Məhkəmə qərarları › İş №2(103)-12237/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12237/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12237/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(001)-79/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(001)-79/2021 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə əsas borca görə 105766,07 manat, faiz borcuna görə 1850,91 manat və cərimə borcu üzrə 1500 manat, o cümlədən 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcunun illik 5% ilə 15 689.10 manat olmaqla cəmi 124806,08 manat məbləğində; 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə əsas borca görə 105052,86 manat, faiz borcuna görə 1838,43 manat və cərimə borcu üzrə 1500 manat, o cümlədən 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcunun illik 5% ilə 15 735.86 manat olmaqla cəmi 124127,15 manat məbləğində pul, habelə 23 (iyirmi üç) manat dövlət rüsumunun əvəzi və ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun əvəzinin alınaraq iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nə ödənilməsi, 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə tutulacaq məbləğ ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat müəyyən edilən və Cavabdeh1 məxsus Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, 03.08.2011-ci il tarixli, 120 saylı və 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqavilələri üzrə tutulacaq məbləğ ilkin satış qiyməti 100000 (bir yüz min) manat müəyyən edilən və Cavabdeh1 məxsus Astara rayonu, Şahağaçı kəndində 0.06 ha topraq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracda satılmaqla onların satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməsi, Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evi və Astara rayonu, Şahağac kəndində yerləşən qeyri yaşayış binası satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 73 manatının iddiaçıdan, 227 manatı Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyərini təşkil edən 2000 (iki min) manat pulun 1200 manatının iddiaçıdan, 800 manatının isə Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (hesab: Az.MEM VÖEN **********, "xxxx" MMC, Kod: 502058 VÖEN **********H/h AZ 46NABZ******************** S.W.İ.F.T. kod:UBAZAZ22, müştərinin hesab nömrəsi AZ65UBAZ**********0060AZN001) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC apellyasiya şikayət verərək, qətnamənin qismən ləğv edilməsini, məhkəmə xərclərinin bölüşdürülməsi və hesablanması hissəsində qətnamənin dəyişdirilməsi, 03.08.2011-ci il tarixli kredit müqaviləsi üzrə 33.081.82 (otuz üç min səksən bir manat 82 qəpik) manat cərimə borcu, 11.08.2011-ci il tarixli digər kredit müqaviləsi üzrə 33 180.43 (otuz üç min bir yüz səksən manat 43 qəpik) manat cərimə borcunun tutulmasının tam təmin edilməsi, borcun Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Həmzə Babaşov küçəsi 9 nömrəli evin 26 saylı mənzilinə, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Azadlıq prospekti, 172 nömrəli evin 106 saylı mənzilinə yönəldilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin həmin maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(001)-79/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar