Məhkəmə qərarları › İş №2(103)-1206/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1206/2023

21.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1206/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova Soltanxanım Ağacamal qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1844/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1996-cı il tarixli 633 saylı sərəncamı ilə İddiaçı mərhum atası X7 Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində 600 m2 torpaq sahəsi ayrılmışdır. İddiaçı atası 2012-ci ildə vəfat etmiş və həmin torpaq sahəsi vərəsəlik qaydası ilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi məftildən və ağaclardan çəkilmiş hasarla hasarlanmış və və dörd tərəfi sarmaşıq kolları əkilmişdir. Hazırda İddiaçı həmin torpaq sahəsində hasarlama işləri görmək istəsə də, qonşuluqda yerləşən evlərin sakinləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun öz torpaq sahəsinə hasar çəkməsinə və tikinti işləri görməsinə maneə yaradırlar.

2. İş materiallarında olan, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında” 633 saylı, xx.xx.1996-cı il tarixli sərəncamınin surətindən görünür ki, X7 Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində 600 m2 torpaq sahəsi ayrılmışdır.

3. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ünvan 1tubundan görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X4 adına vərəsəlik işi açılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1996-cı il tarixli 633 saylı sərəncamı ilə 600 m2 torpaq sahəsində hasarın və digər tikililərin tikilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digərləri tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1996-cı il tarixli 633 saylı sərəncamı ilə 600 m2 torpaq sahəsi atası X7 ayrılmışdır. Atası 2012-ci ildə vəfat etmiş və həmin torpaq sahəsi vərəsəlik qaydası ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi məftildən və ağaclardan çəkilmiş hasarla hasarlanmış və və dörd tərəfi sarmaşıq kolları əkilmişdir. Sonradan onun vaxtı olmadığı üçün, torpaq sahəsinin sənədləşdirilməsinin aparılması, torpaq sahəsinin hasarlanması və digər işlərin görülməsi üçün qonşusu X2 70 illik etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə ona məlumat verilmişdir ki, onun torpaq sahəsinin ətrafındakı sarmaşıq kollarını və illərlə qulluq edib bitirilən bir neçə meyvə ağaclarını kimlərsə yandırmışdır. Bununla əlaqədar yanğınsöndürənlər torpaq sahəsinin ətrafına əkilmiş sarmaşıq kollarının və ağacların tam yanmasının qarşısını almışlar və yanğını söndürmüşlər. Bu barədə xx.xx.2022-ci il tarixli yanğın haqqında ilkin akt tərtib edilmişdir. Eyni zamanda torpaq sahəsində qəsdən yanğın törədənlərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyatı orqanlara şikayət edilsə də, bu vaxta kimi heç kim məsuliyyətə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixdə nümayəndəsi V.Məmmədov torpaq sahəsində hasarlama işləri görmək istəyərkən, qonşuluqda yerləşən evlərin sakinləri Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinə hasar çəkilməsinə mane olmuşlar. Hətta cavabdehlərin aqressivliyi o dərəcədə olmuşdur ki, nümayəndəsi V.Məmmədovu söyüb təhqir etmişlər, sonuncunu ölümlə hədələmişlər və bununla xırda xuliqanlıq etmişlər. V.Məmmədov cavabdehlərə hüquq-mühafizə və ya icra hakimiyyətinə öz şikayətlərini təqdim etməyi məsləhət görsə də, buna məhəl qoymayan qonşular öz xuliqanlıq hərəkətlərinə davam etmişlər. Bu hadisə videogörüntüyə alınaraq polis sahə müvəkkilinə təqdim edilmişdir. Bu səbəbdən, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları cavabdehlərin əməllərinin qeyri-qanuni olduğunu bildirsələr də, Cavabdeh1 polis əməkdaşının sözlərinə əhəmiyyət verməmişdir. Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin sahə inspektoru X3 xx.xx.2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 100 manat cərimə edilmişdir. Hazırda cavabdehlər onun öz torpaq sahəsinə hasar çəkməsinə və tikinti işləri görməsinə maneə yaradırlar. Halbuki, çəkilən çəpər heç bir qonşunun rəsmi sənədi olmayan evinə, həyətyanı sahəsinə maneəçilik törətmir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(002)-1844/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov), İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair” iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdehlərin ona hasar çəkməsinə və digər tikinti işlərinin aparılmasına maneə yaratmalarına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər - 14 mart 2022-ci il tarixli yanğın haqqında ilkin aktla ərazidə yanğın hadisəsinin baş verməsi, İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində qeyd olunan inzibati xətanı törətməsi təsdiqini tapsa da, iddiaçı yanğın hadisəsinin məhz cavabdehlər tərəfindən törədilməsi, həmçinin ona torpaq sahəsinin kənarlarına hasar çəkməyə və atasına ayrılmış torpaq sahəsində digər tikinti işlərinə maneə yaratmalarına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

8. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin bir hissəsində müəyyənlik olsa da, tələbin digər hissəsi qeyrimüəyyəndir. Belə ki, iddia ərizəsində cavabdehlərdən başqa digər şəxslərin də hasar çəkilməsi və digər işlərin görülməsi vaxtı iddiaçıya maneələrin yaradılmasının aradan qaldırılması xahiş olunur. Lakin, həmin şəxslərin dairəsi aydınlaşdırılmır, soyad, ad, ata adı, qeydiyyatda olduqları ünvan göstərilmir və tələb həmin hissədə mahiyyət etibarı ilə mücərrəddir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

11. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

12. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində nümayəndəm Məmmədov Vüqar ona məxsus torpaq sahəsində hasarlama işləri görmək istərkən, qonşuluqda yerləşən evlərin sakinləri Cavabdeh1 və Cavabdeh2 Ağacan qızı torpaq sahəsinə hasar çəkilməsinə maneə olmuşlar, hətta nümayəndəsi Vüqar Məmmədovu söyüb təhqir etməklə xırda xuliqanlıq etmişlər. Hazırda cavabdehlər onun öz torpaq sində hasar çəkməsinə və tikinti işləri görməsinə maneəçilik yaradırlar. Məhkəmənin göstərdiyi hallar əsassızdır. Belə ki, onun torpaq sahəsinin ətrafına çəkilmiş hasarın cavabdeh Vahidova tərəindən yandırılması öz təsdiqini tapmışdır. Bu hal həmin iş üzrə Polis əməkdaşlarına vermiş olduğu izahatında göstərlmişdir. Məhkəmənin “iddia ərizəsinin bir hissəsnin qeyri müəyyənliyi” ilə əlaqədar yanaşması ilə bağlı bildirir ki, torpaq sahəsində işlərin görülməsinə həm cavabdehlər, həm də cavabdehlərə havadarlıq edən şəxslər maneə törədirlər. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyası

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

22. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmişəsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

26. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

42. İş materialları ilə müəyyən edilir ki, iddiaçı özünə məxsus torpaq sahəsində hasarın və digər tikililərin tikilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digərləri tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürmüşdür.

43. İşə baxan birinci inctansiya məhkəməsi iddianın təmin olunmaması barədə gəldiyi qənaəti iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübutları təqdim etməməsi və iddia tələbinin bir hissəsinin qeyri-müəyyən olması ilə əsaslandırmışdır.

44. Məhkəmə kollegiyası birinci inctansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız hesab edir.

45. Belə ki, iddiaçı ərizəsində göstərir ki, işdəki rəsmi sənədlərlə ona məxsus torpaq sahəsindən istifadə etməyə cavabdehlər maneçilik törədir. Həmin şəxslər ona məxsus torpaq sahəsindən zibilxana kimi istifadə edir. Torpaq sahəsinin sərhədlərinə əkilmiş sarmaşıq kollarına od vurub yandırmışlar, hasar tikmək istəyəndə isə orada işləmək istəyən ustalara mane olub, ustaları söyüb təhqir etmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanına müraciət etmiş və cavabdehlər etdikləri hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunmuşlar. Lakin, buna baxmayaraq, cavabdehlər ona özünə məxsus torpaq sahəsindən istifadəyə maneçilik törətməkdə davam etmişlər. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

46. İddiaçı sübut qismində özünə məxsus torpaq sahəsində yanğın hadisəsi törədilməsi barədə aktı və cavabdehin inzibati məsuliyyətə cəlb olunması barədə qərar və torpaq sahəsinə aid fotoşəkillər təqdim etmişdir.

47. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazının əsaslarını sübut etməlidir (MPM 77.1).

48. Məhkəmə kollegiyası qeyd edilən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, iddiaçı iddia tələbini təsdiq edən yuxarıda qeyd edilən sübutları təqdim etsə də, işə baxan birinci instansiya məhkəməsi həmin sübutlara qətnamədə istinad etsə də, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübutlar təqdim etməsi barədə gəldiyi nəticə əsaslı olmamışdır.

49. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbini təsdiq edən sübutlar təqdim edildiyindən iddia əsaslıdır.

50. Bununla yanaşı kollegiya qeyd edir ki, iddia tələbi digər şəxslərə münasibətdə təmin edilə bilməz. Çünki, digər şəxslərin dairəsi aydınlaşdırılmamışdır. Bu səbəbdən iddia tələbi digər şəxslərə münasibətdə təmin oluna bilməz.

51. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında” 633 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsində hasarın və digər tikililərin tikilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edilməli, iddia tələbi digərləri tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində rədd edilməlidir.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1844/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadə edilməsi və tikililərin tikilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair” iddiası qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında” 633 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı ilə Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində ayrılmış 600 m2 torpaq sahəsindən İddiaçı istifadəsinə, həmin torpaq sahəsində hasarın və digər tikililərin tikilməsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar