Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12185/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə və Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və mənzilin satışından tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-75/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 19558,09 manat, faiz borcu üzrə 5754,18 manat, 102,98 manat komissiya haqqı olmaqla, cəmi 25415,25 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13, X8, X11, X4 və X5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etdmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11.04.2012-ci il tarixli 3117 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, illik 13% hesablanmaqla 50.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilinə dair 11.04.2012-ci il tarixli, 025/12 nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. 27.01.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 19558.09 manat, faiz borcu üzrə 7617.63 manat, 102.98 manat komissiya haqqı olmaqla, cəmi 27278,70 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13, X8, X11, X4 və X5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etdmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 05.07.2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzildə qeydiyyatda olan X13, X8, X11, X4 və X5 cavabdeh kimi işə cəlb edilməsi, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 19558.09 manat, faiz borcu üzrə 11161.99 manat, 103.71 manat komissiya haqqı olmaqla, cəmi 30823.79 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 0,65 qəpik bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat xidmət haqqının və 0.71 qəpik bank xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13, X8, X11, X4 və X5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etdmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər İddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və mənzilin satışından tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 11, mənzil 108-də yerləşən mənzilə onun və azyaşlı uşaqları X7, X2, X6, X1 və X5 istifadə hüquqlarına xitam verilməsinə görə kompensasiyanın məbləği 30.000 manat məbləğində müəyyən edilməsi və həmin mənzilin satışından əldə olunacaq vəsaitdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2001-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş və bu nikahdan X13, X8, X11, X4 və X10 anadan olmuşlar. Ailə qurandan sonra əvvəllər ailə münasibətləri normal olmuş, lakin sonradan Cavabdeh2 təziqləri ucbatından Cavabdeh1la münasibətləri korlanmış və cavabdeh ona qarşı nikahın pozulması barədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.06.2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqları onun himayəsinə verilmişdir. Onu və uşaqlarını nikah pozulduqdan sonra mübahisəli mənzilə buraxmamışlar, o da iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.01.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 11, mənzil 108-də yerləşən mənzilə onun və uşaqlarının köçürülmələri və onların mənzildən maneəsiz isifadəsi, yaşamalarına maneələr törədilməsini Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmışdır. Buna görə də mənzildən onun və azyaşlı uşaqlarının istifadə hüquqlarına xitam verilməsinə görə kompensasiyanın məbləği 30.000 manat məbləğində müəyyən edilməsi və həmin mənzilin satışından əldə olunacaq vəsaitdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qərardadına əsasən, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına kompensasiya ödənilmsi və s.” tələbinə dair 2(001)- 8922/2019 saylı mülki iş, məhkəmənin icraatında olan 2(001)-4876/2019 saylı mülki işə birləşdirilmişdir. Daha sonra Binəqədi Rayon Məhkəməsinin 22(001)-75/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinin qismən təmin edilməsi, Cavabdeh1 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh1 və Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13, X8, X11, X4 və X10 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddiaçı "xxxx" ASC-nin iddia tələbi qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və mənzilin satışından tutulması”na dair iddia tələbi təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzi hesabına köçürülməsi, iş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 200 manat və "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 500 manat xidmət haqqı Cavabdeh2 tutularaq "xxxx" MMC və "xxxx" MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun tutmanın ipoteka predmetinə yönəldilməsi və faiz borcunun tutulması, tutma yönəldikdən sonra cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması, həmçinin, ekspertiza xərcinin ondan tutulması hissəsində ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan mənzil Banka qoyulanda qızı X14 razılıq ərizəsi alınmamışdır. Belə ki, mənzil vərəsəlik yolu ildə əldə olunub və bu mənzildə onun qızının səlahiyyəti də olub. Ancaq Banka qoyulanda Rəna İsmayılova vərəsə olduğu halda onun razılıq ərizəsi işdə mövcüd deyil. X3 İsmayılova heç vaxt ehtibarnamə verməmişdir. Bir vərəsə kimi bu mənzilin Banka qoyulmasında X9 xəbəri olmalı idi. Ancaq heç bir xəbəri olmamışdır. Həmçinin qeyd olunmuşdur ki, ekspertiza xərcləri əsassız olaraq məhz ondan tutulub. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin tam əsaslı və düzgün olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Həmçinin, qeyd etmişdir ki, rayon məhkəməsi haqlı olaraq qiymətləndirmə keçirilməsi ilə bağlı xərcləri məhz apelyatordan tutumuşdur, çünki, qiymətləndirmə keçirilməsi barədə vəsatətlər məhz Cavabdeh2 tərəfindən verilmiş və qiymətlər öz təsdiqini tapmışdır. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə teleqramla müraciət edərək səhhətdə yaranmış problerlərlə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər tərəflər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası cavabdehin teleqramda qeyd etdikləri hallarla bağlı sübut təqdim olunmadığını nəzərə alaraq işə prosesə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 11.04.2012-ci il tarixli 3117 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 120 ay müddətinə, illik 13% hesablanmaqla 50000 manat kredit verilmiş, sonuncu həmin məbləği 11.05.2012-ci il tarixdən 11.04.2022-ci il tarixədək hər ay 747 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 11.04.2012-ci il tarixli, 025/12 nömrəli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil "xxxx" ASC-də mülkiyyətçi tərəfindən ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.04.2012-ci il tarixli, MA ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. 30.04.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 19558.09 manat, faiz borcu üzrə 5754.18 manat, 102.98 manat komissiya haqqı olmaqla, cəmi 25415.25 manat borcu vardır. 24.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 19558.09 manat, faiz borcu üzrə 7617.63 manat, 102.98 manat komissiya haqqı olmaqla, cəmi 27278.70 manat borcu vardır. 16.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 19558.09 manat, faiz borcu üzrə 11161.99 manat, 102.98 manat komissiya haqqı olmaqla, cəmi 25415.25 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun əvəzi olaraq, könüllü şəkildə, notarial qaydada razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi təklif edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin digər xəbərdarlıq məktubu ilə 5 gün müddətinə borcun ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilmiş 19.03.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair məlumat göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 12.11.2019-cu il tarixli, 27742 nömrəli ekspert rəyinə əsasən, 11.04.2012-ci il tarixli 3117 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 30.04.2019-cu il tarixə banka 19558,09 manat əsas, 5754,18 manat faiz borcu təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 28.11.2019-cu il tarixli, Ç-754 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilin hazırki satış (likvid) qiyməti 80.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 22.07.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilin bazar dəyəri 95.000 manat, likvid dəyəri 90.000 manat təşkil edir İşin müəyyən olunmuş hallarına əsasən, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 120 ay müddətinə, illik 13 faiz hesablanmaqla 50000 manat məbləğində kredit verilmiş, öhdəliyin təminatı kimi Cavabdeh1 və Cavabdeh2 ilə eyni tarixli ipoteka müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində cavabdeh faiz borcu hissəsində qətnamənin ləğv edilməsini qeyd etsə də, hər hansi bir dəlil göstərməmiş, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tutmanın ipoteka predmetinə yönəldilməsinin əsasız olması, tutma yönəldikdən sonra cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılmasına dair dəlillərini də əsasız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İşdən göründüyü kimi, ipoteka yüklü edilmiş mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olmuşdur. İş materiallarında apelyatorun iddia etdiyi kimi qeyd edilən mənzilə X14 hər hansı bir hüququnun olması müəyyən edilmir. Ümumiyyətlə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədəki mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qiymətləndirmə keçirilməsi ilə bağlı xərcin də Cavabdeh2 tutulması hissəsini kollegiya əsaslı hesab edir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, qiymətləndirmə keçirilməsi ilə bağlı vəsatətlər məhz onun tərəfindən verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-75/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-12185/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12185/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver