Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1228/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Avil oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "yaşayış sahəsindən çıxarılma tələbinə dair” ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Avil oğluna qarşı "cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3385/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Avil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Avil oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh3 ailə üzvləri ilə birlikdə ünvan 1, 5/14 saylı ünvanda yerləşən, oğlu Rəfail Sadıqovun istifadəsinə verdiyi özbaşına tikilidən çıxarılması və yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh3 cavabdeh İddiaçı Avil oğluna qarşı qarşılıqlı iddia ərizəsi verərək istifadəsində olan ünvan 1, ev-5/14A saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Avil oğlu qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Cavabdeh3 bu ünvanla bağlı giriş qapısının açarı və ona məxsus bu ünvanda heç bir əşya yoxdur. Keçmiş gəlininin qardaşı Cavabdeh3ı aldatmış, özbaşına tikilinin onlara məxsus olmasını məlum etmiş, heç bir hüquq verən sənəd olmadan böyük məbləğdə pul vəsaiti almışdır. O, bu barədə Xətai RPİ-inə müraciət etmiş, lakin Ruslan bu araşdırmada iştirak etməkdən boyun qaçırmışdır. Araşdırma zamanı onun maraqlarının ziyan çəkmədiyi və Ruslan araşdırmadan yayındığı üçün araşdırma dayandırılmışdır. Hazırda Cavabdeh3 hüquqverici sənəd olaraq əsas gətirdiyi kommunal xərclər üzrə müqavilələr oğlunun adına bərpa edilmişdir. Göstərdiyi faktlarla sübut olunur ki, Xətai rayon Ş.Mirzəyev işi 5/14a saylı özbaşına tikili bir saat belə Cavabdeh3 sahibliyində və ya istifadəsində olmamışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir (səh.55). Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhəri, Xətai rayonu 66 saylı MKİS-nin xx.xx.2008-ci il tarixli tutulmuş sahənin ölçüsü adlanan sənədin surətinə əsasən, ünvan 1, 5/14”A” saylı ünvanda yerləşən sahələri 16.0 kv.m və 10.1 kvm olan 2 otaqlı evdə X2 və Cavabdeh1 yaşadıqları qeyd olunmuşdur.(səh.12); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-3949/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh X5 arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010- cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 analarının himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir (səh.7); xx.xx.2019-cu il tarixli, AR-İ 763490 nömrəli etibarnamənin surətinə əsasən, X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və s. Cavabdeh1 etibar etmişdir (səh.10); Bakı şəhəri, Xətai rayonu 66 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 62 saylı arayışa əsasən, Şirin Mirzəyev küçəsindəki 5/14 və 5/14a saylı evlər özbaşına tikilidir. 66 saylı MKİS-də həmin evlərə aid heç bir hüquqi sənəd yoxdur. Bu evlər özbaşına tikililər olduğundan hal-hazırda həmin evlərə hüquqi sənədlər verilmir və pasport qeydiyyatı aparılmır. Məlumat üçün bildirilir ki Şirin Mirzəyev küçəsi 5/14 saylı özbaşına tikilidə kommunal xərclərin istifadəçisi kimi İddiaçı Avil oğlu, Şirin Mirzəyev 5/14a saylı özbaşına tikilidə kommunal xərclərin istifadəçisi kimi Cavabdeh3 göstərilmişdir (səh.75). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3385/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Avil oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh3 ailə üzvləri ilə birlikdə ünvan 1, 5/14 saylı ünvanda yerləşən, oğlu Rəfail Sadıqovun istifadəsinə verdiyi özbaşına tikilidən çıxarılması və yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə ilkin iddia tələbi təmin edilməmiş, ilk iddianın verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbi təmin edilməsi, ünvan 1, ev-5/14A saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi cavabdeh İddiaçı Avil oğlunun qanunsuz sahibliyindən alınıb iddiaçı Cavabdeh3 qaytarılması və iddiaçı Cavabdeh3 həmin fərdi yaşayış evinə köçürülməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh İddiaçı Avil oğlundan tutularaq iddiaçı Cavabdeh3 ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 180; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4, 9, 14.2, 77.1, 78.1, 80, 81, 119, 217-ci; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun "İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, ünvan 1 ünvanında əvvədən hazırki iş üzrə lkin İddiaçı Avil oğlunun sahibliyində 5/14 saylı özbaşına tikili olmuş, daha sonra 2 otaqdan ibarət 5/14”A” saylı özbaşına tikili inşa edilərək X2 və Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmişdir. Aralarında olan nikah pozulduqdan sonra tərəflərin razılığı ilə 5/14”A” saylı özbaşına tikili Cavabdeh1 və övladlarının sahibliyinə və istifadəsinə verilmiş, daha sonra qeyd olunan ev Cavabdeh3 satılmaqla onun sahibliyinə və istifadəsinə keçmişdir. mübahisəli tikili ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 yaşayış yeridir. İlkin iddia üzrə İddiaçı Avil oğlunun onu tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və onun hüquqlarına bu cür müdaxiləsi qanunsuzdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə qənaətini onunla formalaşdırır ki, İddiaçı Avil oğlu mübahisəli tikiliyə dair hüquqa malik deyildir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Avil oğlu apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin 2(011)-3385/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MM-in 180, 778, 779-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində qeyd edilməmiş hallara müzakirə predmeti olmuşdur: a) Guya Cavabdeh3 evdə olmadığı zaman o, özbaşına tikiliyə daxil olmuş və sonradan onu özbaşına evə buraxmamışdır. b) Bundan sonra o, məhkəməyə müraciət etmiş və sair. Bu hallar həqiqəti əks etdirmir, belə ki: 1.Cavabdeh3 özbaşına tikiliyə heç vaxt gəlməmişdir. 2.Qeyd olunduğu kimi Cavabdeh3 bu özbaşına tikiliyə daxil olması və onun ailə üzvləri tərəfindən bu halı görməmək mümkün deyildir, çünki özbaşına tikililər cəmi 270 kv.m. torpağın içində olmaqla onun və oğlunun istifadəsindədir. 3. Cavabdeh3 məxsus hər hansı bir əşya, hətta bir qaşıq belə özbaşına tikilidə yoxdur. 4.O, Cavabdeh3ı cavabdeh qismində iddia ərizəsində qeyd etmişdir, ona görə ki, mənzilin kommunal ödənişləri onun adına keçirilmişdir; 5.Sonradan kommunal ödənişləri oğlu Sadıqov Rəfailin adına bərpa edildiyi üçün məhkəməyə müraciət etmiş və iddia tələbinin baxılmamış geri qaytarılmasını xahiş etmişdir. Bütün bu hallar məhkəmədə araşdırma predmeti olmamışdır. Məhkəmə tərəfindən iddia olunur ki, guya o, məhkəmə prosesində məlum etmişdir ki: a)Şahlara dedi ki, «evi sat, pulun yarısını mənə ver».b)evin satışından əldə olunan pul vəsaitinin yarısını isə aliment pulu olaraq oğlunun borcuna çıx və sair. Bu yalandır və məhkəmə prosesində o, bu fikirləri söyləməmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayında onlara məlum oldu ki, özbaşına tikilini keçmiş gəlninin atası Şahlar satmaq istəyir və dərhal oğlu tərəfindən Cavabdeh1 adına verilmiş özbaşına tikilinin idarə edilməsilə bağlı verilmiş etibarnamə ləğv edilmişdir. Eyni həqiqəti əks etdirməyən fikirlər məlum qətnamədə oğlu Rəfaillə bağlı qeyd edilir. Bu həqiqəti əks etdirmir, belə ki: 2019-cu il oktyabr ayı üçün Rəfailin heç bir aliment borcu olmamışdır. 2.Özbaşına tikilini isə Ruslana 2020-ci ilin əvvəllərində satmışdırlar, baxmayaraq bu özbaşına tikili alqı-satqı müqaviləsinin predmet ola bilməzdi. 3. Alimentlə bağlı mübahisəyə səbəb isə artıq onlara məlum idi ki, xx xxxxxx 2015-ci il tarixli X7 həqiqətən Rəfailin övladı deyil, buna baxmayaraq məhkəmə qətnaməsi mövcud olduğu üçün aliment ödənilmişdir. Bu faktlarda məhkəmə araşdırması olmamışdır. Məhkəmə xx.xx.2019-cu il tarixdə Sadıqov Rəfail tərəfindən keçmiş gəlininin adına verilmiş etibarnamə əsasında aparılan hərəkətlərə obyektiv hüquqi qiymət verməmişdirlər, belə ki: 1.Xətai rayon 66 saylı MKİS-i tərəfindən verilmiş 62 saylı xx.xx.2020-ci il tarixli arayışın məzmunundan məlum olur ki, Xətai rayon Ş.Mirzəyev küçəsi 5/14a saylı ünvanda yerləşən tikili özbaşına tikilidir və heç bir hüquqverici sənədi yoxdur. Məhkəmə qəbul edilmiş qətnamədə subyektiv hüquq anlayışına aydınlıq gətirir və bu zaman etibarnamə almış Cavabdeh1 məlum halda hüququ mövcud olmuşdurmu. Bütün bu hallar məhkəmədə araşdırma predmeti olmamış, obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəməyə təqdim edilmiş kommunal xərclərin ödənilməsi haqqında yenidən bağlamış müqavilələrdən, Xətai rayon 66 saylı MKİS-i tərəfindən verilmiş 66 saylı xx.xx.2020-ci il tarixli arayışdan təsdiq olur ki, Xətai rayon Ş.Mirzəyev küçəsi 5/14a saylı özbaşına tikili üzrə kommunal ödənişlərlə bağlı müqavilələr X6 adına yenidən bərpa edilmişdir. Məhkəmə bu faktları qərəzli olaraq araşdırmamışdır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən işdə iştirak edən şəxslərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı müəyyən olunur ki: Cavabdeh3 tərəfindən etiraz verilərək, İddiaçı Avil oğlunun xx.xx.2020-ci il tarixli qətnaməsində verdiyi apellyasiya şikayətinin rədd edilməsini, həmin qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizə göndərərək, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Avil oğlunun apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun 62-67, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26-27,59; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139-181; MPM 14.2, 76, 77.1, 80-82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə) və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir, qətnamə qismən maddi hüquq normalarına zidd olaraq qəbul edilmişdir, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmamışdır, qarşılıqlı iddianın təmin edilən hissəsinə münasibətdə apellyasiya şikayətinin sübuta yetirilən dəlilləri qətnamənin ləğv edilməsi üçün əsasdır. Belə ki, özbaşına tikiliyə və ona münasibətdə vətəndaşların hüquqlarına hər hansı qiymətin verilməsi məhkəmənin səlahiyyətlərinə aid deyil, yaşayış sahəsinin bu statusa malik olması üçün sahələr (tikililər) müvafiq icra hakimiyətlərində qeydiyyatlardan keçməlidirlər, əks halda bu münasibətlər üzrə məhkəmə tərəfindən hüquqları olmayan şəxslərin yaşayış sahəsi üzrə üstünlük verilməsi sui-istifadəyə şərait yaradan haldır və mövcud olmayan normativ tənzimləmənin analogiya üzrə tətbiqi belə yolverilməzdir. Məhkəmə isə özbaşına tikilinin harada yerləşməsini müəyyən etmədən, inzibati və cinayət təhdidi altında olan (özbaşına tikilini qadağan edən) hərəkətlərə şərait yaradaraq hansı qanunvericilik normasının tətbiqini (təfsirini) dəqiq əks etdirməmiş, cavabdehlərin adına hər hansı hüquqmüəyyənedici sənədlərin olmaması nəzərə alınmamış, bununla da analogiya tətbiqi əsası ilə belə qarşılıqlı iddianın hüquqi ehtimalları müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, ilk iddianın da təmin edilməsi üçün qeyd edilən əsaslar şərh edilən tərzdə eyni təfsir edilməli və onun müdafiə edilməməsi də nəzərə alınaraq bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Avil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3385/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi qismən (qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində) ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh3 İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Avil oğluna qarşı " cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1228/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1228/2021
25.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver