Məhkəmə qərarları › İş №2(103)-1241/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1241/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1241/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-546/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və opoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 412/F23 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 9.324,01 manat əsas, 1.913,58 manat faiz, 1.090,91 manat cərimə (kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1.962,09 manat olmaqla, cəmi 14.290 59 manat (on dörd min iki yüz doxsan manat, əüi doqquz qəptk) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 AZN tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənüməsi, ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv m, yaşayış sahəsi 32.0 kvm, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılması, satıldıqdan bir ay sonra boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 412/F23 nömrəli kredit müqaviləsi üzrə borc öhdəliyi restrukturizasiya olunması üçün, yəni məsələnin məhkəmədən kənar həlli üçün imkan olduğunu bildirdiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-546/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd olunan qərardaddan iddiaçı ləğv prosesində olan LPO İddiaçı QSC-nin şikayət verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış olan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyası heyata keçirilməmişdir. Restrukturizasiyanın həyata keçirilməsi üçün cavabdehin yeni müqaviləni imzalaması tələb edilir. Bu baxımdan da yeni müqavilə imzalanmadan mübahisənin məhkəmədən kənar qaydada həlli sadəcə olaraq ehtimala əsaslanır. Nəzərə almaq lazımdır ki, İddiaçı ASC ləğv prosesində olan bankdır və çoxsaylı məhkəmə prosesləri mövcuddur. Mülki işin baxılmamış saxlanılması, lakin cavabdehin yeni müqaviləni imzalamaması restrukturizasiyanın həyata keçirilməməsinə səbəb olur. Bu zaman isə mülki iş yenidən məhkəməyə verilməlidir, lakin bu zaman iddia müddətinin tətbiq edilməsi riski mövcuddur. Göstərilənlərə əsasən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-546/2020 saylı qərardadını ləğv edib, iddiaçı ləğv prosesində olan "İddiaçı” ASC-nin Cavabdeh3 qarşı 2(004)-546/2020 saylı mülki işin icraatının təzələnməsini xahiş etmişdir.Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(011)-965/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-546/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac verdiyini nəzərə alaraq devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyinin göstərilməsini qərara almış, Fərmanın 5-ci bəndində, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsinə göstəriş vermişdir. Fərmanın təsir dairəsinə (8.6-cı bənd) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Həmin Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə X1 ********** saylı xx xxxx 2019-cu il tarixli Qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq olunmuş, Qaydaların 6.9-6.10-cu bəndlərində, kredit təşkilatlarının vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif etməli olduqları, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edəcəkləri müəyyənləşdirilmişdir. Qaydaların 6.15-6.16-cı bəndlərinə görə isə, kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göründüyü kimi, xx.xx.2019-cu il tarixindən sonra fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün onların müraciət etmə imkanları qalmamışdır; bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin şikayəti təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-546/2020 saylı qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 259.0.1, 398, 400, 403 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin şikayəti təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-546/2020 saylı qərardadı ləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar