Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1215/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ İş № 2(103)-1215/2024 Bakı şəhəri, 04 noyabr 2024-cü il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-1770/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İş üzrə məhkəmə icraatı
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10.800 manat kompensasiya verməklə onların və sonuncunun azyaşlı oğlu, xx.xx.2022-ci il təvəlludlü X4 ona məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 27 ünvanında olan 31 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 27 nömrəli evin 31 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzil 14 iyun 1996-cı ildən mərhum əri X2 mülkiyyətində olmuşdur. 28 mart 2018-ci ildə onun ölümündən sonra mənzil miras əmlak kimi ona verilmiş və mənzilə mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 17 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. X14 birgə nikahdan 3 övladı olmuşdur. Böyük övladı X8 1987-ci ildə Cavabdeh2 ilə evlənərək Rusiya Federasiyasına köçmüşlər. Onların birgə nikahından digər cavabdeh, 14 avqust 1989-cu il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. 1996-cı ildə oğlu Yusif Hüseynov ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş və arvadı Cavabdeh2 ilə boşanaraq özü tək Rusiya Federasiyasına qayıtmışdır. Yusif sonradan özünə yeni ailə qurmuş, hazırda Qazaxıstan Respublikasında yaşayır və cavabdehlərlə heç bir əlaqəsi, bağlılığı yoxdur. O, mübahisəli mənzili aldıqdan sonra oğlunun Cavabdeh2 boşanmasına baxmayaraq, onu və digər cavabdeh olan nəvəsi Cavabdeh1 atmamış, onların yaşamağa yerləri olmadığı üçün göstərilən mənzilə yerləşdir. Bununla yanaşı, onlara mütəmadi olaraq maddi cəhətdən kömək etmişlər. Mənzilə yerləşdirildikdən bir müddət sonra Cavabdeh2 iddia tələbi əsasında Nizami Rayon Məhkəməsinin 15 may 1998-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildə yaşamaq hüququ tanınmış və o, qeydiyyata alınmışdır. Sonradan Cavabdeh2 xəbəri olmadan oğlu Cavabdeh1 və nəvəsi 14 aprel 2022-ci il təvəlludlü X5 da mənzilə qeydiyyata aldırmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, habelə sonuncunun 14 aprel 2022-ci il təvəlludlü oğlu X9 artıq onun ailə üzvləri deyillər, onların onunla etibarlı ailə əlaqələri yoxdur. Onunla cavabdehlər arasında mənzilindən istifadə hüququnun əmələ gəlməsi barədə notarial qaydada təsdiqlənmiş yazılı müqavilə bağlanmamışdır. Cavabdehlərin və 1 azyaşlı övladının mənzilinə qeydiyyatları hər hansı hüquqi nəticə yaratmır. Onların həmin mənzildə qeydiyyatda olmaları formal xarakter daşımaqla yanaşı, bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, sərəncam hüququnu məhdudlaşdırır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün isə onun yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması tələb edilir. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi deyil, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Ailə üzvləri olmayan cavabdehlərlə bir evdə yaşamaqları mümkün olmadığına görə cavabdehlərin onun mülkiyyətində olan evindən istifadə hüquqlarına xitam verilməlidir. Aralarında istifadə hüququnun xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından bu hüquqa mülkiyyətçi olaraq onun məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməklə xitam verilməlidir. Mülkiyyətində olan mənzil bir otaqlı olmaqla ümumi sahəsi 32,2 kv.m-dir. Hazırda həmin ərazidə və ona yaxın yerlərdə bənzər şəraiti olan mənzillərin aylıq kirayə haqqı 300 manat təşkil edir. Cavabdehlərin oxşar şəraiti olan mənzildə davamlı surətdə (3 il) yaşaması üçün 10800 manat məbləğində pul kifayət edər. Odur ki, o, həmin məbləğdə pulu kompensasiya kimi verərək cavabdehlərin mənzilindən istifadə hüquqlarına xitam verilməsini tələb edir.
3. Cavabdehlərin nümayəndəsi və vəkili iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, iddia tələbi əsassızdır və aşağıdakı səbəblərdən təmin edilməməlidir: İlk növbədə bildirirlər ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1998-ci il tarixli, 2-339 nömrəli qətnaməsi ilə hazırki mülki iş üzrə cavabdehlərdən Cavabdeh2 mübahisə predmetini təşkil edən və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32,2 kv.m təşkil edən mənzildə yaşamaq hüququ tanınmışdır. Belə ki, 17 iyun 1987-ci il tarixdə iddiaçının oğlu X8 ilə cavabdehlərdən Cavabdeh2 arasında nihah bağlanmaqla, ailə münasibətləri yaranmış və cavabdeh ünvan 2 ünvanına gəlin köçmüşdür. Nikahdan onların hazırki iş üzrə Cavabdeh1 anadan olmuşdur. Cavabdehlərdən Cavabdeh2 bir müddət Rusiya Federasiyasında əri ilə birlikdə yaşamış, sonra yenidən ünvan 2 ünvanına qayıtmışlar. Daha sonra ailə münasibətləri pozulduğuna görə, hazırki iş üzrə İddiaçı mərhum həyat yoldaşı X7 tərəfindən hazırki iş üzrə mübahisə predmeti olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32,2 kv.m təşkil edən mənzil alınaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verilmiş və cavabdehlər faktiki olaraq xx.xx.1996-cı il tarixdən həmin mənzildə yaşamağa başlamışlar. Məhkəmə prosesində evin sahibi X7 bildirmişdir ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətidir, bu mənzili o, nəvəsi (Cavabdeh1) üçün almış və nəzərdə tutmuşdur ki, nəvəsi yetkinlik yaşına çatanda ona bağışlasın. Qətnamə qanuni qüvvəyə minmiş və bugünədək mübahisələndirilməmişdir. Göründüyü kimi cavabdehlər 1996-cı il tarixdən mübahisə predmetini təşkil edən mənzildə yaşamaqdadırlar. Lakin cavabdehlərdən Cavabdeh1 yetkinlik yaşına çatdıqdan sonra (2007-ci il) babası X1 əməl etməyərək, yaşayış sahəsini ona bağışlamamış, bununla belə cavabdehlərə qarşı mənzillə bağlı heç bir iddiası və ya tələbi olmamışdır. X7 2018-ci ildə vəfat etmiş və mənzil vərəsəlik əsasında onun həyat yoldaşı İddiaçı mülkiyyətinə keçmiş, lakin o da 5 il ərzində cavabdehlərə qarşı heç bir iddia qaldırmamış, yalnız 5 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mənzildə faktiki yaşayan Cavabdeh1 özü də ailə həyatı qurmuş və həyat yoldaşı və bir azyaşlı övladı ilə birlikdə, o cümlədən digər cavabdeh – anası Cavabdeh2 ilə birlikdə (4 nəfər) yaşamaqdadırlar. Artıq cavabdehlər 27 ildir ki, həmin mənzildə yaşayırlar və bu həm Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1998-ci il tarixli, 2-339 nömrəli qətnaməsi ilə müəyyən olunmuş, həm də şahid ifadələri ilə təsdiq etmək mümkündür. Lakin, iddiaçı tərəfindən 27 il sonra iddia ilə məhkəməyə müraciət edilməsi, haqlı olaraq sual meydana çıxarır ki, bu müddət ərzində iddiaçı hansı səbəbdən məhkəməyə müraciət etməmişdir və ya 27 il ərzində onların mülkiyyət hüquqları pozulmamışdırsa, bəs 27 il sonra nə baş vermişdir ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişlər? Cavabdehlərdən Cavabdeh1 iddiaçının nəvəsi, Cavabdeh2 isə məhkəmə qətnaməsi ilə yaşamaq hüququ müəyyən olunmuş keçmiş gəlinidir. Cavabdehlər 4 nəfər olmaqla, həmin mənzildə yaşayırlar və başqa yerdə yaşamaq üçün lazımi maddi imkanlara malik olmamaqla, əlavə xüsusi mülkiyyətləri də yoxdur. Belə ki, kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya ifadəsi latın dilindəki “compesatio” sözündən götürülüb, hərfi mənası “əvəz” kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur: kompensasiya hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. “Əvəz” və “imkan” arasında bərbərlik işarəsi qoyulmalıdır. Qətnaməyə qədər bərabərliyin hər 2 tərəfi qeyri-müəyyəndir. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Göstərilən amilləri məhkəmə araşdırması keçirmədən müəyyən etmək mümkün deyil. Heç kəs kompensasiyanın məbləğini qabaqcadan müəyyən etmək qabiliyyətinə malik deyil, heç bir normativ-hüquqi aktda (Nazirlər Kabinetinin qərarında, Tarif Şurasının qərarında və s.) bu məbləğ göstərilməyib. Ona görə də qətnaməyə qədər “kompensasiya” anlayışı məbləğdən asılı olmayan anlayış kimi qəbul olunmalı, “kompensasiya nədir?” sualına “əvəzdir” cavabı verilməli, “əvəzin məbləği nə qədərdir?” sualına “hüququn verdiyi imkan nə qədərdirsə, o qədərdir” cavabı verilməlidir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlib. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. Kompensasiyanın məbləğini müəyyən etmək səlahiyyəti məhkəməyə aiddir: qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsində isə fərqli qayda nəzərdə tutulmuşdur: əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Burada başqa razılaşma dedikdə tərəflər arasında bağlanmış və ikinci şəxsə mənzildən istifadə hüququ verən hər hansı müqavilə nəzərdə tutulur. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu zaman yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə Mülki Məcəllənin müvafiq maddəsi, ondan sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin müvafiq maddəsi şamil olunur. Mülki Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə xitam verilə bilər. Qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, bu məhkəmələrin səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini, həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və s. faktorları nəzərə alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-cil il qərarında göstərilən “əvəzləşdirmə”yə uyğun məbləğ məhz davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu qərardakı qeyri müəyyənlik digər məhkəmələrin qərarlarına təsir göstərir. Belə ki, mənzilin yerləşdiyi ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində yaşayış sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur. Həmçinin məhkəmə təcrübəsində yaşayış sahəsindən istifadə hüququna xitam verilən şəxsin maddi imkanlarını nəzərə alaraq 3 illik müddət müəyyən edir və kompensasiya müəyyənləşdirir. Bu zaman yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmaqla aşağıdakı məsələlər barədə nəticə çıxarılmalıdır: evdən istifadə etmək hüququ olan şəxslərin sayı; evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətə mənsub olması, kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, yaşayış evinin sahəsi, orada yaşayan şəxslərə düşən sahəsinin həcmi, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləği. Yuxarıda qeyd olunan məsələləri müəyyənləşdirdikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməklə məhkəmə kompensasiya müəyyən etməlidir. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etsə, cavabdehlərin məhkəmə qətnaməsi əsasında mübahisəli mənzildə yaşamaq hüquqlarının olmasını və faktiki 27 ildir ki, həmin mənzildə yaşamaqla (faktiki 4 nəfər) başqa xüsusi mülkiyyətləri olmadığını, etibarlı ailə münasibətlərinin davam etməsini göstərməmiş, eyni zamanda ədalətli kompensasiya məbləği (evdən istifadə etmək hüququ olan şəxslərin sayı, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya təklif olunan şəxsin maddi imkanları, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləği nəzərə alınmamaqla) təklif edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsinin “LegalPrime” Hüquq və Konsaltinq şirkətinə həvalə edilməsi qərara alınmışdır.
5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli LP-155/2023 nömrəli hesabat aktından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı likvid qiyməti 46.000 manat, orta aylıq kirayə qiyməti (eyni ərazidə oxşar şəraitli evlərin orta aylıq kirayə qiymətlərinə əsasən) 400-430 manat təşkil edir.
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğinin 15.000 manat həcmində müəyyən olunmasını xahiş etmişdir.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1770/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Y.Əliyeva) iddia təmin edilmiş, Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2022-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 15.000 manat kompensasiya verilməklə xitam verilməsi, İddiaçı 15.000 manat kompensasiya məbləğinin alınıb Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada bölünməklə verilməsi ilə eyni vaxtda onların və xx.xx.2022-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmaları, İddiaçı 15.000 manat kompensasiya məbləğinin alınıb Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada bölünməklə verilməsi ilə Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2022-ci il təvəllüdlü X4 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
8. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə xitam verilə bilər. Qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, bu məhkəmələrin səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini, həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və s. faktorları nəzərə alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-cil il qərarında göstərilən “əvəzləşdirmə”yə uyğun məbləğ məhz davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu qərardakı qeyri-müəyyənlik digər məhkəmələrin qərarlarına təsir göstərir. Belə ki, mənzilin yerləşdiyi ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində yaşayış sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur. Həmçinin məhkəmə təcrübəsində yaşayış sahəsindən istifadə hüququna xitam verilən şəxsin maddi imkanlarını nəzərə alaraq 3 illik müddət müəyyən edir və kompensasiya müəyyənləşdirir. Bu zaman yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmaqla aşağıdakı məsələlər barədə nəticə çıxarılmalıdır: - evdən istifadə etmək hüququ olan şəxslərin sayı; - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətə mənsub olması- kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxmasıyaşayış evinin sahəsi, orada yaşayan şəxslərə düşən sahəsinin həcmi - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləği. Yuxarıda qeyd olunan məsələləri müəyyənləşdirdikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməklə məhkəmə kompensasiya müəyyən etməlidir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən istifadə hüquqlarına xitam verilərkən müəyyən edilmiş 15.000 manat miqdarında kompensasiya məbləği ədalətli deyildir. Bu zaman, həmin yaşayış sahəsindən 5 nəfərin istifadə etməsi və onların oxşar təminatlı mənzilə köçmək üçün şəxsi imkanlarının olmaması, eyni zamanda məhkəmə qətnaməsi ilə cavabdehlərin istifadə hüquqlarının tanındığı nəzərə alınmamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi cavabdehlər tərəfindən təqdim olunmuş sübutlara və məlumatlara məcmu halında qiymət verməmiş, mübahisəli mənzildə 3 nəfər yox, 5 nəfərin yaşamasını və istifadə etməsini nəzərə almamış, qətnamənin qət etdi hissəsində cavabdehlərdən Cavabdeh1 məhkəmə icraatı dövründə anadan olmuş digər azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X3 münasibətdə heç bir münasibət bildirməmişdir. Halbuki bu hal cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasında bildirilmiş, bu çıxış həm məhkəmə iclas protokolunda, həm də qətnamədə öz əksini tapmışdır (qətnamənin 5-ci vərəqi). Lakin bu hal nə iddiaçı tərəfindən nəzərə alınaraq iddia tələbinin həcmi artırılmamış, nə də məhkəmə tərəfindən buna hüquqi münasibət bildirilməmişdir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı cavabdehlərin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 10.800 manat məbləğində kompensasiya ödənilməsi təklif edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə mübahisəli mənzilin yeləşdiyi ərzidə bir otaqlı oxşar mənzillərin aylıq icarə haqqının 300 manat civarında olması əksini tapmışdır. Cavabdehlərin nümayəndəsi həmin məbləğlə razılaşmayaraq aylıq icarə haqqının məbləğinin daha dəqiq müəyyən olunması üçün müvafiq espertiza, qiymətləndirilmə keçirilməsi barədə vəsatət vermişdir. Məhz həmin vəsatət əsasında keçirilmiş qiymətləndirmənin xx.xx.2023-cü il tarixli LP-155/2023 nömrəli hesabat aktından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı likvid qiyməti 46.000 manat, orta aylıq kirayə qiyməti (eyni ərazidə oxşar şəraitli evlərin orta aylıq kirayə qiymətlərinə əsasən) 400-430 manat təşkil edir. Göründüyü kimi, məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı 400430 manat, həmin hesabla illik kirayə haqqı 4.800-5.160 manat, iki il üçün 9.600-10.320 manat, üç il üçün 14.400-15.480 manat təşkil edir. Buna görə iddiaçı ümumi razılıq əldə edilməsi üçün təklif etdiyi kompensasiya məbləğini mənzilin orta aylıq kirayə haqqını 416,7 manatdan hesablamaqla artıraraq 15.000 manat təklif etmişdir. Cavabdehin həmin məbləği ədalətsiz hesab etməsinin özü aşkar ədalətsizlikdir.
11. Mülki işin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir.
12. Cavabdehlərin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək iddiaçının ölməsi ilə əlaqədar hüquqi varislər müəyyən olunanadək iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat mərhum İddiaçı vərəsələrinin dairəsi müəyyən edilənədək dayandırılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar(nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat vermişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-1770/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
17. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumatın verilməsi” adlı elektron xidmətindən əldə edilmiş məlumata əsasən İddiaçı ölümü ilə bağlı vərəsəlik işinin açıldığı aşkar edilməmişdir.
19. Beləliklə, hazırda iddiaçının ölümündən 6 aydan çox müddət keçməsinə baxmayaraq iddiaçının mülkiyyətində olmuş mənzilə dair başqa şəxsin mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdrır.
20. Bununla belə qeyd edilməlidir ki, gələcəkdə iddiaçının mülkiyyətində olmuş mənzilə dair hər hansı şəxsin mülkiyyət hüquqları qeydə alındığı təqdirdə sonra hazırki iddianın yenidən qaldırılması istisna olunmur.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1770/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: