Məhkəmə qərarları › İş №2(103)-1218/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1218/2025

10.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1218/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsinə qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5206/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa olunması, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə ödənilmiş 820 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat və vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsində Azərsu ASC-nin 10 fevral 2022-ci il tarixli 170-k saylı əmrinə əsasən 10 fevral 2022-ci il tarixindən 1 №-li Avtomobil dəstəsinə 14-cü dərəcə ilə dəstə rəisi vəzifəsinə təyin edilmişdir. O, həmin vəzifədə çalışdığı 2 il 4 ay 23 gün ərzində heç bir qayda pozuntusuna yol verməmiş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsi İddiaçı 06 iyul 2024-cü il tarixli 957 saylı Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu göndərərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in xx.xx.2024-cü il tarixli 09 saylı əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən tutuduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyünü və onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 4 təqvim həftəsindən sonra ləğv ediləcəyini bildirmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 23 avqust 2024-cü il tarixli 717-K saylı əmrinə əsasən İddiaçı Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndis ilə bağlanmış əmək müqaviləsi, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq, 23 avqust 2024-cü il tarixdən ləğv edildiyini göstərsə də, İddiaçı bununla bağlı heç bir yazılı və şifahi müraciəti olmamışdır. İddiaçının çalışdığı vəzifənin ixtisar olunduğu qeyd olunsa da, yalnız həmin şöbənin adı dəyişdirilmiş və eyni sayda ştat vahidi saxlanılmışdır. Məhkəmə təcrübəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində işəgötürənin arzuolunmaz işçiləri işdən çıxarmaq üçün istifadə etdiyini, çox vaxt isə bunu pərdələmək üçün yeni işçiləri işə qəbul edərək, süni surətdə kadr artıqlığı və ştat ixtisarı üzrə işdən çıxarma zərurəti yaradılması hallarını aşkara çıxarmışdır. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisinə ünvanlanmış 29 avqust 2024-cü il tarixli ərizəyə cavab olaraq 12 sentyabr 2024-cü il tarixli 3-53-3-19/2-1-01-4-389/24 saylı cavab məktubu göndərilmiş və hal-hazırda idarədə boş vakansiya olmadığı üçün iddiaçını işlə təmin edə bilmədikləri bildirilmişdir. Əlavə olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 May 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşməsi səbəbindən Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri Q.Musayevin və digər iştirakçıların iştirakı ilə iddiaçıya 1 saylı avtoparkda “Texnik” vəzifəsi təklif olunmasına baxmayaraq o, həmin vəzifədən imtina etmişdir. Bu halda başqa iş dedikdə işçiyə istər işdən çıxarılana qədər tutduğu vəzifəyə uyğun boş vəzifənin, istərsə də, onun təhsili, ixtisası, iş təcrübəsi və səhhəti nəzərə alınmaqla yerinə yetirə biləcəyi boş aşağı vəzifənin (daha aşağı maaşlı işin) təklif olunması başa düşülür. Lakin, İddiaçı təklif olunmuş vəzifə onun nə yaşına, nə təcrübəsinə, nə təhsilinə, nə ixtisasına, nə səhhətinə nə də yaşadığı yerə uyğun deyil. Belə ki, İddiaçı 57 yaşı olmaqla, şəkərli diabet xəstəsidir. Bundan əlavə Azərbaycan Respublikasının silahlı qüvvələrinin veteranı medalı ilə təltif olunmuşdur. Bundan başqa öhdəsində ikinci dərəcəli əlilliyi olan ailə üzvü vardır. Bütün bu xüsusatlar İddiaçı işdən çıxarılmasının qanunsuz olduğunu göstərir. İddiaçı qüvvədə olan “Mediasiya haqqında” Qanunun tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixində cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Cavabdehdən heç bir cavab gəlmədikdən sonra, o, xx.xx.2024-cü il tarixində mediasiya üçün müraciət etmiş və onun müraciətinə baxılması 13 Mediasiya təşkilatının mediatoru X3 tərəfindən xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmiş və nəticədə mediator tərəfindən iddiaçıya arayış verilmişdir. Bütün baş verənlər İddiaçı səhhətində də problemlərin baş verməsinə səbəb olmuşdur və nəticədə İddiaçı tərəfindən 13 sentyabr tarixində Təcili Tibbi yardım dəvət olunmuşdur.

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5206/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki (sonuncu) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 820 manat pulun cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 77, 79; Mülki Məcəllənin 54.1, 54.2, 1096.1, 1096.2; Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinə əsasən işçi Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İddiaçı 1-ci Qarabağ Müharibəsi veteranıdır. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələridir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisə vəzifələridir. Nəzərə alınır ki, hazırki mübahisə üzrə işəgötürən qismində hakimiyyət funksiyalarını icra edən publik hüquqi şəxs(dövlət qurumu) çıxış edir. Nəticə olaraq, işəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, ixtisarın mahiyyət etibarilə həyata keçirilmədiyi, ştat sayı (4 ştat sayı eynilə mövcuddur), vəzifənin, əməyin xarakteri, vəzifə üzrə görülən işlərin mahiyyətinin dəyişmədiyi, sadəcə ad, forma və struktur dəyişikliklərinin həyata keçirilməsi müəyyən edilir. Ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operativ və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir. Bundan əlavə, işçinin gördüyü işin, vəzifənin, əmək funksiyasının mahiyyəti üzrə eyni qalmasına baxmayaraq vəzifə, şöbə adında edilən ad dəyişikliyi müvafiq ştatın ixtisar edilməsi kimi nəzərə alına bilməz. Yəni, işəgötürən dövlət qurumu olmaqla sərəncamında çoxlu sayda texnika vardırsa, həmin texnikanın təhlükəsizliyi üzrə mühəndis vəzifəsinin (əmək funskiyası baxımından) mövcud olması qaçınılmazdır və hazırda da sözügedən vəzifələr cavabdeh qurumda mövcuddur. İşəgötürən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir. İddiaçının işçi kimi icra etmiş olduğu vəzifənin mahiyyəti, xakateri nəzərə alınır. Belə ki, iddiaçının icra etmiş olduğu işin xarakteri hazırda da mahiyyəti üzrə cavabdeh orqanda icra edilir. Lakin, vəzifə təlimatının dəyişdirilməsi, 1 vəzifənin səlahiyyətlərinin başqa adlar altında digər vəzifələr üzrə paylanması, yəni formal hüquqi məsələlər işin mahiyyətini - əmək funksiyası, vəzifənin xarakterini dəyişmir, həqiqi ixtisara əsas vermir. Əks halda işəgötürənlər formal dəyişikliklərlə ixtisar görüntüsünü rahatlıqla yarada və işçilərin işdən kənarlaşdırılmasını təmin edə bilərlər. Məhkəmələr isə dövlət hakimiyyətinin qolu olaraq işçilərin pozulmuş hüquq və azadlıqların bərpasını ədalət mühakiməsi çərçivəsində təmin etməlidir, sui-istifadə hallarına şərait yaratmamalı, qanunçuluğun qorunmasında üzərlərinə düşən rolu icra etməlidirlər. Lakin, iddia tələbi digər cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə dair hissədə təmin edilə bilməz. Belə ki, MM-in 54-cü maddəsinin tələblərinə əsasən sözügedən qurum idarə statusunda olmaqla hüquq münasibətlərinin müstəqil subyekti (hüquqi şəxs kimi) qismində çıxış edə bilməz. Həmin qurumun üzərinə əmək münasibətləri ilə bağlı hər hansı öhdəliyin qoyulması məqbul deyildir. Odur ki, sözügedən qurum əsl olmayan cavabdehdir. Vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı 500 manat pul tələbi hissəsində iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən hər hansı əmr verilmişsə, həmin əmrin qanunsuzluğuna məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə işəgötürəndən digər maddi və ya mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də əmrin qanuniliyinin yoxlanılmasıdır. İddiaçı tərəf arqumentində Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə istinad edərək şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini və ailə üzvünün 2-ci qrup əlil olduğunu qeyd etmişdir. Həmin arqumentə münasibətdə məhkəmə bildirir ki, 79-cu maddənin tətbiqinin dairəsi və tətbiq situasiyası tamamilə fərqlidir. Belə ki, 79-cu maddə yalnız həmin maddədə qeyd edilən motivlərlə (əsaslarla) işçinin əmək müqaviləsinə xitam verilməsini istisna edir. Hazırki mübahisə üzrə isə əmək müqaviləsinə işçinin məhz şəkərli diabetdən əziyyət çəkdiyi üçün deyil, ştatların ixtisarı ilə xitam verilmişdir. Həmçinin, 79-cu maddənin tələbləri çərçivəsində qiymətləndirmə aparılarkən müəyyən edilir ki, iddiaçının ailə üzvü 1-ci qrup deyil, məhz 2-ci qrup əlildir (əmək qabiliyyətinin 81-100% itirilməsi əvvəlki qanunvericiliyə əsasən 1-ci qrup əlilliyin alternatividir).İddia tələbində qeyd edilməsə belə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alaraq mübahisənin mahiyyəti nəzərə alınmaqla öz təşəbbüsü ilə iddiaçıya məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) ödənilməsinin təmin edilməsini əsaslı hesab edir. Bu, iddia tələbindən kənara çıxmaq hesab edilmir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Müəyyən edilir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki (sonuncu) işinə bərpa olunmalı, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - "xxxx" ASC-nin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi əlavə edilmişdir; - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir; - Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir. İş materiallarına əlavə edilmiş Həmkarlar ittifaqı komitəsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Akta əsasən müəyyən edilir ki, İddiaçı ştat vahidinin ixtisarı ilə bağlı 1 nömrəli Avto parkda “texnik” vəzifəsi təklif edilmiş, lakin, İddiaçı təklifdən imtina etmişdir (mülki işin mübahisəsiz halıdır). İş materiallarına əlavə edilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı “insulindən asılı olmayan şəkərli diabet” xəstəsidir; - İddiaçı 1-ci Qarabağ Müharibəsi veteranıdır. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı ailə üzvü X2 2-ci qrup əlildir; - “İri şəhərlərib birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələridir; - “İri şəhərlərib birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələridir; - Hüquqi xidmətlərin göstərilməsi barədə müqaviləyə və ödəniş qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə hüquqi xidmətin göstərilməsinə görə 820 manat ödəniş edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin e-2(004)-5206/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 77-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı' publik hüquqi şəxsin İdarə Heyətinin sədri tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 09 nömrəli fəaliyyətinin təkmilləşdirlməsi haqqında əmr imzalanmışdır. Həmin əmr əsasında “İri Şəhərlərin Birləşmiş SuTəchizatı" publik hüquqi şəxsin strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən ƏM və TT şöbəsinin Hərəkətin təhlükəsizliyi üzrə mühəndisi AbdullayeıFuad Yolçu oğluna 957 №-li, xx.xx.2024-cü il tarixində bildirişlə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəqliyyat və Xüsusi Texnika İdarəsininxx.xx.2024-cü il tarixli, 717-k nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə, HİK sədri Q.Musayevin xx.xx.2024-cü i tarixli, HQ-01 nömrəli məktubuna əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixində HİK sədri Q.Musayevin və digər işçilərin iştirakı ilə İddiaçı NXTİ-nin 1№-li Avtoparkında “Texnik" vəzifəsi təklif olunmuşdur. F .Abdullayev həmin vəzifədən imtina etmişdir. Əlavə olaraq, təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən ƏM və TT şöbəsində ixtisara düşmüş “Hərəkətin təhlükəsizliyi üzrə mühəndis" vəzifə təlimatı ilə həmin şöbədəki digər vəzifə təlimatları və funksiyaları tamamilə fərqli olduğu halda, məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Həmin sübutlar iş materiallarında mövcuddur. Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.7023-cü il tarixli Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmanla, tabeliyindəki “Azərsu" Açıq Səhmdar C əmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi yaradılmışdır. “Azərsu" ASC-nin ştat vahidi 13800 olduğu təqdirdə, bugünki gündə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin ştat vahidi 7700 olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının ştat vahidinin ixtisara düşməsi səbəbi ilə işdən azad edildiyini və ona texnik vəzifəsi təklif edildiyini, lakin iddiaçının həmin vəzifədə çalışmaq istəmədiyini qeyd etməklə, şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq ştat vahidlərinin ixtisar edilməsi barədə qərarı məhkəməyə təqdim etmədiklərini bildirmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsaslı hesab etmədiyini, birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etdiyini bildirməklə şikayətin təmin olunmamasını xahiş etmişdir. Bildirmişdir ki, o, şəkərli diabet xəstəsi və Vətən müharibəsi veteranıdır, bundan əlavə onun çalışdığı vəzifənin ixtisar olunduğu qeyd edilsə də, yalnız həmin şöbənin adı dəyişdirilmişdir və eyni sayda ştat vahidi vardır. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 11. (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. 71.

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3. . İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76. 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78. 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 300 .1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəm kollegiyası hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə görə məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları birinci instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün apellyasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa zərurət yoxdur.

11. Göründüyü kimi "İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələridir. "İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisə vəzifələridir. İşəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, mahiyyət etibarilə ixtisar həyata keçirilməmiş, ştat sayı vəzifənin, əməyin xarakteri, vəzifə üzrə görülən işlərin mahiyyəti dəyişməmişdir. Sadəcə ad, forma və struktur dəyişiklikləri həyata keçirilmişdir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə nəzəri cəhətdən razılaşır və bu müstəvidə faktiki cəhətdən qeyd edir ki, - "xxxx" ASC-nin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsində tərəfindən ştat vahidinin ixtisara düşməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi göndərilsə də, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinə əsasən, işçi Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmiş və əsas kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsin sturukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu, ştat cədvəlləri və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsin Həmkarlar İttifaqı Komitəsinin sədri Q.Musayevin 22 avqust 2024-cü il tarixli HQ-01 nömrəli məktubu göstərilmişdir.

13. Beləliklə, ştatların ixtisarı barədə cavabdeh tərəfindən ümumi qərar məhkəməyə təqdim edilməmiş və onun mövcudluğu sübut edilmədiyi halda bu əsasla əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmiş, habelə üstünlük hüquqlarına uyğun müvafiq vəzifə ilə identik işlə təmin edilməsinə yönəlik tədbirlər formal həyata keçirilmişdir.

14. Birinci instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5206/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar