Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-122/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi X11, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikililərin sökülməsi, bağ sahəsinin təhvil verilməsi, maddi zərər, əldən çıxmış fayda və mənəvi zərər” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(003)-53/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu xx.xx.1990-cı il tarixli, 15/558 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı ona təqdim edilmişdir. Yuxarıda qeyd olunan məktuba əlavə edilmiş Bakı şəhər X16 İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli qərarından görünür ki, X5 Şüvəlan qəsəbəsi Bağ tikinti koperativinin 51 nömrəli massivində bağ sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatınının inkişafı və istismarı birliyi Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativdə B/S nömrəli orderin surətindən görünür ki, X5 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarına əsasən Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 800 “б” (kiril) nömrəli bağ ayrılmışdır (İİ cild, i.v.54). Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə ünvanlanmış X8 tərəfindən ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, həmin ərizə ilə adına Şüvəlan qəsəbəsində olan 800 “b” (latın) nömrəli bağ sahəsini oğlu İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir (İİ cild, i.v.52). Notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 03 saylı orderinin surətindən görünür ki, həmin order İddiaçı verilir ondan ötrü ki, Bakı şəhər icra hakimiyyətinin xx.xx.2006-cı il tarixli, P2:2B B.T.B saylı qərarına əsasən ona Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində 0.11 ha torpaq sahəsi olan 800 “b” (latın) saylı bağ ayrılmışdır (İ cild, i.v.131). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 800“b” saylı bağ sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının müəyyən olunması barədə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, göstərilən 800“b” saylı bağ sahəsi digər fiziki şəxslər tərəfindən zəbt edilərək hasarlanmış, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və sxematik xəritəyə əsasən sözügedən bağ sahəsi 800“b” saylı bağın ərazisidir. Mübahisə bağ sahəsinin istifadə edilməsində məhkəmə baxış predmetinin olmasını nəzərə alaraq aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğun hesab etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 800“b” saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə iddiaçının nümayəndəsi Ağasəf Hacıyevin müraciətinə cavab olaraq bildirmişdir ki, göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlanmış, üzərində bağ evi və həyət tikililəri mövcuddur. Mütəxəssis tərəfindən texniki baxış keçirilməsinə şərait yaradılmadığından naturada bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. Hazırda iddiaçı ona ayrılan torpaq sahəsinin boşaldılmasını və ona qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayonu, Şüvəlan bağlar səhəsindəki 0,11 ha ərazisi olan 800“b” nömrəli zəbt olunmuş bağ sahəsində tikilmiş ev və həyatyani tikililərin, eləcə də daş hasarın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi və bağ sahəsinin boşaldılaraq İddiaçı verilməsi, bağ sahəsində tikilmiş ev və həyətyanı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülüb torpaq sahəsinin iddiaçıya verilməsi mümkün olmadıqda 110.000 manat maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, məhkəmədə iddia qaldırılması və prosesin aparılması üçün vəkillə bağlanan müqavilə xərci olan 350 manatın, eləcə də məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri olaraq cavabdehlərdən 1.000 manat pulun alınaraq iddiaçıya verilməsi, bağ sahəsinin zəbt olunması nəticəsində 10.000 manat həcmində əldən çıxmış faydanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, 5.000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin (indiki Bakı Şəhər İcra Hakimiyyəti) Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Şüvəlan bağlar səhəsindəki 51 nömrəli kooperativin nəzdində 0,12 ha ərazisi olan 800“b” nömrəli bağ sahəsi həmin qurumun 15/558 saylı qərarına əsasən X5 ayrılmışdır. Torpaq sahəsinin həqiqətən X3 adına olmasını təsdiq edilməsi üçün İddiaçı tərəfindən 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinə müraciət olunmuş və həmin qurum müraciəti aidiyyəti üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına göndərmişdir. Dövlət Arxivinin Bakı filialının xx.xx.2018-ci il tarixli, H-42 saylı müşayiət məktubu ilə Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15/558 saylı qərarından təsdiq edilmiş çıxarışı İddiaçı təqdim olunmuşdur (Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunan məktubun və çıxarışın surəti əlavə olunur). Hazırda iddiaçının atası dünyasını dəyişmişdir. Hələ atasının sağlığında ərizə ilə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə müraciət edilmiş, sözügedən qurumun xx.xx.2006-cı il tarixli qərarına əsasən - Şüvəlan bağlar sahəsindəki 51 saylı kooperativin nəzdində 0,11 ha sahəsi olan 800“b” saylı torpaq sahəsi 03 saylı orderlə hazırda İddiaçı adına rəsmləşdirilmişdir. Hazırda həmin bağ sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş, orada qanunsuz ev tikmişlər. Bu iş üzrə tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 800“b” saylı bağ sahəsinin kordinatlarının müəyyən olunması barədə 2 dəfə müraciət olunmuşdur. Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2016-ci il tarixli və xx.xx.2018-ci il tarixli cavab məktublarında qeyd edilir ki, həmin bağ sahəsi fiziki şəxs tərəfindən zəbt edilərək hasarlanmış, üzərində bağ evi və həyət tikililəri inşa edilmişdir. Yalnız elektron kadastr baza məlumatlarına və sxematik xəritəyə əsasən müəyyən edilir ki, zəbt olunmuş torpaq sahəsi 800“b” saylı sahədir. Həmin qurumun məktublarını işə əlavə edərək bildirirlər ki, torpağın zəbt olunması faktı həmin məktublarla təsdiq edilir. Yaranmış vəziyyətlə bağlı İddiaçı və onun oğlu X14 dəfələrlə Cavabdeh2la görüşmüş və bağ sahəsinin onlara məxsus olduğunu bildirmiş, torpaq sahəsini boşaldaraq onlara təhvil verilməsini tələb etmişlər. Lakin Cavabdeh2 oğlu bildirmişdir ki, “o buranı zəbt etmiş, bağ təsərrüfatının işçilərinə pul verib oturmuşdur burda”. Başqa sözlə rüşvətlə həmin bağ sahəsini zəbt etmiş Cavabdeh2 könüllü olaraq bağ sahəsini tərk etmək istəmir. Digər tərəfdən sözügedən bağ sahəsi hazırda 0,11 ha olmaqla iddiaçının mülkiyyətindədir. Həmin ərazidə bir sot torpağın qiyməti 10000-12000 manat civarındadır. Başqa sözlə dəyəri 10.000 manatla götürülsə minimum 110.000 manat dəyərində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Torpağın zəbt olunması səbəbindən iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mülkiyyət hüququnun tanınması üçün müraciət edə bilmir. Çünki ərazi zəbt olunubsa mübahisəli ərazi olduğundan çıxarışın verilməsindən imtina edilir. Torpağı zəbt etməklə cavabdehlər tərəfindən iddiaçıya həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Torpağın zəbt olunması nəticəsində iddiaçıya minimum 5.000 manat həcmində mənəvi ziyan dəymişdir. Bundan başqa məhkəmədə iddia qaldırılması və prosesin aparılması üçün vəkillə müqavilə bağlanılmış və müqavilə xərci olaraq 350 manat ödənilmişdir. Əlavə olaraq məhkəmə işlərinin aparılması üçün əlavə xərclər də çəkiləcəkdir. Buna uyğun olaraq cavabdehlərdən 1.000 manat əlavə pulun alınaraq iddiaçıya qaytarılması zəruridir. Digər tərəfdən əgər iddiaçıya məxsus bağ sahəsi zəbt olunmasa idi həmin bağ sahəsindən səmərəli istifadə oluna bilərdi. Hazırda iddiaçı həmin torpaq sahəsində heç bir əkin-biçin, yaxud tikinti işləri apara bilmir. Təkcə bir halı qeyd etmək kifayətdir ki, torpaq zəbt olunmasa iddiaçı tərəfindən həmin bağ sahəsində kiçik ölçülü evlər tikilə və ən azı kirayəyə verilə bilərdi. Bu baxımdan əldə çıxmış fayda kimi ən azı 10.000 manat vəsaitin də cavabdehlərdən alınması vacibdir. Daha sonra işə baxılması zamanı iddiaçı, iddia tələbinin həcmini artıraraq Xəzər rayonu, Şüvəlan bağlar səhəsindəki 0,11 ha ərazisi olan 800“b” nömrəli zəbt olunmuş bağ sahəsində tikilmiş ev və həyatyani tikililərin, eləcə də daş hasarın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi və bağ sahəsinin boşaldılaraq İddiaçı verilməsi, bağ sahəsində tikilmiş ev və həyətyanı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülüb torpaq sahəsinin iddiaçıya verilməsi mümkün olmadıqda 110.000 manat maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, məhkəmədə iddia qaldırılması və prosesin aparılması üçün vəkillə bağlanan müqavilə xərci olan 350 manatın, 30 manat dövlət rüsumunun, 760 manat ödənilmiş ekspertiza xərclərinin, eləcə də məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1.000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, bağ sahəsinin zəbt olunması nəticəsində 10.000 manat həcmində əldən çıxmış faydanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, 5.000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(003)53/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800“b” nömrəli bağ sahəsində inşa edilmiş (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və həyatyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və həmin bağ sahəsinin (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manatın, vəkilin etdiyi kömək üçün ödədiyi 350 manatın, iş üzrə mütəxəsis rəylərinin verilməsi üçün ödənilmiş xərclərə görə 210 manatın, ümumilikdə 590 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iş üzrə mütəxəsis rəylərinin verilməsi üçün ödənilmiş xərclərin 200 manat hissəsi İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manatın 100 manat hissəsinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, Hesab AZ34CTRE********************) qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı ayrılmış 800 “b” saylı bağın ərazisidir. Belə ki, iş üzrə cavabdeh tərəf iddiaçıya məxsus bağ sahəsinin başqa yerdə yerləşməsini bildirsə də iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktublarından, həmin İdarə tərəfindən verilmiş mütəxəssis rəylərindən görünür ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsinin bir hissəsi iddiaçıya məxsus torpaq sahəsindən ibarətdir. Həmçinin işin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinə dair hər hansı bir hüquqi nəticəyə səbəb olan sənədləri mövcud deyil. Bu halla bağlı cavabdeh tərəfdən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, cavabdehlərin istifadələrində olan torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrindən ibarətdir və torpaq sahəsində bağ evi və köməkçi tikililər inşa olunmuşdur. Məhkəmə iş üzrə sübutları qiymətləndirərkən hesab etmişdir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə yerinə (koordinatlarına) dair sübut kimi “X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götürülməlidir. Belə ki, həmin rəydən görünür ki, mübahisə predmeti olan 800“b” saylı bağ sahəsinin naturada yerinin müəyyən edilməsinə əsas olmuş sənəd bağların sxematik xəritəsi olmuşdur. Həmin rəyə zidd olan hər hansı bir sübut isə məhkəməyə təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyləri həmin rəyin əsaslı olmasına dəlalət edir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəylərinin mübahisə predmeti olan 800“b” saylı bağ sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsinin mümkün olmaması hissəsində əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 800“b” saylı bağ sahəsinin əks olunduğu sxematik xəritənin surətindən görünür ki, 800“b” saylı bağ sahəsi 800“a” və 800“v” saylı bağ sahələrinin ortasında yerləşir. 800“v” sahəsindən sonra 801 saylı bağ sahəsi gəlməklə həmin sıra 801 saylı bağ sahəsi ilə yekunlaşır. Məhkəmə hesab etmişdir ki, həmin sxematik xəritədə bağ sahələrinin yerləşmə yerləri, onların ölçüləri, sıra nömrəli, başlanğıc və bitmə nöqtələri barədə hallar nəzərə alınmadan yalnız 800“b” saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin edilməsinin mümkün olmaması qənaətinə gəlinməsi əsassızdır. Belə ki, qeyd olunan hallar, müvafiq sxematik xəritədə ardıcılıqla yerləşən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi mümkünsüzlüyünü istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800“b” nömrəli bağ sahəsində inşa edilmiş (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və yə həyətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməli və həmin bağ sahəsi (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməlidir. Belə ki, iş üzrə araşdırılmış bütün hallardan müəyyən olunur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800“b” nömrəli bağ sahəsi cavabdehlərin istifadəsindədir, həmin torpaq sahəsi qanunsuz olaraq onlar tərəfindən özbaşına tutulmuş və həmin torpaq sahəsində ev və həyətyanı tikililər, eləcə də daş hasar inşa edilmişdir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə, yəni “bağ sahəsində tikilmiş ev və həyətyanı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülüb torpaq sahəsinin iddiaçıya verilməsi mümkün olmadıqda 110.000 manat maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya verilməsi müəyyən olunduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə, iddia tələbinin “məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1.000 manat pulun, bağ sahəsinin zəbt olunması nəticəsində 10.000 manat həcmində əldən çıxmış faydanın və 5.000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissələrini əsassız hesab etmişdir. Belə ki, “məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1.000 manat pulun” cavabdehlərdən tələb olunsa da həmin xərclərin nədən ibarət olması, hansı əsaslarla cavabdehdən tələb olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin bağ sahəsinin zəbt olunması nəticəsində əldən çıxmış fayda kimi 10.000 manat vəsaitinin cavabdehlərdən tələb olunsa da iddiaçı tərəfindən həmin bağ sahəsində hər hansı bir fayda əldə edilməsi üçün işlərin aparılması niyyətində olmasına, bu halla bağlı cəhdlərin edilməsinə və həmin cəhdlərə cavabdehlər tərəfindən maneçilik törədilməsinə, eyni zamanda həmin bağ sahəsindən bəhrələnməklə cavabdehlər tərəfindən gəlir əldə edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı, iddia ərizəsində torpağın zəbt olunması nəticəsində ona minimum 5.000 manat həcmində mənəvi ziyan dəydiyini bildirsə də bu barədə də hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi zərər dəyməsi hissəsində də əsassızdır. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin olunmuş hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli, 03 saylı orderinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində ayrılmış 800“b” saylı 0.11 ha torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından, bağ sahəsinin naturada yerini (dəqiq kordinatlarını), həmçinin cavabdehlərin istifadələrində olan bağ sahəsi ilə üst-üstə düşüb-düşməmələrini müəyyən elmək mümkün olmamışdır. Ümumi iddia olunan 1824 kv.m ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 800“a”, 800“b” və 800“v” saylı bağların bir hissəsi ilə uyğun gəlir. Məhkəmə tərəfindən iddia tələbi araşdırılan zaman təqdim edilmiş altı mütəxəssis rəyi və məktubları əsaslı hesab edilməmiş iddianın təmin edilməsi üçün yalnız iddiaçın məhkəməyə təqdim etdiyi özəl mərkəz olan “X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götülmüşdür. Birinci instansiya məhkəməsi isə təqdim edilmiş mütəxəssis rəylərini hətta tədqiqat aparmış mütəxəssisin məhkəməyə verdiyi eyni məzmunlu izahatları hansı əsasla qəbul etmədiyini əsaslandırmamış və hesab etmişdir ki, 350 manat xidmət haqqı almış MMC-nin rəyi düzgün və əsaslıdır. Qeyd edilməlidir ki, iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1 saylı Ərazi İdarəsinin məktubundan da görünür ki, arxiv qovluğunda movcud olan sənədlərə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,45 ha torpaq sahəsi olan 345a/1023 saylı bağ sahəsinə dair X9 xx.xx.1954-cü il tarixdə bağlanmış müqavilədə bağın nömrəsi “420” kimi qeyd edilmişdir. Arxiv qovluğunda saxlanılan xx.xx.1963-cü il tarixli aktla Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 33/1218 saylı qərarına əsasən bağın sahəsi 0,025 ha müəyyən edilmişdir. Belə ki, xx.xx.1967-ci il tarixdə bağlanmış müqavilədə bağın nömrəsi 420, sahəsi 0,25 ha qeyd edilmişdir. Daha sonra xx.xx.1974- cü il tarixdə tərtib edilmiş aktla bağın yeni nömrəsi 799 olmuşdur. Əzizbəyov rayon Xalq Məhkəməsinin 2-292 nömrəli xx.xx.1984 cü il tarixli 1984-cü il tarixli qərarı ilə Bağlar Təsərrüfat İdarəsinin X9 və ailə üzvlərinin bağdan köçürülməsi, həmin bağın alınması tələbi təmin edilmiş və bağ sahəsi bağların boş balansına verilmişdir. Sonradan Əzizbəyov Rayon Məhkəməsinin 2-379 saylı xx.xx.1988-ci il tarixli qərarı ilə 799 saylı bağ sahəsinə dair X9 ilə yenidən müqavilə bağlanması qərara alınmışdır. Şüvəlan qəsəbəsi, 799 saylı bağ sahəsi xx.xx.1989-cu il və xx.xx.2000-ci il tarixli müqavilələr 2479 saylı bağın icarəyə verilməsi haqqında müqavilə əsasında xx.xx.2018-ci il tarixdə X4 yəni Cavabdeh1 atasının adına dövlət reyestrində qeydiyyata alınmış və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında özgəninkiləşdirlmişdir. Bağ sahəsinin cavabdehlərin sahibliyində istifadəsində olmasına dair kifayət qədər dəlillərin rəsmi sənədlərin olmasına baxmayaraq nədənsə məhkəmə yalnız yeganə xidmət haqqı qarşılığında sifarişçinin istəyini əks etdirilən rəyə əsaslanmaqla belə bir nəticəyə gəlmişdir. İddia olunan bağ sahəsi 800“b”saylıdır, cavabdehlərə məxsus bağ sahəsi isə 799 saylı bağ sahəsidir. Sıralama nəzərə alınsa təbii ki, 799-dan sonra 800, 800“a” gəlir. İddia olunan bağ sahəsinin və digər bağ sahələrinin iş materiallarında olan sxemlərə əsasən yerləşmə yerinə görə 800“b” saylı bağ sahəsinin ərazisinin 799 saylı bağ ərazisinə düşməsi absurd bir haldır. Bağ sahəsi 1953-cü ildə cavabdehlərin valideyinlərinin sahibliyində istifadəsində olmuş və rəsmiləşdirilmişdir. İddiaçı heç bir zaman ona verilsə də bağ sahəsinə sahiblik etməmiş, həmin bağların yerləşdiyi ərazidə yolların çəkilməsi, kommunikasiya xətlərinin qaz, su, işıq və s. qurulmuşdur. Bütün göstərilənlər əhalinin yaşayışının yaxşılaşdırılması istiqamətində dövlət proqramı əsasında həyata keçilmişdir. Məhkəmə işin faktiki hallarına düzgün qiymət vermədən maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Qətnamədə istinad edilən maddi hüquq norması ilə yekun nəticə zidiyyət təşkil edir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2, 152.3 və 152.4cü maddələrinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Torpaq Məcəlləsi: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (köhnə redaksiyada). 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub- olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800“b” nömrəli bağ sahəsində inşa edilmiş (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və həyətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və həmin bağ sahəsi (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməli həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2022-ci müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Aparatının əhaliyyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli, 03 saylı orderinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində ayrılmış 800“b” saylı 0.11 ha torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından, bağ sahəsinin naturada yerini (dəqiq kordinatlarını), həmçinin cavabdehlərin istifadələrində olan bağ sahəsi ilə üstüstə düşüb-düşməmələrini müəyyən elmək mümkün olmamışdır. Ümumi iddia olunan 1824 kv.m ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 800“a”, 800“b” və 800“v” saylı bağların bir hissəsi ilə uyğun gəlir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Texnik invertarlaşdırıcısı X12 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 800“b” saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. İddia olunan 1824 kv.m ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınmışdır. Həmin ərazidə bağ evi, köməkçi və həyət tikililəri inşa olunmuşdur. Bundan əlavə sxematik xəritəyə əsasən 800“a”, 800“b” və 800“v” saylı bağların bir hissəsinə uyğun gəlir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 21.07 2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində ayrılmış 0,11 ha torpaq sahəsi olan 800“b” saylı bağ torpaq sahəsinin bağların sxematik xəritəsinə əsasən naturada yeri müəyyən edilmiş, koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi 800“b” saylı bağın tam olaraq hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında dindirilmiş iş üzrə mütəxəssis rəyi vermiş Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin 1 saylı Ərazi İdarəsinin Texnik-invertarlaşdırıcısı X12 bildirmişdir ki, 800“b” nömrəli bağ sahəsinə dair arxiv qovluğunda kordinatları barədə cizgisi olmadığına görə həmin bağ sahəsinin dəqiq yerləşməsi yeri barədə rəyin verilməsi mümkün olmamışdır. Belə ki, həmin torpaq sahəsi X10 və İstismarı Birliyi tərəfindən verilmiş bağ sahəsidir. Bağ qovluğundan bağların yerləşmə yerlərinə dair xəritə var, həmin xəritədə bağ sahələri ardıcıllıqla yerləşməklə nömrələnmiş, lakin həmin xəritədə bağların yerləşməsi barədə miqyasları qeyd olunmamışdır. Rəy verilən zaman Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq şöbələri tərəfindən araşdırma aparılır və ümumi nəticə əsasında rəy verilir. Hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin xəritəyə əsasən 800“a”, 800“b” və 800“v” saylı bağların bir hissəsinə uyğun olması müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, əgər qonşu bağlara dair çıxarış verilibsə, onda həmin bağlara dair müvafiq cizgi də mövcud olmuşdur. Belə ki, bağların bir hissəsinin arxivdə cizgiləri var, digər hissələrinin isə yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 800“b” saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamış, iddia olunan ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınaraq üzərində bağ evi və köməkçi tikililər inşa olunmuş, vahid elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddia olunan bağ sahəsi 800“b” saylı bağın ərazisidir. 800 b” saylı bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından üst üstə düşmənin, ümumi hasar daxilində hansı hissədə və ölçüdə olduğunu təyin etmək mümkün olmamışdır. Bu səbəblərdən mütəxəssis rəyinin verilməsi tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədovun ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki kordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməməsi səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İddiaçı tərəf hazırda iddia edir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Cavabdeh tərəf isə bildirir ki, həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədlər yoxdur, lakin 70 ildir ki həmin torpaq sahəsində yaşayırlar. Belə ki, torpaq sahəsi 1950-ci ildə Cavabdeh1 atasına verilmişdir. O, öləndən sonra miras kimi qızı, Məlahətə qalmışdır. Onun tərəfindən iddiaçının torpaq sahəsi zəbt edilməmiş, torpaq sahəsində olan tikililər isə onlar tərəfindən inşa edilmişdir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı ayrılmış 800“b” saylı bağın ərazisidir. İş üzrə cavabdeh tərəf iddiaçıya məxsus bağ sahəsinin başqa yerdə yerləşməsini bildirsə də, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktublarından, həmin İdarə tərəfindən verilmiş mütəxəssis rəylərindən görünür ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsinin bir hissəsi iddiaçıya məxsus torpaq sahəsindən ibarətdir. Həmçinin işin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinə dair hər hansı bir hüquqi nəticəyə səbəb olan sənədləri mövcud deyil. Bu halla bağlı cavabdeh tərəfdən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, cavabdehlərin istifadələrində olan torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrindən ibarətdir və torpaq sahəsində bağ evi və köməkçi tikililər inşa olunmuşdur. Məhkəmə iş üzrə sübutları qiymətləndirərkən hesab etmişdir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə yerinə (koordinatlarına) dair sübut kimi “X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götürülməlidir. Həmin rəydən görünür ki, mübahisə predmeti olan 800“b” saylı bağ sahəsinin naturada yerinin müəyyən edilməsinə əsas olmuş sənəd bağların sxematik xəritəsi olmuşdur. Həmin rəyə zidd olan hər hansı bir sübut isə məhkəməyə təqdim edilməmişdir. Əksinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyləri həmin rəyin əsaslı olmasına dəlalət edir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəylərinin mübahisə predmeti olan 800“b” saylı bağ sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsinin mümkün olmaması hissəsində əsassız hesab etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 800“b” saylı bağ sahəsinin əks olunduğu sxematik xəritənin surətindən görünür ki, 800“б” (kiril) saylı bağ sahəsi 800“a” və 800 “в” (kiril) saylı bağ sahələrinin ortasında yerləşir. 800 “в” (kiril) sahəsindən sonra 801 saylı bağ sahəsi gəlməklə həmin sıra 801 saylı bağ sahəsi ilə yekunlaşır ( İ cild, i.v.171-172). Məhkəmə hesab etmişdir ki, həmin sxematik xəritədə bağ sahələrinin yerləşmə yerləri, onların ölçüləri, sıra nömrəli, başlanğıc və bitmə nöqtələri barədə hallar nəzərə alınmadan yalnız 800“b” saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin edilməsinin mümkün olmaması qənaətinə gəlinməsi əsassızdır. Belə ki, qeyd olunan hallar, müvafiq sxematik xəritədə ardıcılıqla yerləşən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi mümkünsüzlüyünü istisna edir. Birinci instansiya məhkəməsinin istinad etdiyi “X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan 800“b” saylı bağ sahəsinin naturada yerinin müəyyən edilməsinə əsas olmuş sənəd bağların sxematik xəritəsi olmuşdur. Bununla yanaşı birinci instansiya məhkəməsi həmin rəyə zidd olan hər hansı bir sübut isə məhkəməyə təqdim edilməməsini qeyd etsə də, işin faktiki hallarından göründüyü kimi mübahisə predmeti olan 800“b” saylı bağ sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsinin mümkün olmamışdır. Cavabdehlər apellyasiya şikayətində həmçinin qeyd etmişlər ki, birinci instansiya məhkəməsi iş materiallarında olan mütəxəssis rəylərini, həm də təqdim edilmiş sübutları araşdırmadan heç bir mənbəyə söykənmədən alınmış sifariş rəyi əsas götürərək iddianı təmin etmişdir. Bütün bu mövqeyi ilə məhkəmə sadalanan qanunvericilik normalarının tələblərini pozmuşdur. Belə olan halda iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli üçün Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində ayrılmış 0,11 ha torpaq sahəsi olan 800“b” (latın) saylı bağın, X10 və istismarı Birliyi tərəfindən verilmiş bağların sxematik xəritəsinə əsasən (həmin xəritədə bağ sahələrinin yerləşmə yerləri və nömrələri nəzərə alınmaqla) naturada yerinin müəyyən edilməsi, (kordinatları göstərilməklə) eləcə də Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsinin qeyd olunan 800“b” saylı bağın hüdudlarında yerləşib- yerləşməməsi araşdırılması xüsusi bilik tələb etdiyindən apellyasiya baxışı zamanı məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/2- 4956/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 800 “b” saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. İddia olunan ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınaraq üzərində bağ evi və köməkçi tikililər inşa olunmuşdur. Sözügedən ümumi ərazi faktiki olaraq 0.1839 ha təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 800 “b” saylı bağ sahəsi iddia olunan ərazinin üzərində yerləşir. 800 “b” saylı bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından üst-üstə düşmənin, ümumi hasar daxilində hansı hissədə və ölçüdə olduğunu təyin etmək mümkün olmadı. Həmçinin qərardadda qeyd olunan 800 “v” saylı bağ sahəsinə dair arxivdə məlumat aşkar olunmadığından bağ sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmadı. Sözügedən bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından qərardadda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı sözügedən 0.1839 ha ümumi mübahisəli ərazinin cavabdehlərin bağ evi yerləşməyən şimal tərəfdəki hissəsində 0.11 ha torpaq sahəsinin qeydiyyata alınmasına razı olduğunu şifahi olaraq bildirdi. Həmin 0.11 ha torpaq sahəsinin cənub-şərq tinində 3.0 metr enində yola çıxışı var. Sahənin üzərində cavabdehlər tərəfindən inşa olunmuş köməkçi tikililər mövcuddur. Ümumi mübahisəli ərazinin yerdəqalan 0.0739 ha torpaq sahəsində cənub tərəfdən yola çıxışı mövcuddur. Sahə üzərində yaşayış evi köməkçı tikili və natamam tikilinin az bir hissəsi yerləşir. Bununla yanaşı qeyd olunan 0.1839 ha olan ümumi ərazinin, iddiaçının qeydiyyata alınmasına razı olduğu 0.11 ha torpaq sahəsinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı baş plan mütəxəssis rəyinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2025-ci il tarixli, 10/7012 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/2-4956/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 800“b” saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. İddia olunan ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınaraq üzərində bağ evi və köməkçi tikililər inşa olunmuşdur. Sözügedən ümumi ərazi faktiki olaraq 0.1839 ha təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 800“b” saylı bağ sahəsi iddia olunan ərazinin üzərində yerləşir. 800“b” saylı bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından üst-üstə düşmənin, ümumi hasar daxilində hansı hissədə və ölçüdə olduğunu təyin etmək mümkün olmadı. Həmçinin qərardadda qeyd olunan 800“v” saylı bağ sahəsinə dair arxivdə məlumat aşkar olunmadığından bağ sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmadı. Sözügedən bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından qərardadda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı sözügedən 0.1839 ha ümumi mübahisəli ərazinin cavabdehlərin bağ evi yerləşməyən şimal tərəfdəki hissəsində 0.11 ha torpaq sahəsinin qeydiyyata alınmasına razı olduğunu şifahi olaraq bildirdi. Həmin 0.11 ha torpaq sahəsinin cənub-şərq tinində 3.0 metr enində yola çıxışı var. Sahənin üzərində cavabdehlər tərəfindən inşa olunmuş köməkçi tikililər mövcuddur. Ümumi mübahisəli ərazinin yerdəqalan 0.0739 ha torpaq sahəsində cənub tərəfdən yola çıxışı mövcuddur. Sahə üzərində yaşayış evi köməkçı tikili və natamam tikilinin az bir hissəsi yerləşir. Bununla yanaşı qeyd olunan 0.1839 ha olan ümumi ərazinin, iddiaçının qeydiyyata alınmasına razı olduğu 0.11 ha torpaq sahəsinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı baş plan mütəxəssis rəyinə əlavə olunmuşdur. Hazırda cavabdehlər iddiaçının iddia etdiyi torpaq sahəsinin onların istifadəsində olan torpaqla üst-üstə düşməməsini bildirsələr də, iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı ayrılmış 800“b” (latın) saylı bağın ərazisidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədlərdən aydın olur ki, ( İİ cild, i.v. 54) Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin tarixsiz orderindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 saylı qərarına əsasən X2 Şüvəlan qəs. 0,12 ha torpaq sahəsi 800“б” (kiril əlifbası) ilə bağ sahəsi ayrılmışdır. 16 may 2006-cı ildə X6 tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin verilmiş ərizədən görünür ki, o Şüvəlan qəsəbəsində olan onun adına 800 “b” (latın əlifbası ilə) saylı bağ sahəsinin oğlu İddiaçı adına keçirilməsinə etiraz etməmişdir (İİ cild, i.v.50-54). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiyası məhkəməsinə təqdim edilmiş sxematik xəritədə (i.v 172) qeyd edilən 800“б” (kiril əlifbası) ilə bağ sahəsi, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin tarixsiz orderində göstərilən 800“б” (kiril əlifbası) ilə eyni bağ sahələridir. Həmçinin kollegiya hesab edir ki, məhz cavabdehlərin istifadəsində olan torpaq sahələrinin bir hissəsi Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı verilən bağ sahəsi 800“b” (latın əlifbası ilə) göstərilmişdir. Kollegiyası qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiyası məhkəməsinə təqdim edilmiş sxematik xəritəyə əsasən 800“в” (kiril əlifbası ilə) bağ sahəsi hazırki mübahisənin predmetinə aid sahə olmamışdır. Eləcə də müəyyən edilmişdir ki, 799, 800, 801 və 800“a” sahələrinin müəyyənedici sənədləri olmaqla digər vətəndaşların mülkiyyətindədirlər (İİ cild, i.v.50-137). Cavabdeh tərəf isə apellyasiya şikayətində əsassız olaraq 799 saylı bağ sahəsinin onlara məxsusluğunu göstərir. Halbuki, kollegiya tərəfindən yerində müayinə keçirilən zaman cavabdehlər 799 saylı göstərilən bağın qohumlarına aid olmasını bildirmişlər. Kollegiya həmçinin qeyd edir ki, sonuncu rəydə təqdim edilmiş 800“b” saylı bağı sahəsinin sxematik planı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiyası məhkəməsinə təqdim edilmiş sxematik xəritəsi uyğunluq təşkil edir. Göründüyü kimi, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinə dair hər hansı bir hüquqi nəticəyə səbəb olan sənədləri mövcud deyil. Bu halla bağlı cavabdehlər tərəfindən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, cavabdehlərin istifadələrində olan torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrindən ibarətdir və torpaq sahəsində bağ evi və köməkçi tikililər inşa olunmuşdur. Bununla belə birinci instansiya məhkəməsinin iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə yerinə (koordinatlarına) dair sübut kimi “X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin əsas götürülməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Eyni zamanda apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən 19 yanvar 2024-cü il tarixdə mübahisəli ərazinin tərəflərin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə yerində müayinəsi aparılmışdır. Müəyyən olunmuşdur ki, cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsi 0,1824 ha təşkil edir. Həmin sahəyə cavabdehlərin hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Cavabdehlərin dediklərinə görə həmin torpaq sahəsi 70 ildən çoxdur ki, onların ailələrinin istifadəsindədir. İş materiallarına əlavə olunmuş sxematik xəritəyə görə və mübahisə olunan torpağın müayinəsi zamanı müəyyən olundu ki, sxematik xəritədə öz əksini tapmış 799 və 800 saylı bağ sahələri mübahisəli torpaq sahəsi ilə hasar qonşuluğunda yerləşir. Yəni mübahisəli torpaq sxematik xəritəyə görə 800“a”, 800“б”, 800“в” sahəsində yerləşir. 799 saylı bağ sahəsi əvvəllər Cavabdeh1 atasına məxsus olmuş, hazırda həmin sahə cavabdehin qohumlarının mülkiyyətindədir. İddiaçı iddia edir ki, sxematik xəritəyə görə onun torpaq sahəsi 800“б” torpaq sahəsidir. Cavabdehlər isə bildirirlər ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onların istifadəsində olan torpaqla üst üstə düşmür. Mübahisəli torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən ev və digər tikililər inşa edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi sxematik xəritəyə görə 800“a”, 800“б”, 800“в” sahəsində yerləşməsi yerli müayinə zamanı öz təsdiqini tapsa da, araşdırma zamanı müəyyən edildi ki, 800“a” (kiril) sahəsinin öz mülkiyyyətçisi var. Hazırda cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsi sxematik xəritəyə görə 800“б”, 800“в” sahəsində yerləşir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həllində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/2-4956/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş qeyd olunan 0.1839 ha olan ümumi ərazinin, iddiaçının qeydiyyata alınmasına razı olduğu 0.11 ha torpaq sahəsinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı baş plana istinad edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800“b” nömrəli bağ sahəsində inşa edilmiş (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və həyətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və həmin bağ sahəsi (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia yuxarıda əsaslandırılmış qaydada qismən təmin edilməli, mübahisələndirilən qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1 və 115.0.6-cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat vəsait cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(003)- 53/2023 nömrəli qətnaməsi – Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800“b” nömrəli bağ sahəsində inşa edilmiş (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və həyətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və həmin bağ sahəsi (“X18 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800“б” (kiril) (800“b” latın) nömrəli bağ sahəsində inşa edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025- cü il tarixli, 3-21- 3-30/2-4956/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş izahlı baş planda olan koordinatlar daxilində inşa edilmiş) tikililər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülsün və həmin bağ sahəsi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/2-4956/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş izahlı baş planda olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilsin. (qətnamənin əaslandırıcı hissəsində təsvir edilmiş izahlı baş planda göstərilənlərə uyğun olaraq) Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə