Məhkəmə qərarları › İş №2(103)-12036/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12036/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12036/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad-Electronics» MMC-nin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad-Electronics» MMC-nin Bərdə filialına qarşı iddia ərzəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3199/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad-Electronics» MMCnin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5563/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad-Electronics» MMC-nin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” sistemindən çıxarışdan görünür ki, cavabdeh “İrşad-Electronics» MMC-nin hüquqi ünvanı ünvan 1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxımalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı cavabdehlər “İrşad- Electronics» MMC-yə, “İrşad-Electronics» MMC-nin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşadElectronics» MMC-nin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar