Məhkəmə qərarları › İş №2(103)-1219/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1219/2025

17.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1219/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsə qarşı mülki iş üzrə (açar sözlər: “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi, 4000 manat maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4607/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı Azərsu ASC-in Birləşmiş Sukanal MMC-in Şəki Sukanal TSC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixdən Şəki Sukanal TSC-in mühəndis xidmətləri şöbəsinə 9-cu dərəcə ilə mühəndis (Asan xidmət) vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İşçi İddiaçı ilə işəgötürən "xxxx" ASC arasında bağlanmış 12 nömrəli xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsindən müəyyən olunur ki, işçi 3 ay sınaq müddəti olmaqla Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razılığı ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. İddiaçı Azərsu ASC-in Birləşmiş Sukanal MMC-in X4 ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xitam verilməsini xahiş etmişdir. Azərsu ASC-in sədr müavini K.Həsənovun Nəsimi rayon Sukanal İdarəsinin rəisi Elşən Həsənzadəyə və Birləşmiş Sukanal MMC-in direktoru Tural Abbasova ünvanladığı məktubdan müəyyən olunur ki, Şəki Sukanal TSC-in Abonentlərlə iş şöbəsinin iş əmrlərinin icrası qrupunun mühəndis-qrup rəhbəri İddiaçı Nəsimi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinə (Məmmədli Leyla Vaqif qızının sosial məzuniyyətdə olduğu müddətdə) mühəndis (ASAN xidmət üzrə) vəzifəsinə təyin olunmasının icrasını təmin etmək Nəsimi rayon Sukanal İdarəsinin rəisi Elşən Həsənzadəyə tapşırılmışdır. "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-in Şəki Sukanal TASC-in xx.xx.2022-ci il tarixli 19-K nömrəli əmrinə əsasən işçi İddiaçı ilə başlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur. İddiaçı Azərsu ASC-in Nəsimi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətdə Abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis (ASAN xidmət üzrə) vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İşçi İddiaçı ilə işəgötürən "xxxx" ASC arasında bağlanmış 09 nömrəli xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsininin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən “vəzifəsi saxlanılmaqla qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəblərdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti ilə əlaqədar olaraq” xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə bağlanılmışdır. "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli 27-K nömrəli əmrinə əsasən işçi İddiaçı ilə başlanmış əmək müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətə işəgötürən "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsində abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. Əmirn verilməsinə əsas Azərsu ASC-in xx.xx.2022-ci il tarixli 03/01-1/1/12494 nömrəli məktubu, İddiaçı ərizəsi və əmək müqaviləsi olmuşdur. xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmrə əsasən, işəgötürən "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsi tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işçi İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Əmrin verilməsinə əsas İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi və 09 nömrəli əmək müqaviləsi olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmrə əsasən işəgötürən "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsi tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işçi İddiaçı əmək müqaviləsinə xitam vermişdir. “İri şəhərlərin X2” publik hüquqi şəxsin Nəsimi rayon Sukanal İdarəsinin rəisi tərəfindən təsdiq edilən xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, İddiaçı eyni vəzifəyə yeni əmək müqaviləsi bağlamaq üçün “İri şəhərlərin X2” publik hüquqi şəxsin Nəsimi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin mühəndis (Asan xidmət üzrə) vəzifəsi üzrə iş təklif edilmiş, lakin İddiaçı təklif olunan vəzifədə işləməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, tələbi “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi, 4000 manat maddi və mənəvi zərərin ödənilməsi, məhkəmə xərclərinin tutulması” kimi müəyyən etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci ildən etibarən “İri Şəhərlərin Su Təchizatı Xidməti”-ində (əvvəlki "xxxx" ASC) işləmişdir. O, yerdəyişmə əsasında xx.xx.2022-ci il tarixində "xxxx" Törəmə Səhmdar Cəmiyyətinin Abonentlərlə iş şöbəsinin İş əmrlərinin icrası qrupunun mühəndis-qrup rəhbəri vəzifəsindən Nəsimi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinə (Məmmədli Leyla Vaqif qızının sosial məzuniyyətdə olduğu müddətdə) mühəndis (Asan xidmət üzrə) vəzifəsinə təyin edilmişdir. Bu da İddiaçı 5 ildən artıq müddət ərzində “İri Şəhərlərin X2 Xidməti”-ində işlədiyini göstərir. İddiaçı xx.xx.2022-ci il tarixli, 27-k saylı əmrlə "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsində Abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis (Asan xidmət üzrə) vəzifəsinə qəbul olmuşdur. Onunla bağlanan əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddətiəhatə etməklə iki il müddəti təşkil etmişdir. "xxxx" ASC Nəsimi Rayon Sukanal İdarəsindən ona zənglə bildirilmişdir ki, analıq məzuniyyətinə çıxan işçinin geri qayıtdığını və buna görə də İddiaçı əmək müqaviləsinə müddətin bitməsi əsasında xitam veriləcəkdir. Müvəkkilinin müqavilə müddətinin bitmədiyini xatırlatmasına və bildirməsinə baxmayaraq, yenə də onunla bağlanan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 11-k saylı əmr imzalanmışdır. Müddətli əmək müqaviləsi müqavilə müddəti bitməsinə azı bir həftə qalmış tərəflərdən birinin yazılı xəbərdarlığı əsasında xitam verilə bilər. İddiaçı ilə bağlanan əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddəti əhatə etmişdir. İşəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsi üçün xx.xx.2024-cü il tarixinə azı 1 həftə qalmış xəbərdarlıq edilməli və həmin müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilməli idi. Əlavə edilmiş əmək müqaviləsinin xitamı bildirişindən aydın olur ki, işəgötürən qeyd edilən hüquq normalarını kobudcasına pozaraq xx.xx.2024-cü il tarixli, 11-k saylı əmr imzalayaraq xx.xx.2024-cü il tarixindən işçinin müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermişdir. Əmək müqaviləsinin müddəti bitmədən, müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir ki, bu da İddiaçı konstitusiyon hüququ olan əmək hüquq və haqlarının pozulması deməkdir. Odur ki, “İri şəhərlərin X2 Xidmətinin (VÖEN **********) xx.xx.2024-cü il tarixli, 11-k saylı əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz və ya ən az hazırkı müqavilənin ümumi müddətində işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməli olan əmək haqqının gecikdirilimiş hər bir gün üçün 1 % məbləğində kompensiyasiyanın, maddi və mənəvi zərərə görə isə 4000 manat məbləğində kompensiyasiyanın müvəkkilinin xeyrinə tutulması, vəkil xərci olaraq ödənilmiş 300 manat və mediasiya sesiyası üçün rüsum haqqı kimi ödənilmiş 60 manat məbləğindəki pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4607/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi, 4000 manat maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 11-k saylı əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki işinə bərpa edilməsi, cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilməsi, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin, hüquqi xidmətin göstərilməsi üçün 300 (üç yüz) manat pulun cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, araşdırması zaman müəyyən edilir ki, "xxxx" ASC-nin 12 nömrəli əmrinə əsasən işəgötürən səlahiyyətlərini həyata keçirən "xxxx" Törəmə ASC ilə İddiaçı arasında 3 aylıq sınaq müddəti müəyyən edilməklə xx.xx.2018-ci il tarixdən 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin "xxxx" Törəmə ASCnin nizamnaməsinin 1.2-ci bəndinə əsasən müəyyən edilir ki, cəmiyyətin təsisçisi "xxxx" ASC-dir və "xxxx" Törəmə ASC-nin səhmlərinin 100%-i "xxxx" ASC-yə məxsusdur. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC "xxxx" Törəmə ASC-nin xx.xx.2022-ci il tarixli 19-k nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni “başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə” xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli 27-K nömrəli əmrinə əsasən işçi İddiaçı xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətddə işəgötürən "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsində 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. Müvafiq əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən “vəzifəsi saxlanılmaqla qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəblərdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti ilə əlaqədar olaraq” xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmrə əsasən işəgötürən "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsi tərəfindən Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işçi İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə hesab etmişdir ki, müvafiq işə daxil olma, iş dəyişmə (xitam vermə), yeni əmək müqaviləsinin bağlanması, müvafiq əmrlərin, kadr sənədlərinin tərtib edilməsi və digər formal hüquqi hərəkətlər edilsə də, "xxxx" ASC-nin "xxxx" Törəmə ASC və "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsi əmək münasibətləri kontekstindən müstəqil subyekt kimi nəzərə alınmamalıdır. Yəni, işçi İddiaçı əmək münasibətlərinin işəgötürən kimi "xxxx" ASC ilə yaranması hesab edilməlidir. Aşkardır ki, münasibətlər məhz "xxxx" ASC-nin koordinasiyası altında sonuncunun tabeliyində olan ayrı-ayrı iki qurumda həyata keçirilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, işçinin "xxxx" Törəmə ASC-dən Nəsimi Sukanal İdarəsinə iş yerini dəyişməsi "xxxx" ASC-nin tapşırığı (müvafiq məktub iş materiallarına əlavə edilmişdir) ilə həyata keçirtmişdir. Həmçinin, həm 2018-ci il tarixli həm də 2022-ci il tarixli əmək müqavilələri məhz "xxxx" ASC tərəfindən bağlanmışdır (sözügedən orqanlar işəgötürən səlahiyyətlərini həyata keçirən qurum olmuşlar). Digər mülki hüquq münasibətlərində həmin qurumları müstəqil subyekt hesab etmək olsa da, məhkəmə hazırki situasiya üzrə, yəni, əmək münasibətlərində işəgötürən kimi məsələyə formal əsaslarla yanaşmayaraq mahiyyəti üzrə işəgötürənin yuxarı orqan, yəni "xxxx" ASC ilə yaranması xüsusatını, sonuncunun hüquqi varisinin isə “İri şəhərlərin X2” publik hüquqi şəxsi olmasına diqqət yetirir. Nəticə olaraq, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Deməli, mübahisə predmeti üzrə əmək münasibətləri xx.xx.2023-cü il tarixdən fasiləsiz (müddətsiz) xarakterə keçid etmişdir. Əmək münasibətlərinin qanunun tələbi əsasında öz-özlüyündə müddətsiz xarakterə keçid etməsi hüquqi nəticədir. Həmin nəticənin sanki məhkəmə qərarı əsasında təmin edilirmiş kimi qeyd edilməsinə hüquqi zərurət yoxdur. Yəni, məhkəmə qətnaməsində qeyd edilibedilməməsindən asılı olmayaraq tərəflər arasında əmək münasibətləri 5 ildən artıq müddətə davam etdiyindən müddətsiz əmək müqaviləsi hesab edilir və iddiaçı ilə əmək müqaviləsi müddətsiz formada bağlanmalıdır. Ümumiyyətli işçinin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisə predmeti olan əmr qanunsuzdur. Belə ki, əmək müqaviləsinin bitməsinə 80 gün qalmış, müddətin bitməsi əsası ilə əmək münasibətlərinə qanunsuz olaraq xitam verilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi “əmək haqqının hər gecikdirilmiş gün üçün faizinin ödənilməsi” hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Yəni, işəgötürən işçiyə son haqqhesab ödənişlərini həyata keçirtmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirtməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə isə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən, işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu barədə gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər və ya MPM-in 232-ci maddəsinin tələblərinə əsasən ödənilməli olan məbləğin indeksasiyası aparıla bilər. Məhkəmə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı 4000 manat pul tələbi hissəsində qeyd edtmişdir ki, iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən hər hansı əmr verilmişsə, həmin əmrin qanunsuzluğuna məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə işəgötürəndən digər maddi və ya mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də əmrin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsini nəzərə alan məhkəmə iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat pulun cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməli qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 73, 172, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4607/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4607/2024 nömrəli qətnaməsini qismən – iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv etməklə, vurulmuş mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması, habelə iddiaçının məhz müddətsiz əmək müqaviləsi əsasında işə bərpası barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh “İri Şəhərlərin X2 Xidməti” publik hüquqi şəxsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4607/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4607/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 27-k saylı əmrlə "xxxx" ASC Nəsimi Rayon Sukanal İdarəsində Abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis (ASAN xidmət üzrə) vəzifəsinə qəbul olmuşdur. Onunla bağlanan əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddəti əhatə etməklə iki il müddəti təşkil etmişdir. "xxxx" ASC Nəsimi Rayon Sukanal İdarəsindən iddiaçıya qanunsuz formada zənglə analıq məzuniyyətinə çıxan işçinin geri qayıtdığını və buna görə də onun əmək müqaviləsinə müddətin bitməsi əsasında xitam veriləcəyini bildirilmişdir. İddiaçı müqavilə müddətinin bitmədiyini bildirməsinə baxmayaraq, yenə də onunla bağlanan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 11-k saylı əmr imzalanmışdır. İddiaçı barəsində qəbul edilmiş qanunsuz əmri mübahsələndirilmiş və işə bərpa, buraxılmış dövr üçün əmək haqqının və dəymiş maddi, mənəvi zərərin əvəzinin cavabdeh işəgötürəndən tutulması üçün iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Daha sonradan iddia tələbi dəqiqləşdirilmiş, iddiaçı yuxarıda qeyd olunanlardan əlavə müddətsiz əmək müqaviləsi əsasında işə bərpa olunmasını da məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – iddiaçının iş yerinə bərpası və buraxılmış əmək haqlarının cavabdehdən onun xeyrinə tutulması hissəsində təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Müvafiq hüquq norması fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır ki, qeyd olunan zərər də öz növbəsində maddi və mənəvi zərər kateqoriyalarını özündə ehtiva edir. Vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə müddəalar “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenum Qərarında ehtiva olunmuşdur. Həmin plenum qərarının ikinci bəndinə əsasən “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və yaşayış yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə qanunsuz formada xitam verilməsi yolu ilə cavabdehin iş yerini itirməsini özü təsdiq etsə də, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tələbini rədd etmiş, bu barədə mövqeyini əsaslandıra bilməmişdir. Belə ki, hər hansı şəxsin işəgötürənin qanunsuz əməllərinə məruz qalaraq iş yerindən məhrum olmasının onun şüurunda mənfi psixi reaksiyaya səbəb olacağı hamıya məlum olan məsələdir. Bu mənada şəxsə dəymiş mənəvi zərərin əvəzinin ödənilməməsi mülki qanunvericiliyin pozulmuş hüquqların bərpası prinsipinin də pozulduğunu təsdiq etməkdədir. Qeyd olunan maddə mülki və kommersiya mübahisələrindən irəli gələn məhkəmə icraatının yekun aktı formasında qəbul edilən qətnamələr üçün qanunvericilikdə müəyyən edilmiş tələbləri özündə ehtiva edir. Müvafiq maddənin digər yarımbəndlərində, habelə “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenum Qərarında qeyd olunan tələblərin nə ilə bağlı olması təfsilatlı formada qeyd olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən məhkəmə qətnaməsinin əsaslı olması ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş tələblərə tam riayət olunmadığını, nəticə etibarilə məhkəmə qətnaməsinin tam əsaslı olmadığı hesab edilir. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenum Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hazırda mübahisələndirilən qətnamədə isə məhkəmənin işin faktiki hallarına tətbiq etdiyi hüquqdan irəli gələn nəticəsi qəti formada şərh edilməmiş və nəticədə qətnamənin əsaslandırma və nəticəvi hissələri arasında ziddiyət əmələ gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində aşağıdakıları qeyd etmişdir: “Nəticə olaraq, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Deməli, mübahisə predmeti üzrə əmək münasibətləri xx.xx.2023-cü il tarixdən fasiləsiz (müddətsiz) xarakterə keçid etmişdir”. Lakin məhkəmə qətnaməsinin nəticə hissəsində işçinin işə bərpası qət edilsə də, bu zaman müddətli yoxsa müddətsiz əmək müqaviləsi əsasında onu iş yerinə bərpa olunacağı göstərilməmiş və qeyri-müəyyənlik yaranmışdır. Halbuki məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Təsadüfi deyildir ki, yuxarıda adı keçən Plenum Qərarının 6.9cu bəndində məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı, ayrıayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmasının əhəmiyyəti vurğulanmışdır ki, bu da öz növbəsində qeyri-müəyyən halların aradan qaldırılmasına xidmət etməkdədir. Məsələn: şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlər üzrə məhkəmə qətnaməsində vətəndaşların şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilmə üsulu; sağlamlığa vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə qətnamədə tutulmalı ziyanın dəqiq miqdarı, ödəniş məbləğləri; əmlakın həbsdən azad edilməsi barədə iddia təmin edildikdə, qətnamədə hansı əmlakın iddiaçıya məxsus olması və həbsdən azad edilməsi; atalığın etirafı faktının müəyyən edilməsi işləri üzrə atalığın müəyyən edilməsi barədə aktın VVADQ orqanlarında qeydiyyatı üçün zəruri olan məlumatlar (soyad, ad, ata-ana adı, doğulduğu gün, ay, il və yer, daimi yaşayış yeri) göstərilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilən xüsusatların məhkəmə qətnaməsinin nəticə hissəsində yer verilmədiyi, qətnamənin əsaslandırıcı və nəticəvi hissələri arasında ziddiyətlərin yarandığını və qeyd olunan hissədə məhkəmə qətnaməsinin əsaslı olmadığı hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, e-2(004)-4607/2024 nömrəli qətnaməsini qismən – iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv etməklə, vurulmuş mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması, habelə iddiaçının məhz müddətsiz əmək müqaviləsi əsasında işə bərpası barədə yeni qətnamə qəbul edilməsi xahiş edilir. Cavabdeh “İri Şəhərlərin X2 Xidməti” publik hüquqi şəxsinin apellyasiya şikayəti onunla əsaslandırılır ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-4607/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh “İri Şəhərlərin X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 11-k saylı əmrinin ləğv edilməsi, iddiaçı Salamzadə Zülfiyyə Elçin qızının əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilməsi, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin, hüquqi xidmətin göstərilməsi üçün 300 (üç yüz) manat pulun cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsdən tutularaq iddiaçı Salamzadə Zülfiyyə Elçin qızına ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin “a” bəndinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Hesab edilir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, "xxxx" TASCnin 12 nömrəli əmrinə əsasən "xxxx" Törəmə ASC ilə Salamzadə Zülfiyyə Elçin qızı arasında 3 aylıq sınaq müddəti müəyyən edilməklə xx.xx.2018-ci il tarixdən 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. "xxxx" TASC-nin xx.xx.2022-ci il tarixli 19-k nömrəli əmrinə əsasən Salamzadə Zülfiyyə Elçin qızının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni “başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə” xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı Nəsimi rayon Sukanal İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixindən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətdə abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli 27-K nömrəli əmrinə əsasən işçi Salamzadə Zülfiyyə Elçin qızı xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətddə "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsində 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. Müvafiq əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən “vəzifəsi saxlanılmaqla qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəblərdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti ilə əlaqədar olaraq” xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə bağlanılmışdır. Qeyd olunanlardan göründüyü kimi iddiaçı əmək fəaliyyətinə "xxxx" TASCdə başlayarkən müddətli əmək müqaviləsi bağlamışdır və əmək müqaviləsinin müddətli bağlanmasına hər hansı bir etirazını bildirməmişdir. 3 il 9 ay "xxxx" TASC-də işlədikdən sonra iddiaçı ərizə ilə Nəsimi rayon Sukanal İdarəsinə müraciət edərək qismən ödənişli sosial məzuniyyətdə olan işçinin yerinə götürülməsini xahiş etmiş və işə qəbul edilmişdir. Bildiyimiz kimi Əmək Məcəlləsinin tələblərinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan işçilərin yerinə işçi götürülərkən yerinə götürülən işçi ilə müddətli əmək müqaviləsi bağlanılır. Həmin işçi məzuniyyətdən qayıtdıqda yerinə götürülmüş işçi ilə müqaviləyə xitam verilir və işəgötürənin əvəzedən işçini hər hansı bir işlə təmin etməsi öhdəliyi Əmək Məcəlləsi ilə işəgötürənin vəzifəsi kimi müəyyən edilməmişdir. Əgər işçi müvəqqəti işə çıxa bilməyən işçinin yerinə işə götürülübsə, bu zaman, onun ilə bağlanılan əmək müqaviləsi müddətli hesab edilir. Bu cür müqaviləyə köhnə işçi işə çıxan kimi xitam verilə bilər. Həmçinin iddiaçının "xxxx" TASC-də 3 il 9 ay işlədiyini və sonrakı iş yerinin müddətli olduğunu nəzərə alsaq məhkəmənin ümumilikdə müddətin 5 ildən çox olduğuna istinad edərək iddiaçını işə bərpa etməsi əsassız olmuşdur. Əgər iddiaçı sosial məziniyyətdə olan əməkdaşın yerində çalışmasaydı, öz ştatı üzrə əmək müqaviləsinin müddəti bitdiyinə görə müqaviləyə xitam verilsəydi, məhkəmə 5 illik müddətə istinad edib işə bərpa etsəydi məhkəmənin gəldiyi nəticə ilə hardasa razılaşmaq olardı, lakin bu vəziyyətdə iddiaçı sosial məzuniyyətdə olan işçinin yerində işləmiş və işçi məzuniyyətdən qayıtdığı gün əmək müqaviləsinə xitam verilmişdir. Bu hallar hesab edirik ki, məhkəmə tərəfindən qiymətləndirilməli idi. Digər tərəfdən məhkəmə qətnamə çıxararkən onun icrasının mümkünlük vəziyyətini də nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə ilə cavabdehin üzərinə iddiaçının əvvəlki işinə bərpa edilməsi öhdəliyi qoymuşdur. İş materiallarından göründüyü kimi iddiaçının əvvəlki işi qismən ödənişli sosial məzuniyyətdə olan işçinin yeri olmuşdur. Məhkəmənin gəldiyi nəticədən belə qənaətə gəlmək olur ki, cavabdeh tərəf sosial məzuniyyətdən qayıdan işçi ilə əmək müqaviləsinə xitam verməli və iddiaçını həmin işə qəbul etməlidir. Bu isə Əmək Məcəlləsinin tələblərinə zidd olmaqla əsas işçinin hüquqlarının pozulması ilə nəticələnir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin X2 Xidməti publik hüquqi şəxsi yaradılmışdır. "xxxx" ASC-nin ştat vahidi 13800 olduğu təqdirdə, bugünkü gündə “İri Şəhərlərin X2 Xidməti” publik hüquqi şəxsin ştat vahidi 7700 olmuşdur. Ona görə də, Yasamal Rayon Məhkəməsinin e-2(004)-4607/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1 iddiaçının apellyasiya şikayətini müdafiə edib, bu şikayətin və məhkəməyə təqdim etdikləri izahatın məzmununa uyğun izahatlar verib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayıb, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə4 cavabdehin apellyasiya şikayətini müdafiə edib, bu şikayətin məzmununa uyğun izahat verib, iddiaçının apellyasiya şikayətinə etiraz edib, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsinə rəsmi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45 (5-ci hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47 (“a” və “f” bəndləri). Əmək müqaviləsi işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər. Maddə 68 (2-ci hissə, “e” bəndi). Əmək müqaviləsinə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 172. (1-ci hissəsi) Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172. (5-ci hissəsi) Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 300.(1-ci hissə) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. "xxxx" ASC-nin "xxxx" Törəmə ASC-nin nizamnaməsi Bənd 1.2. Cəmiyyətin təsisçisi "xxxx" ASC-dir və "xxxx" Törəmə ASC-nin səhmlərinin 100%-i "xxxx" ASC-yə məxsusdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2024-cü il tarixli Qərarı 1.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. 2.Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən, iddiaçı qətnamənin ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə vurulmuş mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması, habelə onun məhz müddətsiz əmək müqaviləsi əsasında işə bərpası barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, cavabdeh isə qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tərəflərin qətnaməni mübahisələndirdikləri hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4607/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, işçi İddiaçı ilə işəgötürən "xxxx" ASC arasında bağlanmış 09 nömrəli xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş hesab edilməli, İddiaçı xx.xx.2024-cü il tarixinədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi “İri şəhərlərin X2” publik hüquqi şəxsinə həvalə edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında ilk əvvəl qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmış, daha sonra bu müqaviləyə işçinin ərizəsi ilə xitam verilmiş, bundan sonra iddiaçı ərizə ilə işəgötürənə müraciət edərək onun xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətdə Abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis (ASAN xidmət üzrə) vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi tərəflər hər dəfə müddətli əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılmasını müqavilələrdə göstərmişlər. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmri ilə xitam verərkən həmin əmri Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əsaslandırdırmışdır. Baxmayaraq ki, tərəflər arasında bağlanan müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə bitməli idi. Kollegiya tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməklə qeyd edir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olmuş, lakin işəgötürənin bu barədə əmri müqavilənin müddətinin bitdiyi tarixdə deyil, xx.xx.2024-cü il tarixdə qəbul edildiyindən həmin əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Bu əmrin ləğv edilməsi isə cavabdehin etibarlı əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir. Belə ki, cavabdeh müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə etmiş, bu barədə əmr vermişdir. Tərəflərin hər biri isə əmək münasibətlərinə daxil olarkən bu münasibətlərin əsas işçinin sosial məzuniyyətdən qayıdacağı xx.xx.2024-cü il tarixdək mövcud olacağı ilə razılaşmışlar. Kollegiya iddiaçının digər tələbləri ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış ilk müddətli əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən xitam verildiyindən, daha sonra tərəflər arasında yeni şərtlərlə yeni müddətli əmək müqaviləsi bağlandığından, sonuncu müqaviləyə əsasən iddiaçı yeni işə, yəni sosial məzuniyyətdə olan işçinin yerinə işə müvəqqəti qəbul edildiyindən bu müqavilərin faziləsiz olaraq 5 ildən artıq davam edən müddətli əmək müqaviləsi kimi qiymətləndirilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun deyildir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış müddətli əmək müqavilərinin müddətsiz əmək müqaviləsinə keçməsinə dair əsaslandırması ilə razılaşmır. Belə ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırkı işdə isə tərəflər arasında bağlanan ilk müddətli əmək müqaviləsinə xitam verildikdən sonra yeni müddətli əmək müqaviləsi bağlanmış, hər bir müqavilədə onun hansı səbəbdən müddətli bağlanmasının halı fərqli olmuş, iddiaçı təkrarən müddətli əmək müqaviləsi bağlayarkən sosial məzunuiyyətdə olan işçinin yerində sonuncunun qayıtması müəyyən olunan xx.xx.2024cü il tarixədək işləyəcəyini bilmişdir. Daha sonra sosial məzuniyyətdə olan işçinin yerinə işə qəbul olan, xx.xx.2024-cü il tarixədə isə əmək müqaviləsinə xitam veriləcəyini bilən iddiaçının məhz bu iş yerini itirdiyinə görə, müqavilə müddətində ala biləcəyi əmək haqqı istisna olmaqla, əlavə maddi və mənəvi ziyan çəkməsi halı da qeyri-mümkündür. Belə ki, bağladığı müqavilənin müddətli olması, həmin müqavilə üzrə müddətin sonuna olan dövrədək əmək haqqı ala biləcəyi, əsas işçinin öz iş yerinə qayıda biləcəyi iddiaçıya hələ bu işə qəbul edilməsi üçün işəgötürənə ərizə yazarkən məlum olmuşdur. Kollegiya qeyd edir ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir. Əmək hüquq münasibətləri baxımından da işçi və ya işəgötürən tərəfindən yol verilmiş əmək hüquq pozuntularına görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi). Ona görə də kollegiya hesab edir ki, hazırkı işdə, birinci instansiya məhkəməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə gəldiyi nəticə qeyd olunan prinsipin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qəbul edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələblərinin qismən təmin edilməsinə dair qətnaməsi, “cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 11-k saylı əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki işinə bərpa edilməsi, cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilməsi” hissəsində ləğv edilərək bu hissədə, tərəflər arasında bağlanan etibarlı əmək müqaviləsinə əsasən müddət xx.xx.2024-cü il tarixdə bitdiyindən, əmək müqaviləsinə həmin tarixdən xitam verilmiş hesab edilməklə həmin müddətə uyğun məcburi işburaxmaya görə iddiaçıya əmək haqqı ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “İri şəhərlərin X2” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4607/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İşçi İddiaçı ilə işəgötürən "xxxx" ASC arasında bağlanmış 09 nömrəli xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş hesab edilsin. İddiaçı xx.xx.2024-cü il tarixinədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi “İri şəhərlərin X2” publik hüquqi şəxsinə həvalə edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar