Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12335/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2240/2021 saylı, 04 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldiməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10R000013927 saylı kredit razılaşması üzrə 12945.11 ABŞ Dolları kredit borcu, 14799.72 ABŞ Dolları faiz borcu və 11153.80 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 38898 ABŞ Dolları 63 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, Tutmanın Binəqədi rayonu Azadlıq prospekti 36 saylı evin 41 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 38898 (otuz səkkiz min səkkiz yüz doxsan səkkiz) AbŞ Dolları 63 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, Binəqədi rayonu Azadlıq prospekti 36 saylı evin 41 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarrılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2240/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - 30 aprel 2014-cü il tarixli, 10R000013927 saylı kredit razılaşması üzrə əsas borca görə 12945,11 ABŞ( on iki min doqquz yüz qırx beş dollar, 11 sent) dolları, faiz borcuna görə 14707,66 (on dörd min yeddi yüz yeddi dollar, altmış altı sent) ABŞ dolları, cərimə borcuna görə 100 (yüz) ABŞ dollar olmaqla, ümumilikə 27752,77 (iyirmi yeddi min yeddi yüz əlli iki dollar, yetmiş yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi; tutmanın ipoteka predmeti olan % hissədə Cavabdeh1 və % hissədə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzilinə yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən edilməklə açıq hərracdan satılması; ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun Cavabdeh1 ümumi qaydada tutulması; Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 və Cavabdeh2 1 ay ərzində mənzildən çıxarılması (mənzili boşaltma və tərk etmə) və mənzil hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; iddianın qalan hissədə təmin edilməməsi; ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının, ümumilikdə 60 (altmış) manat xərcin 42 (qırx iki) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, qalan hissəsinin iddiaçıya aid edilməsi; məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 140 (yüz qırx) manat hissəsinin Cavabdeh1, 60 (altmış) manat hissəsinin isə iddiaçı "xxxx" QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməsi; məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəsaitin 210 (iki yüz on) manat hissəsinin Cavabdeh1, 90 (doxsan) manat hissəsinin isə İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-nin (VÖEN:**********, bank "xxxx" ASC Yasamal filialı, bankın VÖEN **********, kod 512565, H/h AZE30AZRT**********0019299007, M/h:AZE02NABZ********************, SWİFT AZRTAZ22) hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək həmin hissədə yenidən araşdırılaraq real əsas və faiz borcu məbləğinin və mənzilin real bazar qiymətinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Apellyasiya şikayəti MPM-in tələblərinə riayət edilmədən, o cümlədən elektron məhkəmə icraatı qaydasında elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2240/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2240/2021 saylı, 04 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-12335/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12335/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver