Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12592/2019 01.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X15, Cavabdeh Təhsil İşçilərinin X7 nümayəndəsi X9 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3387/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin X7 direktoru tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 10/050 saylı əmrin ləğv olunması və onun əvvəlki işinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil X8 İnstitutu ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3387/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil X8 İnstitunun direktorunun xx xxxx 2019-cu il tarixli 10/050 nömrəli əmri ləğv edilmiş, iddiaçının əvvəlki işinə və ya razılığı ilə ona uyğun başqa işə bərpa olunması qərara alınmışdır. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apelyasiya şikayəti verərək, qeyd etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və X6 X8 İnstitutu adlandırılmış və Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 21 nömrəli əmri ilə İnstitutun strukturu təsdiq edilmişdir. Yeni ştat cədvəlində laborant vəzifəsi olmamışdır. İnstitutda restrukturizasiya aparılan vaxtda (xx xxxxxx 2016-cı il) işçi İddiaçı qismən ödənişli sosial məzuniyyətdə olmuşdur və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdə xitam verilməmişdir. AR ƏM-in 77-ci maddəsinə əsasən, 2019-cu ilin yanvar ayında (işçinin qismən ödənişli sosial məzuniyyətdən qayıtmağından 2 ay əvvəl) işçi ilə əlaqə saxlanmış, müvafiq xəbərdarlığın ünvana çatdırılacağı xəbəri verilmişdir. İşçi könüllü şəkildə öz yoldaşı ilə birlikdə xx.xx.2019-cu il tarixdə İnstituta gələrək, Kadrlar şöbəsində heç bir etirazı olmadan sənədə imza çəkmişdir. İşçi sosial məzuniyyətdən qayıtmalı olduğu gün (xx.xx.2019-cu il) İnstituta gəlməmiş, onunla yenidən əlaqə saxlanmış, həmin gün xitam əmrinin yazılacağı bir daha vurğulanmışdır. Həmin tarixdə işçiyə uyğun vakansiya olmadığından onunla bağlanmış əmək müqaviləsinə 10/050 saylı əmrə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Əlizadə apelyasiya şikayətini müdafiə edərək və ona uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq İnstitutun xx.xx.2016-cı il tarixli iclas protokolunu və həmin vaxt müakirə olunmuş ştat cədvəlinin layihəsini və həmin vaxt analıq məzuniyyətində olan işçilərin siyahısını Kollegiyaya təqdim etmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Ş.Rəfiyev apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Məcəllənin 80-ci maddəsində birbaşa göstəriş var ki, əmək müqaviləsinə 70-ci maddənin “b” bənd ilə xitam verilən zaman həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi, hazırkı halda belə razılıq alınmamışdır, ona görə də şikayətin açıq-aşkar əsassız olduğunu, buna görə də rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu tərəfindən tərtib olunmuş 2014-cü ilin yanvar, fevral, mart, aprel və may aylarını əhatə edən işçilərin əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki, müvafiq aylarda İddiaçı əmək haqqından 2.56 manat Həmkərlar İttifaqının hesabına tutulmuşdur. Yenidənhazırlanma fakültəsinin laborantı İddiaçı tərəfindən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru X12 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, o, əmək müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixində başa çatdığından müvafiq müqavilənin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir. xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru X16 ilə işçi X10 arasında müddətsiz əmək müqaviləsi bağlanmış, X2 fakültəsinə laborant vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 10-cu bəndinə əsasən bu və ya digər səbəbdən professor-müəllim heyəti tərkibində yarana biləcək ixtisarla bağlı X5 və yaxud Elmi Şuranın qərarı əsasında işəgötürənin təşəbbüsü ilə bu müqaviləyə xitam verilə bilər. Yenidənhazırlanma fakültəsinin laborantı X10 tərəfindən Bakı Pedaqoji Kadrların İxtisasartırma və X3 İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx xxxxxx 2014-cü il tarixli ərizədən görünür ki, o, könüllü olaraq Həmkarlar İttifaqı sıralarına qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx xxxxxx 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 372 nömrəli qərarının icrasının təmin edilməsi barədə əmrinin 4.2-ci bəndindən görünür ki, institutun yeni fəaliyyət istiqamətlərinə uyğun gəlməyən ştat vahidlərinin ixtisar olunmasını və sərbəstləşən işçilərlə əmək münasibətlərinin qanunvericiliyə uyğun olaraq tənzimləməsi Təhsil X8 İnstitutuna tapşırılmışdır. Yenidənhazırlanma fakültəsinin laborantı İddiaçı tərəfindən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru X12 ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək hamiləliyə və doğuşa görə ona sosial məzuniyyət verilməsini xahiş etmişdir. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektorunun xx xxxxxx 2019-cu il tarixli, 11/3 nömrəli sosial məzuniyyət verilməsi barədə əmrindən görünür ki, hamiləliyə və doğuşa görə 126 təqvim günü müddətinə xx xxxxxx 2016-cı il tarixdən xx xxx 2016-cı il tarixədək sosial məzuniyyət verilmiş, işə başlama tarixi xx xxx 2016-cı il olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin X7 direktoruna ünvanlanmış xx xxx 2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixindən övladının 3 yaşı tamam olanadək, xx.xx.2019-cu il tarixinədək ona qismən sosial məzuniyyət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin X7 direktorunun qismən sosial məzuniyyət verilməsi barədə xx xxx 2016-cı il tarixli, 11/56 nömrəli əmrindən görünür ki, uşağının 3 (üç) yaşı tamam olanadək, ona qulluq etmək üçün xx xxx 2016-cı il tarixdən xx xxxx 2019-cu il tarixədək İddiaçı qismən ödənişli sosial məzuniyyət verilmiş, işə başlama tarixi xx xxxx 2019-cu il olaraq müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil X8 İnstitutu direktorunun xx.xx.2016-cı il tarixli 11/5 nömrəli əmri ilə Azərbaycan Respublikası nazirlər Kabinetinin xx xxxxxx 2015 ci il tarixli 372 nömrəli qərarı və bununla əlaqədar Təhsil Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli 21 nömrəli əmri, xx.xx.2016-cı il tarixli 46-03-743/16 nömrəli razılıq məktubunu nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitununun həmin əmrdə qeyd edilən işçilərinin əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdən xitam verilmişdir, bununla belə İddiaçı adı həmin siyahıda qeyd edilməmişdir. xx xxxxxx 2019-cu il tarixli xəbərdarlığın təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və X6 X8 İnstitutu adlandırılmış və Təhsil Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli 21 nömrəli əmri ilə İnstitutun strukturu təsdiq edilmişdir. İnstitutun yeni strukturunda laborant vəzifəsi nəzərdə tutulmadığı üçün və İddiaçı həmin tarixdə sosial məzuniyyətdə olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam veriləcəyi ona bildirilmişdir. İddiaçı müvafiq xəbərdarlığı imzalayaraq, onunla tanış olduğunu təsdiq etmişdir. xx xxxx 2019-cu il tarixli 10/050 nömrəli əmək müqaviləsinin ləğvi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil X8İnstitutunun direktorunun əmrinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 77-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq Bakı Pedaqoji Kadrların İxtisasartırma və X1 kafedrasının laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx xxxx 2019-cu il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğvinə əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 372 nömrəli qərarı, bununla əlaqədar Təhsil Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli 21 nömrəli əmri və xx xxxxxx 2016-cı il tarixli 46-03-743/2016 nömrəli məktubu göstərilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının əmək müqaviləsixx xxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olaraq işçilərin sayının və ya ştatların ixtisar edilməsi təsbit edilmişdir. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məcəllənin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 3-cü hissəsində qeyd edilib ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Kollegiyaya təqdim edilən protokol və digər sənədlər gecikmiş sübut kimi qiymətləndirilməlidir. Eyni zamanda, Əmək Məcəlləsinin 80-ci maddəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə göstərilən qaydada xitam verilərkən həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarının alınması barədə imperativ göstəriş var. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilən sənəd həmkarlar ittifaqı təşkilatının qanunla müəyyən edilmiş əsaslandırılmış qərarı olmadığından, həmin sənəd hazırkı iş üzrə sübut sayıla bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabadehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: CavabdehTəhsil X8 İnstitutu tərəfindən verilmiş apelyasiya şikayətitəmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3387/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-12592/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12592/2019
01.11.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver