Məhkəmə qərarları › İş №2(103)-12301/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12301/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12301/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il və 26 iyul 2021-ci il tarixli qərardadlarından İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayətlər üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Nikoroviçə, X2, Cavabdeh2, X1, Cavabdeh4, X3, X5 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X7 və X9 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istiifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 07.02.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh3 tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 21.11.2019-cu il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək mülki iş birinci instansiya məhkəməsinə qaytarılmış, məhkəmənin 23.07.2021-ci il tarixli qərardadı ilə isə adı çəkilən şəxs tərəfindən təkrarən verilmiş apellyasiya şikayəti üzrə müddətin buraxılması səbəbinin üzrlü hesab olunaraq apellyаsiyа şikayətinin baxılması üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayət məhkəmənin 19 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, iş, 26 iyul 2021-ci il tarixli qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki işin materiallarından, məhkəmənin 26 iyul 2021-ci il tarixli qərardadı ilə qətnamədən X4 tərəfindən verilən apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verildiyinin qərara alındığı, İddiaçı nümayəndəsinin həmin qərardaddan da şikayət verdiyi, lakin məhkəmənin bu şikayətə baxmadığı aydın olur; halbuki Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, 26 iyul 2021-ci il tarixli qərardaddan verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda göstərilən müddəasında nəzərdə tutulmuş qaydada münasibət bildirilmədən şikayət birbaşa apellyasiya instansiyasına göndərilmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-850/2018 saylı iş üzrə 23 iyul 2021-ci il və 26 iyul 2021-ci il tarixli qərardadlarından İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş 26 iyul 2021-ci il tarixli qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar