Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1253/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndələri X14 və Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3985/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 12 aprel 2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli əmri ilə İddiaçı töhmət verilmişdir. Əsas kimi 28 aprel 2022-cı il tarixli **********7 nömrəli xidməti məruzə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin 6 aprel 2022-ci il tarixli **********1 nömrəli və DOST Agentliyin Daxili nəzarət və audit departamentinin 27 aprel tarixli 2022-ci il **********5 nömrəli xidməti məruzələri göstərilmişdir.
3. İş materiallarında olan ünvanlı dövlət sosial yardım ilə bağlı müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələrinin təhlil edilməsi üçün 05 may 2021-ci il tarixli **********6 saylı əmrlə yaradılmış müvəqqəti komissiyanın 29 oktyabr 2021-ci il tarixində keçirilmiş iclasının 083 nömrəli protokolunun surətindən müəyyən edilir ki, Komissiyanın sədri X1 (1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər Şöbəsinin müdiri), komissiyanın üzləri X8 (DOST Agentliyinin DOST Xidmətlər departamentinin Səyyar və sosial xidmətlər şöbəsinin məsləhətçisi) və İddiaçı (DOST Agentliyinin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi) iştirakı ilə keçirilmiş iclasında -1 saylı Bakı DOST Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələrinin qanunvericiliyə müvafiq olaraq təhlil edilməsi, habelə VEMTAS proqramına daxil edilməmişdən əvvəl müraciətdə əks olunmuş məlumatlarla müayinə zamanı aşkar edilmiş məlumatların uyğunluğu qiymətləndirilmiş və Komissiya üzvləri tərəfindən gündəlikdə duran məsələlər barəsində təqdim olunan məlumatlar əsasında qanunvericiliyə müvafiq olaraq uyğunlaşdırma aparılaraq cədvəldə qeyd olunmuş şəxslərin məlumatlarının VEMTAS proqramına daxil edilməsinin uyğun olub-olmaması barəsində qərar qəbul edilmişdir.
4. Bahar Məcidovanın ünvanlı dövtət sosial yardımla bağlı müraciətinə dair Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi İddiaçı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə yazılı izahatı alınmış, xx.xx.2022-ci il tarixdə verilmiş izahatı Agentliyin Daxili nəzarət və audit departamentinin Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt hesabına (Elektron ünvan ) göndərilmişdir. xx.xx.2022-ci il tarixli izahat isə DOST X6 sədrinin adına yazılmışdır.
5. Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış yazılı məruzədə göstərilmişdir ki, maddi-məişət şəraitinin ilkin müayinəsi və müayinə nəticələrinin təhlil edilməsi zamanı öz fəaliyyətlərini peşəkarlıqla yerinə yetirmək borcuna etinasız yanaşmaqla qanunsuz ÜDSY təyinatına şərait yaratdıqları üçün, habelə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Agentliyin Xidmətlər departamentinin Səyyar və sosial xidmətlər şöbəsinin məsləhətçisi X15, Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi İddiaçı, Agentliyin 1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri X4, 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin müdiri X9, həmin şöbənin məsləhətçiləri X13 və X11 barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədilə Nazirlik yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müvafiq tapşırıq verilməsi, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində araşdırılması mümkün olmadığından hüququ olmayan şəxslərə ÜDSY-nın təyin olunmasına əsassız şərait yaradan, Ağdaş rayon sakinləri X5 və "Qismət” adlı şəxsin Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi təklif edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış araşdırmanın nəticəsi üzrə materialların təqdim edilməsi barədə məlumatda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində araşdırılması mümkün olmadığından hüququ olmayan şəxslərə maddi nemətlər qarşılığında ÜDSY-nın təyin olunmasına əsassız şərait yaradan, Ağdaş rayon sakinləri X10 və "Qismət” adlı şəxslərin Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 31 may 2022-ci il tarixli **********0 nömrəli əmri ilə Agentliyin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi İddiaçı 1 iyun 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 12 aprel 2021-ci tarixli il əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin İdarə Heyəti sədrinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli "İntizam tənbehinin verilməsi haqqında" əmrində ona münasibətdə intizam tənbeh tədbirinin (töhmət) qanunsuz hesab edilməsi, intizam tənbehi verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi nəzərə alınaraq töhmətin ləğv edilməsi və bununla bağlı olaraq müvafiq əmrə düzəliş edilməsi, o cümlədən müvafiq məlumatlandırmanın həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə arasında 12 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Agentliyin Hüquq departamentinin Korporativ hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. 29 aprel 2022-ci il tarixdə DOST X6 sədrinin **********3 nömrəli əmri ilə əsassız olaraq ona intizam tənbehi (töhmət) tətbiq edilmişdir. “İntizam tənbehinin verilməsi haqqında” 29 aprel 2022-ci il tarixli **********3 nömrəli əmrə əsasən 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin əməkdaşları tərəfindən ünvanlı dövlət sosial yardımın təyinatı ilə bağlı müraciət etmiş vətəndaş X3 faktiki yaşayış ünvanında maddi-məişət şəraitinin müayinəsinin səthi və qeyri-peşəkar aparıldığı, o cümlədən Dayanıqlı və Operativ Sosial Təminat X6 sədrinin “DOST mərkəzlərində ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etmiş şəxslərin maddi-məişət şəraitinin müayinəsi məqsədilə monitorinq fəaliyyətinin nəticələrinin təhlil edilməsi üçün müvəqqəti komissiyaların yaradılması haqqında" 2021-ci il 5 may tarixli **********6 nömrəli əmri ilə yaradılmış müvəqqəti komissiya tərəfindən B.Məcidovanın maddiməişət şəraitinin müayinəsi nəticələrinin təhlil edilməsi zamanı əmək funksiyalarının icrasında nöqsanlara yol verildiyi göstərilərək Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən ona intizam tənbehi tətbiq edilmişdir. Halbuki, B.Məcidovanın ünvanlı dövlət sosial yardımla bağlı 2 oktyabr 2021-ci il tarixli müraciəti üzrə 1 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi aparılmış, daha sonra 29 oktyabr 2021ci il tarixdə komissiya (2 üzv və 1 sədrdən ibarət) iclası keçirilərək Monitorinq şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş məlumatlar əsasında üzvlər və komissiya sədri tərəfindən B.Məcidovaya sosial yardımın təyin olunması istiqamətində yekdil şəkildə qərar verilmişdir. Vətəndaş müraciəti zamanı verdiyi məlumatları bildirmişdir. Alimentlə bağlı verilən məlumatın həqiqiliyini yoxlamaq məqsədilə komissiya üzvləri və sədri tərəfindən monitorinq qrupunun əməkdaşlarına müvafiq orqana sorğu göndərilməsi istiqamətində göstəriş verilmişdir. Bununla belə vətəndaşın müraciətinə baxılma müddətinin ötürülməsi nəzərə alınaraq verilmiş sorğunun cavabı gözlənilmədən sosial yardımın verilməsi ilə bağlı tərəflərindən təyinat verilmişdir. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxil nəzarət və audit şöbəsi B.Məcidovanın müraciəti üzrə araşdırmaya başlamış, vətəndaş tərəfindən ərizədə göstərilən gəlirlərin düzgün bəyan edilməməsi səbəbindən sosial yardım təyin olunmasına təyinat verilməsini səhlənkarlıq kimi qiymətləndirərək barəsində müvafiq intizam tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı göstəriş vermişdir. Şöbə bu qənaətə gələrkən yalnız vətəndaşın keçmiş ərinin aliment verməsi ilə bağlı şifahi ifadəsinə əsaslanmışdır. Halbuki, vətəndaşın aliment alıbalmamasını təsdiq edən müvafiq hüquqi sənəd təqdim edilmədiyindən və bununla bağlı monitorinq şöbəsi tərəfindən verilmiş sorğuya cavab verilməsi vətəndaşın müraciət müddətinin ötürülməsinə səbəb olduğundan təyinat verilmişdir. Komissiya tərəfindən qanunvericilikdən kənar digər vasitələrlə məlumat əldə edilməsi isə komissiyanın səlahiyyətləri xaricindədir. Məzuniyyətdə olduğu zaman B.Məcidovanın işi üzrə komissiyanın fəaliyyətinin araşdırılması istiqamətində izahat vermək üçün DOST Agentliyi tərəfindən zəng vasitəsilə Nazirliyə dəvət olunmuşdur. xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə əmək məzuniyyətində olduğundan (səhhətindəki problemlə bağlı) gedə bilməyəcəyi barədə məlumat vermiş və izahatın elektron qaydada verilməsi ilə bağlı razılığa gəldikdən sonra, 09 fevral 2022-ci il tarixdə izahatı Agentliyin Daxili nəzarət və audit departamentinin Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt hesabına (Elektron ünvan ) göndərmişdir. 23 fevral 2022-ci il tarixdə məzuniyyətdən geri qayıdarkən ona inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı məsələ qalxmamış, qeyd olunan tarixdən 2 aydan çox vaxt keçdikdən sonra, aprel ayında yenidən Agentliyin Daxili nəzarət və audit departamenti tərəfindən eyni iş üzrə ondan izahat verməsi tələb olunmuşdur. 27 aprel 2022-ci il tarixdə məcbur qalaraq yenidən izahatı yazıb aidiyyəti üzrə təqdim etmişdir. Üzərindən 2 gün keçdikdən sonra sanki tək qərarverici şəxs o, olmuş kimi yalnız ona və Monitorinq şöbəsinin əməkdaşlarına 29 aprel 2022-ci il tarixdə **********3 nömrəli əmrlə intizam tənbehi (töhmət) tətbiq edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 sentyabr 2022-ci il tarixli 2(004)-3985/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli “intizam tənbehinin verilməsi haqqında” əmrində İddiaçı münasibətdə intizam tənbeh tədbirinin (töhmət) qanunsuz hesab edilərək ləğv edilməsi və bununla bağlı müvafiq əmrə düzəliş edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin bu əmrlə bağlı məlumatlandırmanı həyata keçirməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməsi imperativ norma kimi təsbit edilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçıya intizam tənbehi verilərkən əmək, əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə əmək məzuniyyətində olmuş, xx.xx.2022-ci il tarixində Məcidova Baharın ünvanlı dövtət sosial yardımla bağlı müraciətinə dair iddiaçı elektron formada yazılı izahatını təqdim etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən işdə olmuşdur.İddiaçıdan xx.xx.2022-ci il tarixdə yenidən yazılı izahatın verilməsi tələb edilmiş və ona intizam tənbehi əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən (məzuniyyətdə olduğu vaxt çıxılmaqla) 1 ay keçənədək deyil, 2 ay keçdikdən sonra 29 aprel 2022-ci il tarixdə verilmişdir. Bu hal mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Əmək Məcəlləsinin 311, 10, 186, 187, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya intizam tənbehi tətbiq edilməsinə səbəb olan intizam xətası xx.xx.2021-ci il tarixində törədilmişdir. Həmin intizam xətasına görə tənbeh tətbiqi xətanın törədilməsinin tam 6 ayında xx.xx.2022-ci il tarixdə tətbiq edilmişdir, yəni qanunvericiliyin maddi hüquq normasının tələbi pozulmamış, 6 ay keçdikdən sonra intizam tənbehi tətbiq edilməmişdir. Əmək qanunvericiliyində işçidən işəgötürən tərəfindən təkrarən izahat alınmasını məhdudlaşdıran imperativ norma mövcud deyildir. Birinci instansiya məhkəməsi ilkin izahat tarixnin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gün kimi qiymətləndirmişdir. Lakin araşdırma aparılmadan əmək və icra intizamının pozulmasını bildirmək subyektiv yanaşmadır və araşdırma nəticəsində əmək və icra intizamının pozulmadığı da müəyyən edilə bilərdi. Bunun üçün araşdırma nəticəsində əmək və ya icra intizamının pozulması faktına dair ƏƏSMN-ə xx.xx.2022-ci il tarixli xidməti məruzənin əsas hesab edilməsi, yəni həmin tarixdən etibarən işçinin intizam xətası törətməsinin aşkar olunması və 1 aylıq müddətin həmin tarixdən etibarən hesablanması zəruridir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəməyə gəlmədikləri üçün işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
18. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
19. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
20. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
28. İddiaçı ona istinad etmişdir ki, qanunvericiliyin tələbinə görə intizam tənbehi qanun pozuntusunun aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilərdi.
29. Məhkəmə də bu hala əsaslanmışdır ki, intizam tənbehi əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən (məzuniyyətdə olduğu vaxt çıxılmaqla) 1 ay keçənədək deyil, 2 ay keçdikdən sonra 29 aprel 2022-ci il tarixdə verilmişdir.
30. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır.
31. İddiaçı tərəfindən birinci izahat xx.xx.2022-ci il tarixdə Daxili nəzarət şöbəsinin müdiri Zaur Baxşəliyevin xidməti elektron poçt ünvanına göndərilmişdir. Bu izahat audit yoxlaması aparılarkən bu məqsədlə alınmış izahat olmuşdur. Audit yoxlaması xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsindən asılı olaraq intizam tənbehi verilmişdir. Belə ki, yol verilmiş pozuntu yoxlama nəticəsində müəyyən edilmişdir. Bundan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıdan izahat alınmış və həmin izahat xx.xx.2022-ci il tarixdə X7 sədrinin adına yazılmışdır. Sonuncunun xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya töhmət verilmişdir.
32. Beləliklə müəyyən edilir ki, qanun pozuntusunun aşkar edildiyi vaxt xx.xx.2022-ci il hesab edilir, çünki audit yoxlaması həmin tarixdə başa çatmış və yoxlamanın nəticəsində belə bir pozuntunun baş verdiyi aşkar edilmişdir. İntizam tənbehi də xx.xx.2022-ci il tarixdə verilmişdir.
33. Yəni iddiaçının istinad etdiyi, Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulması, intizam tənbehinin əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən (məzuniyyətdə olduğu vaxt çıxılmaqla) 1 ay keçənədək deyil, 2 ay keçdikdən sonra verilməsi barədə göstərilənlər əsassız olmuşdur.
34. İntizam tənbehi qanunvericilikdə nəzərdə tutulmuş müddət daxilində verilmişdir.
35. İddiaçının tələbi əsassız olmuşdur.
36. Beləliklə, apelyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3985/2022 saylı iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.