Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-123/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X7 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X17 Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 04 mart 2003-cü il təvəllüdlü X17 və 28 dekabr 2004- cü il təvəllüdlü X23 adlı övladları ilə birlikdə ünvan 10 sahəsinə köçürülmələri və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh İddiaçı qarşı «istifadə hüququnun olmaması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ünvan 1 ünvandan istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 mart 2002-ci il tarixdə ailə qurub evlənmişdir. Nikahları həmin tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrə ilə qeydə alınmışdır. Evləndikdən sonra cavabdehlə birlikdə ünvan 2 ünvanda özbaşına tikili olan evi alıb oraya köçmüş və indiyə kimi həmin evdə yaşamışlar. Birgə nikahdan 04 mart 2003-cü il təvəllüdlü X17 və 28 dekabr 2004-cü il təvəllüdlü X23 adlı iki övladları həmin evdə yaşadıqları zaman doğulmuşlar. Hər iki övladları doğulduqları vaxtdan indiyə kimi onlarla yaşamışlar. Lakin bu yaxınlarda bilmişlər ki, cavabdeh onların xəbəri olmadan hər iki övladlarını yaşadıqları evdən qeydiyyatdan çıxarıb, ünvan 3 ünvanda qeydiyyata aldırmışdır. Nikahları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) pozulmuş, yetkinlik yaşına çatmayan oğulları Əli Qənbərovun onun yanında qalması qət edilmişdir. Yetkinlik yaşına çatmış oğulları Samir Qənbərov da onun yanında qalır. Nikahları pozulduqdan sonra Cavabdeh onu 2 övladı ilə birlikdə uzun illər yaşadıqları, bütün əşyalarının olduğu evə buraxmır. Cavabdeh evin qıfılı və açarlarını dəyişdirdiyindən, onlar həmin mənzilə daxil ola bilmirlər. Küçədə qaldıqlarından anasının dar mənzilində bir otağa sığınmağa məcbur olmuşlar. Yaşayış şəraitləri çox ağırdır, dəfələrlə evlərinə qayıtmaq istəsələr də, cavabdeh onları oraya buraxmır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Mənzil Məcəlləsinin 8.0, 8.0.6-cı maddəsinə istinadən iddiaçı daha sonra qeyd etmişdir ki, o və 2 övladı göstərilən mənzildən istifadə hüququna malik olduqlarından, həmin mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması barədə tələbləri mövcud qanunvericiliyə əsasən tam əsaslı, qanunauyğun və haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 27-ci maddəsinə, Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə istinadən iddiaçı bildirmişdir ki, yaşadıqları Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən ev özbaşına tikilidir. Həmin evdə cavabdehlə birlikdə ümumi təsərrüfat aparmışlar, 2 övladları həmin evdə onlarla yaşayırlar, gələcəkdə həmin evlə bağlı müvafiq sənədləşdirmə işləri aparıldığı zaman göstərilən yaşayış sahəsinə gözlənilən mülkiyyət hüquqları vardır. Odur ki, onun 2 uşağı ilə birlikdə həmin evə köçürülmələri və evdən istifadə hüquqlarının tanınması məhkəmə qaydasında təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 14 mart 2002-ci il tarixdə ailə quraraq evlənmişdir. Həmin nikahdan 2003-cü il təvəllüdlü X17 və 2004-cü il təvəllüdlü X23 doğulmuşlar. Nikahları Nəsimi rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(006)- 3645/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Artıq 6 aya yaxındır ki, cavabdeh onun yanında yaşamır. İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, İddiaçı izahatına əlavəsinin olmadığını bildirmiş, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etmiş, ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, İddiaçı məhkəmə prosesində bildirib ki, ailə qurduqdan sonra guya o, işləmədiyinə görə onun tibb bacısı məvacibi ilə dolanmışlar və guya o, evin birinci mərtəbəsində artırmalar edib və təmir-bərpa işləri aparıb. İddiaçı dediklərinin gülünc, yalan olduğunu göstərmək üçün əmək kitabçasının surətini və toy günündə aparılan videoçəkilişin diskini məhkəməyə təqdim edir. Qeyd edir ki, həkim stomatoloq kimi o, həmişə iki - hökümət və özəl iş yerlərində çalışmışdır. Belə olmasa idi, İddiaçı ilə ailə qurduqdan dərhal sonra anası Durna, nənəsi Sahab və rəfiqəsi Gümanə evinə köçərək 10 ildən çox müddətdə necə deyərlər arı bala qonar kimi onun evində yaşamazdılar. Bu faktı qohumlar və qonşular təsdiqləyə bilər. Toy gününün video çəkilişinə nəzər yetirdikdə aydın görünür ki, yaşadığı ünvanın nə 1-ci, nə də 2-ci mərtəbəsində ailə qurduğu gündən – 14 mart 2002-ci ildən indiyə qədər bir santimetr də olsa ev artırması olmayıb və ya hər hansı təmirbərpa işləri aparılmamışdır. Evin təmirinə gəldikdə isə bildirir ki, son 19 il ərzində evin təmirə ehtiyacı olduqda həmişə 40 ilə yaxın dostluq etdiyi X18 tərəfindən təmənnasız edilib. Bu faktı qonşular da təsdiqləyə bilər. O da öz növbəsində həkim stomatoloq kimi peşəkar dəstəyinə təmənnasız olaraq dostu Şakirin özündən, ailə üzvlərindən və yaxın qohumlarından heç vaxt əsirgəməmişdir. Birgə yaşayış dövründə İddiaçı üçün 2014-cü ildə «Ford Fusion» markalı ** MT *** dövlət qeydiyyat nişanlı minik avtomobilini və 2020-ci ilin dekabr ayında isə hal-hazırda istifadəsində olan «Hyundai Elantra» markalı ** SE *** dövlət qeydiyyat nişanlı minik avtomobilini almışdır. İddiaçı onun evinə gəldikdən sonra evinin təmiri ilə deyil, əslində buna heç ehtiyac da olmayıb, özünün fiziki ehtiyaclarını onun hesabına aradan qaldırmaqla məşğul olub. 19 il birgə yaşadıqları dövrdə İddiaçı daim min bir hiylə işləməklə onu aldatmış və çoxsaylı plastik-estetik cərrahiyyə əməliyyatlarını onun hesabına etdirmişdir. Bundan başqa, 05 iyun 2021-ci il tarixdə oğlu Qənbərov Samir ona qarşı növbəti dəfə əl qaldıraraq zor tətbiq etmiş, onu yerə yıxaraq boğmaq istəmişdir. Səsküyə qonşuların gəldiyini görən Samir qaçıb evdən getmiş və bir daha geri qayıtmamışdır. Oğlu Samir ona qarşı zor tətbiq etmə ilə yanaşı şərəf və ləyaqətini alçaldıcı sözlər və təhqirlər yağdırmışdır. Belə hadisələr dəfələrlə təkrarlandığına görə o, X28 V.Eyvazova müraciət etməyə məcbur olmuşdur. Onun şikayəti əsasında Nəsimi RPİ 20-ci PB-də araşdırma aparılmışdır. Ona görə hesab edir ki, onun oğlu Samir ilə bir evdə yaşaması onun həyatı üçün təhlükəlidir. Polis tərəfindən aparılmış araşdırmanın bəzi sənədlərinin surətlərini məhkəməyə təqdim edir. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X13 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etmiş, ilk iddianı qəbul etməmiş, cavabdehin izahatına əlavəsinin olmadığını bildirmiş və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər iddiaçı X10 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə digər iddiaçı X8 və Azərbaycan Respublikası MPM-in 185.5maddəsinə əsasən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilməsi, İddiaçı və X17 yetkinlik yaşına çatmamış ailə üzvləri 28 dekabr 2004-cü il təvəllüdlü X23 ilə birlikdə ünvan 10 sahəsinə köçürülməsi, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmənin müəyyən etdiyi kimi Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvana gəlin köçməmişdir. İddiaçılar əvvəllər başqa ünvanda yaşamış və həmin ünvanda da qeydiyyatda olmuşdur.Yəni, iddiaçının mübahisəli ünvanda istifadə hüquqları yaranmamışdır.Eyni zamanda qeyd edir ki, məhkəmə tərəfindən mübahisəli evin neçə otaqdan ibarət olması, həmin ünvanda başqa şəxslərin qeydiyyatda olub-olmaması ümumiyyətlə həmin evin xüsusi mülkiyyət kimi qeydiyyata alınıb-alınmamsı müəyyən edilməmişdir. Məhkəmə həmin evin özbaşna tikinti olmasını qəbul etmiş, lakin bununla bağlı iddiaçıdan sübut tələb etməmişdir.Hesab edir ki, həmin yaşayış evinin özbaşna tikinti olması ilə bağlı nəticəyə gələrkən, həmin evlə bağlı dövlət reyestrindən məlumat əldə edilməli idi. Nəzərə almaq lazımdır ki, mübahisəli ünvan ünvan 5yonu, X19 küçəsi, 5 V ünvandır.Həmçinin məhkəmə nəzərə almamışdır ki, X17 başqa ünvanda qeydiyyatdadır və həmin mənzildə də istifadə hüququ vardır.Məhkəmə iş üzrə sübutların əldə edilməsi üçün lazımı prosessual hərəkətləri etməmiş, bütün faktiki halları müəyyən etməmişdir.Buna görə də müəyyən etdiyi faktiki hallara uyğun qətnamə qəbul etməmişdir. Mübahisəli evlə bağlı heç bir hüquqmüəyənedici sənəd iş materiallarına əlavə edilməmiş, məhkəmə də həmin evlə bağlı dövlət reyestrindən məlumat əldə etməmişdir.Yuxarıda qeyd etdiyi kimi, məhkəmə iddiaçının mübahisəli ünvana gəlin köçməsini, həmin ünvanda istifadə hüquqlarının yaranmasını, həmin evin dövlət reyestrində qeydiyyata alınıbalınmamasmı və həmin evin kimin mülkiyyətində olmasını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, iddia etdiyi ünvan ünvan 7ş evi yalnız bir tikilidən ibarətdir. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş ilk iddia üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin iş üzrə ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin isə rədd edilməsi hissədə yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası həmçinin, aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: Bakı şəhəri, Nəsimi rayonu, X19 küçəsi, 5V ünvanda yerləşən fərdi yaşayış evi 04 avqust 2021-ci il tarixdə X11 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və Türbət Qənbərovun adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 04 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,033690 hektar olmaqla, həmçinin xüsusi mülkiyyətdədir. Tərəflər 14 mart 2002-ci il tarixdə nikah münasibətlərinə daxil olmuş, tərəflərin birgə nikahlarından xx.xx.2003-cü il tarixdə Samir, xx.xx.2004-cü il tarixdə Əli adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3645/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 14 mart 2002-ci il tarixdə Nərimanov rayon VVADQ şöbəsində 168 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 28 dekabr 2004-cü il təvəllüdlü X23 anası İddiaçı yanında saxlanılmış, 28 dekabr 2004-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı ünvan 9 ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki,”Sizin Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 123 (hazırkı 129) ünvaı ilə bağlı ilkin sənədlər, ilkin və hazırda kimlərin mülkiyyətində olması haqqında ətraflı məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı müraciətinizə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır.Bununla əlaqədar bildiririk ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 123 saylı fərdi yaşayış evi keçmiş Nəsimi rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/3 nömrəli qərarına əsasən xx.xx.1991-ci il tarixdə ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir.Bakı şəhəri 38 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2007-ci il tarixli, 4/Ə-100 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.Məlumat üçün bildiririk ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 123 saylı fərdi yaşayış evi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 674 nömrəli xx.xx.2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə ictimai Komissiyanın 12 a nömrəli, xx.xx.2002-ci il tarixli protokoldan çıxarışa əsasən ilkin olaraq xx.xx.2003-cü il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 129 saylı fərdi yaşayış evi vərəsəlik sənədləri əsasında xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi X3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində tam pay olmaqla xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və bu barədə Seriya MA ******* saylı Çıxarış verilmişdir. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmənin xx.xx.2022-cü il tarixli qərardadı ilə ilk iddiaçının iddia etdiyi ünvanın (ünvan 10 sahəsi) X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən fərdi yaşayış evi ilə (hazırda X6 vərəsəsi X3 mülkiyyətdədir.) eyni ünvan olub-olmaması, yoxsa həmin ünvanda başqa tikili olması müəyyən edilməsi və.sair sualların cavablandırılması üçün iş üzrə məhkəmə-texniki ekspertiza təyin təyin olunaraq iş üzrə icraat dayandırılmışdır. İş materiallarından göründüyü kimi, dəfələrlə mübahisəli obyektə baxış keçirilməsinə şərait yaradılmadığı səbəbindən ekspertiza keçirilməsindən imtina edilərək iş materialları məhkəməyə qaytarılmışdır. Bununla belə, məhkəmə Kollegiyası yenidən məhkəmə-texniki ekspertizası keçirilməsi barədə qərardad qəbul edərək işi ekspertizaya göndərməyə zərurət görməmişdir ona görə ki, sonuncu apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı bir daha bildirmişdir ki, iddia etdiyi ünvan ünvan 7ş evi yalnız bir tikilidən ibarətdir. Göstərilənlərə əsasən müəyyən olunur ki, İddiaçı iddia etdiyi ünvan ünvan 7ş evi yalnız bir tikilidən ibarətdir, həyətdə başqa tikili yoxdur. Həmçinin, iş materiallarından o da görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanı ilkin olaraq xx.xx.2003-cü il tarixdə X6 adına qeydiyyatdan keçmişdir, daha sonra vərəsəlik sənədləri əsasında xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi X3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində tam pay olmaqla xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və bu barədə Seriya MA ******* saylı Çıxarış verilmişdir. Hazırkı iş üzrə mübahisələndirilən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə ilk iddia üzrə İddiaçı və X8 ilk iddia üzrə Cavabdeh qarşı ilk iddia qismən təmin edilməsi, İddiaçı və X17 yetkinlik yaşına çatmamış ailə üzvləri 28 dekabr 2004-cü il təvəllüdlü X23 ilə birlikdə ünvan 10 sahəsinə köçürülməsi qət edilmişdir. Beləliklə, ilk iddia üzrə iddiaçılar hazırkı iddia ilə Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanın mülkiyyətçisi X4 qarşı iddia qaldırmamaqla (əsaslar mövcud olduğu təqdirdə) yanaşı, X3 mülkiyyətində olan ünvan 10 sahəsinə köçürülməsini iddia etmişlər və birinci instansiya məhkəməsi fərdi yaşayış evinin hüquqi statusunu müəyyən etmədən iddiaçıların evə köçürülmə tələbini təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. İlk iddia üzrə cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, nəzərə almaq lazımdır ki, mübahisəli ünvan ünvan 5yonu, X19 küçəsi, 5 V ünvandır.Həmçinin məhkəmə nəzərə almamışdır ki, X17 başqa ünvanda qeydiyyatdadır və həmin mənzildə də istifadə hüququ vardır.Məhkəmə iş üzrə sübutların əldə edilməsi üçün lazımı prosessual hərəkətləri etməmiş, bütün faktiki halları müəyyən etməmişdir.Buna görə də müəyyən etdiyi faktiki hallara uyğun qətnamə qəbul etməmişdir. Məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, İddiaçı iddia etdiyi ünvan ünvan 11iyinə görə həmin fərdi yaşayış evi yalnız bir tikilidən ibarətdir, həyətdə başqa tikili yoxdur, bununla belə qeyd edilən Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanı hazırkı iş üzrə cavabdeh olmayan X3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində tam pay olmaqla xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və bu barədə Seriya MA ******* saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə Kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçılar Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanın mülkiyyətçisi X4 qarşı iddia qaldırmamaqla (əsaslar mövcud olduğu təqdirdə) yanaşı, X3 mülkiyyətində olan ünvan 10 sahəsinə köçürülməsi tələbinin təmin olunmasına əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində əsaslı və qanuni olmamışdır, odur ki, həmin hissədə ləğv edilməli, həmçinin həmin hissədə iddia rədd edilməlidir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbi ünvan 10 sahəsinə İddiaçı «istifadə hüququnun olmaması» ilə bağlı tələb olduğundan, işin yuxarıda sadalanan faktiki hallarına əsasən isə Cavabdeh belə iddia qaldırılmasına subyektiv hüququ müəyyən olunmadığından tələb və apellyasiya şikayəti bu hissədə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edə, işdə olan və ya əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4908/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində (İddiaçı və X8 yetkinlik yaşına çatmamış ailə üzvləri 28 dekabr 2004-cü il təvəllüdlü X23 ilə birlikdə ünvan 10 sahəsinə köçürülməsi hissədə) ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-123/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-123/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver