Məhkəmə qərarları › İş №2(103)-12151/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12151/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12151/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(010)-66/2020 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddianın təmin olunmaması, qətnamənın cavabdehlərlərin iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, ev 17, 20 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 oktybar 2021-ci il tarixli, 2(010)-66/2020 saylı qərardadı ilə (hakim Nərminə Rzayeva) qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə qaytarılmışdır. Bundan sonra, mülki iş 29 noyabr 2021-ci il tarixli məktubla qətnamədən verilmiş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş birinci instansiya məhkəməsi tərəfindən qətnamədən verilmiş şikayətə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsə də, iş materiallarında baxılacaq apellyasiya şikayəti (və ya şikayət) müəyyən olunmur. İşdə olan yeganə cavabdehlər tərəfindən 15.10.2021-ci il tarixdə verilmiş apellyasiya şikayəti isə rayon məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə qaytarılmış və həmin qərardaddan şikayət daxil olmamışdır. Göründüyü kimi, hazırkı məqamda işin birinci instaniya məhkəməsi tərəfindən yuxarı instansiya məhkəməsinə göndərilməsi üçün hər hansı prosessual əsas yoxdur. Belə olan halda, Kollegiyanın qənaətinə görə, rayon məhkəməsi işi apellyasiya məhkəməsinə göndərməklə prosessual pozuntuya yol vermişdir. Ona görə də, iş apellyasiya baxışından çıxarılaraq, həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 364-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar