Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12378/2019 28.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X18 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər “X14” MMC-yə, Cavabdeh2, X8 və X9 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin və iddiaçı “X14” MMC-nin cavabdeh İddiaçı İKB ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi və kreditin bağlanma tarixinin müqaviləyə uyğun xx xxxxxx 2020-ci il kimi qeyd edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-101/2019 saylı qətnaməsindən İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər “X14” MMC-yə, Cavabdeh2, X8 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14” MMC-dən iddiaçının xeyrinə 2015-ci il 26 avqust tarixli kredit müqaviləsi üzrə banka 701640 ABŞ dolları əsas, 59483,48 ABŞ dolları faiz borcu olmaqla, cəmi 761123,48 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumunun və 180 manat xidmət haqqının ödənilməsi; tutmanın X3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binaların açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binanın və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binanın hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; tutmanın Cavabdeh2 və X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135,5 kv.m. ümumi, 101,6 kv.m. yaşayış, 33,9 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135,5 kv.m. ümumi, 101,6 kv.m. yaşayış, 33,9 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; tutmanın X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 26,8 kv.m. ümumi, 17,6 kv.m. yaşayış, 9,2 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 4 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57,5 kv.m. ümumi, 14,8 kv.m. yaşayış, 42,7 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 5 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57,8 kv.m. ümumi, 15,6 kv.m. yaşayış, 42,2 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 9 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 67,1 kv.m. ümumi, 46 kv.m. yaşayış, 21,1 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 1 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 1 otaqlı, 16 kv.m. ümumi, 12 kv.m. yaşayış, 4 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 8 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 2 otaqlı, 27,5 kv.m. ümumi, 24,4 kv.m. yaşayış, 3,1 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və borcun mənzillərin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldikdə və o satıqldıqdan 1 ay sonra X3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyriyaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış binaların boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh2 və X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135,5 kv.m. ümumi, 101,6 kv.m. yaşayış, 33,9 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və X4 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135,5 kv.m. ümumi, 101,6 kv.m. yaşayış, 33,9 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və X4 həmin mənzildən çıxarımaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 26,8 kv.m. ümumi, 17,6 kv.m. yaşayış, 9,2 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 4 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57,5 kv.m. ümumi, 14,8 kv.m. yaşayış, 42,7 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 5 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57,8 kv.m. ümumi, 15,6 kv.m. yaşayış, 42,2 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 9 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 67,1 kv.m. ümumi, 46 kv.m. yaşayış, 21,1 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 1 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 1 otaqlı, 16 kv.m. ümumi, 12 kv.m. yaşayış, 4 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 8 nömrəli mənzilinə; X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 2 otaqlı, 27,5 kv.m. ümumi, 24,4 kv.m. yaşayış, 3,1 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 13 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra X4 mənzillərə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X4 həmin mənzildən çıxarılması, həmin mənzillərin boşaldılması və Banka təhvil verilməsi; “X14” MMC ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X14” MMC cavabdeh İddiaçı İKB ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14” MMC-yə cavabdeh İddiaçı İKB ASC-nin qanunsuz hərəkətləri nəticəsində dəymiş 300000 manat zərərin cavabdeh İddiaçı İKB ASC-dən tutulması, xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il kimi və hesablanmış faiz və əsas borcun müddətin sonunda ödənilməsi kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-101/2019 saylı qətnaməsi ilə İddiaçı İKB ASC-nin ilkin iddiası qismən təmin edilmiş, cavabdeh “X14” MMC-dən kredit müqaviləsi üzrə 56754,88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın X3 mülkiyyətində olan və İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 934740 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh “X14” MMC-nin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X9 geri qaytarılması, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdeh X10 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, iddiaçı “X14” MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı İKB ASC ilə cavabdeh “X14” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 23-BİZ- 2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il olduğu müəyyən edilməsi qət edilmişdir. İddiaçı İKB ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-101/2019 saylı qətnaməsinin qismən ləğv edilməsi və İddiaçı İKB ASC-nin iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin kredit borcunu əsassız olaraq əsas borc hissəsində tutmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli hesabatdan görünür ki, X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən qeyriyaşayış binasının tələblə-təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti ******* manat təşkil etmişdir. Digər hesabatda X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Dərnəgül qəsəbəsində yerləşən qeyri-yaşayış binasının tələblə-təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti ******* manat təşkil etmişdir. Hakim hər iki əmlak üzrə qiymətləndirmə ekspertizası keçirmiş, lakin qətnamədə tələbi yalnız bir əmlaka yönəltmişdir. Həmin əmlakın hərracdan hansı qiymətə satılacağını və ümumiyyətlə mənzilin hərracdan alınacağına dair hər hansı bir fikri əvvəlcədən müəyyənləşdirmək düzgün deyil. İpoteka müqaviləsinə əsasən hər iki qiymətləndirilən əmlak kredit borcunun təminatı olaraq yüklü edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxx 2018-ci il tarixli arayışdan məlum olmuşdur ki, cavabdeh X8 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən mənzillər sökülmüşdür. İpoteka predmeti olan həmin mənzillərin ipoteka saxlayana məlumat verilmədən məhv edilməsi qeyri-qanunidir. Bank mənzillərin sökülməsi ilə bağlı xəbərdar edilməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İKB ASCnin etibarnamə əsasında nümayəndəsi, vəkil X5 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında çıxış etmiş cavabdeh “X14” MMC-nin etibarnamə əsasında nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Lakin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Həminin işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, X11 və X10 məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilkin iddiaya münasibətdə və qarşılıqlı iddianın təmin olunan hissəsi üzrə ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, qarşılıqlı iddia qismən təmin olunsa da, həmin tələb üzrə iddiaçı iddianın təmin olunmamış hissəsi üzrə apellyasiya şikayəti verməmişdir. İddiaçı bank isə onun tərəfindən verilmiş iddianın tam təmin olunmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayətində qarşılıqlı iddianın təmin olunmuş hissəsinin ləğv edilməsi xahiş edilməsə də, həmin iddianın təmin olunmuş hissəsi ilə ilkin iddianın təmin olunmamış hissəsi (apellyasiya şikayətinin predmeti) arasında bağlılıq olduğundan apellyasiya baxışının predmetini həmin tələblər üzrə qəbul edilmiş qətnamənin əsaslılığı və qanuniliyinin yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsində mübahisəsiz qaydada müəyyən olunmuşdur ki,İddiaçı İKB ASC və “X14” MMC arasında xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanılaraq, bank tərəfindən həmin cavabdehə illik 14 % olmaqla 60 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarından həmçinin müəyyən olunmuşdur ki, İddiaçı İKB ASC ilə X11, Cavabdeh2 və X10 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən X10 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasını və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasını, Cavabdeh2 və X11 mülkiyyətlərindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 nömrəli evin 4 nömrəli mənzili, X11 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 nömrəli evin 4, 5, və 9 nömrəli mənzilləri, habelə mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 nömrəli evin 1, 8 və 13 nömrəli mənzilləri bank qarşısında yuxarıda qeyd olunan kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişlər. Həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Nəhayət müəyyən olunmuşdur ki, “X14” MMC tərəfindən xx xxxxxx 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 701640,34 ABŞ dolları pul vəsaiti alınmış, lakin kredit alan cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamış və alınmış kredit üzrə müəyyən olunmuş qadada faizlərin ödənilməsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüqqui qiymət verərkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin 1.13-cü maddəsində razılaşdırılmış kreditin ödənilməsi qaydasının hər ay faizlər ödənilməklə əsas məbləğin müddətin sonunda ödənilməsi tərəflər arasında razılaşdırıldığı, müqavilənin 1.8-ci maddəsinə görə kreditin bağlanması tarixi xx xxxxxx 2020-ci il tarixi müəyyən edildiyi, həmin müqavilənin 7.1-ci maddəsində razılaşdırılmış kreditin vaxtından əvvəl ödənilməsini tələb etmək üçün əsas olan halların mövcud olması ilə bağlı iddiaçı-bank tərəfindən hər hansı sübutun təqdim edilməməsi nəzərə alınaraq, cavabdeh “X14” MMC-dən faiz borcu qismində 56754,88 ABŞ dollarının tutulması qanuni və əsaslı olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Borcun ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materialları ilə doqquz daşınmaz əmlakla bağlı ipoteka müqavilələrinin bağlanması təsdiq edilsə də, keçirilmiş qiymətləndirmə ekspertizası nəticəsində müəyyən edilmişdir ki, cavabdeh X8 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 nömrəli evin 4, 5 və 9 nömrəli mənzilləri, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 nömrəli evin 1, 8 və 13 nömrəli mənzilləri söküldüyündən həmin mənzillərin bazar dəyərlərini müəyyən etmək olmamışdır. Məhkəmə hesab etmişdir ki, ipoteka müqavilələrinin predmetləri olan X8 məxsus daşınmaz əmlaklar artıq mövcud olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini və hazırki qətnamə ilə tutulacaq borcun məbləğini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tutmanın İddiaçı İKB ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038.6 kv.m ümumi, 1038.6 kv.m əsas sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi yetərli olduğundan tələb həmin ipoteka predmetinə yönəldilməli, həmin daşınmaz əmlak ilkin satış qiyməti 934740 manat müəyyən olunmaqla açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh “X14” MMC-nin banka olan borcu ödənilməli, artıq qalan məbləğ X9 geri qaytarılmalıdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yalnzı faiz borcunun tutulmalı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı İKB ASC və “X14” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin 1.13-cü maddəsində kreditin ödənilməsi qaydası kimi hər ay faizlər ödənilməklə əsas məbləğin müddətin sonunda ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 1.8-ci maddəsinə əsasən isə kreditin bağlanması tarixi xx xxxxxx 2020-ci il tarixi müəyyən edilmişdir. Lakin Müqavilənin 7.1.-ci maddəsinin h) bəndinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə, pul vəsaitlərinin ödənilməsinin və pul öhdəliyinin icra edilməsinin kreditor tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür. Müqavilənin 5.2-ci maddəsinə əsasən kredit üzrə faizlər hər ayın sonundan gec olmayaraq borc alan tərəfindən kreditora ödənilir. Kredit üzrə kreditora çatmalı olan faizlər borc alan tərəfindən hər ayın sonu ödənilmədikdə, həmin faizlər vaxtı ötürülmüş (vaxtında ödənilməyən) faizlər hesab olunur. Yuxarıda qeyd olunduğu kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh “X14” MMC kredit xətti müqaviləsi üzrə İddiaçı İKB ASC-dən 701640,34 ABŞ dolları pul vəsaiti alsa da, müqavilənin şərtlərinə əsasən müqavilə müddətində faizləri hər ayın sonunda ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443,1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər kredit alan hüquqi şəxs tərəfindən yerinə yetirilmədiyindən bankın həm verilmiş kreditin, həm də ona hesablanmış faizlərin tutulması, tələbin ipoteka yönəldilməsi tələbini irəli sürmək hüququ olmuşdur. Lakin məhkəmə iddiaçının tələb etdiyi borc məbləği razılaşmır, borcun müəyyən edilməsində iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyini mötəbər sübut qismində qiymətləndirir və hesab edir ki, cavabdehdən faiz borcu həmin rəyə uyğun olaraq iddiada hesablandığı tarixə müəyyən olunmalıdır. Belə ki, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 16163 nömrəli rəyinə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış və maliyyə arayışı məlumatları, xx xxxxxx 2015-ci il tarixli, 23-BİZ-2-0- 437-15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh “X14” MMC-nin banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: iddia tələbi tarixinə, yəni xx xxx 2017-ci il tarixə:əsas borc üzrə 701640,00 ABŞ dolları, faiz borcu üzrə 56754,88 ABŞ dolları; iddianın verildiyi tarixə, yəni xx xxxxxxx 2017-ci il tarixə: əsas borc üzrə 701640,00 ABŞ dolları, faiz borcu üzrə 103141,08 ABŞ dolları. Beləliklə, məhkəmə kollegiyası cavabdeh “X14” MMC tərəfindən götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsini və müqavilənin şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 701640,00 ABŞ dolları məbləğində əsas borc, 56754,88 ABŞ dolları faiz borcu tutulmalıdır. Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini, cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaitinin məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulan borc ipoteka ilə yüklü edilmiş, cavabdeh X7 mülkiyyətində olan qeyriyaşayış sahələrinə tutma yönəldilməsi vasitəsi ilə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka ilə yüklü olunmuş Cavabdeh2 və X4 mülkiyyətlərində olmuş 7 ədəd mənzil faktiki olaraq söküldüyündən və tələbin həmin daşınmaz əmlaklara yönəldilməsi qeyri-mümkün oldğunudan, iddia həmin hissədə rədd olunmalıdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2018ci il tarixli hesabatlardan görünür ki, X9 məxsus Bakışəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən 1038,6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti ******* manat Bakışəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsində yerləşən 1680,70 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti ******* manat təşkil etmişdir. Həmçinin iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlardan görünür ki, X9 məxsus Bakışəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən 1038,6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 830000 manat, Bakışəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən 1680,70 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti ******* manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutmanın üzərinə yönəldilməsini qət etdiyi qeyri-yaşayış binasının ilkin satış dəyərini müəyyən edərkən, iş üzrə keçirilmiş hər iki ekspert rəyi ilə razılaşmamış, həmin rəylərlə müəyyən olunmuş orta qiyməti (hər kv.m. üçün 900 manat) əsas götürmüşdür. Tərəflər həmin qiyməti mübahisələndirməmiş və faktiki olaraq ipoteka predmetlərin həmin qiyməti ilə razılaşmışlar. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində daşınmaz əmlakların ayrı-ayrılıqda (2 qeyri-yaşayış sahəsinin və 7 mənzilin) qiymətləri göstərilməmiş, onların ümumi dəyərinin ******* manat təşkil etməsi qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası üzərinə tutma yönəldilməli olan ipoteka predmetlərinin dəyərini müəyyən edərkən birinci instansiya məhkəməsinin əsas götürdüyü qiyməti (hər kv.m. üçün 900 manat) ədalətli bilir və hesab edir ki, X9 məxsus Bakışəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən 1038,6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti kimi 934740 manat, Bakışəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən 1680,70 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti kimi ******* manat qəbul edilməlidir. Məhkəmə kollegiyası bundan əlavə qeyd edir ki, iddiada iddiaçı ilə cavabdeh şirkət arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi tələbi irəli sürülsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin tələbə hüquqi qiymət verilməmişdir. Habuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (maddə 424.2). Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinin şərtləri kredit alan hüquqi şəxs tərəfindən pozulduğundan iddia həmin hissədə də əsaslı hesab olunmalıdır. Nəhayət məhkəmə kollegiyasının qənaətinə görə iddia X3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldikdə və o satıqldıqdan 1 ay sonra X3 həmin qeyri-yaşayış binalarına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış binaların boşaldılması və Banka təhvil verilməsi hissəsində təmin olunmamalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, belə tələbi irəli sürmək hüququ əmlakı alan şəxsə məxsusdur. Lakin İddiaçı İKB ASC ipoteka saxlayan olsa da, belə statusa malik deyildir. Həmçinin qeyd olunmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsində ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin sahəni tərk etmələrinə dair norma mövcud olsa da, həmin Qanunun müddəası yaşayış evi və mənzil olan ipoteka predmetlərinə aiddir. Hazırda isə müəyyən olunur ki, tutma yönəldilən ipoteka predmetləri qeyri-yaşayış sahələridir. Ən nahayət məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcələrinə də məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı İKB ASC-nin iddia tələbi əsas hissədə məhkəmə tərəfindən təmin edildiyi üçün iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 90 manat dövlət rusumu və 180 manat xidmət haqqı cavabdeh “X14” MMC-yə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat dövlət rüsumu ödənilir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının, məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə sənədlərin texniki ekspertizasının xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 385.1.1, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-101/2019 saylı qətnaməsi İddiaçı İKB ASC-nin iddiasına münasibətdə, habelə iddiaçı “X14” MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilmiş hissədə, yəni İddiaçı İKB ASC ilə cavabdeh “X14” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il olduğu müəyyən edilməsi hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilsin. İddiaçı İKB ASCvə “X14” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 25-BİZ-2-0- 437-15 №-li Kredit müqaviləsi ləğv edilsin. İddiaçı İKB ASCvə “X14” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 25-BİZ-2-0- 437-15 №-li Kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixə ödənilməmiş 701640 ABŞ dolları məbləğində əsas, 56754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758394,88 ABŞ dolları (yeddi yüz əlli səkkiz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlətrüsumunun əvəzi olan 90 manat və xidmət haqqının əvəzi olan 180 manat, cəmi 300 (üç yüz) manat məbləğində pul “X14” MMC-dən tutularaq İddiaçı İKB ASC-yə ödənilsin. X2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* (bir milyon beş yüz on iki min altı yüz otuz) manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 934740 (doqquz yüz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilsin. İddiaçı İKB ASC-nin iddiası qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. İddiaçı “X14” MMC-nin qarşılıqlı iddiası İddiaçı İKB ASC ilə cavabdeh “X14” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il olduğunun müəyyən edilməsi hissəsində təmin edilməsin. Keçirilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının xərci olaraq “X14” MMC-dən 500 (beş yüz) manat məbləğində pul tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (VÖEN **********, Kapital Bank ASC-nin Nərimanov filialı, kod: 200093, VÖEN: **********, S.W.İ.F.T. AİİBAZ2X, m/h: AZ37NABZ********************, İBAN AZ91AİİB********************) ödənilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə sənədlərin texniki ekspertizasının xərci hesabına “X14” MMC-dən cəmi 206,52 manat (iki yüz altı manat əlli iki qəpik) məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-12378/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12378/2019
28.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver