Məhkəmə qərarları › İş №2(103)-1251/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1251/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1251/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, X11, X12, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlu, Cavabdeh3, Cavabdeh6 və X6 qarşı; qarşılıqlı iddiaçı X5 qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə (Açar sözlər: kirayə haqqı ödənilmək və mənzillə təmin etməklə mənzildən çıxarma; evin əvvəlki vəziyyətinin bərpası, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X8 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X9, onun vəkili və nümayəndələri Nümayəndə2 Ağaəli oğlu, Vəkil2, Cavabdeh3 nümayəndəsi-vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 nömrəli 08 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X9 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətlərinə 12 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 24 sentyabr 2020-ci il tarixli 274 saylı arayışa əsasən X9 Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 119 saylı evin 16 saylı mənzilində yaşayır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli çıxarışlara əsasən ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsi, habelə həmin ünvanda yerləşən 16 saylı mənzil xüsusi xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydə alınmışdır.

3. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamın surətinə, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportuna əsasən,X6 məxsus mənzilin ümumi sahəsi 171.3 kv.m (4 otaq) olmuşdur.

4. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2017-ci il tarixli aktının surətinə əsasən Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 119 ünvanında yerləşən yaşayış evləri mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir, yaşayış evləri və qeyri-yaşayış sahələri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.

5. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.

6. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0.03399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 13 otaqlı 175.4 kv.metr yaşayış – kv.m qeyri-yaşayış, 114.6 kv.metr köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3668 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 2 ünvanında faktiki sahəsi 62,5 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh1, həmçinin həmin mənzildə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə X11, X12, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlunun mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 75 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, ünvan 4-nin sökülməsi, mülkiyyətçi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, ünvan 3 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi X5 mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 114 kv.metr təmirli mənzil X5 xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ünvan 2 ünvanında faktiki sahəsi 62,5 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilin mülkiyyətçisidir. X11, X12, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlu həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Cavabdeh3 ünvan 4 ünvanında faktiki sahəsi 50 kv.m mənzilin mülkiyyətçisidir. Cavabdeh6 isə həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa X9 ünvan 3 ünvanında faktiki sahəsi 95 kv.m mənzilin mülkiyyətçisidir. Qeyd olunan ünvanlardakı tikililər ötən əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tkintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzilərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kirayə haqqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər onlara edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri həmin ünvanlarda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018-ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəsələrinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə cavabdehlərlə əlaqə saxlanılıb və real vəziyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb etmiş və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq öz həyatlarını təhlükəyə atmışlar.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(006)-898/2021 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 2 ünvanında faktiki sahəsi 80,08 kv.m olan 3 otaqlı mənzilin sökülməsi; mülkiyyətçisi Cavabdeh1 həmin mənzildə qeydiyyatda olan ailə üzvləri - X11, X12, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlu ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 96 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, faktiki sahəsi 39,4 kv.metr olan 117 saylı evin sökülməsi; mülkiyyətçisi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 5 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzilin sökülməsi; mülkiyyətçisi X5 mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzilin X5 xüsusi mülkiyyətinə verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. Həmçinin istismar müddəti keçmiş, qəzalı mənzildə cavabdehlərin yaşamağa davam etməsi onların və ailə üzvlərinin həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, Mənzil Məcəlləsinin 15, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Mülkiyyətində olan yaşayış evini 1994-cü ildə əldə etmişdir. Tikili yol kənarında olmuş və kifayət qədər vacib iqtisadi mövqeli əmlak hesab olunmuşdur. Hər ayı 650 manatdan icarədə olan bu qeyri-yaşayış sahəsinin ona verdiyi xeyirdən iddiaçının qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur. İllərdir orada yaşayıb artırmalar etmiş, tam təmirli vəziyyətə gətirmiş, əvvəlcə bir otaqlı, sonradan isə iki otaqlı mənzili alaraq birləşdirmiş, əsaslı təmir işləri görərək hazırki dövrədək üç mərtəbəyə qaldırmışdır. Əmlaka dair həm qeyri-yaşayış, həm yaşayış sahəsi üzrə texniki pasportlar tərtib edilmiş və rəsmiləşdirilmişdir. 2002-ci ildə və 2017-ci ildə tərtib edilmiş bu sənədlərə əsasən müəyyən olunmuşdur ki, mülkiyyətində olan üç mərtəbəli yaşayış evinin qeyri-yaşayış sahəsi ilə birlikdə ümumi sahəsi 171,3 kv.m+39.1 kv.m ibarətdir.

14. X9 apellyasiya baxışında qarşılıqlı iddia verərək, ünvan 6 ünvanda İddiaçı MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 171.3 kv.m. olan fərdi yaşayış evi və 39.1 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilməsi; ona vurulan mənəvi zərərə, keçirdiyi psixoloji sarsıntılara görə 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi; evinin təmirinə xərclədiyi 137000 manat məbləğində pulun, yaşayış evinin aşağı hissəsində təmirli şəraiti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 =31200 (cəmi olaraq 37700 manat), oğlunun kirayə haqqı cəmi: bunlardan 2018, 2019, 2020 və 2021-ci il üçün 48 ay x 650 = 31200 manat, ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri isə 45000 manat məbləğində olmaqla, ümumilikdə 282100 manat məbləğində maddi zərərə və əldən çıxmış faydaya əsasən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.

15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, ünvan 5 ünvanında əvvəl bir otaqlı, sonradan iki otaqlı mənzil alaraq birləşdirmiş, əsaslı təmir işləri görərək evi 3 mərtəbəyədək qaldırmış, təmir etmiş və 220 kv.m ölçüdə istifadəsində saxlamışdır. Binanın aşağı mərtəbəsində qapısı küçəyə açılan 40 kv.m ölçülü qeyri-yaşayış sahəsi də mülkiyyətində olmuşdur. Lakin 2018-ci ildən başlamaqla tikinti şirkətinin nümayəndələri ərazini yaşanmaz vəziyyətə gətirmiş, oğlu Elsevər Salmanov kirayəyə köçərək maddi ziyana uğramışdır. İddiaçı şirkət ilkin olaraq ərazinin işıqlarının söndürülməsinə nail olmuş, sonradan qazın fasilələrlə verilməsi, ətraf məhəllədə söküntünün aparılması nəticəsində evdə yaşamaq mümkünsüz vəziyyətə gəlmişdir. Ərazidə narkomanlar, kriminal meyilli şəxslər yığılması, evdə oğurluq hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Nəticədə o, ailəsi ilə evdən köçüb getməyə məcbur olmuşdur. Onun mübahisəli evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış və ona müvafiq çıxarışlar verilmişdir. 2002-ci ildə və 2017ci ildə tərtib edilmiş sənədlərlə müəyyən edilmişdir ki, onun üç mərtəbəli evinin ümumi sahəsi 171.3 kv.m.+ 39.1 kv.m-dən ibarətdir. Mərtəbələrarası meydançanın sahəsi isə 49 kv. metr olmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli 2(103)- 10183/2021 nömrəli qətnaməsi ilə (hakimlər V.Ə. İbayevin (sədrlik edən və məruzəçi), M.A. Məmmədov və R.M. Həsənov) cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 may 2021- ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsi ləğv edilməsi, İddiaçı MMC-nin iddia tələbi təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 5 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil və 39.1 kv.m qeyri-yaşayış sahəsi sökülməsi, mülkiyyətçisi X9 mənzil və qeyri-yaşayış sahəsindən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil və 40 kv. metr təmirli qeyri-yaşayış sahəsinin X5 xüsusi mülkiyyətinə verilməsi, X5 qarşılıqlı iddiası isə qismən təmin edilərək,İddiaçıMMC-dən mənəvi ziyana görə 10.000 (on min) manat tutularaq X6 ödənilməsi və qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi ilə əlaqədar yol verilmiş prosessual pozuntuları nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə dəlili əsaslıdır və həmin qətnamə ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh4 iştirakı təmin olunmamaqla o, cavabdeh kimi məhkəmə prosesində dəlillərini irəli sürmək, sübutlar təqdim etmək, qarşılıqlı iddia irəli sürmək və s. hüquqlarından məhrum olmuşdur. Apellyasiya şikayətində daha sonra göstərilir ki, işə əlavə edilmiş 2017-ci ilə aid olan FHN-nin və digər məzmunlu ekspertiza rəyləri reallığı əks etdirmir və ümumi xarakterlidir. Əlavə olaraq məhkəmə kollegiysı qeyd edir ki, hazırda ünvan 6 ünvanda X1 RX № ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə məxsus olan 39.1 kv.m. qeyri-yaşayış sahəsi, seriya RX № ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə məxsus olan 50 kv.m. mənzil sökülmüşdür. İddiaçıMMC həmin sökülmüş qeyri-yaşayış sahəsi və mənzilin əvəzinə həmin yerdə yeni tikiləcək binada 132 kv.metrlik mənzil və 40 kv. metrlik qeyri-yaşayış sahəsinin verilməsini təklif edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh4 mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə edilən təklif mütənasib və ədalətlidir.

18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Tikinti Məcəlləsinin 3.0.20-ci ,4.1,4.2ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına,Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12- ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarına və Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndi ilə əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-2283/2022 nömrəli 25 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (məruzəçi), A.Hüseynov və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10183/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

20. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin şirkət sərəncamın icrası çərçivəsində müvafiq tədbirlər görmüş, Cavabdeh4 məxsus sahələr sökülmüşdür. Qeyd olunanlar, müdaxilənin varlığına dəlalət edir. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi qətnaməsində qarşılıqlı iddiaçıya dəyən zərərin tam olaraq kompensasiya edildiyini əsaslandıra bilməmişdir. Baxılan işdə qarşılıqlı iddiaçıya məxsus olan qeyri yaşayış sahəsi yuxarıda qeyd edilən çıxarışa əsasən 39.1 kv.m.dir. Mənzilin sahəsi isə dövlət reyestrindən verilmiş çıxarışda 50 kv.m. göstərilsə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətindən, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportundan görünür ki, X6 məxsus mənzilin ümumi sahəsi 171.3 kv.m. (4 otaq) olmuşdur. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçıya dəyən zərərin kompensasiyası müəyyən edilərkən ona məxsus mənzilin qeyd edilən rəsmi sənədlərdəki sahəsi nəzərə alınmalıdır.

21. Buna baxmayaraq apellyasiya məhkəməsi qarşılıqlı iddiaçıya məxsus 171.3 kv.m. mənzilin sökülməsi əvəzində ona həmin ünvanda inşa ediləcək binada 20% əlavə ilə 132 kv.metr mənzilin verilməsini qət etmişdir. Belə olan halda, qarşılıqlı iddiaçıya məxsus mənzilin sahəsinə dair dövlət orqanlarının verdiyi sənədlərdəki sahə ilə ona verilən sahə arasındakı fərqin kompensasiya edilməməsinin səbəbi lazımi şəkildə əsaslandırılmamışdır. Bundan əlavə, mülkiyyətçinin mənzildən məhrum olması nəticəsində yaranan ziyan aylıq 500 manat kirayə haqqı ilə əvəzləşdirilsə də, qeyriyaşayış sahəsinə münasibətdə əldən çıxmış faydanın kompensasiya edilməsi barədə Cavabdeh4 tələblərinə müvafiq hüquqi qiymət verilməmişdir. Qeyd edilənlər Cavabdeh4 məxsus daşınmaz əşyaların sökülməsinin əvəzi kimi ona verilən sahə və pul kompensasiyasının mütənasib və ədalətli olmadığına dəlalət edir.

Proses iştirakçılarının izahatı

22. Kollegiyanın əvvəlki iclaslarında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, “iclasda iştirak edən hər iki cavabdehlə qonşu olmuşam. 2017-ci ilin dekabr ayında mən oradan köçmüşəm. Fizuli müəllim məndən sonra köçmüşdür. Biz köçəndə işıq, su və qaz artıq kəsilmişdir. Məcbur qalıb köçmüşük. Fizuli müəllimin evinin 1-ci mərtəbəsi uzun zaman obyekt kimi fəaliyyət göstərmişdir. Müxtəlif vaxtlarda obyekt kompyuter salonu, dərzi sexi və elektrik avadanlıqlarının təmiri sexi kimi fəaliyyət göstərmişdir. Mənim evim faktiki 2018-ci ilin mart ayında sökülmüşdür. Fizuli müəllimin obyektinin məhz obyekt kimi sənədləşməsindən öncə də fəaliyyət göstərib.”

23. Kollegiyanın əvvəlki iclaslarında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, Fizuli müəllimə məxsus olan obyekti ayda 600 manat ödəmək şərti ilə icarəyə götürmüşdüm. Obyektdə elektrik avadanlıqlarının təmiri ilə məşğul olurdum. 2016-cı ilin yanvar ayından 2017-ci ilin iyun ayınadək orada işləmişəm. Obyektdən çıxmağıma səbəb isə işığın kəsilməsi olmuşdur. Mənim işim isə işıqla bağlı olduğundan işləməyim mümkünsüz olmuşdur. İşığın kim tərəfindən kəsilməsi barədə məlumatı yoxdur.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 və nümayəndə-vəkilləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh4 bildirdi ki, əgər iddia tələbində göstərdiyi kimi əmlakın əvvəlki vəziyyətə gətirilərək bərpası mümkün deyildirsə, mənzilinin, həmçinin qeyri-yaşayış sahəsinin əlavə 20% hesablanmaqla mənzil və qeyri-yaşayış sahəsi verilməsinə razıdır. 136 kv.m sahəsi olmaqla iki mənzil, qeyri-yaşayış sahəsi, dəymiş maddi və mənəvi ziyan, kirayə haqqının verilməsini tələb edir.

25. Digər Cavabdeh3 nümayəndəsi-vəkili də təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

26. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, mənzilin sahəsindən əlavə 20% hesablanmaqla mənzil verilməsinə razı olsalar da, qeyri-yaşayış sahəsini öz sahəsinə uyğun verə bilərlər. İki mənzil verilməsi mümkün deyildir, yalnız öz mənzil sahəsinə əlavə 20% hesablanmaqla mənzil verə bilərlər.

27. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

29. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

40. Təkrar apelyasiya baxışı zamanı Cavabdeh3 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, MMC-nin nümayəndələri mənzilinə baxış keçirərək, evlə bağlı bütün sənədlərin surətini alaraq evini sökəcəkləri halda 240000 manat verəcəklərini bildirmişlər. MMC-nin mütəxəssisləri evi ölçdükdə 75.kv.m olmuşdur, onu mənzili 80 kv.m olsa da, yenə də razılaşmışdır. Mənzilin yerinə yeni mənzil ilə təmin olunacağı barədə hər hansı müqavilə bağlamamışdır. Mənzilin sökülməsi ilə bağlı kirayədə qaldığı aylar üçün 2021-ci ilin avqust ayından hazırki vaxta kimi 7000 manat pul, səhhətinə dəyən ziyan üçün 10000 manat, mənəvi ziyan üçün 5000 manat ödənilməsini tələb edir. Cavabdeh6 onun ailə üzvü deyil və onunla yaşamayıb. Mənzilin kvadratı da düz göstərilməmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

44. Qətnamə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

46. Apellyasiya baxışı zamanı Fizuli Salmanov iddia ərizəsinə etiraz-mülahizə təqdim edərək, göstərmişdir ki, binanın aşağı qeyri-yaşayış sahəsi 2016-2017-ci illərdə icarəyə verilmiş və ondan faydalanılmışdır. MTK-nın yaratdığı dözülməz vəziyyətə görə icarə münasibətləri pozulmuş və nəticədə maddi ziyana uğramışdır. ünvan 7 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178.3 kv.m olan fərdi yaşayış evinin əvəzi olaraq 712000 manat verilməlidir. Həmin mənzilin 2018-ci ilin yanvarın 1-dən hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 32400 manat verilməlidir. ünvan 7 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus ümumi sahəsi 39.1 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq 230000 manat verilməlidir. Həmin qeyri-yaşayış sahəsinin 2018-ci ilin yanvarın 1-dən hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 46300 manat verilməlidir. Ümumilikdə 1.020.700 manatın qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə məqbul bilərsə bu kompensasiyanı ünvan 7 ünvanda İddiaçı MMC-nin sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178.3 kv.m olan fərdi yaşayış evi və 39.1 kv.m qeyri-yaşayış sahəsinin müqabilində dağıdılmış əmlakın yerində inşa olunan yaşayış evindən 60 kv.m qeyri-yaşayış sahəsi, 136 kv.m iki mənzil, 1 ədəd qaraj sahəsi və 450000 manat kompensasiya pulunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi formasında da həll edə bilər. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində vurulmuş 50000 manat mənəvi ziyana görə pulun İddiaçı MMC-dən alınaraq ona ödənilməsi də ədalətlidir.

47. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər Fizuli Salmanov və Cavabdeh3 iştirakı təmin olunmamaqla onların cavabdeh kimi məhkəmə prosesində dəlillərini irəli sürmək, sübutlar təqdim etmək, qarşılıqlı iddia irəli sürmək və s. hüquqlarından məhrum olduğu üçün qətnamə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 münasibətdə ləğv edilməlidir.

48. ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsi, habelə həmin ünvanda yerləşən 16 saylı mənzilin üzərində Cavabdeh4 mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli çıxarışlarla təsdiqlənir.

49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2017-ci il tarixli aktının surətinə əsasən Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 119 ünvanında yerləşən yaşayış evləri mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir, yaşayış evləri və qeyri-yaşayış sahələri məhdud işlək vəziyyətdədir.

50. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin şirkət sərəncamın icrası çərçivəsində müvafiq tədbirlər görmüş, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məxsus sahələr sökülmüşdür. Belə olan halda ilk iddianın “sökülmə” və “mənzildən çıxarılma” hissəsinin təmin olunmasına ehtiyac qalmır.

51. Qeyd olunanlar müdaxilənin varlığına dəlalət edir.

52. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.

54. Göründüyü kimi qanuni müdaxilənin mütənasib olması gözlənilməlidir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.

55. İddiaçı ilkin iddia tələbində ünvan 3 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi X5 mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 114 kv.metr təmirli mənzilin X5 xüsusi mülkiyyətinə verilməsini tələb etmişdir.

56. Fizuli Salmanov qarşılıqlı iddia tələbində MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 171.3 kv.m. olan fərdi yaşayış evi və 39.1 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilməsini tələb etmiş, hazırki apellyasiya baxışı zamanı etiraz-mülahizə təqdim edərək, ünvan 7 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178.3 kv.m olan fərdi yaşayış evinin əvəzi olaraq 712000 manat, ümumi sahəsi 39.1 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq 230000 manat verilməli olduğunu, həmçinin Məhkəmə məqbul bilərsə bu kompensasiyanı ünvan 7 ünvanda İddiaçı MMC-nin sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178.3 kv.m olan fərdi yaşayış evi və 39.1 kv.m qeyri-yaşayış sahəsinin müqabilində dağıdılmış əmlakın yerində inşa olunan yaşayış evindən 60 kv.m qeyri-yaşayış sahəsi, 136 kv.m iki mənzil, 1 ədəd qaraj sahəsi və 450000 manat kompensasiya pulunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi formasında da həll edə biləcəyini göstərmişdir.

57. Mübahisənin düzgün və obyektiv həlli üçün Kollegiyanınxx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/3992-9/4207 nömrəli ekspert rəyinə əsasən İddiaçı MMC tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ünvan 8 ünvanında yerləşən X6 məxsus olmuş yaşayış sahəsinin və sahəsi 39,1 kv.m. olan qeyri-yaşayış sahəsinin, həmçinin həmin ünvanda yerləşən Cavabdeh3 məxsus olmuş 117 nömrəli fərdi yaşayış evinin 1kv.m dəyəri və Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsinin icarə dəyəri 2018-ci il tarixlərə, eləcə də Mərkəzdə qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert tədqiqat aparılmadığından və olan qiymətlərinə dair məlumat bazası olmadığından, tədqiq olunan yaşayış və qeyriyaşayış sahələrinin söküldüyü vaxta, yəni 2018-ci il tarixə uyğun 1 kv.m bazar qiymətini və qeyri-yaşayış sahəsinin icarə dəyərini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsinə yaxın ərazilərdə yerləşən analoji yeni inşa edilmiş təmirli mənzilin 1kv.m hazırda mövcud olan 2023-cü ilin orta bazar qiymətinə uyğun olaraq təqribən 3290,0 manat, təmirsiz mənzilin 1 kv.m dəyəri 2520,0 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsinə yaxın ərazilərdə yerləşən analoji yeni inşa edilmiş təmirli qeyri-yaşayış sahəsinin 1kv.m hazırda mövcud olan 2023-cü ilin orta bazar qiymətinə uyğun olaraq dəyəri təqribən 5800,0 manat, təmirsiz qeyri-yaşayış sahəsinin 1 kv.m dəyəri 3670,0 manat məbləğində müəyyən edilmişdir.

58. Məhkəmə iclasında Cavabdeh4 ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərlə razılaşmamış, bildirmişdir ki, əgər iddia tələbində göstərdiyi kimi əmlakın əvvəlki vəziyyətə gətirilərək bərpası mümkün deyildirsə, mənzilinin, həmçinin qeyri-yaşayış sahəsinin əlavə 20% hesablanmaqla mənzil və qeyri-yaşayış sahəsi verilməsinə razıdır.

59. İddiaçının nümayəndəsi-vəkili isə bildirmişdir ki, mənzilin sahəsindən əlavə 20% hesablanmaqla mənzil verilməsinə razı olsalar da, qeyri-yaşayış sahəsini öz sahəsinə uyğun verə bilərlər. İki mənzil verilməsi mümkün deyildir, yalnız öz mənzil sahəsinə əlavə 20% hesablanmaqla mənzil verə bilərlər.

60. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

61. Belə olan halda qeyd olunan normanın tələbinə uyğun olaraq Kollegiya hesab edir ki, zərərin əvəzi naturada ödənilməlidir.

62. Mübahisəli hallardan biri də Fizuli Salmanova məxsus yaşayış və qeyri-yaşayış sahəsinin sahəsi ilə bağlıdır.

63. Fizuli Salmanov qarşılıqlı iddiasında fərdi yaşayış evinin ümumi sahəsini 171.3 kv.m. və qeyri-yaşayış sahəsinin isə 39.1 kv.m, etiraz-mülahizədə isə fərdi yaşayış evinin 178.3 kv.m, qeyri-yaşayış sahəsinin isə 39.1 kv.m olduğunu göstərmişdir.

64. İş materiallarında olan çıxarışa əsasən qeyri-yaşayış sahəsinin sahəsi 39.1 kv.m, mənzilin sahəsi isə dövlət reyestrindən verilmiş çıxarışda 50 kv.m. göstərilsə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətindən, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportundan görünür ki, mənzilin ümumi sahəsi 171.3 kv.m (4 otaq) olmuşdur.

65. Yaşayış və qeyri-yaşayış sahəsinin sahələri ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir.

66. xx.xx.2010-cu il tarixli sərəncamda göstərilmişdir ki, mənzil faktiki yerində 4 otaqdan ibarət olub, yaşayış sahəsi 78,4 kv.m, ümumi sahəsi isə 171,3 kv.m-dir.

67. xx.xx.2002-ci il tarixli texniki pasportdan müəyyən edilir ki, istinad edilən qeyri-yaşayış sahəsi texniki parportda “qalareya” kimi göstərilməklə, yaşayış sahəsi ilə birlikdə ümumi sahə olaraq 171,3 kv.m təşkil edir. Yəni, Cavabdeh4 iddia etdiyi kimi 171,3 kv.m yaşayış sahəsi və ayrıca da 39,1 kv.m qeyri-yaşayış sahəsi deyil, həmin qeyriyaşayış sahəsi də ümumi sahəyə daxil olmaqla, birlikdə 171,3 kv.m sahə təşkil etmişdir.

68. Həmin texniki pasportla xx.xx.2017-ci il tarixli texniki pasportu müqayisəli təhlil etdikdə aydın olur ki, 16 saylı mənzilin sahəsi sonradan artırılmış, faktiki sahəsi 76,6 kv.m olmuşdur, lakin 4 və 5 saylı balkon sahələri 0,3 əmsalı ilə hesablanmaqla 10 kv.m və 28 kv.m göstərilmişdir.

69. Belə olan halda müəyyən edilir ki, Fizuli Salmanova məxsus yaşayış və qeyrisahəsinin birlikdə ümumi sahəsi 178,3 kv.m olmuşdur. Yəni, sonuncunun istinad etdiyi kimi, 178,3 kv.m yaşayış sahəsi, 39.1 kv.m isə qeyri-yaşayış sahəsinin sahəsi olmamış, 39,1 kv.m qeyri-yaşayış sahəsi də daxil olmaqla ona məxsus ümumi sahə 178,3 kv.m olmuşdur. Belə olan halda yaşayış sahəsinin də sahəsi 139,2 kv.m (178,3- 39,1) təşkil etmişdir.

70. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

71. Yuxarıda da qeyd edildiyi hazırda Cavabdeh4 vurulmuş zərərin naturada ödənilməsi qənaətinə gəlinmişdir, ona görə də MMC tərəfindən Cavabdeh4 məxsus sökülmüş mənzilin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 139,2 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 167,04 kv.m sahəsi olan mənzil, həmçinin həmin yerdən 39,1 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh4 MMC tərəfindən təhvil verilməlidir.

72. Kollegiya onu da qeyd edir ki, istinad edilən 20 faiz miqdarında əlavə ödənilməsi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə mənzillərin sökülməsi ilə nəticəsində müəyyən müddət əmlakından məhrum olduğu üçün ödənilən kompensasiyanı nəzərdə tutmuşdur. Ona görə də qeyri-yaşayış sahəsinə münasibətdə əlavə 20% hesablanması əsassızdır.

73. Bundan başqa Cavabdeh4 özünün və oğlunun 2017-ci ildən kirayədə yaşamağa məcbur olmaları ilə əlaqədar kirayə haqqının ödənilməsini tələb etmişdir.

74. Apellyasiya baxışı zamanı Cavabdeh4 məhkəmə iclasında izahatında göstərmişdir ki, onun tələbi evinin söküldüyü vaxtdan, yəni 2021-ci ilin avqust ayından bu günədək kirayə pulunun ödənilməsidir.

75. Birinci instansiya məhkəməsinin qətnaməsinin icrası ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan da müəyyən edilir ki, mənzillər həmin tarixdə sökülmüşdür.

76. Kollegiya hesab edir ki, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla MMC tərəfindən X6 ödənilməlidir.

77. Cavabdeh4 oğlunun kirayədə qalmasına görə pul tələb etməsinə isə subyektiv hüququ yoxdur və oğlu tərəfindən belə bir iddia qaldırılmamışdır. Ona görə də qarşılıqlı iddia həmin hissədə əsassız hesab edilməklə rədd olunmalıdır.

78. Cavabdeh4 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 =31200 (cəmi olaraq 37700 manat) tələb etmişdir.

79. Təqdim edilmiş xx.xx.2016-cı il tarixli “icarə müqaviləsindən” müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi Fizuli Salmanov tərəfindən Vüqar Cəfərova icarə haqqı 650 manat müəyyən edilməklə icarəyə verilmişdir.

80. Kompensasiyanın həcmi müəyyənləşdirilərkən şəxsin mülkiyyət hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (o cümlədən, tikinti şirkətinin mülkiyyətçinin razılığını almadan onun öz əmlakından təyinatı üzrə istifadəsini mümkünsüz etdiyi andan eyni sahənin ona verildiyi vaxtadək əldən çıxmış faydası), çəkdiyi və çəkməli olduğu xərclər obyektiv şəkildə müəyyənləşdirilməlidir.

81. Kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsinə münasibətdə əldən çıxmış fayda olaraq 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 650 manat hesablanmaqla MMC tərəfindən X6 ödənilməlidir.

82. Fizuli Salmanovun mənəvi ziyan tələbinə aid hissədə Kollegiya qeyd edir ki, MMC tərəfındən onun razılığı olmadan mənzilinin və qeyri-yaşayış sahəsinin sökülməsi qarşılıqlı iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur.

83. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

84. Kollegiya qarşılıqlı iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh4 tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə MMC-dən Fizuli Salmanovun xeyrinə mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

85. Qarşılıqlı iddia ərizəsinin “evin təmirinə xərclənmiş 137000 manat məbləğində” pul tələbi ilə bağlı hissəsi ilə əlaqədar Kollegiya qeyd edir ki, MMC tərəfindən sökülmüş mənzil və qeyri-yaşayış sahəsinin əvəzində təmirli yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin Cavabdeh4 verilməsi nəzərdə tutulduğdan, təmirə çəkilmiş xərcin əlavə tələb edilməsi əsassızdır.

86. Qarşılıqlı iddia tələblərindən biri də ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri 45000 manat məbləğində pulun tələb olunmasıdır.

87. Cavabdeh4 məxsus ev xx.xx.2021-ci il tarixdə sökülərkən evdə heç bir yararlı əmlak aşkar olunmamış və bu barədə müvafiq akt yazılmışdır. Evdə yararsız əmlak kimi aşkar edilənlər isə saxlanca verilmişdir. Cavabdeh4 sökülən evdə əmlakının qalması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddianın həmin hissəsi də əsassız hesab ediməklə rədd olunmalıdır.

88. Digər Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

89. Əvvəla Kollegiya qeyd edir ki, Cavabdeh3 apellyasiya şikayətində göstərmişdir ki, mənzilin sökülməsi ilə bağlı kirayədə qaldığı aylar üçün 2021-ci ilin avqust ayından hazırki vaxta kimi 7000 manat pul, səhhətinə dəyən ziyan üçün 10000 manat, mənəvi ziyan üçün 5000 manat ödənilməsini tələb edir.

90. Kollegiya qeyd edir ki, Cavabdeh3 bu barədə qarşılıqlı iddiası və ya müstəqil iddia tələbi olmamışdır. Apellyasiya şikayətində isə belə bir tələb irəli sürmək hüququ olmamışdır.

91. İddiaçı tələbində ünvan 4-nin sökülməsi, mülkiyyətçi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsini tələb etmişdir.

92. 0027808 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0.03399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 13 otaqlı 175.4 kv.metr yaşayış – kv.m qeyri-yaşayış, 114.6 kv.metr köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3668 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır.

93. Çıxarışa əsasən müəyyən edilir ki, sözügedən yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur, belə olan halda sonuncuya məxsus yaşayış evinin sahəsi 65,25 kv.m olmuşdur (175,4+114,6=290; 290/40x9).

94. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

95. Kollegiya hesab edir ki, MMC tərəfindən Cavabdeh3 məxsus sökülmüş mənzilin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 65,25 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 78,3 kv.m sahə mənzil MMC tərəfindən Cavabdeh3 təhvil verilməlidir.

96. Həmçinin Kollegiya hesab edir ki, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla MMC tərəfindən Cavabdeh3 ödənilməlidir.

97. Eyni zamanda Cavabdeh3 məxsus mənzil artıq söküldüyündən onun və həmin mənzildə qeydiyyatda olan Cavabdeh6 mənzildən çıxarılmasına, yəni həmin hissədə iddianın təmin olunmasına ehtiyac qalmamışdır.

98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(006)-898/2021 nömrəli qətnaməsi qismən – mübahisələndirilən hissələrdə (X9 və Cavabdeh3 aid) ləğv edilsin, həmin hissələrdə ilk iddia və Cavabdeh4 qarşılıqlı iddiası qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş X6 məxsus 139,2 kv.m yaşayış və 39.1 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 139,2 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 167,04 kv.m sahəsi olan mənzil və 39,1 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh4 İddiaçı MMC tərəfindən təhvil verilsin. 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı və 650 manat icarə haqqı hesablanmaqla İddiaçı MMC tərəfindən X6 ödənilsin. Mənəvi zərərin əvəzi olaraq İddiaçı MMC-dən 10.000 manat tutulub X6 verilsin. İlk və qarşılıq iddianın qalan hissəsi təmin edilməsin.

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Cavabdeh3 məxsus 65,25 kv.m yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 65,25 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 78,3 kv.m sahəsi olan mənzil Cavabdeh3 İddiaçı MMC tərəfindən təhvil verilsin. 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla İddiaçı MMC tərəfindən Cavabdeh3 ödənilsin.

Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar