Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1223/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı (Nəsimi Rayon İcra Hakimiyyəti, Dövlət Səhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi, habelə maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilmişdir.
2. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, şikayətlər mümkün hesab edilərək baxışa təyin edilmişdir.
3. Hazırda sözügüdən qətnamədən X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün Nəsimi Rayon Məhkəməsindən sorğu daxil olmuşdur.
4. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə mülki işin rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi.
5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür.
7. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, X1 Nəsimi Rayon Məhkəməsinin e-2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
9. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı və cavabdehin apellyasiya şikayətlərinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən X1 apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.