vaxtdan hal-hazıradək onun qanunsuz sahibliyindədir. Yuxarıda qeyd edildiyi kimi cavabdehin həmin sahədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla istifadə etməsi əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

66. Beləliklə hazırki halda cavabdeh qanunsuz sahib kimi iddiaçıya məxsus əmlakdan gəlir əldə etmək məqsədilə istifadə etməklə onun əmlakı hesabına varlanmış olur. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilməlidir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış icarə müqaviləsinə əsasən sonuncu tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 500 manat təşkil etmişdir.

67. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə icarəçi kimi Cavabdeh3 tanındığından onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən gəlir mənbəyi olaraq faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 500 manat real olaraq maddi zərərin dəyməsi halı öz təsdiqini tapmışdır. Ona görə də, İddiaçı xeyrinə digər cavabdehlərdən yox, məhz iddiaçı Cavabdeh3 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək olan müddət üçün 6.000 manat, həmçinin 01 iyul 2021-ci il tarixdən sözügedən fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilənədək, aya 500 manat hesablanmaqla dəymiş zərər olaraq tutulmalıdır.

68. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, hazırki iddia tələbinin ikinci hissəsinin qeyri-müəyyən olması onun rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə bu qənaətə gəlinməsini ədalətli hesab edərək qeyd edir ki, əks nəticə iddiaçının pozulmuş hüquqlarının bərpasına xidmət etməyəcəkdir, onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz etməklə dispozitiv hüququnu pozacaqdır, əlavə məhkəmə çəkişmələrinə məruz qalmasına, yenidən məhkəməyə müraciət etməsinə məcbur olmasına zəmin yaradacaqdır. Məhkəmə həmçinin özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.

69. Məhkəmə kollegiyası 13 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh3 icarə müqaviləsində 500 manat qeyd edilməsinə baxmaraq aylıq 700 manat məbləğinə pul ödəməsini etiraf etməsinə iddiaçının istinadı ilə əlaqədar Mülki-Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq qeyd edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh3 arasında bir illik müddətinə bağlanmış 08 fevral 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəçi icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 7D saylı evdən istifadəyə görə icarəyə verənə hər ay icarə haqqı olaraq 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qətnamənin yoxlanılması

70. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 2013-cü ildən qeyri-rəsmi, 2018-ci ildən isə rəsmi olaraq mübahisəli əmlakı hər ay 500 manat ödəmək şərtilə icarəyə götürmüş, ikinci mərtəbəsində məktəbəqədər hazırlıq kursları təşkil etmiş, icarəyə götürdüyü sahəni təşkil etdiyi kurslara uyğun şəkildə öz vəsaiti hesabına təmir etdirmiş və müvafiq avadanlıqlar ilə təmin etmişdir. O, 10 ilə yaxın müddət ərzində həmin sahədə təmir-tikinti işləri apardığını və cəmi 30.000 manat məbləğində xərc çəkdiyini əsas götürərək icarə münasibətlərinin predmeti olan sahədən çıxmaqdan imtina etmiş, Cavabdeh2 ilə onun arasında əldə olunmuş razılığa əsasən, çəkdiyi xərclərin işlədiyi dövrdə hissə-hissə icarə haqqından çıxılmalı olduğuna istinad etmişdir.

71. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayətində qeyri-yaşayış sahəsinin təmirinə, avadanlıqların alınmasına və s. işlərin görülməsinə xərclədiyi pulun həm də İddiaçı xeyrinə tutulmalı, onun həmin qeyri-yaşayış sahəsindən çıxarılması ilə pulun verilməsinin eyni anda icra edilməli olmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir.

72. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçdiyi tarixdən onunla Cavabdeh3 arasında nə şifahi, nə də ki yazılı formada icarə münasibətləri yaranmadığı üçün sonuncu ilkin iddia üzrə iddiaçıya münasibətdə vicdansız sahib olmuşdur.

73. Belə ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzini tələb edə bilər. Vicdansız sahib isə yaxşılaşdırılmaları deyil, yalnız zəruri xərcləri tələb edə bilər. Zəruri xərclər elə xərclərdir ki, bunlar əşyanın lazımı qaydada saxlanması və istifadəsi üçün mülkiyyətçinin də çəkməli olduğu xərclərdir. Yaxşılaşdırılmalar isə əşyanın lazımı qaydada saxlanması və istifadəsi üçün zəruri olmayan, daha çox əşyanın dəyərinin artmasına xidmət edən xərclərdir.

74. Hazırki işdə Cavabdeh3 əmlaka dair, əmlak İddiaçı mülkiyyətinə keçdikdən sonra zəruri xərcləri çəkdiyi, bunun nəticəsində ilkin iddia üzrə iddiaçının varlandığı hallarının işdə olan sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Əmlak İddiaçı mülkiyyətinə keçənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh3 tərəfindən çəkilən xərclərin isə iddiaçıya aidiyyəti yoxdur. Qeyd edilməlidir ki, əmlaka zərər yetirmədən ayrıla bilən yaxşılaşdırmalar (avadanlıqlar və s.) qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən götürülməsi İddiaçı ilkin iddiasında da tələb olunur.

75. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti digər hissədə, yəni qeyri-yaşayış sahəsindən çıxarılması ilə pulun verilməsinin eyni anda icra edilməli olması hissəsində də rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə qarşılıqlı iddianın bu tələbi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır.

İlkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qətnamənin yoxlanılması

76. Cavabdeh2 qarşılıqlı iddianın ona aid hissəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, müqavilənin 8-ci bəndinə görə iddiaçı-icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməzdi. Cavabdeh3 təmir-tikinti işlərinin aparılacağına dair ondan (icarəyə verəndən) razılığın alınmasına dair hər hansı rəsmi sənəd almamış, eləcə də məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

77. Qarşılıqlı iddianın Cavabdeh2 münasibətdə hüquqi dəyərləndirilməsi, iddiaçı ilə müqavilə münasibətlərində olduğu üçün, Mülki Məcəllənin 21.2, 448.1 və 448.2-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.

78. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi müqavilənin 8-ci bəndinə uyğun olaraq ehtimal edir ki, Cavabdeh3 tərəfindən təşkil etdiyi hazırlıq kurslarına sahəni uyğunlaşdırmaq məqsədilə təmir işləri aparılıbsa, bu Cavabdeh2 razılığı ilə olmuşdur. Lakin qarşılıqlı iddia üzrə iddiaçı həmin xərcləri öz təşəbbüsü ilə etmişdir.

79. Belə ki, “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsi icarəçiyə hüquq verir ki, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

80. Qeyd edilən normaya əsasən icarəyə götürülmüş əmlakın yaxşılaşdırılmasına çəkilmiş xərclərin icarəyəverəndən tutulması üçün icarəçi aşağıdakıları sübut etməlidir: yaxşılaşdırmaların onun tərəfindən həyata keçirildiyini; bu işlərin görülməsinə icarəyəverənin razılığı olduğunu; yaxşılaşdırmalara çəkilmiş xərcin tələb etdiyi məbləğ dəyərində olduğunu.

81. Məhkəmə kollegiyası icarəçinin təmir işlərinin icarəyəverənin razılığı ilə aparması faktının sübuta yetirilmiş olduğunu qəbul etsə də qeyd etməyi zəruri sayır ki, görülmüş bu işlərin təyinatı fərdi yaşayış evi olan əmlakı məşğul olduğu sahibkarlıq fəaliyyətinə uyğunlaşdırmaq məqsədini daşımış, bunun əksini, o cümlədən Cavabdeh3 tərəfindən aparılmış təmir işlərinin əmlakın ümumi vəziyyətini yaxşılaşdırıldığını, bunun evin ümumi dəyərinin artırılmasına, daha yüksək qiymətə satılmasına təsiri olduğunu, smetada göstərilən bütün işlərin məhz onun tərəfindən edildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

82. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də göründüyü kimi, satıcı Cavabdeh2 özünə məxsus əmlakı qeyri-yaşayış sahəsi (obyekt) olaraq deyil, məhz təyinatına uyğun şəkildə fərdi yaşayış evi kimi alıcı İddiaçı (VÖEN-i aşkar edilməyib) satmışdır.

83. Bundan başqa iş materiallarından müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evindən kommersiya obyekti kimi istifadəsi ilə bağlı bir sıra işlər (təmir işləri və s.) bir neçə il ərzində qarşılıqlı iddiaçı tərəfindən həyata keçirilsə də, bu işlərin görülməsi bir qayda olaraq onun mənafeyinə uyğun olmuş və o özü göstərilən xidmətlərdən yararlanmışdır.

84. Əlavə olaraq qeyd edilməlidir ki, icarə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinin Cavabdeh3 istinad etdiyi qaydada olacağını, yəni icarəyə verilmiş əmlakın saxlanması və ya bərpası üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzinin icarəyəverən tərəfindən qaytarılacağı və s. kimi qarşılıqlı iddianın əsaslı olduğunu təsdiq edə biləcək şərtlərin mövcudluğu tərəflər arasında bağlanmış icarə müqaviləsindən müəyyən edilmir, halbuki müqavilənin bir illik müddətinə bağlanması Cavabdeh3 yuxarıda qeyd edilən şərtlərin müzakirə edilməsinə, bu şərtlərin müqaviləyə daxil edilməsinə dair müqavilə tərəfi olaraq daha ehtiyatlı davranış tələb edirdi.

85. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən icarə müqaviləsinin hər hansı şərtinin pozulması, öhdəliyin pozulmasına səbəb ola biləcək qanunusuz hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də, onun müqavilə münasibətlərindən irəli gələn məsuliyyət daşıması faktını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmadığından qarşılıqlı iddia Cavabdeh2 münasibətdə də rədd edilməlidir. Belə ki, cavabdeh qeyd edilən vəsaiti qaytarmaq üzrə hər hansı vəzifəni daşımır.

86. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissələrdə qismən ləğv edilməlidir.

87. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissələrdə qismən ləğv edilsin. İş üzrə həmin hissələrdə yeni qətnamə çıxarılsın. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “yaşayış sahəsinin təhvil verilməsi və s.” tələbinə dair ilkin iddiası “01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8.400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində qismən təmin edilsin. 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək olan müddət üçün 6.000 manat məbləğində pul Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilsin. 01 iyul 2021-ci il tarixdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh tərəfindən İddiaçı təhvil verilənədək, hər ay üçün 500 manat hesablanmaqla dəymiş zərər olaraq Cavabdeh3 İddiaçı xeyrinə tutulsun. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Vüsalə Baxışova Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar