Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12026/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “işəbərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə işin apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, müəyyən etdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “işəbərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.10.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında A21-421 saylı, 05 avqust 2021-ci il tarixli əmrin qanunsuz hesab olunaraq ləğv olunmasını, iddiaçının işə bərpa edilməsini, bununla bağlı əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsini, iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunduğu tarixə qədər olan dövr üçün hesablanmalı olan əmək haqqı məbləğinin tam şəkildə iddiaçıya ödənilməsini, mənəvi zərərə görə 2000 manatın, birinci instansiya məhkəməsində təmsilçilik üçün ödənilmiş 1000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(009)- 2481/2021 saylı qətnaməsi ilə (hakim Süleymanova Şəhla) iddia qismən təmin edilmişdir. Cavabdeh MMC-nin 05.08.2021-ci il tarixli A21-421 nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh MMC-də həkimrezident vəzifəsinə bərpa edilməsi, əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsi, iddiaçıya edilən hüquqi yardıma görə 500 manat pul vəsaitinin və mənəvi ziyan kimi 300 manat məbləğində pulun Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “işəbərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-12026/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12026/2021
30.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver