Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1255/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X41 və "xxxx" MMC cəlb edilməklə cavabdehlər Cavabdeh15, Cavabdeh17, Cavabdeh16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, X37, Cavabdeh9, Cavabdeh10, Cavabdeh4, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı “xidmət haqqlarının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: xidmət haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X42 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X41 və "xxxx" MMC cəlb edilməklə cavabdehlər Cavabdeh15, Cavabdeh17, Cavabdeh16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, X37, Cavabdeh9, Cavabdeh10, Cavabdeh4, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı “xidmət haqqlarının ödənilməsi” tələbinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3420/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən 1123-MM10-0288 saylı çıxarışdan görünür ki, İddiaçı MMMC xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35, 35A və 35B saylı binanı - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmasının əsası kimi Cəmiyyətin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı və digər sənədlər təşkil etmişdir. Dəyişikliyin qeydiyyat tarixi xx.xx.2023-cü il tarixdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35B, mənzil 8 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMMC cavabdehlər Cavabdeh15, Cavabdeh17, X31, X43, Cavabdeh16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X32, X33, Cavabdeh5, Cavabdeh6, X44, Cavabdeh7, X37, Cavabdeh9, Cavabdeh10, Cavabdeh4, X48, X45, Cavabdeh11, X38, X27, Cavabdeh12, X34, Cavabdeh13, Cavabdeh14 və X20 qarşı xidmət haqqlarının ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh15 444,50 manat məbləğində, Cavabdeh16 564,50 manat məbləğində, Cavabdeh17 591,60 manat məbləğində, X5 487,20 manat məbləğində, X21 452,50 manat məbləğində, X12 487,20 manat məbləğində, Cavabdeh1 491,50 manat məbləğində, Cavabdeh2 400,50 manat məbləğində, Cavabdeh3 400,50 manat məbləğində, Cavabdeh4 493,70 manat məbləğində, X6 564,50 manat məbləğində, X7 606,90 manat məbləğində, Cavabdeh5 397,60 manat məbləğində, Cavabdeh6 583,40 manat məbləğində, X22 436,50 manat məbləğində, Cavabdeh7 576,40 manat məbləğində, X13 600,10 manat məbləğində, X4 549,50 manat məbləğində, X23 574,30 manat məbləğində, Cavabdeh9 477,70 manat məbləğində, Cavabdeh10 225,00 manat məbləğində, X35 274,20 manat məbləğində, Cavabdeh11 445,90 manat məbləğində, Cavabdeh12 485,80 manat məbləğində, X8 467,60 manat məbləğində, Cavabdeh13 234,10 manat məbləğində, Cavabdeh14 573,50 manat məbləğində və X9 389,60 manat məbləğində, — cəmi 14313,20 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı MMMCnin hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 35, 35A və 35B saylı binalar "xxxx" MMC tərəfindən inşa olunmuş və 2005-ci ildə sakinlərin istifadəsinə verilmişdir. Binalar istifadəyə verildikdən sonra binalara xidməti həmin Cəmiyyət göstərmişdir. xx.xx.2023-cü il tarixində sakinlər binaların idarə edilməsi məqsədi ilə haqqı ödənilməklə, həmin binaların ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirmək üçün İddiaçı MMMC təsis etmişlər. İddiaçı MMMC yarandığı gündən Cəmiyyətə daxil olan binalara xidmətlər göstərən icra orqanlarının və binaları inşa etmiş və Cəmiyyət yaradılanadək idarə etmiş ”ANT İnşaat Təmir Tikinti” MMC-nin rəhbərlərinə xidmətlər göstərilməsi barədə müqavilələrin Cəmiyyət ilə bağlanılması və müvafiq təhvil-təslim aktları tərtib edilməklə xidmət sahələrinin Cəmiyyətə təhvil verilməsi barədə müraciətlər olunmuşdur. Bu müddət ərzində Cəmiyyət tərəfindən sakinlərin fəal iştirakı ilə müəyyən işlər görülmüş, sakinlərlə fərdi müqavilələr bağlanmış, kommunal xidmətlər göstərən icra strukturları ilə xidməti müqavilələr bağlanmışdır. Lakin bəzi sakinlər onlarla bağlanmış müqavilələrin şərtlərini birtərəfli qaydada pozaraq qarşılıqlı surətdə razılaşdırılmış aylıq xidmət haqqlarını Cəmiyyətin hesabına ödəməkdən imtina edirlər. Bu da Cəmiyyətin normal fəaliyyətini pozur, qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan vermir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 5-ci mənzili (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 87, M3, m 2) Cavabdeh15 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 32-ci mənzili Cavabdeh16 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 48-ci mənzili (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 89, M12, m 2) Cavabdeh17 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 31-ci mənzili cavabdeh X14 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 8-ci mənzili cavabdeh X28 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 2-ci mənzili cavabdeh X24 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 8-ci mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 27-ci mənzili Cavabdeh2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 15-ci mənzili Cavabdeh3 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 18-ci mənzili Cavabdeh4 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 42-ci mənzili cavabdeh X15 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 38-ci mənzili cavabdeh X16 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 18-ci mənzili Cavabdeh5 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 13-cü mənzili Cavabdeh6 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 52-ci mənzili cavabdeh X29 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 23-cü mənzili Cavabdeh7 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 27-ci mənzili cavabdeh X25 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 33-cü mənzili cavabdeh X10 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 28-ci mənzili cavabdeh X30 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 34-cü mənzili Cavabdeh9 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 39-cu mənzili Cavabdeh10 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 31-ci mənzili cavabdeh X39 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 1-ci mənzili Cavabdeh11 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 14-cü mənzili Cavabdeh12 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 64-cü mənzili cavabdeh X17 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 75-ci mənzili Cavabdeh13 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 23-cü mənzili Cavabdeh14 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 41-ci mənzili cavabdeh X18 xüsusi mülkiyyətindədir. 2024-cü ilin iyun ayınadək cavabdehlərdən Cavabdeh15 444,50 manat məbləğində, Cavabdeh16 564,50 manat məbləğində, Cavabdeh17 591,60 manat məbləğində, X14 487,20 manat məbləğində, X28 452,50 manat məbləğində, X26 487,20 manat məbləğində, Cavabdeh1 491,50 manat məbləğində, Cavabdeh2 Azad oğlunun 400,50 manat məbləğində, Cavabdeh3 400,50 manat məbləğində, X2 519,70 manat məbləğində, Cavabdeh4 Mirnağı oğlunun 493,70 manat məbləğində, X15 564,50 manat məbləğində, X16 606,90 manat məbləğində, Cavabdeh5 397,60 manat məbləğində, Cavabdeh6 583,40 manat məbləğində, X29 436,50 manat məbləğində, Cavabdeh7 576,40 manat məbləğində, X25 600,10 manat məbləğində, X10 549,50 manat məbləğində, X30 574,30 manat məbləğində, Cavabdeh9 477,70 manat məbləğində, Cavabdeh10 225,00 manat məbləğində, X39 274,20 manat məbləğində, Cavabdeh11 445,90 manat məbləğində, Cavabdeh12 485,80 manat məbləğində, X17 467,60 manat məbləğində, Cavabdeh13 234,10 manat məbləğində, Cavabdeh14 573,50 manat məbləğində, X18 389,60 manat məbləğində borcları vardır. Dəfələrlə cavabdehlərə yazılı və şifahi müraciətlər və xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdirirlər.
5. İddiaçı MMMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 10 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlərə məhkəmə bildirişi göndərildikdən sonra bir neçə cavabdeh könüllü surətdə borclarını ödəmişlər. Belə ki, cavabdehlərdən X31, X43, X45 və X48 borclarını tam şəkildə MMMC-nin hesabına ödəmişlər. Cavabdehlərdən X40 və X36 İddiaçı MMMC-nin sədrinə ərizə ilə müraciət edərək, bu ilin avqust ayında borclarını tam ödəyəcəklərini bildirmişlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X31, X43, X45, X48, X40 və X19 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3420/2024 saylı, 10 iyul 2024-cü il tarixli protokolu ilə cavabdehlər X31, X43, X45, X48, X40 və X36 cavabdehlər siyahısından çıxarılmışlar.
7. Daha sonra İddiaçı MMMC xx.xx.2024-cü il tarixdə ərizə verərək, Cavabdeh6 tərəfindən də kommunal xidmət haqqı ödənildiyindən həmin cavabdehə də qarşı “kommunal xidmət haqlarının ödənilməsinə dair” icraata xitam verilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3420/2024 saylı, 07 noyabr 2024- cü il tarixli qərardadı ilə İddiaçı MMMC cavabdehlər X31 və qeyrilərinə qarşı xidmət haqqlarının ödənilməsi tələbi üzrə cavabdehlər X31, X32, X33, X44, X27, X34, X43, X45, X48, X40, X20 və Cavabdeh6 dair hissədə iddiadan imtina etməsinin qəbul olunması; iddiaçı "xxxx" MMMC cavabdehlər X31 və qeyrilərinə qarşı xidmət haqqlarının ödənilməsi tələbi üzrə mülki işin icraatına cavabdehlər X31, X32, X33, X44, X27, X34, X43, X45, X48, X40, X20 və Cavabdeh6 dair hissədə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar hissəvi xitam verilməsi qərara alınmışdır.
9. İddiaçı MMMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 29 sentyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh15 577,85 manat məbləğində, Cavabdeh16 733,85 manat məbləğində, Cavabdeh17 769,8 manat məbləğində, Cavabdeh1 638,95 manat məbləğində, Cavabdeh2 Azad oğlundan 521,0 manat məbləğində, Cavabdeh3 520,65 manat məbləğində, Cavabdeh4 Mirnağı oğlundan 641,81 manat məbləğində, Cavabdeh5 516,81 manat məbləğində, Cavabdeh6 758,42 manat məbləğində, Cavabdeh7 749,32 manat məbləğində, X13 780,13 manat məbləğində, Cavabdeh9 621,01 manat məbləğində, Cavabdeh10 292,50 manat məbləğində, Cavabdeh11 579,67 manat məbləğində, Cavabdeh12 631,54 manat məbləğində, Cavabdeh13 304,33 manat məbləğində, Cavabdeh14 745,55 manat, cəmi: 11.791,67 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı MMMC-nin hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini; X31, X32, X33, X44, X27, X34, X43, X45, X48, X40, X18 cavabdehlərdən sırasından çıxarılması və həmin cavabdehlərə qarşı “kommunal xidmət haqlarının ödənilməsinə dair” icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMMC cavabdehlər Cavabdeh15 və başqalarından - cəmi 14.981,53 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı MMMCnin hesablaşma hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh6 da borcunu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq Cavabdeh6 cavabdehlərdən sırasından çıxarılması və həmin cavabdehə qarşı “kommunal xidmət haqlarının ödənilməsinə dair” icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3420/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh15 227,85 manat, Cavabdeh16 733,85 manat, Cavabdeh17 769,8 manat, Cavabdeh1 638,95 manat, Cavabdeh2 Azad oğlundan 521,00 manat, Cavabdeh4 Mirnağı oğlundan 641,81 manat, Cavabdeh5 516,81 manat, Cavabdeh7 749,32 manat, X13 780,13 manat, Cavabdeh9 321,01 manat, Cavabdeh11 579,67 manat, Cavabdeh12 631,54 manat, Cavabdeh13 304,33 manat, Cavabdeh14 245,55 manat olmaqla, cəmi 7661,62 (yeddi min altı yüz altmış bir manat altmış iki qəpik) manat xidmət haqqı üzrə yaranmış borc iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh1, Cavabdeh2 Azad oğlundan, Cavabdeh4 Mirnağı oğlundan, Cavabdeh5, Cavabdeh7, X13, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh14 2023 və 2024-cü ilin yanvar ayından dekabr ayına kimi cəmi 500 manat, Cavabdeh15 tərəfindən 350 manat, Cavabdeh9 tərəfindən isə 300 manat məbləğində kommunal xərcə görə ödəniş Vasif Babayevə ödənilmişdir. Ödənişlər İddiaçı MMMC-yə yaradılmamışdan əvvəl, həmin dövr binada komendant kimi işləyən Vasif Babayevə əvvələcən ödəniş kimi edilmişdir. İddiaçı tərəf həmin ödənişləri qəbul etməsə də, məhkəmə hersab edir ki, bina sakinləri tərəfindən hər bir halda kommunal xidmətlərin göstərilməsinə görə həmin dövr üçün ödəniş edilməsi müəyyən olunduğundan sözgüedən qəbzlər sübut kimi qəbul edilməlidir. Belə ki, cavabdeh olan bina sakinləri Vasif Babayevi məhz kommunal xərclərin ödənilməsi üçün məsul şəxs kimi tanımışdır. Məhkəmə sözügedən qəbzlərin ödəniş kimi qəbul edilməsini əsaslı və ədalətli hesab edir. Eləcə də digər cavabdehlər Cavabdeh3 və Cavabdeh10 tərəfindən 2023-2024-cü illər üzrə edilmiş ödənişlər iddia ərizəsində tələb olunan məbləğdən də yüksək olduğundan həmin cavabdehlərə dair hissədə iddia təmin edilməməlidir. Digər cavabdehlərə dair hissədə kommunal xərclərin ödənilməsinə dair ödəniş qəbzləri olmadığından həmin hissədə iddia əsaslıdır və təmin edilməlidir. Cavabdehlərin mülkiyyətində olmuş mənzil binanın tərkib hissəsi olması xüsusatı əsas götürülməklə iddiaçı tərəfindən binanın saxlanılması, ümumi mülkiyyətin qorunması, təminatı, müdafiəsi və s. ilə bağlı zəruri yaxşılaşdırıcı tədbirlər görülmüşdür. Yəni, iddiaçı tərəf özgə işlərini tapşırıqsız icra etmişdir ki, həmin işlərin görülməsi mülkiyyətçilərin, həmçinin cavabdehin ümumi maraqlarına uyğundur. Cavabdeh5 etirazında qeyd etdiyi onun tərəfindən İdarə heyətinin sədri olduğu dövrdə Sədr kimi binanın Azərişıq ASC-nə, Lift şirkətinə olan ödənişlərini etməsi ilə bağlı qeyd edir ki, onun bina sakini, yəni mənzil mülkiyyətçisi kimi kommunal xərci ödənilməsi müəyyən edilmir. Həmin məbləğlərin kommunal xərc kimi əvəzləşdirilməsi isə qanunuvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh5 dair hissədə iddia əsaslıdır və tmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 manat Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh1, Cavabdeh2 Azad oğlundan, Cavabdeh4 Mirnağı oğlundan, Cavabdeh5, Cavabdeh7, X13, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087.1, 1090.1, 1090.2-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 38.1, 38.2, 119.1, 122.1.3, 135.1, 135.2, 136.2, 137.1, 137.4, 137.6, 139-cu maddələri və Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3420/2024 saylı qətnaməsinin qismən – ondan 638,95 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi və ona qarşı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, onun mülkiyyətində olan mənzilə kommunal xidmətlərə görə iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə iddianın baxılması, yəni, ondan pul tələb edilməsi barədə onu məlumatlandırmamış, xəbəri və iştirakı olmadan məhkəmə iclasını keçirmiş, nəticədə kommunal xidmətlərə görə ödəniş etdiyinə dair qəbzləri təqdim etmək imkanından onu məhrum etmişdir. Hazırki şikayətə əlavə kimi təqdim etdiyi ödəniş sənədlərindən (kassa mədaxil qəbzləri) göründüyü kimi, tərəfindən 2023-cü il və 2024-cü il üçün kommunal ödənişlər hər müvafiq ilin əvvəlində birdəfəlik ödənilmişdir. Tərəfindən kommunal xidmətlərin haqqı hər müvafiq ilin əvvəllində qabaqcadan ödənildiyi halda, ondan təkrar olaraq həmin dövrə görə pulun tutulması tələbi əsassız olmuşdur ki, Məhkəmə də işin faktiki hallarını araşdırmadan, yalnız iddiaçının yazdıqlarını əsas tutaraq, ondan 638.95 manat pulun tutulmasına dair əsassız və qanunsuz qətnamə qəbul etmişdir. O kommunal xidmət haqqının ödənilməsindən yayınmamış və hətta, hər müvafiq ilin əvvəlində tam ödədiyi halda, həmin vəsaitin ondan təkrar tələb edilməsi həm vicdanlı davranış gözləmək hüququna, həm də icra etdiyi öhdəliyin təkrar icra edilməməsi hüququna ziddir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin ona münasibətdə təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh1 münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.
24. İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kommunal xidmətlərə görə ödənilməli olan 638,95 manat xidmət haqqı üzrə yaranmış borcun tutulmasını xahiş etmişdir.
25. İddiaçı iddia tələbinin əsası kimi qeyd edir ki, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 35, 35A və 35B saylı binalar "xxxx" MMC tərəfindən inşa olunmuş və 2005-ci ildə sakinlərin istifadəsinə verilmişdir. Binalar istifadəyə verildikdən sonra binalara xidməti həmin Cəmiyyət göstərmişdir. xx.xx.2023-cü il tarixində sakinlər binaların idarə edilməsi məqsədi ilə haqqı ödənilməklə, həmin binaların ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərmək və işlər yerinə yetirmək, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərmək, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirmək üçün İddiaçı MMMC təsis edilmişdir. Xidmət haqqları bəzi sakinlər tərəfindən ödənilməmişdir.
26. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddia tələbini təmin etsə də, cavabdeh tərəfindən öhdəliklərin pozulmasının nədən ibarət olması nə iş materiallarında, nə də qətnamədə müəyyən edilmir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi əsaslandırlmamışdır. Belə ki, Cavabdeh1 öhdəliklərini pozması, borcununun hansı məbləğdə olması və hansı dövrü əhatə etməsi ilə bağlı qətnamədə heç bir əsaslandırma yoxdur.
27. Müəyyən olunduğu kimi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35B, 8 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir.
28. Apellyasiya şikayətinə əlavə edilmiş 01 yanvar 2023-cü il tarixli, 000573 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən 2023-cü ilin yanvar ayından dekabr ayına kimi olan dövr üçün 250 manat məbləğində kommunal xidmət haqqı ödənilmişdir. Ödəniş İddiaçı MMMC-nin icraçısı Babayev Vasif tərəfindən təsdiq edilmişdir.
29. O cümlədən, apellyasiya şikayətinə əlavə edilmiş 01 yanvar 2024-cü il tarixli, 000574 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən 2024-cü ilin yanvar ayından dekabr ayına kimi olan dövr üçün 250 manat məbləğində kommunal xidmət haqqı ödənilmişdir. Ödəniş İddiaçı MMMC-nin icraçısı Babayev Vasif tərəfindən təsdiq edilmişdir.
30. Göründüyü kimi, Cavabdeh1 tərəfindən 2023 və 2024-cü illər üzrə kommunal xidmət haqqı hər ilin əvvəli qabaqcadan ödənilmişdir.
31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3420/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – Cavabdeh1 638,95 manat xidmət haqqı üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan ödənilmiş 150 (yüz əlli) manat məbləğində pulun müştərək qaydada iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulması hissəsində ləğv edilməli, İddiaçı MMMC-nin Cavabdeh1 qarşı 638,95 manat xidmət haqqı üzrə yaranmış borcun tutulması barədə iddia tələbi təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3420/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – Cavabdeh1 638,95 manat xidmət haqqı üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan ödənilmiş 150 (yüz əlli) manat məbləğində pulun müştərək qaydada iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin. İddiaçı MMMC-nin Cavabdeh1 qarşı 638,95 manat xidmət haqqı üzrə yaranmış borcun tutulması barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar Xəyal Sarıyev : Fərrux Qasımov