Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1216/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əkbər qızının, X2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(008)- 6499/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əkbər qızına, X5 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 3 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana Südçülük sovxozu Elşən Məhərrəmli küçəsində yerləşən 3 otaqlı bir zal və bir mətbəxdən ibarət olan evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qaynanası, qaynatası, qaynı və qaynının arvadıdır. O, 2005-ci ildə X3 ilə ailə qurmuş, nikahlarını 27.05.2008-ci il tarixdə qeyd etdirmişlər. Birgə nikahdan üç uşaqları olmuşdur. 2009-cu ildə qaynatası Cavabdeh1 ona və arvadına özünə məxsus torpaq sahəsindən Ramana qəsəbəsi südçülük sovxozunda Elşən Məhərrəmli küçəsində 15 sot torpaq sahəsini hədiyyə etmiş və onlara bildirmişdir ki, gəlib orada ev tikib yaşasınlar. 2011-ci ildə onlar həmin torpaq sahəsində 3 otaq, bir zal, bir mətbəxdən ibarət olan bir mərtəbəli ev tikib, evi təmir etdikdən sonra ailəsi ilə ora köçüb yaşamağa başlamış və bütün əşyalarını həmin evə gətirmişlər. Hal-hazırda da əşyaları orada yerləşir. Uşaqlar Ramana qəsəbəsində yerləşən 21 saylı Birləşmiş şəhər xəstəxanasında qeydiyyatdadırlar. X16 qəsəbəsində yerləşən 137 saylı orta məktəbin 8-ci sinfində oxuyur. 9 ildir ki, orada yaşayırlar. Uşağının biri serebral iflic xəstəliyindən əziyyət çəkir, 1-ci qrup əlildir, arvadı 20 may 2021-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Arvadının vəfatından sonra qaynatasıgil onun icazəsi olmadan onun tiktirdiyi evə köçüb yaşamağa başlamış, evə köçəndən sonra onu evdən qovmuşlar. O, Sabunçu Rayon Polis İdarəsində qeydiyyatdadır. Onun və uşaqlarının yaşamağa başqa yeri yoxdur, uşaqları ilə öz evinə köçüb yaşamaq istəyir, lakin cavabdehlər onu evə buraxmırlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(008)- 6499/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqları ilə birlikdə sözügedən özbaşına tikilidə yaşayış hüququ əldə etməsinə, uzun müddət orada yaşamasına və ev əşyalarının da hal-hazırda orada olmasına baxmayaraq, məhkəmə onun iddiasını təmin etməmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi şikayətin təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əkbər qızı və X2 nümayəndəsi Vəkil2 isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(008)-6499/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh1 qızı Vəfa Taroyeva ilə nikaha girmiş və tərəflərin birgə nikahlarından 3 azyaşlı övladları doğulmuşdur. X4 20 may 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Ramana südçülük sovxozunun 14 yanvar 1995-ci il tarixli 6 nömrəli əmrinin sürətindən görünür ki, fərdi yaşayış evinin tikilməsi üçün Cavabdeh1 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli GASREP-dən çıxarışdan görünür ki, abonent kodu **********00002 olan qaz sayğacı ünvan 1 ünvanına quraşdırılmış, qaz sayğacı Cavabdeh1 adına qeydə alınmışdır. "xxxx" ASC və "xxxx" ASC-dən gələn kommunal bildirişlər Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda yaşayan Cavabdeh1 adına ünvanlanmışdır. Həmin evdə istifadə olunan telefon nömrəsi də Cavabdeh1 adına qeydə alınmışdır. İşin faktiki hallarından göründüyü kimi mübahisəli ev özbaşına tikilidir, evin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, faktiki olaraq iddiaçının qaynatası, Cavabdeh1 məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və İbrahim Bayramov ifadələrində İddiaçı dəvəti ilə həmin evdə təmir işləri aparıb zəhmət haqqını ondan aldıqlarını, şahid X6 ifadəsində Cavabdeh1 dəvəti ilə həmin evin tavan və döşəməsini vurduğunu, tikinti materiallarının cavabdehlər Cavanşir və Nazir Taroyevlər tərəfindən alındığını, şahid X8 ifadəsində evin tikintisində fəhlə işlədiyini, tikinti materiallarının Cavabdeh1 tərəfindən alındığını, İddiaçı orada görmədiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İş materiallarında olan sübutlardan görünür ki, sözügedən fərdi yaşayış evi Cavabdeh1 ayrılmış torpaq sahəsinin üzərində tikilmiş, bütün kommunal xərclər onun adına olmuşdur. İddiaçı həmin evin onun tərəfindən tikilməsi və evin ona məxsus olması, habelə evə dair istifadə hüququnun yaranması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(008)- 6499/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1216/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1216/2022
15.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver