Məhkəmə qərarları › İş №2(103)-124/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-124/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-124/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 (hüquqi varis Cavabdeh3 QSC) və Cavabdeh1nə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər X12, "xxxx" MMC-yə (hüquqi varis Cavabdeh3 QSC) və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: qarajdan istifadəyə maneələrin aradan qaldırılması; müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3, Cavabdeh3 QSC-nin (Cavabdeh2 MTK-nın prosessual varisi) nümayəndəsi və vəkili X6, Birinci iş üzrə üçüncü şəxs, birləşdirilmiş iş üzrə cavabdeh B.N.Babayevin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4087/2023 nömrəli qətnaməsindən Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayəti; birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər X12, "xxxx" MMC-yə və Cavabdeh1 MMCyə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın qismən ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 3315/2024 nömrəli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh2 MTK ilə payçı X14 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, A.Cəlilov küçəsi 26 ünvanında Ticarət Mərkəzinin zirzəmisində (qaraj) 9748.0 m2 bir pay kimi X8 verilmişdir.

2. "xxxx" MTK-nın xx.xx.2009-cu il tarixli 33 nömrəli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsi X9 məxsusdur və dəyəri tam ödənilmişdir.

3. Cavabdeh2 MTK üzvlərinin xx.xx.2011-ci il tarixli ümumi iclasının 01 saylı protokolundan çıxarışdan görünür ki, X1 üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, A.Cəlilov küçəsi 26 ünvanında Ticarət Mərkəzinin zirzəmi (qaraj) hissəsində ümumi sahəsi 9748.0 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir.

4. "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli 75 nömrəli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının Ticarət Mərkəzinin zirzəmi (qaraj) hissəsində ümumi sahəsi 9750,8 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı X13 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

5. MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 olan zirzəmi xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır.

6. "xxxx" MTK-nın xx.xx.2010-ci il tarixli 22 nömrəli maliyyə arayışına əsasən "xxxx" MYK-nın Bakı şəhəri, ünvan 11a etdiyi çoxmərtəbəli yaşayış binasının 7 saylı avtomobil dayanacağında 1 ədəd avtomobil yeri İddiaçı məxsusdur və dəyəri tam ödənilmişdir. Maliyyə arayışına xx.xx.2011-ci il tarixdə 7 saylı avtomobil dayanacağının 2 saylı kimi oxunması barədə düzəliş edilmişdir.

7. "xxxx" MTK, "xxxx" MMC və sakin İddiaçı arasında xx.xx.2018-ci il tarixində bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti, 15 A ünvanındakı parking sahəsində 1 avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən Sakinin istifadəsinin şərtləri müəyyən edilmişdir. Müqavilədə qeyd edilmişdir ki, Sakinə 2 saylı qaraj yeri haqqında MTK tərəfindən xx.xx.2010-ci il tarixli 22 saylı Maliyyə Arayışı verilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilir ki, hüquqi şəxs xx.xx.2007-ci il tarixdə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2007-ci il tarixdə yenidən təşkil olunaraq Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə çevrilmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MTK yenidən təşkil olunaraq Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Cavabdeh2 MTK xx.xx.2023-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN **********) qoşularaq xx.xx.2024-cü il tarixdə ləğv olunmuş və kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Əlavə olaraq bildirilir ki, X12 xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Cavabdeh2 MMC-nin təsisçi və qanuni təmsilçisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Cavabdeh2 MTK-nın üzvü və sədri olmuşdur. Bundan başqa, X12 xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Cavabdeh2 MTK-nın üzvü olmuş, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 MTK-nın üzvü olmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh2 MTK və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında ona məxsus avtomobil dayanacağı sahəsindən (Bakı şəhəri, Xətai rayonu, keşmiş Nobel prospekti, 15A ünvandakı parkinq sahəsində 2 saylı qaraj yerindən) sərbəst istifadəsinə və girişinə cavabdehlər tərəfindən yaradılan süni və qanunsuz maneələrin aradan qaldırılması, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə ünvan 6 ünvanının sakini olaraq cavabdehlər ilə arasında xx.xx.2010-cu il tarixli 22 saylı maliyyə arayışı əsas götürülməklə, keçmiş Nobel prospekti 15A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən avtomobil dayanacağı sahəsinin alınmasına dair müqavilə bağlanmışdır. Bu müqavilə üzrə əmlakın dəyəri tərəfindən tam ödənilmiş və daşınmaz əmlak mülkiyyətinə verilmişdir. Xeyli müddətdir ki, avtomobil dayanacağı sahəsi mülkiyyətində və sərəncamında olmasına baxmayaraq cavabdehlər son vaxtlar həmin sahədən rahat istifadəsinə süni əngəllər yaratmağa çalışır. Cavabdehlər uzun illərdir sərəncamında olan qeyri-yaşayış sahəsinə dair sahədən aylıq ödənişlər edilməklə istifadə etməyilə bağlı yeni müqavilə bağlamağını təklif etmişlər. Təbii olaraq bu təklif tərəfindən qəbul edilmədiyi üçün hazırki vəziyyətdə əmlakı zəbt edilmişdir və əmlakından sərbəst istifadəsinə süni maneələr yaradılmışdır. Belə ki, cavabdehlər avtomobil dayanacağı sahəsinə avtomobillə girişini əngəlləməklə, dayanacağa giriş üçün ona verilmiş giriş kartını ləğv etmişdir və nəticədə öz mülkiyyətində olan sahəyə hazırda daxil ola və istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə qanunsuz olaraq əmlakından istifadəsinə maneəçilik törətməməyini, onun mülkiyyətinə müdaxilə edilməməsini, qanunsuz əməllərinə son verməsini, məsələnin sülh yolu ilə həll edilməli olmasını bildirsə də, heç bir razılığa gəlməmişlər. Cavabdehlərlə arasında razılığa gələ bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 4087/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbi təmin edilmiş, xx.xx.2018ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı məxsus avtomobil dayanacağından (Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parkinq sahəsində 2 saylı qaraj yerindən) sərbəst istifadəyə və girişə cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.

12. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2, (hazırda Cavabdeh1 MMC adı ilə fəaliyyət göstərən) "xxxx" MMC və İddiaçı arasında müqavilə bağlanmış, həmin Müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti (indiki 8 Noyabr), 15 A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yeri İddiaçı məxsusdur və müqavilə ilə İddiaçı qaraj yerindən istifadəsinin şərtləri müəyyən edilmiş, bununla bağlı İddiaçı tərəfindən həmin yerin dəyəri tam ödənilmişdir, cavabdeh iddiaçıya əmlakdan sərbəst istifadə etməsində süni maneələr yaratmaqla onun mülkiyyət hüququnu pozur.

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parkinq sahəsində 2 saylı qaraj yerindən sərbəst istifadəyə və girişə cavabdehlər tərəfindən yaradılan süni və qanunsuz maneələr aradan qaldırılmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Birləşdirilmiş mülki iş üzrə:

15. İddiaçı cavabdehlər X10, "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, X12 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi, X7 adına ümumi sahəsi 9.748 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, ******* MA Serialı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsində ləğv edilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixli 22 saylı maliyyə arayışına əsasən keçmiş Nobel prospekti 15A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən avtomobil dayanacağı sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə ünvan 6 ünvanının sakini olaraq cavabdehlər ilə iddiaçı arasında xx.xx.2010-cu il tarixli 22 saylı maliyyə arayışı əsas götürülməklə, keçmiş Nobel prospekti 15A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən avtomobil dayanacağı sahəsinin alınmasına dair müqavilə bağlanmışdır. Xeyli müddətdir ki, avtomobil dayanacağı sahəsi iddiaçının mülkiyyətində və sərəncamında olmasına baxmayaraq cavabdehlər son vaxtlar həmin sahədən rahat istifadəsinə süni əngəllər yaratmağa çalışmışlar. Cavabdehlər uzun illərdir iddiaçının sərəncamında olan qeyriyaşayış sahəsinə dair sahədən aylıq ödənişlər edilməklə istifadə etməyi ilə bağlı yeni müqavilə bağlamağı təklif etmişlər. Təbii olaraq bu təklif iddiaçı tərəfindən qəbul edilmədiyi üçün hazırki vəziyyətdə əmlakı zəbt edilmişdir və əmlakından sərbəst istifadəsiə suni maneələr yaradılmışdır. Belə ki, cavabdehlər avtomobil dayanacağı sahəsinə avtomobillə iddiaçının girişini əngəlləməklə, dayanacağa giriş üçün iddiaçıya verilmiş giriş kartını ləğv etmişdir və nəticədə öz mülkiyyətində olan sahəyə hazırda daxil ola və istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə qanunsuz olaraq əmlakından istifadəyə maneəçilik törətməməyini, iddiaçının mülkiyyətinə müdaxilə edilməməsini, qanunsuz əməllərinə son verməsini, məsələnin sülh yolu ilə həll edilməli olmasını bildirsə də heç bir razılığa gəlməmişlər. Tərəflər razılığa gələ bilmədikləri üçün süni maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 4087/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı məxsus avtomobil dayanacağından (Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parkinq sahəsində 2 saylı qaraj yerindən) sərbəst istifadəyə və girişə cavabdehlər "xxxx" MTK və Cavabdeh1 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışında MTK-nın ünvan 9 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2 saylı avtomobil dayanacağında 1 (bir) avtomobil yeri iddiaçıya məxsusdur və dəyəri tam ödənilmişdir. Özünü cavabdeh "xxxx" kompleksinin parkinq xidmətinin müdiri kimi təqdim edən X17 təqdim etdiyi binanın qaraj yerlərinin yerləşmə sxeminə görə də həmin qaraj 02 nömrə ilə nömrələnibdir. Belə ki, sxemə görə də həmin yer parkinq girişindən sol tərəfdə yeləşməli idi. Şəxsin özü də B1 nömrəli blokda yaşayır və qeyd olunan qaraj da həmin blokun altındadır. Sənədlərdən də görünür ki, qarajın ünvanı ilə iddiaçının yaşadığı mənzilin ünvanı eynidir. İddiaçı şəxsi avtomobilini həmin nömrəli qarajda saxlamış və dediyinə görə illərdir orda saxladığından onun orda olmasını heç bir qonşu mübahisələndirməmişdir, lakin iddiaçı həmin yer üçün qonşusunu kartından istifadə edir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 4087/2023 saylı qətnaməsindən Cavabdeh2 MTK tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi "xxxx" MTK-nın və eyni zamanda sözügedən əmlakın mülkiyyətçisinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh məhz müqavilədə qeyd olunan ünvanda yerləşən avtodayanacağı tələb edərək iddiasını əsaslandırmışdır. Lakin, ona verilən xx.xx.2010-cu il tarixli maliyyə arayışında qeyd olunan ünvanda yerləşən avtodayanacaq iddiaçıya verilmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə 2(103)- 621/2024 saylı iş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Məhəmməd Rüstəmlinin icraatındadır. İş apellyasiya instansiyasında araşdırılarkən cavabdeh sonradan etdiyi maliyyə arayışı və çıxarış təqdim edərək bildirmişdir ki, mübahisə obyekti olan qaraj Babək Babayev adlı şəxsə məxsusdur (birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən və apellyasiya şikayətində belə hal meydana çıxmamışdır). Hakbuki, Babək Babayev MTK-nın ilk dövrdən başlayan fəaliyyətində rəsmi olaraq rəhbər şəxs kimi işləmişdir. Sakinlər tərəfindən həmin ünvanda mənzillərin və qarajların satışı barədə danışıqlar məhz birbaşa Babək Babayevlə şəxsən aparılmış və satışı da o, özü həyata keçirmişdir (istər hüquqi şəxsə rəsmi olaraq, istərsədə faktiki olaraq rəhbərlik edtdiyi dövrlərdə). Belə olduğu təqdirdə hazırda Babək Babayevin adına olan çıxarışda ona məxsus qaraja aid hissənin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürmək zərurəti yaranmışdır. Çünki 2010-cu ildə Babək Babayevin faktiki rəhbərliyi altında mübahisələndirilən qaraj sahəsi iddiaçıya satılmış və bunu təsdiq edən maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra Babək Babayev 2011-ci ildə saxtakarlıq edərək iddiaçının almış olduğu, istifadə və sərəcamında olan qaraj sahəsinə daxil olmaqla qarajlar olan bütün mərtəbəyə öz adına çıxarışlar almışdır. X26 həmin sahəni qanuni əsaslarla real olaraq mülkiyyətinə almış olsa idi, bu günə qədər həmin qaraj sahəsi iddiaçının istifadəsində olmazdı. Bundan əlavə bu barədə çıxarışın olması iddiaçıya bəlli olardı. Əgər iddiaçı digər tələblə məhkəmədə iddia qaldırmasaydı, qeyd edilən çıxarışdan xəbərsiz olacaqdır. Bundan əlavə həmin çıxarış birinci inistansiya məhkəməsində bilərəkdən ortaya çıxarılmamışdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində bildirmişdir ki, onun da həmin ünvanda qarajı var. Heç bir problem olmayıb, o, qarajın sahibidir. Onun qarajla bağlı çıxarışı var, təqdim edilib. Qarajı təxmini 2011-2012-ci illərdə alıb. İddiaçını qonuşu kimi tanıyır, orda mənzili var. O, evi 2011-ci ildə alsa da 2018-ci ildə ora köçmüşdür. İddiaçı qarajla bağlı problemin olduğunu təxmini bir əvvəl ona demişdir. O, qaraj alandan sonra təklif etmişlər ki, maşını başqa yerdə saxlasın.

18. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MTK-ya məxsus dayancaqda B1 nömrəli blokun qarşısında A1 nömrəli VİP park yeri var. Həmin A1 park yerinin sol tərəfində 02 nömrəsi ilə nömrələnmiş qaraj iddiaçıya məxsusdur. Özünü cavabdeh “Yeni Həyat-BB kompleksinin parkinq xidmətinin müdiri kimi təqdim edən şəxs bildirmişdir ki, həmin qaraj 02 nömrə ilə nömrələnibdir. Sənədlərdən də görünür ki, qarajın ünvanı ilə iddiaçının yaşadığı mənzilin ünvanı eynidir. İddiaçı şəxsi avtomobilini həmin nömrəli qarajda saxlamış və dediyinə görə illərdir orda saxladığından onun orda olmasını heç bir qonşu mübahisələndirməmişdir, lakin iddiaçı həmin yer üçün qonşusunun kartından istifadə edir.

19. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 3315/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilmiş, "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi, X7 adına ümumi sahəsi 9.748 kv.m. təşkil edən qeyriyaşayış səhəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin ləğv edilməsi, 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən və X5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 11a edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma yeri (2 saylı) barədə "xxxx" MTK ilə İddiaçı arasında razılaşma əldə edilmiş, qaraj sonucuya satılmış, eyni zamanda qarajın dəyərinin tam şəkildə ödənilməsinə dair xx.xx.2010-ci il tarixli maliyyə arayışı da verilmişdir. Həmin vaxtdan etibarən 2023-cü il tarixə kimi qaraj İddiaçı istifadəsində olmuşdur. 2023-cü il tarixdən etibarən İddiaçı qarajdan istifadəsinə maneələr yaradılmışdır. Bununla yanaşı, Bakı şəhəri, ünvan 11a edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma (2 saylı) yerinin İddiaçı sahibliyində və istifadəsində olmasına baxmayaraq "xxxx" MTK ilə X12 arasında xx.xx.2008-ci il tarixli müqavilə, "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş iclasın protokolundan çıxarış və maliyyə arayışına əsasən X7 zirzəmiyə dair mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan sonra yenidən xx.xx.2018-ci il tarixdə Cavabdeh2, "xxxx" MMC və İddiaçı arasında Müqavilə bağlanmış, həmin Müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti (indiki 8 Noyabr), 15 A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yeri İddiaçı məxsus olduğu və müqavilə ilə İddiaçı qaraj yerindən istifadəsinin şərtləri müəyyən edilmişdir.

21. Digər tərəfdən, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmiyə dair mübahisəli müqavilə xx.xx.2008-ci il tarixdə imzalanmasına, bunun əsasında X12 xx.xx.2011-ci il tarixli ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasına baxmayaraq, Cavabdeh2 MTK İddiaçı xx.xx.2012-ci il tarixdə bildiriş ünvanlayaraq Cavabdeh2 MTK-nın ünvan 11a etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 2 saylı (xx.xx.2010 tarixli maliyyə arayışı) qaraj (avtomobil dayanacağı) sahəsinin ona məxsus olduğunu, həmin mərtəbədə layihələndirmə işlərində dəyişikliklər baş verdiyindən avtomobil dayanacağı üzrə ödənilən vəsaitin geri qaytarılması üçün ofisə yaxınlaşmağı təklif etmişdir. Eyni zamanda, "xxxx" MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”ndan görünür ki, Bakı şəhəri, ünvan 11a etdiyi çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 7 (2) saylı parklanma yerinin İddiaçı satılması barədə xx.xx.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. Bundan əlavə, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmiyə dair X12 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə ilə bağlı qeyd həmin jurnala xx.xx.2008-ci il tarixdə deyil, 1 il 5 ay sonrakı tarixə, yəni, xx.xx.2009-cu il tarixə qeyd edilmişdir.

22. Məhkəmə cavabdeh tərəfin zirzəminin əvvəlcə yaşayış kompleksinin birinci, ikinci, üçüncü mərtəblərində tikilməsinin nəzərdə tutulduğunu, lakin MTK-dan asılı olmayan səbəblərdən layihələndirmə işlərində dəyişikliklərin baş verdiyini, dəyişikliklər baş verdiyindən qarajın təhvil verilməsinin mümkün olmadığı, iddiaçının tələb etdiyi qaraj sahəsinin X7 mülkiyyətində olan zirzəmidə yerləşməməsi ilə bağlı dəlilinə qiymət verərək, qeyd etmişdir ki, cavabdeh istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda həmin hallar "xxxx" MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”nda zirzəmiyə dair ayrı-ayrı şəxslərlə bağlanmış müqavilələrə dair qeydlərlə təkzib edilir. Belə ki, həmin jurnaldan görünür ki, yaşayış kompleksinin layihələndirilməsi başa çatmış, 2008, 2009, 2010-cu illərdə ayrı-ayrı şəxslərə mənzillər, qarajlar, ofis və ticarət mərkəzindən yerlər satılmışdır.

23. Beləliklə, Bakı şəhəri, ünvan 11a edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma yerinin İddiaçı satılması, həmin vaxtdan onun istifadəsində olması, X9 Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmi ilə bağlı fərqli tarixlərə aid iki maliyyə arayışının verilməsi, X12 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin imzalanma tarixi ilə "xxxx" MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”ndakı qeydiyyat tarixinin üst-üstə düşməməsi hallarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmiyə dair X12 ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı məxsus 2 saylı qaraja aid hissəsi etibarsız hesab edilməli, eyni zamanda xx.xx.2011-ci il tarixli ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı məxsus 2 saylı qaraja aid hissəsi ləğv edilməlidir.

24. Məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlər "xxxx" MMC və X5 alınaraq, iddiaçıya ödənilməlidir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 149, 324.1, 324.2, 324.3, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

26. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 4087/2023 nömrəli qətnaməsindən Cavabdeh2 MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, iddiaçının iddia etdiyi avtomobil dayanacağı sahəsi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında deyil, Xətai rayonu, Afiyəddin Cəlilovküçəsi 26 ünvanında "xxxx"MTK – nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2 saylı avtomobil dayanacağında yerləşir. İddiaçıya verilən avtodayanacaq sahəsi barədə MTK tərəfindən xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmiş və həmin Maliyyə arayışından da görünür ki, Xətai rayonu, Afiyəddin Cəlilovküçəsi 26 ünvanında "xxxx" MTK - nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2 saylı avtomobil dayanacağında 1 (bir) avtomobil yeri ona məxsusdur və dəyəri tam ödənilmişdir. İddiaçının tələb etdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında yerləşən avtodayanacaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu faktlara düzgün qiymət verməmişdir. İddia tələbinin təmin edilməsi "xxxx"MTK-nın və eyni zamanda sözügedən əmlakın mülkiyyətçisinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh məhz müqavilədə qeyd olunan ünvanda yerləşən avtodayanacağı tələb edərək iddiasını əsaslandırmışdır. Lakin ona verilən xx.xx.2010-cu il tarixli maliyyə arayışında qeyd olunan ünvanda yerləşən avtodayanacaq iddiaçıya verilmişdir.

28. Məhkəmə kollegiyası tərəfindən X12 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

29. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 3315/2024 nömrəli qətnaməsindən cavabdeh X13 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, işin faktiki hallarını araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Mülki iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2010-cu il tarixində "xxxx" MTK-a bir avtomobil yerinin alışı üçün pul ödəmişdir. Lakin iddiaçı tərəfindən alqı-satqı müqaviləsi məhkəməyə təqdim olunmadığından hansı şərtlərlə razılığa gəlinərək ödəniş edildiyi müəyyən edilməmişdir. MTK tərəfindən xx.xx.2012-ci il tarixli İddiaçı göndərilmiş Bildirişin mətnindən aydın olur ki, ”Yeni Həyat-BB Kompleksi” MTK avtodayanacaq yerinin verilməsini qeyri-mümkün olduğunu iddiaçıya bildirmiş, iddiaçı bildirişə etiraz etməmişdir. MTK ilə razılığa gələrək xx.xx.2018-ci il tarixli yeni müqavilə bağlanması sübut edir ki, bildiriş iddiaçıya çatmışdır və o, yeni müqavilədəki şərtlərlə razılaşmışdır. Qeyd edir ki, xx.xx.2018-ci il tarixli İddiaçı ilə Yeni Həyat-BB Kompleksi MTK arasında bağlanmış müqavilə alqı-satqı deyil, müvəqqəti istifadə müqaviləsidir və müqavilə İddiaçı 2 saylı avtomobil dayanacaq yerindən istifadə şərtlərini müəyyən edir. Müqavilənin tərəfləri bölməsində İddiaçı mülkiyyətçi deyil, “sakin” adlandırılmışdır. Müqavilənin predmeti bölməsində (Maddə 1) “2 saylı Qaraj yerindən bundan sonrakı dövrdə Sakinin istifadəsi şərtlərimüəyyən edilir” qeyd edilmişdir. Müqavilənin 3-cü və 5-ci bəndlərində MTK sakinin ödənişsiz qaydada istifadə hüququnun həyata keçirilməsi üzrə heç bir maneəçilik törətməyəcəyini öhdəsinə götürür, Sakinin hüququ isə 24 saat ərzində ödənişsiz olaraq parkinqdən istifadə hüququdur. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, Babayev Babəkə mülkiyyət hüququ verən müqavilə və Çıxarışı etibarsız hesab edərək 2 saylı avtodayanacaq üzərində İddiaçı tam mülkiyyət hüququnu tanımışdır. Hansı ki, müqavilə şərtlərinə əsasən 2 saylı avtodayanacaq sahəsi İddiaçı mülkiyyətinə deyil, müvəqqəti istifadəsinə verilmişdir. Bu isə vətəndaşı Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququndan məhrum etmək üçün əsas deyildir. Məhkəmə qətnamə qəbul edərkən ona əsaslanmışdır ki, Yeni Həyat BB Kompleksi ilə Babək Babeyev arasında alqı-satqı müqaviləsi xx.xx.2008-ci il tarixində bağlansa da müqavilə ilə bağlı qeyd MTK-nın Qeydiyyat kitabında xx.xx.2009-cu il tarixində yazılmışdır. Lakin Məhkəmə diqqət yetirməmişdir ki, MTK-nın məhkəməyə təqdim etdiyi Qeydiyyat kitabı müqavilələrin deyil maliyyə arayışlarının qeydiyyat kitabıdır. İkinci diqqət edilməli məqam isə odur ki, Babayev Babək ilə MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin dəyəri xx.xx.2009-cu il tarixində ödənildiyi halda İddiaçı MTK-a ödəniş etməsi barədə maliyyə arayışı xx.xx.2010-cu il tarixinə aiddir. Yəni, Babək Babayevin mülkiyyət hüququ İddiaçı ödəniş etdiyi andan daha əvvəl yarandığından vicdanlı alıcının qanunla qorunan hüquqları məhkəmə tərəfindən pozulmuşdur. Qanuni əsaslarla (xx.xx.2011-ci il tarixində ******* nömrəli çıxarış) Nobel prospekti 15 ünvanındakı 9748 kv.m qeyri-yaşayış sahəsi X7 mülkiyyətində olduğu halda, məhkəmə sübutlara düzgün qiymət verməmiş, Konstitusya və qanunların tələbinə zidd olaraq vətəndaşımülkiyyət hüququndan məhrum edilmişdir. Mülki iş materiallarına nəzər yetirdikdə aydın olur ki, X12 2008-ci il 26 iyun tarixində "xxxx" MTK ilə 9748,0 kv.m qaraj sahəsinin alınmasi üçün müqavilə bağlanmışdır. Yeni Həyat-BB, Kompleksi MTK-nın mülkiyyətçiyə verdiyi Maliyyə Arayışı ilə sübut olunur ki, xx.xx.2009-cu il tarixində X28 Həyat-BB.Kompleksi” MTK a 194.960 pul ödəmişdir. xx.xx.2011-ci il tarixli DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyseterindən xx.xx.2011-ci il tarixli ÇİXARİŞ-a əsasən X2 prospekti 15 ünvanında 9748 kv.m qeyriyaşayış sahəsinə (zirzəmiyə) mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı təqdim etdiyi Maliyyə arayışına əsasən S. Təmirov Yeni Həyat-BB.Kompleksi” MTK a xx.xx.2010-cu il tarixində 7 saylı qaraj yeri üçün ödəniş etmişdir. (Məhkəməyə alqısatqıMüqaviləsi təqdim edilməmişdir). xx.xx.2012-ci il tarixli Cavabdeh2 MTK nın İddiaçı göndərdiyi Bildirişin mətninə əsasən Mənzil Tikinti Kooperativi İddiaçı müraciət ünvanlayaraq bildirir ki, A.Cəlilov küçəsi 26 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü mərtbəsində yerləşən sizə məxsus qaraj layihədə baş vermiş dəyişiklik səbəbindən sizə təhvil verilməyəcək. Qaraj üçün ödənilmiş vəsait geri qaytarılacaq. Bildirişə İddiaçı etirazı daxil olmamışdır. 10 sentyabr 2018-ci il Cavabdeh2 MTK- ilə İddiaçı arasında bağlanmış müqavilə ilə İddiaçı 2 saylı parkinq yerindən istifadə hüququ verilir. Bu müqavilənin bağlanması bir daha sübut edir ki, İddiaçı xx.xx.2012-ci il tarixli Cavabdeh2 MTK nın S. Təmirova göndərdiyi Bildirişi qəbul etmiş və avtodayanacaq yerinin geri alınması şərt ilə razılaşmışdır və 2018-ci il tarixində MTK ilə yeni istifadə müqaviləsi bağlamışdır. Göründüyü kimi, Babayev Babək “Yeni Həyat-BB.Kompleksi“MTK ilə İddiaçı arasında yaranmış mübahisədə üçüncü şəxsdir və o həmin sahəyə mülkiyyət hüququ əldə edən an (xx.xx.2008-ci il) özgəninkiləşdirən şəxs (Yeni Həyat BB Kompleksi) həmin sahənin qanuni mülkiyyətçisi olmuşdur. Sonradan MTK həmin sahəni qəsdən və ya ehtiyyatsızlıqdan digər şəxsin istifadəsinə verilməsi barədə müqavilə bağlaması vicdanlı alıcını əldə etdiklərindən məhrum etməməlidir. Lakin məhkəmə Mülki Məcəllənin tələblərinə zidd olaraq, heç bir qanuni əsas olmadan Çıxarışı etibarsız hesab etmişdir. Məhkəmə hazırlıq iclasında şahidin çağrılması barədə vəsatətin olmamasına baxmayaraq, məhkəmə baxış iclasına gəlmiş şahidi dindirmiş və cavabehin etirazına baxmayaraq şahidin təqdim etdiyi çıxarışları mülki iş materiallarına əlavə etmişdir. İddiaçıdan baxış iclasında sübutları qəbul etdiyi halda, cavabdehin cavab olaraq sübut təqdim etməyinə şərait yaratmamışdır. Məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3255/2025 nömrəli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın prosessual varisi Cavabdeh3 QSC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

34. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə üçüncü şəxs, birləşdirilmiş iş üzrə cavabdeh B.N.Babayevin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq həmçinin bildirdi ki, hər iki bina MTK-ya məxsusdur. Bina ilə üzbəüz binada qaraj tikilmiş və yer üstü kürpü vasitəsi ilə rahatlıqla ora giriş təmin olunmuşdur. Qarajın giriş hissəsi Nobel prospektinə düşür. Təmsil etdiyi şəxs çıxarışı 2009-cu ildə yox, 2011-ci ildə almışdır. Buna səbəb sənədlərin itməsi idi. Müraciət edib yenidən aldıqda arayış yeni tarixlə verilir. Layihə ümumi təsdiqlənib. Çıxarış veriləndə isə ünvanlara bölünüb. Ödəniş tam yekunlaşandan sonra maliyyə arayışı verilir. Babək Babayevin Cavabdeh2 MTK-ya heç bir adiyyətı yoxdur. İddiaçı həmin yerdə maşın saxlamasından Babək Babayevin xəbəri olmayıb.

35. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

36. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

37. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətlərini qəbul etməyərək bildirmişdir ki, pul verilən zaman Babək Babayev Cavabdeh2 MTK-nın təsisçilərindən olub. Pulu da Babək Babayevə vermişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarı Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

40. M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı işdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(011)-4087/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edildiyindən, Cavabdeh2 MTK həmin qətnaməni bütövlükdə mübahisələndirdiyindən, eyni zamanda birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3315/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edildiyindən, cavabdeh X12 həmin qətnaməni bütövlükdə mübahisələndirdiyindən, hər iki qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4087/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, birləşdirilmiş iş üzrə cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(011)-3315/2024 nömrəli qətnaməsi müqavilənin etibarsızlığı ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. İşdə olan, "xxxx" MTK-nın xx.xx.2010-ci il tarixli 22 nömrəli maliyyə arayışına əsasən "xxxx" MTK-nın Bakı şəhəri, ünvan 11a etdiyi çoxmərtəbəli yaşayış binasının 7 saylı avtomobil dayanacağında 1 ədəd avtomobil yeri İddiaçı məxsusdur və dəyəri tam ödənilmişdir. Maliyyə arayışına xx.xx.2011-ci il tarixdə 7 saylı avtomobil dayanacağının 2 saylı kimi oxunması barədə düzəliş edilmişdir.

46. Bundan əlavə, "xxxx" MTK, "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə də qeyd edilmişdir ki, İddiaçı 2 saylı qaraj yeri haqqında MTK tərəfindən xx.xx.2010-cu il tarixli, 22 saylı Maliyyə Arayışı verilmişdir.

47. Beləliklə, "xxxx" MTK tərəfindən həmin müqavilədə də 2 saylı qarajın İddiaçı məxsusluğu təsdiq edilmişdir.

48. MTK ilə İddiaçı arasında mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

49. Şərh olunanlara əsasən İddiaçı mübahisəli 2 saylı qarajın xx.xx.2010-cu il tarixdən mülkiyyətçisi olduğu müəyyən edilir.

50. İşdən o da müəyyən edilir ki, Cavabdeh2 MTK ilə payçı X12 arasında Bakı şəhəri, A.Cəlilov küçəsi 26 ünvanında Ticarət Mərkəzinin zirzəmisində (qaraj) 9748.0 m2 bir pay kimi X9 verilməsi barədə xx.xx.2008-ci il tarixli müqavilə bağlansa da, mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan quruma X12 tərəfindən xx.xx.2011-ci il tarixli, 75 nömrəli maliyyə arayışı təqdim edilmişdir. X29 həmin sahənin dəyərini (pay haqqını) qeyd olunan tarixdə ödəmişdir.

51. Bundan başqa, həmin quruma təqdim edilən Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2011-ci il tarixli, 01 saylı protokolundan çıxarışdan müəyyən edilir ki, Babək Babayevin MTK-nın üzvlüyə qəbul edilməsi həmin tarixdə baş tutmuşdur.

52. Göründüyü kimi, MTK-nın artıq öz mülkiyyətində olmayan qaraj barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.

53. X14 və MTK sonuncu tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 33 nömrəli maliyyə arayışına istinad etsələr də, kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin sənəd mötəbər sayıla bilməz.

54. Birincisi, qeyd olunan maliyyə arayışı həmin tarixdə verildiyi və MTK-nın rəsmi qeydiyyat jurnallarında əks olunduğu təqdirdə dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün həmin arayışın dublikatı verilə bilərdi. Buna baxmayaraq həmin arayışın dublikatı yerinə fərqli tarixli (xx.xx.2011-ci il) və nömrəli (33 əvəzinə 75) maliyyə arayışı təqdim edilmişdir.

55. İkincisi, yuxarıda da qeyd olunduğu kimi, 2 saylı qarajın İddiaçı məxsusluğu yuxarıda istinad olunan xx.xx.2018-ci il tarixli müqavilədə də MTK tərəfindən təsdiq olunmuşdur.

56. Üçüncüsü, İddiaçı məhkəmə iclasında bildirmişdir ki, qaraja görə pulu Babək Babayevə vermişdir. Kollegiyanın sorğusu əsasında Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumata əsasən, X12 xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Cavabdeh2 MMC-nin təsisçi və qanuni təmsilçisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Cavabdeh2 MTK-nın üzvü və sədri, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Cavabdeh2 MTK-nın üzvü, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 MTK-nın üzvü olmuşdur.

57. İddiaçı tərəfindən təqdim edilmiş müxtəlif media resurslarından çıxarışlar X7 Cavabdeh2 MTK-nın faktiki sahibi olması, hətta MTK-nın adında “BB” hərflərinin mövcudluğu Babək Babayevin adı və soyadının inisialları olması qənaətinə gəlməyə əsas verir. Göstərilənlərə əsasən, MTK-nın qeydiyyat jurnalında Babək Babayevin adına tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 33 nömrəli maliyyə arayışı barədə qeydin edilməsi də mötəbər sayıla bilməz. Həmin qeyd 2009-cu ilə aid jurnalda ən son qeyd kimi aparılmış, məhkəmə iclasında həmin jurnala vizual baxış keçirilərkən eyni tarixdə aparılmış ayrı iki qeydlərdən fərqli rəngli qələmlərlə aparıldığı nəzərə çarpmışdır.

58. Nəhayət, İddiaçı uzun müddət həmin qarajdan istifadə etməsinə baxmayaraq nə MTK, nə də ki Babək Babayev buna etiraz etməmiş, qarajın İddiaçı məxsusluğunu mübahisələndirməmişlər.

59. MTK birinci iş üzrə apellyasiya şikayətində İddiaçı tərəfindən iddia edilən qarajın Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında deyil, ünvan 19 həm İddiaçı, həm də Babək Babayevə verilmiş maliyyə arayışların ikisində də ünvan olaraq ünvan 21lət reyestrini aparan qurum tərəfindən Babək Babayevə verilən çıxarışda artıq ünvan olaraq ünvan 23məyə əsas verir ki, iddiaçının tələb etdiyi qarajın ünvanı da reyestri aparan qurum tərəfindən dəyişdirilərək Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 kimi qeyd edilmişdir.

60. X12 apellyasiya şikayətində iddiaçı tərəfindən MTK ilə bağlanmış alqı-satqı müqaviləsinin məhkəməyə təqdim olunmadığını, hansı şərtlərlə razılığa gəlinərək ödəniş edildiyinin müəyyən edilməməsini, layihədə baş vermiş dəyişiklik səbəbindən qarajın iddiaçıya təhvil verilməyəcəyi barədə 2012-ci ildə bildirişin göndərildiyini, xx.xx.2018-ci il Cavabdeh2 MTK- ilə iddiaçı arasında bağlanmış müqavilə ilə iddiaçıya 2 saylı qarajdan istifadə hüququ verildiyini, iddiaçının bildirişi qəbul etdiyi və avtodayanacaq yerinin geri alınması şərti ilə razılaşdığını, MTK tərəfindən həmin sahənin qəsdən və ya ehtiyyatsızlıqdan digər şəxsin istifadəsinə verilməsi barədə müqavilə bağlanması vicdanlı alıcı kimi onun hüquqlarını pozduğunu bildirir.

61. Kollegiya bunlarla bağlı qeyd edir ki, alqı-satqı müqaviləsinin tərtib edilibedilməməsindən asılı olmayaraq pay haqqının tam verilməsi kooperativin verdiyi əmlaka mülkiyyət hüququ əldə edilməsi üçün əsasdır. Layihədə dəyişikliyin baş verməsi, iddiaçının bununla bağlı bildirişi qəbul etdiyi və qarajın geri alınması şərt ilə razılaşdığı isə iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı həmin şərtlə razı olduğu təqdirdə MTKdan təklif olunan ödənişi geri almış olardı. Babək Babayevin vicdanlı alıcı kimi hüquqlarının pozulması ilə bağlı kollegiya qeyd edir ki, onun tərəfindən əldə edilmiş daşınmaz əmlak əldə edilən zaman dövlət reyestrində qeydiyyata alınmadığından o, vicdanlı alıcı hesab edilə bilməz.

62. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birləşdirilmiş iş üzrə birinci instansiya məhkəməsinin X7 adına ümumi sahəsi 9.748 kv.m. təşkil edən qeyri-yaşayış səhəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı qaraja aid hissəsinin ləğv edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

63. Lakin kollegiya birinci instansiya məhkəməsinin "xxxx" MTK ilə X12 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin həmin 2 saylı qaraja aid hissəsinin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır.

64. Belə ki, həmin müqavilə İddiaçı tərəfindən ona məxsus 2 saylı qaraja aid pay haqqı ödənilməmişdən öncə bağlanmış, müqavilə bağlanan vaxt X12 tərəfindən pay haqqı ödənilməmişdir, beləliklə də həmin müqavilənin mövcudluğu iddiaçının hüquqlarına təsir göstərmir.

65. Yuxarıda göstərilənlərə əsasən İddiaçı mübahisəli 2 saylı qarajın mülkiyyətçisi müəyyən edildiyindən kollegiya hesab edir ki, birinci iş üzrə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4087/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Birləşdirilmiş iş üzrə cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3315/2024 nömrəli qətnaməsi “Cavabdeh2 MTK ilə X12 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi” ilə bağlı hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh3 QSC (Cavabdeh2 MTK-nın prosessual varisi) və X5 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri şikayətləri verən şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar