Məhkəmə qərarları › İş №2(103)-1241/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1241/2025

10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1241/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 11174/2016 nömrəli qətnaməsindən Maraqlı şəxs2 apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından olan X1 xx.xx.2014-cü il tarixdə doğulması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 11174/2016 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) ərizə təmin edilmiş, Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından xx.xx.2014-cü il tarixdə bir qız uşağının doğulması faktının müəyyən edilməsi qət edilmişdir.

3. Maraqlı şəxs2 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

5. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11174/2016 nömrəli qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və aşağıda göstərilənlərə əsasən mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

6. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

7. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti daxil olduqdan sonra mülki-prosessual qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, apellyasiya şikayətini iş materiallarına əlavə etməklə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

8. Göstərilənlərə əsasən və MPM-in 357, 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11174/2016 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar