Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1229/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh QSC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin X1 Donanmasının 29.07.2021-ci il tarixli 294 saylı Əmrinin ləğv edilməsi və İddiaçı “ATLET-2” gəmisinin kapitanı vəzifəsinə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsinin surəti 15.10.2021-ci il tarixdə cavabdehə rəsmi qaydada çatdırılmışdır. 18.11.2021-ci il tarixdə, yəni MPM-nin 154.1-ci maddəsi ilə nəzərdə tutulmuş 20 günlük müddət keçdikdən sonra Cavabdeh QSC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 17892,60 manat məbləğində pulun tutularaq Cavabdeh QSC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Bakı şəhər Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim Ş.Süleymanova, iş № 2(103)-2743/21) Cavabdeh QSC-nin İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi həmin ərizə ilə müraciət etmək üçün qanunla müəyyən olunmuş müddət buraxıldığından geri qaytarılmışdır. Cavabdeh QSC 06.12.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28.10.2021-ci il tarixdə, məhkəmə prosesi zamanı Cavabdeh QSC-nin etibarnamə üzrə nümayəndəsi tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə vəsatət verilmiş və bu vəsatətə məhkəmə tərəfindən 18 noyabr 2021-ci il tarixdə münasibət bildirilməklə vəsatət təmin edilməmişdir. Vəsatət təmin ediləcəyi halda, məhkəmə işi aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərəcəkdi və mülki işə Xətai Rayon Məhkəməsində baxılacaqdı. Lakin iş materiallarından müəyyən olunur ki, 28.10.2021-ci il tarixli vəsatətə 18.11.2021-ci il tarixdə baxılmış və bununla bağlı protokola müvafiq qeyd verilmişdir. Səbail Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, iddia ərizəsi Cavabdeh QSC-yə 15.10.2021-ci ildə şatdırılmasına baxmayaraq qarşılıqlı iddia ərizəsi 18.11.2021-ci il tarixdə, yəni 1 ay 3 gün sonra məhkəməyə təqdim olunmuşdur. MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-nin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən hallar cavabdehdən asılı olmayan səbəb hesab edilə bilməz. Belə ki, cavabdehin iş üzrə hər hansı vəsatət, o cümlədən əsl olmayan tərəfin əvəz edilməsi barədə vəsatət verməsi onun qanunla müəyyən olunmuş müddət ərzində qarşılıqlı iddia ərizəsi ilə müraciət etməsinə mane olmur. Eləcə də, qarşılıqlı iddia ərizəsinin hazırkı icraatda qaytarılması cavabdehin həmin iddia ilə ümumi qaydada müstəqil şəkildə məhkəməyə müraciət etməsinin qarşısını almır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə MPM-nin 155.2-ci maddəsində sadalanan halların heç biri mövcud olmadığı üçün qarşılıqlı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq geri qaytarılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh QSC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1229/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1229/2022
05.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver