Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12054/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gönədrilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iddia ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli qərardadı ləğv edilməli, həmin iddia ərizəsinin icraata götürülməsi məsələsinə baxılması üçün mülki iş Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbi cavabdehlərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlıdır ki, qanunvericilikdə məhkəməninn bu cür səlahiyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdehlərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Halbuki, mülki işə əlavə edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmalarını deyil, onların mənzildən istifadə hüququnun itirilmiş hesab olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almadan iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı şikayəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12054/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12054/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver