Məhkəmə qərarları › İş №2(103)-1257/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1257/2025

29.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1257/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mülkiyyəti və istifadə hüquqlarının cavabdeh tərəfindən pozulmasının qarşısının alınması, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılaraq ,mənzillərə sərbəst şəkildə girişçıxışına yaradılan maneələrin aradan qaldırılması, təmir işlərinə icazənin verilməsi və qeyd olunan mənzillərin iddiaçının istifadəsinə təhvil verilməsi ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5 ) mənzillərə dair mülkiyyəti və istifadə hüquqlarının cavabdeh tərəfindən pozulmasının qarşısının alınaraq, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılaraq ,mənzillərə sərbəst şəkildə giriş-çıxışına yaradılan maneələrin aradan qaldırılması, təmir işlərinə icazənin verilməsi və qeyd olunan mənzillərin onun istifadəsinə təhvil verilməsi tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdehnə qarşı (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillərə dair mülkiyyət və istifadə hüquqlarının cavabdeh tərəfindən pozulmasının qarşısının alınaraq cavabdehin qanunsuz hərəkətlərinin dayandırılaraq mənzillərə sərbəst şəkildə girişçıxışına yaradılan maneələrin aradan qaldırılması, təmir işlərinə icazənin verilməsi və qeyd olunan mənzillərin onun istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillərə dair X13 ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış alqı – satqı müqavilələrinə əsasən tərəfindən mənzillərin dəyəri rəsmi qaydada tam ödənilmişdir. Notariat orqanı tərəfindən alqı-satqı müqavilələri bağlanarkən mənzillərin ipoteka ilə yüklülüyü, həbs altında olmaması və özgəninkiləşdirilməsinə dair qadağanın olmaması müəyyən olunmuşdur. Alqı-satqı müqavilələri bağlandıqdan sonra tərəfindən alqı-satqı yolu ilə alınmış mənzillər üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3653 və 3660 nömrəli reyestr kitabının 342820 və 342190 nömrəli vərəqlərində qabaqcadan qeydiyyata alınmışdır. Lakin mənzillərin yerləşdiyi Mahal MTK tərəfindən mənzillərə daxil olunmasına icazə verilmir. Əsas kimi isə mənzillərin üzərində həbsin olmasını və bununla bağlı mənzili ona satan şəxs barəsində cinayət təqibinin olması bildirilmişdir. Lakin müraciətinə cavab olaraq ASAN xidmət mərkəzindən verilmiş cavabda xx.xx.2022-ci il tarixə ünvan 3 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillər üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Bildirir ki, tərəfindən mənzillər rəsmi qaydada notariat orqanında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə olunmuş, həmin mənzillər üzərində hüquqları mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də MTK-nın onun öz mülkiyyətindən istifadə etməsinə icazə verməməsi onun konstitusion hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 157.2, 157.4, 162, 165.1, 178.1, 178.8, 182.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, göründüyü kimi, iddiaçı ilə X13 arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı barədə müqavilələr bağlanmış, həmin müqavilələr əsasında Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 4 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 79.81 kv/m olan 1 otaqlı mənzil (83000 manat) və Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 5 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 106,09 kv/m olan 2 otaqlı mənzil (113500 manat) iddiaçıya satılmış və həmin müqavilələr əsasında daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xx.xx.2021-ci il tarixdə qabaqcadan qeydiyyata alınmışdır. İddiaçı mənzillərin dəyərinə tam şəkildə ödəsə də və həmin mənzillər iddiaçının adına qeydiyyatda keçsə də, cavabdeh indiyədək həmin mənzillərə giriş-çıxışına iddiaçıya maneələr törətmiş, həmçinin həmin mənzilləri iddiaçının sahibliyinə və istifadəsinə verməmişdir. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Ona görə də iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillərə dair iddiaçının mülkiyyət və istifadə hüquqlarının cavabdeh tərəfindən pozulmasının qarşısının alınaraq cavabdehin qanunsuz hərəkətlərinin dayandırılaraq mənzillərə sərbəst şəkildə giriş-çıxışına yaradılan maneələr aradan qaldırılmalı, təmir işlərinə icazənin verilməli və qeyd olunan mənzillər iddiaçının istifadəsinə təhvil verilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı sübutlarla müəyyən edilmişdir ki: - Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 5 (Yeni qaydalarla: ünvan 6 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3660 nömrəli reyestr kitabının 342820 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2021-ci il ; - Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 4 (Yeni qaydalarla: ünvan 5 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3653 nömrəli reyestr kitabının 342190 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2021-ci il ; - xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən, İddiaçı adına qeydiyyatda olan Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 5 (Yeni qaydalarla: ünvan 6 üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır ; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, 5 saylı (Yeni qaydalarla: ünvan 6 mənzilə dair ilkin olaraq X10 adına Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 106 nömrəli protokolundan çıxarışına, xx.xx.2020-ci il tarixli, 278 nömrəli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir ;- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, 4 saylı (Yeni qaydalarla: ünvan 5 mənzilə dair ilkin olaraq X10 adına Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 106 nömrəli protokolundan çıxarışına, xx.xx.2020-ci il tarixli, 281 nömrəli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir ; - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-139/2023 saylı hökmünün surətinə əsasən, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-85/2024 saylı qərarının surətinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Aöər Cinayətlər Məhkəməsinin X10 CM-in 178.4-cü naddəsi ilə məhkum edilməsinə dair xx.xx.2023-cü il tarixli, 1(101)-139/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - “Elektron notariat” X1 çıxarışın surətinə əsasən, mülkiyyətçi X13 ilə əldə edən İddiaçı (nümayəndəsi X5) arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 4 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 79.81 kv/m olan 1 otaqlı mənzili satıcı X13 83000 manata alıcı İddiaçı satmışdır; -“Elektron notariat” X1 çıxarışın surətinə əsasən, mülkiyyətçi X13 ilə əldə edən İddiaçı (nümayəndəsi X5) arasında bağlanmış xx.xx.2021ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 5 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 106,09 kv/m olan 2 otaqlı mənzili satıcı X13 113500 manata alıcı İddiaçı satmışdır; - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1772/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı, X8, X13 və X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddiası qismən təmin edilmiş, X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 127308 manat təşkil edən ünvan 7 ünvanında olan binanın 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən 5 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 278 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 95772 manat təşkil edən ünvan 7 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən 4 saylı mənzilə dair xx.xx.2020- ci il tarixli 281 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 493968 manat təşkil edən ünvan 8 ünvanında, yaşayış binasının 10-cu mərtəbəsində (yaşayışın 8-ci mərtəbəsi) yerləşən 3 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 280 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 205951 manat təşkil edən ünvan 8 ünvanında, yaşayış binasının 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi) yerləşən 2 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 279 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının və X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 170508 manat olan ünvan 9 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən 1 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 277 nömrəli alqı-satqı müqaviləsi və həmin nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı X3 Cavabdeh MTK-ya qarşı “manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi ev 117, 119, 121, 123, mənzil 3 – yeni qaydalarla ünvan 10 ünvanında yerləşən 4 otaqlı mənzilin təhvil-təslim aktı əsasında açarları ilə ona təhvil verilməsi, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1, 43.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bir-halda ki, işə baxan məhkəmə Cavabdeh MTK tərəfindən mənzillərə dair alqı-satqı müqavilələrin etibarsızlığını mübahisələndirildiyini aşkar şəkildə bilib, buna məhəl qoymamışdırsa və işin araşdırılmasını davam etdirmişdirsə o, zaman işin faktiki hallarını obyektiv araşdırmaqla tərəflər arasında bağlanan əqdin etibarlı olub-olmamasını müəyyən etməli idi. Bu hal AR MM-nin 337 və 339- cu maddələrinin tələbləri baxımından araşdırılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. Müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olubolmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi nə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmamasımüəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığınımüəyyən etməkdir. Göründüyü kimi işə baxan məhkəmə işin faktiki hallarını obyektiv araşdırmamaqla tərəflər arasında bağlanan əqdin etibarlı olub-olmamasıməsələsinə ümumiyyətlə qiymət verməmişdir. Göründüyü kimi Səbail Rayon Məhkəməsində Cavabdeh MTK ilə X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 278 nömrəli alqı-satqı müqaviləsinin ləğvi ilə yanaşı X13 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticəsi olaraq İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın etibarsızlığı ilə bağlı da iddia irəli sürülmüşdür. Bu halda Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı“qanunsuz hərəkətlərin dayandırılması və s.” tələblərinə 2 (001)-89/2024 saylı mülki işə baxılması qeyri-mümkün olmuş və bu səbəbdən də həmin iş ən azından Səbail Rayon Məhkəməsinin icraatında olan işə birləşdirilməli idi. Binəqədi rayon məhkəməsi isə Səbail Rayon Məhkəməsində Cavabdeh MTK ilə X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 278 nömrəli alqı-satqı müqaviləsinin ləğvi ilə yanaşı X13 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticəsi olaraq İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın etibarsızlığı ilə bağlı da iddia irəli sürülmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2 (009)-1772/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MTK-nın iddia tələbləri qismən təmin edilmiş, X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 127308 manat təşkil edən ünvan 7 ünvanında olan binanın 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən 5 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 278 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 95772 manat təşkil edən ünvan 7 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən 4 saylımənzilə dair xx.xx.2020- ci il tarixli 281 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 493968 manat təşkil edən ünvan 8 ünvanında, yaşayış binasının 10-cu mərtəbəsində (yaşayışın 8-ci mərtəbəsi) yerləşən 3 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 280 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 205951 manat təşkil edən ünvan 8 ünvanında, yaşayış binasının 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi) yerləşən 2 saylımənzilə dair xx.xx.2020-ci il tarixli 279 nömrəli alqısatqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının və X13 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 170508 manat olan ünvan 9 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən 1 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 277 nömrəli alqı-satqı müqaviləsi və həmin nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı X4 Cavabdeh MTK-ya qarşı “manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi ev 117, 119, 121, 123, mənzil 3 - yeni qaydalarla ünvan 10 ünvanında yerləşən 4 otaqlı mənzilin təhvil-təslim aktı əsasında açarları ilə ona təhvil verilməsi, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. HəminQətnamədən narazı qalan Cavabdeh MTK tərəfindən artıq apellyasiya şikayəti verilmiş və hal-hazırda apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar xanım Mərdanovanın icraatında xx.xx.2025-ci il tarixdə baxılması təyin edilmişdir. AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MTK-nın - cavabehlər İddiaçı, X9, X13 və X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbinə dair, iddiaçı X3 Cavabdeh MTK-ya qarşı “manelərin aradan qaldırılması” tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1772/2024 (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1044/2025 saylı) işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək, İddiaçı Cavabdeh MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5 ) mənzillərə dair mülkiyyəti və istifadə hüquqlarının cavabdeh tərəfindən pozulmasının qarşısının alınaraq, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılaraq ,mənzillərə sərbəst şəkildə giriş-çıxışına yaradılan maneələrin aradan qaldırılması, təmir işlərinə icazənin verilməsi və qeyd olunan mənzillərin onun istifadəsinə təhvil verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-1257/2025 saylı mülki iş üzrə icraatın dayandırıılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1044/2025 nömrəli mülki iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Sabit Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Səbail Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(009)-1772/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1797/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1044/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir.

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının hazırkı məhkəmə mübahisəsi üzrə vicdanlı alıcı kimi çıxış etdiyini qeyd etmiş, dediklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.Belə ki, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı məhkəmə mübahisəsi üzrə iddiaçı vicdanlı alıcı kimi çıxış edir. İddiaçı ilə X13 arasında olan alqı-satqı tam qanunun tələblərinə uyğun olaraq həyata keçirilmiş, alqı-satqı müqaviləsi bağlanan zaman notarius tərəfindən mənzillərin ipoteka ilə yüklülüyü, həbs altında olmaması və özgəninkiləşdirilməsinə dair qadağanın olmaması müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlili nəzərə alınaraq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1772/2024 işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Artıq Səbail rayon Məhkəməsinin sözügedən məhkəmə aktı qanuni qüvvəsini almışdır və həmin aktla da iddiaçının hazırkı mübahisə üzrə vicdanlı alıcı kimi çıxış etməsi öz təsdiqini tapır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən:140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur. 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X7 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

14. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh “Mahal“ MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar