Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1206/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMC-nin vəkili X4, Cavabdeh2 nümayəndəsi Cavabdeh1, nümayəndəsi vəkil X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs LPO «xxxx» ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3- cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və LPO «xxxx» ASC olmaqla) cavabdehlər X7 və Cavabdeh2 qarşı «kompensasiya verməklə yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin 2(006)- 1410/2020 saylı işi üzrə xx xxxxxxx 2020-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia (tələbinin dəqiqləşdirilməsinə dair) ərizə verərək, X7 məxsus ünvan 1 ünvanda yerləşən 11 kv.m. qeyri-yaşayış sahəsini (zirzəmini) boşaldıb İddiaçı MMC-yə MMC-yə təhvil verməsi və əvəzində İddiaçı MMC-dən Nəsimi rayonu ərazisində yerləşən 30 v.m. tam təmirli mənzil qəbul edilməsini və Cavabdeh2 qızma məxsus ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilin 20 kv.m-dən ibarət hissəsini boşaldıb İddiaçı MMC-yə MMC-yə təhvil verməsi və əvəzində İddiaçı MMC-dən Nəsimi rayonu ərazisində yerləşən 50 kv.m. tam təmirli mənzil qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Azərbaycan Respublikası ƏMDK yanında DƏDR-nin ******* saylı çıxarışı (səh.10), qeyri-yaşayış sahəsinin texniki pasportu (səh.11), Azərbaycan Respublikası ƏMDK yanında DƏDXR-nin ******* saylı çıxarışı (səh.16), Daşınmaz əmlakın texniki pasportu (səh.17), daşınmaz əmlakın alqı-satqısı barədə ******* saylı müqavilə (səh.20), daşınmaz əmlakın alqı-satqısı barədə ******* saylı müqavilə (səh.23), iddia ərizəsi ilə bağlı izahatlar (səh.92), Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyiə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelahiyə” li rəyi (səh.100), ünvan 4, 175, 177, və 179 saylı ünvanlarda yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında rəy (səh.135), Azərbaycan Respublikası ƏMDK yanında DƏDXR-nin ******* saylı çıxarışı (səh.177), Azərbaycan Respublikası ƏMDK yanında DƏDXR-nin 1 saylı Bakı Ərazi idarəsinin Vəkil Bürosuna ünvanladığı məktubu (səh.190) sübut qismində məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin 2(006)-1410/2020 saylı işi üzrə xx xxxxxxx 2020-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Mülki Prosesual Məcəlləsinin 14.2, 185.5, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İşin faktiki hallarından göründüyü kimi, mülkiyyətçilər onlara edilmiş təkliflə razı deyillər. Cavabdehlərin mülkiyyət hüququ Dövlət tərəfindən təminat altında olduğundan və qorunduğundan, hazırkı iddia təmin edilə bilməz. Mülkiyyətçilər iddiaçıdan müvafiq olaraq sahəsi 168 m2 olan mənzil və 153,8 m2 olan mənzil verilməsi müqabilində mülkiyyətlərində olan sahələri iddiaçıya təhvil verməyə razı olduqlarını bildirirlər. Bundan başqa, iddiaçının cavabdehlərə təqdim etməyi təklif etdiyi sahələrin məhz hansı ünvanda yerləşməsinə dair dəqiq bilgi, məlumat göstərilməmişdir. Bu da, mülkiyyətçilərin haqlı narazılığına səbəb olur. Mülkiyyətçilərin mövqeyi bununla bağlıdır ki, verilən mənzillərin sahəsi qeyd etdikləri həcmdə olmaqla yanaşı, özlərinin həmişə yaşamağa öyrəşdikləri yerdə, ünvanda, yaxud çox yaxın ərazidə yerləşməlidir. Nəsimi rayonunun inzibati ərazisi böyükdür və onlar, həmişə yaşamağa öyrəşdikləri, özləri üçün daha əlverişli saydıqları ünvandan kənar ərazilərdə mənzil təqdim edilməsinə razı deyillər. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləgv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikaytdə Azərbaycan Respublikası Konstitusiyasının 15, 24, 29, 59; Mülki Məcəllənin 6.3, 16.1-ci maddələrinə istiunadən qeyd edilmişdir ki, Məhkəmə qəbul etdiyi qətnaməni əsaslandırmaq üçün mülkiyyətin müdafiəsinə dair normativ aktları sadalamaqla kifayətlənmiş, lakin mübahisənin əsasında duran məsələnin yalnız mülkiyyət deyil, həm də mənzil münasibətləri ilə bağlı olduğunu nəzərə almamış, həmçinin mübahisə predmeli olan yaşayış və qeyri-yaşayış sahələrinin qəzalı olmasını və bununla da cavabdelərin həm özlərinin, həm də digər şəxslərin təhlükəsizliyinin və mənzil hüquqlarının həyata keçirilməsinə maneə yaratmaqla, hüquqlarından sui-istifadə etmələrini müzakirə mövzusuna çevirməmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə mülki iş üzrə cavabdehlərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmiş normaların tətbiqi ilə kifayətlənmiş, lakin bu münasibətlərin digər subyektlərinin maraqları arasındakı tarazlığın təmin olunması kimi mühüm məsələnin həllini mübahisənin həllindən kənarda qoymuşdur. Həmçinin "Bakı şəhəri. Nəsimi rayonu. R.Behbudov. Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bül-bül prospektinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında" Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli rəy təqdim edilsə də məhkəmə qətnamə qəbul edərkən həmin rəyə münasibət belə bildirməmişdir. Halbuki, həmin rəyə əsasən. Şamil Əzizbəyov küçəsi 173. 175 və 177 saylı ünvanlar üzrə: Yaşayış evlərinin uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalması: Evlərin əsas yükdaşıyan divarlarında eni 2-3 millimetrə qədər olan müxtəlif istiqamətli bır və ikitərəfli çatların müşahidə olunması: Yaşayış evlərinin fasad hissələrindəki divarlarının suvaq qatlarında və hörgü məhlullarında aşınmaların mövcud olması; Bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələrinin çürüyərək deformasiyaya uğraması; Torpaqla təmasda olan xarici divarlarda nəmlik, suvaq qatlarında isə aşınmaların mövcud olması; Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan əlavə tikililərin inşa edilməsi, bu tikililərin metal borular və mövcud daş hörgülərin üzərində müxtəlif tikinti materiallarından olmaqla yerinə yetirilməsi və inşa edilmiş bu artırmaların evlərin əlavə yüklənməsinə səbəb olması kimi qüsurlar müşahidə edilmişdir. Məhkəmənin qəbul etdiyi qətnamənin "Bundan başaqa iddiaçının cavahdehlərə təqdıın etməyi təklif eldiyi sahələrin məhz hansı ünvanda yerləşməsinə dair dəqiq məlumat göstərilməmişdir." hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehlərə yaşadıqları rayon ərazisində, mülkiyyətlərində olan yasayıs və qeyri-yasayıs sahələrinin yaxınlığında müvafiq olaraq tam təmirli ümumi sahəsi 30 kv.m., (yəni, hazırda mövcud olan 3 dəfə çox sahə); tam təmirli ümumi sahəsi 50 kv.m.. (yəni, hazırda mövcud olan sahədən 30 kv.m. çox) mənzil müqabilində hazırda onlara məxsus sahələrin **xxxx" MMC-yə satılması təklif edilmişdi və bu məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də öz əksini tapmışdır Cavabdehlərə onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin yaxınlığında iddiaçı tərəfindən inşa ediləcək binadan tam təmirli mənzillərin verilməsi heç də onların hüquqlarını pozmur. Belə ki, iddiaçı tərəfindən cavabdchlərə veriləcək mənzillər elə məhkəmə qətnaməsində də qevd edildiyi kimi, cavabdehlərin həmişə yaşamağa öyrəşdikləri yerdə, ünvanda, vaxud çox yaxın ərazidə yerləşəcəkdir. birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətlərində olan zirzəmi və mənzilin hər birinin ümumi sahəsinin miivallq olaraq 15 və 8 misli qədər sahədə mənzil tələb etmələrini ağabatan hesab edərək, cavabdehlərin birmənalı olaraq həm özlərinin, həm də digər şəxslərin təhlükəsizliyinin və mənzil hüquqlarının həyata keçirilməsinə maneə yaratmaqla, hüquqlarından sui-istifadə etmələrinə göz yummuşdur. Cavabdehlərin qeyd edilən hərəkətləri mənzil hüquqdan sui-istifadədir, iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən “xxxx" MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların hu hüquqdan sui-istifadələrinə yol verilməməlidir. Cavabdehlərin qərəzli surətdə hüquqlarından sui- istifadə etməyi nəticəsində iddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra edə bilmir ki, bu da yuxarıda qeyd edildiyi kimi, həm də mənzil şəraitini yaxşılaşdırmaq istəyən digər sakinlərin də hüquqlarını pozur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında barışığın mümkün olmadığını, cavabdehlərin mülkiyyətlərində olan sahələrinə mütənasiblik meyyarlarına uyğun olmayan kompensasiya istədiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkil X3 texniki pasportu məhkəməyə təqdim edərək, notariusun icra qeydi verdiyini, mənzilin yarımtikililərlə birlikdə 42.4 kvadratmetr olduğunu, tərəflə barışığın mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3- cü şəxs LPO «xxxx» ASC-nin nümayəndəsi X10 bankda olan məlumata əsasən cavabdehin banka 8112 manat borclu olduğunun müəyyən edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək,banka olan borcun tam olaraq ödənildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh X11, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3- cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. (xx.xx.2021-ci il tarixli məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 tələbi qəbul etmədiyini bildirmişdir) Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Bakı şəhəri 38 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş X11 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi və eyni tarixli kredit müqaviləsinə əsasən, X11 Cavabdeh1 12235 ABŞ dollar borc vermiş, Cavabdeh1 isə həmin borcun təminatı olaraq ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 11.4 kvadrat metr olan qeyri yaşayış sahəsini yüklü etmiş və ipoteka müqaviləsinə əsasən əmlakın dəyəri 21000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 175, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 265.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad edə bilmədiyi və mövcud olmayan maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından hüququn anoloğiyası üzrə belə tətbiqi sui-istifadəyə və qanunsuzluğa şərait yaradan hal olaraq mülki hüququn fələsəfəsinə ziddir. Bundan əlavə qeyd edilməlidir ki, qəzalı olması və ya dövlət ehtiyyacları əsasları ilə yaşayış sahələrinin boşldılması müvafiq icra hakimiyyətinin səlahiyyətlərinə məxsusdur və belə əsalarla subyektiv hüuquqa malik iddiaçılar tərəfindən qaldırılmış tələblərin yenidən müzakirəsi istisna edilmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin 2(006)-1410/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1206/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1206/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver