Məhkəmə qərarları › İş №2(103)-12363/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12363/2021

24.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12363/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC-yə və İaşar İsaevə qarşı - Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi-Zadə küçəsi, 2347-48- ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin onun sahibliyində və istifadəsində olmasının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 26.02.2021-ci il tarixli iclasında X1 əsl İddiaçı ilə əvəz olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, qərardad ona görə qanunsuz və əsassızdır ki, yenidən ekspertizanın təyin edilməsi məqsədyönlü şəkildə işin uzadılmasına xidmət edir. Artıq uzun müddətdir ki, iş məhkəmənin icraatındadır. Lakin prosesin arasında yaranan vəziyyətlə bağlı şikayətlərin verilməsinə imkan yaradılıb. Bu səbəbdən də məhkəmə prosesinin müddəti hələ də uzanır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin məhkəmənin ekspertiza təyin etməsini tənzimləyən normalarını nəzərə tutan 97-103-cü maddələrində tərəflərin ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət verməsi hüququ müəyyən edilməmişir. Həmin Məcəllənin 395-ci mаddəsinə əsаsən, işdə iştirаk еdən şəхslər qətnаmədən аyrılıqdа birinci instаnsiyа məhkəmələrinin qərаrdаdlаrındаn bu Məcəllədə göstərilən hаllаrdа və məhkəmənin qərаrdаdı işin sоnrаkı hərəkətinə mаnе оlduqdа şikаyət vеrə bilərlər. Birinci instаnsiyа məhkəmələrinin digər qərаrdаdlаrındаn şikаyət vеrilmir. İşdə iştirаk еdən şəхslər bu qərаrdаdlаrdаn nаrаzı qаldıqdа qərаrdаdа оlаn еtirаzlаrını аpеllyаsiyа şikаyətlərinə dахil еdə bilərlər. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə mülki iş üzrə ekspertizanın təyin edilməsi bаrədə qərаrdаddаn şikаyət vеrilməsi nəzərdə tutulmаmışdır. Bununla yanaşı, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılımş vəsatəti və ya öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edə bilər.(MPM. mad.97.1) Məhkəmənin bu sahədə xüsusi biliyi olsa belə, bu hal onun ekspertiza təyin etmək hüququnu istisna etmir. Çünki, prosessual qanunvericiliyin tələblərinə riayət etməklə işə baxılması qaydasını məhkəmə özü müəyyən edir. Buna görə də, öz təşəbbüsü ilə ekspertiza təyin edən məhkəməyə bu prosessual hərəkəti etməyi hər hansı bir formada məhdudlaşdırmaq yaxud qadağan etmək prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən, iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələblərinə görə iş üzrə ekspertiza təyin edildikdə məhkəmə öz təşəbbüsü ilə icraatı dayandıra bilər. Bu əsasla icraatı dayandırmaq hakimin vəzifəsi deyil hüququdur. Hazırkı halda birinci instansiya məhkəməsinin hakimi həmin hüquqdan istifadə etmişdir. Qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə işə baxılması qaydasını, o cümlədən zəruri olan prosessual qərarları məhkəmə özü qəbul edir. Əlbətdə, proses iştirakçılarının da icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət vermək hüquqları vardır. Lakin bu şikayət əsaslı olmalıdır. Şikayət verən şəxs şikayət etdiyi qərardadın ləğv olunmasını xahiş edərkən arzu etdiyi nəticəyə bunun nə kimi təsiri olacağını şikayətində açıqlamalıdır. Hazırki, şikayətdə isə şikayət verənin məqsədi anlaşılan deyil. Lakin birinci instansiya məhkəməsi də işə mahiyyəti üzrə baxarkən iddiaçının ikayətində göstərilən, açıq-aşkar əsassız olmayan dəlillərini mütləq nəzərə almalıdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar