Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12230/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Səmədov Tofiq Səməd oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-523/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(001)-523/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(001)-523/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 01.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-523/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(001)-523/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçı şikayət ilə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-523/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadının ləğv olunması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4638/2021 saylı, 02.12.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı qətnaməni 16.09.2021-ci il tarixində poçt xəbərnaməsinə imza etməklə (i.v. 81) əldə etmiş, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu 19.10.2021-ci il tarixində ödəmiş, apellyasiya şikayətini isə poçta 18.10.2021-ci il tarixində vermişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin poçt vasitəsi ilə göndərilmə tarixinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tarixinin uyğun olmaması, apellyasiya şikayətinin vaxtında verilməsinə şübhələr yaradır. Odur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-523/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-12230/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12230/2021
24.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver