Məhkəmə qərarları › İş №2(103)-121/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-121/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-121/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər Cavabdeh1, X5, X12 X8, X2, X1, Cavabdeh2, üçüncü şəxs Qaradağ Rayon Polis İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər Cavabdeh1, X5, X12 X8, X2, X1, Cavabdeh2, üçüncü şəxs Qaradağ Rayon Polis İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departamentinin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 21/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Dövlət Dəmir Yoluna məxsus yaşayış binalarının balansa götürülməsi haqqında 193 №-li, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Binəqədi, Qaradağ, Əzizbəyov, Xətai, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Səbail şəhər rayonlarının ərazisində yerləşən, sahəsi 300263 kv.m olan mövcud yaşayış fondu Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir.

2. Bakı Şəhər Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2017-ci il tarixli aktına əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə baxış keçirilmiş və qonşuların bildirdiyinə görə həmin mənzildə Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayır.

3. Bakı Şəhər Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli, 201 №-li arayışına əsasən X13 həqiqətən 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında qızları X9 və X7 ilə birlikdə qeydiyyata alınmışlar.

4. Bakı Şəhər Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli, 202 №-li arayışına əsasən Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3427/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, X5 və X12 qarşı mənzilə köçürülmə tələbinə dair iddias təmin edilərək, iddiaçı Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3427/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4638/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti cavabdehlər Cavabdeh1, X5, X12 X8, X2, X1, Cavabdeh2, üçüncü şəxs Qaradağ Rayon Polis İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X14, X18, X16, X9, X7, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və həmin şəxslərin başqa yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mənzilkommunal təsərrüfatı üzrə idarəetmə orqanı funksiyalarını həyata keçirir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı yaşayış binası əvvəllər "xxxx" QSC-nin mənzil fonduna aid olmuş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 193 saylı sərancamı ilə dövlət mənzil fonduna keçirilməklə Bakı Şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd edilən sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2002-ci il tarixli, 73 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan Qaradağ rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məlumatına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, yaşayış sahəsi 17,52 m² olan bir otaqlı, 1 saylı mənzili vaxtı ilə X4 istifadəsində olmuş, həmin şəxs Azərbaycan Respublikasından köçüb getmişdir. Bundan istifadə edərək cavabdehlər X16, X9, X7 dövlət mənzil fonduna aid yaşayış sahəsini ələ keçirmək məqsədi ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, yaşayış sahəsi 17,52 m² olan bir otaqlı, bir saylı mənzilinə qeydiyyata düşmüş, lakin həmin mənzildə qeydiyyatda olmaları barədə əraziyə xidmət edən 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti kitablarında 2017-ci ilədək heç bir qeydiyyat aparılmamışdır. Bundan əlavə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(002)- 144/2014 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X3,X10 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzilinə istifadə hüquqları tanınmış, digər Cavabdeh2 isə məhkəmə qətnaməsi ilə qeydiyyata alınmış mənzilə dair heç bir sərəncam vermək hüququ olmayan şəxs Cavabdeh1 yazılı razılığı əsasında qanunsuz olaraq həmin mənzilə qeydiyyata alınmışdır. Bu minvalla dövlət mənzil fonduna aid yaşayış sahəsində 12,0 m² sahə üzrə bir nəfərin qeydiyyata alınması nəzərdə tutulsa da, cəmi 17,52 m²-dən ibarət olan bir otaqlı mənzilə dörd nəfər şəxs qeydiyyata alınmışdır. Bununla da, dövlət mənzil fonduna aid Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzil balanssaxlayan təşkilatın xəbəri olmadan cavabdehlər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-21/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, X14, X18, X16, X9, X7 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzili Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır və cavabdehlərin həmin mənzilə dair heç bir hüquqları mövcud deyildir. Buna görə Bakı Şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departamentini cavabdehlərin həmin mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılması barədə tələbini məhkəmə qanuni və əsaslı hesab etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqları mövcud olmadığına görə iddiaçının bu barədə iddia tələbi əsaslı hesab edilmir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə, «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu ildə “Marks Belçikaya qarşı” işi üzrə qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 164.1-ci, 164.2-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh2 mənzilin mülkiyyətçisinin razılığı ilə mübahisəli mənzilə qeydiyyata alınmaqla təmirsiz və baxımsız vəziyyətdə olan mənzili təmir etdirmiş, istifadəsinə götürmüşdür. Lakin sonradan mənzildə qeydiyyatda qalan cavabdehlər öz aralarında razılığa gəlmədiklərindən iddiaçıya qarşı müəyyən çətinliklər yaratmağa başlamışlar. Sonuncu dəfə mübahisəli mənzilin qapısının kilidini dəyişməklə iddiaçını öz istifadəsində olan mənzilə buraxmamışdılar. Belə olan halda iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi təqdim edilən sübutlara və göstərilən əsaslara qiymət vermədən qətnamə qəbul etmişdir. Bundan əlavə olaraq çəkişmə prinsipini pozaraq məhkəmədə iştiraklarını təmin etməmişdir. Odur ki, iddiaçının iddia müddətini ötürməsi ilə bağlı verəcəkləri ərizəni məhkəməyə təqdim edə bilməmişlər. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən, cavabdehlərdən hansının həmin mənzildə istifadə hüququnun olub-olmamasına istinad etməmişdir. Lakin məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun gəlmir. Belə ki, iş materiallarında olan sübutlardan da görünür ki. mənzil daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmamışdır, Cavabdehlər mənzilə pasport qeydiyyatına alınmışdır. Sonradan məhz Cəbrayılovların şikayətləri nəticəsində Hüseynovların istifadə hüquqlarına xitam verilmişdir. Bundan başqa mülki işə ağlabatan müddətdə baxılmayaraq, süni şəkildə işin baxılması uzadılmışdır.

b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Hazırki apellyasiya baxışı zamanı məhkəmənin 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə Bakı İnzibati Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığından iş üzrə icraat təzələnmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X17 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq iddia tələbinin dəlillərinə uyğun izahat verməklə, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən dövlət mülkiyyət hüququ qanunla qorunur.

21. «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs habelə dövlət öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

25. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

Apelyasiya baxışının hədləri və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarının mövcud olmadığına görə iddiaçının bu barədə iddia tələbinin əsaslı hesab edilməməsini qey etsə də, qətnamənin nəticə hissəsində həmin tələbə münasibət bildirməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.

28. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

29. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Dövlət Dəmir Yoluna məxsus yaşayış binalarının balansa götürülməsi haqqında 193 №-li, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Binəqədi, Qaradağ, Əzizbəyov, Xətai, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Səbail şəhər rayonlarının ərazisində yerləşən, sahəsi 300263 kv.m olan mövcud yaşayış fondu Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Bakı Şəhər Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2017-ci il tarixli aktına əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə baxış keçirilmiş və qonşuların bildirdiyinə görə həmin mənzildə Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayır. Bakı Şəhər Qaradağ Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli, 201 №-li arayışına əsasən X13 həqiqətən 128 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xidməti dairəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında qızları X9 və X7 ilə birlikdə qeydiyyata alınmışlar. Bakı Şəhər Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli, 202 №-li arayışına əsasən Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3427/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, X5 və X12 qarşı mənzilə köçürülmə tələbinə dair iddias təmin edilərək, iddiaçı Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3427/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4638/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4638/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, “işin mübahisəsiz halllarına görə ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzil dövlət mülkiyyətindədir, Həmin mənzilə dair dövlətin adında çıxış etmək səlahiyyətinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti malikdir. İddiaçınin mənzil üzərində sahiblik və istifadəsini təmin etmək imkanı məhz həmin orqanla bağlanmış sosial kirayə müqaviləsi əsasında yarana bilərdi ki, işin araşdırılmış halları ilə belə müqavilənin mövcudluğu təsdiq olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 mübahisəli mənzilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar- Cavabdeh1 oglunun, Mehtiyeva Eİmira Nəsib qızının və X10 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzilinə istifadə hüquqları tanınmışdır. Bundan sonra Cavabdeh2 Cavabdeh1 yazılı razılığı əsasında xx.xx.2016-cı il tarixdən sözügedən mənzilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh1 yazılı razılığının verilməsi yolu ilə qeydiyyata alınması onun mübahisəli mənzilə üzərində istifadə hüquq əldə etməsi demək deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 istifadə hüquqlarının tanınmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia təmin edilməmişdir. Eyni zamanda iddiaçının Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzildə yaşaması isə təsdiq edilməmişdir. Bundan başqa, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı ev Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin balansında olduğu halda mənzilə üzərində hüquq müəyyən olmayan şəxslərə qarşı tələb irəli sürməsi düzgün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında qohumluq münasibətləri olmamışdır. Hətta onlar arasında qohumluq münasibəti olmuş olsa belə bu fakt iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması əsası kimi qəbul edilə bilməz. İlkin olaraq ona görə ki, cavabdehlərin özləri müəyyən edildiyi kimi mənzil üzərində hər hansı hüquqa malik deyildirlər. Cavabdehin mənzilə hüququ olmadığı halda iddiaçının cavabdehin razılıq verməsinə istinad edərək mənzil üzərində istifadə hüququnun yaranmasını göstərə bilməz. Mübahisəli mənzildə iddiaçının və ya cavabdehlərin birlikdə və ayrı-ayrı olaraq yaşayaraq təsərrüfat idarə etmələri də müəyyən edilməmişdir. İddiaçı ilkin olaraq sübut etməli idi ki, mənzil üzərində hər hansı hüquq malikdir və həmin hüquqa istinad edərək mənzilə köçürülməsi mütləqdir. Lakin iddiaçı mübahisəli mənzil üzərində hər hansı hüququnun olmasına dair sübutlara malik deyildir, belə hüququnun olması təsdiq olunmadığından o, mənzilə köçürülməyini tələb etmək üçün subyektiv hüquqa malik deyildir”.

31. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2044/2021 nömrəli qərarı iddiaçı Cavabdeh2 (xx.xx.1982-ci il təvəllüdlü; FİN: 3V6L6P2) cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” barədə iddiası təmin edilmiş, Bakı şəhəri, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2022-ci il tarixli, 2-1(103)-723/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qərardan iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1209/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2022-ci il tarixli, 2-1(103)-723/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

32. Göründüyü kimi Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzili dövlət mülkiyyətindədir, həmin mənzilə dair dövlətin adında çıxış etmək səlahiyyətinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti malikdir.

33. Həmçinin qanuni qüvvəsini almış qətnamə ilə cavabdehlərin həmin mənzilə dair istifadə hüquqlarının olmaması müəyyən edilmişdir.

34. Həmçinin cavabdehlərin mənzil üzərində sahiblik və istifadəsini təmin etmək imkanı məhz həmin orqanla bağlanmış sosial kirayə müqaviləsi əsasında yarana bilərdi ki, Cavabdeh2 bu barədə iddiası qanuni qüvvəsini almış qətnamə ilə rədd edilmiş, digər cavabdehlərə münasibətdə də belə bir müqavilənin mövcud olması müəyyən edilməmişdir.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqları mövcud olmadığından, iddia tələbi - mənzildən istifadə hüququna xitam verilməsi hissəsində əsassız olmuşdur, çünki mövcud olmayan hüquqlara xitam verilə bilməz.

36. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə dair hər hansı hüquqları olmadığından, iddia tələbi - həmin mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılma hissəsində əsaslı olmaqla təmin edilməlidir.

37. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, işin mübahisəsiz halları ilə cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqları olmadığından cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

39. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verdiyindən qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən - Cavabdehlər Cavabdeh1, X14, X18, X16, X9, X7 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları hissəsində təmin edilməli, qalan hissədə iddia tələbi rədd edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

43. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-21/2019 nömrəli, 28 oktyabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X14, X18, X16, X9, X7 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılsınlar. İddia tələbi qalan hissədə, yəni cavabdehlər Cavabdeh1, X14, X18, X16, X9, X7, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar