Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12190/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 QSC-nə qarşı “hesablanmış artıq pul vəsaitinin silinməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “yaranmış borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2020 saylı 17 fevral 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 QSC-nə qarşı hesablanmış artıq pul vəsaitinin silinməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən gözlənilən icra hərəkətlərini yerinə yetirməməsi nəticəsində ona hesablanmış artıq pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdehlər X2 və X1 müştərək qaydada iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 021R********** saylı kredit razılaşması üzrə 9114,41 manat məbləğində kredit borcu, 852,65 manat məbləğində faiz borcu və 528,32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10495,38 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2020 saylı 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 QSC-nə qarşı hesablanmış artıq pul vəsaitinin geri qaytarılması tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 021R********** saylı kreditrazılaşması üzrə 8910,15 manat əsas borc, 701,02 manat faiz borcu və 52 manat cərimə borcu olmaqla, ümumilikdə 9663,17 (doqquz min altı yüz altmış üç manat, on yeddi qəpik) manat borc tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizi qarşılıqlı iddia üzrə iddiaçıya, 70 faizi qarşılıqlı iddia üzrə cavabdehlərə aid edilməklə, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 21 (iyirmi bir) manat pul qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 30 faizi qarşılıqlı iddia üzrə iddiaçıya, 70 faizi qarşılıqlı iddia üzrə cavabdehlərə aid edilməklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC-dən 30 (otuz) manat, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 70 (yetmiş) manat pul vəsaiti tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamədən Cavabdeh2 şikayət verərək, ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən şikayətlərin də verilməsi məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuşdur. Hazırki işin materiallarından isə göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2020 saylı 17 fevral 2020-ci il tarixli qətnaməsində Cavabdeh2 tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1 -ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2020 saylı 17 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət Cavabdeh2 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-12190/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12190/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver