Məhkəmə qərarları › İş №2(103)-12254/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12254/2021

10.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12254/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsindən işdə iştirak etməyə gəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 Tilat qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsi ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələri təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış nvinin mərhum X1 miras əmlakı kimi onun birinci növbədə vərəsələri olan Ərizəçi1 Musayeva və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət olunmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsindən işdə iştirak etməyə gəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 Tilat qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Qeyd olunan apellyasiya şikayəti 04 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qərardadından da görünür ki, apellyasiya şikayəti məhkəməyə 04.10.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası apelyasiyası şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşdə iştirak etməyə gəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 Tilat qızı isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPMnin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 357-358, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsindən işdə iştirak etməyə gəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 Tilat qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar