Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1232/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, əmrin hissəvi etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının hesablanaraq tələb olunması tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(006)-4565/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı işdən azad edilməsi barədə Nəsimi bələdiyyəsi sədrinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, Nəsimi bələdiyyəsinin onunla bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətinin 1 ay olmasına dair 2.3-cü bəndinin etibarsız hesab edilməsi, Nəsimi bələdiyyəsində "hüquqşünas” vəzifəsinə bərpa edilməsi və işə bərpa edildiyi günədək əmək haqqının və digər ödənişlərin hesablanaraq ona ödənilməsi barədə iddiasının Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4565/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi qət edilmişdir. Apellyasiya icraatı zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətini geri götürdüyünü və iddiadan imtina etdiyini bildirmişdir. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün digər əsaslar olmadığından mülki işin icraatına xitam verilməlidir. Belə ki, Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraaa xitam verir. Məcəllənin 384.0.5-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Tələb olmadığı halda isə Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 370, 377, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4565/2022 saylı iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, əmrin hissəvi etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının hesablanaraq tələb olunması tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1232/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1232/2023
13.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver