Məhkəmə qərarları › İş №2(103)-126/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-126/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-126/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, Maraqlı şəxs "Rabitəbank” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "X17” MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 aprel 2017-ci il tarixli 2(004) 3483/2017 saylı qətnaməsindən həmin qətnamə ilə maraqlarına toxunan şəxs "Rabitəbank” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Satıcı Cavabdeh-nin direktoru X9 ilə alıcı İddiaçı arasında bağlanmış 07 may 2013-cü il tarixli müqaviləyə əsasən, satıcı "xxxx" MMC 24 ay müddətində Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini (mağazanı) alıcı İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə sözügedən yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) hər kv.metri üçün 1.500 manat olmaqla, cəmi 189.000 manat pul vəsatini satıcı "xxxx" MMC ödəməyi öhdəsinə götürüb. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2013-cü il tarixli müqaviləyə əsasən mülkiyyətinə verilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 07 may 2013-cü il tarixli alqısatqı müqaviləsi bağlayıb və həmin müqaviləyə əsasən, cavabdeh, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri yaşayış sahəsinin (mağazanın) dəyərini nağd ödəməklə onun mülkiyyətinə verilməsinə dair öhdəlik götürüb. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən inşa ediləcək binanın qeyri-yaşayış sahəsinin (mağazanın) hər kv.metrinin qiyməti 1.500 manat, ümumi dəyəri isə 189.000 manat müəyyən edilib. Qeyri-yaşayış sahəsinin (mağazanın) pay haqqı tam məbləğdə onun tərəfindən ödənilib və bu barədə cavabdeh tərəfindən onun adına maliyyə arayışı verilib. Müqaviləyə əsasən cavabdeh sözügedən qeyri-yaşayış sahəsini (mağazanı) 24 ay müddətində inşa edib ona təhvil verməyi öhdəsinə götürsə də, ötən müddət ərzində öhdəliyini yerinə yetirməyib və nəticədə sözügedən qeyri-yaşayış sahəsinə (mağazaya) olan sahiblik hüququndan məhrum olub. Cavabdeh üzərinə düşən öhdəliklərini könüllü icra etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "Meqa-Siti Holding” MMC-nin rəhbəri 13 mart 2017-ci il tarixdə M.A.Zeynalov iddianın etiraf olunması barədə məhkəməyə yazılı ərizə vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, 07 may 2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə verilib. Ona görə də iddianı etiraf edir və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxaraq Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində inşa edilmiş 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "Meqa-Siti Holding” MMC-nin rəhbəri 24 aprel 2017-ci il tarixində E.A.Məmmədov məhkəməyə iddianın etiraf olunması barədə eyni məzmunlu yazılı ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2(004)- 3483/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən sahəsi 126 kv.metr olan qeyri yaşayış sahəsinin (mağazanın) 07 may 2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 07 may 2013-cü il tarixdə cavabdehlə müqavilə bağlayaraq, sonuncu tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında yerləşən, sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini (mağazanı) əldə edib və qeyri-yaşayış sahəsinin dəyəri olan pul vəsaitini həmin tarixdə tam olaraq cavabdehə ödəyib. Cavabdeh isə müqavilə bağlanan tarixdən 2 il müddət ərzində qeyri yaşayış sahəsinin tikintisini tamamlayaraq iddiaçının sahibliyinə verməyi öhdəsinə götürüb. Birinci instansiya məhkəməsi məhkəmə iclasında müəyyən etmişdir ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra edərək, mübahisəli qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq cavabdehə ödəsə də, sonuncu həmin qeyri-yaşayış sahəsini rəsmi olaraq iddiaçıya təhvil verməyib. Cavabdehin səlahiyyətli nümayəndələri məhkəməyə yazılı ərizə verməklə iddianı etiraf edib və iddianın təmin edilməsini məhkəmədən xahiş edib. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etdiyindən, cavabdeh isə iddianı etiraf etdiyindən, həmin etiraf isə hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığından, qeyd olunan etiraf qəbul edilməli və iddia təmin olunaraq sözügedən qeyri-yaşayış sahəsi (mağaza) iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməlidir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 442, 445.2.1, 448.1, 452.1, 752.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 191.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs ASC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə qətnamə qəbul edilən vaxt artıq cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsi Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı ilə Banka təhvil verilməsi qərara alınmışdır. Həmçinin, iddiaçı cavabdehdən 07 may 2013-cü il tarixli müqavilə ilə qeyri yaşayış sahəsini aldığını iddia etsə də, həmin qeyri-yaşayış sahəsinin Banka verilməsi barədə məhkəmə qərarı 2010-cu ildə çıxarıldıqda iddiaçının hər hansı bir müqaviləsi olmamışdır. Odur ki, həmin müqavilə qanunsuz bağlanıb. Həmin işə baxılarkən apellyatorun iştirakı təmin edilməyib, məhkəmə tərəfindən həmin müqavilənin həqiqiliyini yoxlamaq üçün ekspertiza keçirilməyib. İddiaçı ilə müqavilə 07 may 2013-cü ildə bağlanıb. Məhkəmə, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməyib. Hazırkı müqavilə həmin dövrdə cavabdehin direktoru olmuş Elnur Məmmədovla bağlanıb, sonuncu isə direktor olduğu dövrdə törətdiyi qanuni zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilib və hal-hazırda cəza çəkir. İş üzrə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılıb. Belə ki, Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 21 dekabr 2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli, 2- 1(103)-345/2010 saylı icra sənədinə əsasən cavabdehdən Bankın xeyrinə cəmi ******* avro pul tutulmalı, tutma Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binanın “A” blokunda olan 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə 421 kv.metr və 2-ci mərtəbədə isə 858 kv.metr qeyri-yaşayış sahələrinə yönəldilməlidir. Qeyd olunan icra sənədi Şöbənin icraatına 21 aprel 2011-ci il tarixdə daxil olub və müvafiq qaydada icra icraatına başlanılıb və icra tədbirləri nəticəsində icra sənədi üzrə Banka 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj verilib. Digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyriyaşayış sahələrinin digər şəxslərə satılması, onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbilə onların təhvil verilməsini təmin etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-9880/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2(004)-3483/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, apellyator, apellyasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 10 avqust 2013-cü il tarixli qərardadına istinad edib, lakin həmin qərardadda qeyd edilən mağazaların binanın müvafiq mərtəbələrinin hansı hissələrində yerləşməsi dəqiq göstərilməyib. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materialları ilə müəyyən olunur ki, həmin məhkəmə qərardadı icra edilməsi üçün Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsinə icra edilməsi üçün 2011-ci ildə daxil olsa da, tam icra edilməyib və qeyd edilən mağazalar tələbkara təhvil verilməyib. Göründüyü kimi, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunun 1-ci mərtəbəsində 421.8 kv.metr mağaza sahəsinin həmin binanın hansı hissəsində yerləşməsi, o cümlədən hazırkı qətnamə ilə iddiaçıya təhvil verilmiş 126 kv.metr qeyri-yaşayış sahəsi (mağaza) ilə üst-üstə düşüb düşmədiyi müəyyən edilmir. Apellyator, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hazırkı qətnamə əsasında iddiaçıya təhvil verilməsi qət edilmiş qeyri-yaşayış sahəsinin (mağazanın) Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadına əsasən Banka təhvil verilməli olan mağaza sahələri ilə üst-üstə düşməsi halı sübuta yetirilmir. Beləliklə, iddia əsaslıdır və birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmin qətnamədən Maraqlı şəxs ASC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş emişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 avqust 2022-ci il tarixli, 2(102)-3021/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)- 9880/2021 saylı qətnaməsi ləğv edilib və mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Bankın apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən 03 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinə məktub göndərilib və həmin məktubda icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətləri barədə sənədlərin surətlərinin məhkəməyə göndərilməsi xahiş olunub. Həmin məktuba İcra Şöbəsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli cavaba görə 03 avqust 2010-cu il tarixli icra sənədi İcra Şöbəsinə 21 aprel 2011-ci il tarixdə daxil olub və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj Banka təhvil verilib, digər mənzillərdə yaşayış olduğu, müqavilə ilə digər şəxslərə satıldığı, habelə qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların təhvil verilməsinin təmin edilməsi mümkün olmayıb. Ona görə də həqiqətə nail olmaq üçün Bankın, cavabdehin nümayəndəsinin və icra sənədinin icrası ilə məşğul olan icra məmurunun iştirakının təmin edilməklə işə baxılması mübahisəyə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan işə baxıb və bu zaman mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmamasını yoxlamayıb və bu məqsədlə heç bir araşdırma aparılmayıb. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi heç bir sübuta əsaslanmamaqla, ehtimal xarakteri daşıdığından qətnamədə müəyyən olunmuş həmin hal, Bankın göstərdiklərinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi göstərilməyib. Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinin 21 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, icra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri binanın həm birinci, həm də ikinci mərtəbələrində yerləşir. İddiaçının iddia etməsinə görə isə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşir. Belə olan halda, cavabdehə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçüləri müəyyən olunmalı və bununla əlaqədar binanın texniki sənədləri tərəflərin birgə iştirakı ilə tədqiq edilməklə, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yeri müəyyən olunmalıdır. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə mübahisəli qeyri-yaşayış sahəsinə yerli baxış keçirilməklə həmin qeyri-yaşayış sahələrinin yeri müəyyən olunmalı və həmin sahələrin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması müəyyənləşdirilməlidir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın cavabdeh tərəfindən etiraf olunmasını iddianın təmin edilməsi üçün əsas kimi qəbul edərkən Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinin hazırkı vəziyyətdə iddianın təmin edilməsi üçün əsas verməməsini nəzərə almayıb. Belə ki, sözügedən normanın mənasına görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu səbəbdən qəbul edilmiş qətnamə Bankın maraqlarına toxunduğu üçün apellyasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 52 və 191-ci maddələrinin tələblərinə istinad etməsi əsassız olub. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 442, 448, 452.1-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2 və 416.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: İşə yenidən apellyasiya qaydasında baxılarkən, iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilib, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli məktubu ilə tərəflər təyin edilmiş yerə gəlmədiyindən, tədqiqat obyektinə dair hüquqmüəyyənedici və texniki sənədlər mərkəzə təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə kollegiyası tərəfindən 09 mart 2023-cü il tarixdə iddiaçının, habelə Bankın nümayəndəsinin və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın mühafizəçisi Muradxan Əsədovun iştirakları ilə yerində müayinə aparılıb və sonuncunun deməsinə görə sözügedən binaların aşağısında yerləşən 3 mərtəbədən ibarət qarajlar cavabdeh tərəfindən Banka təhvil verilib, başqa qeyri-yaşayış sahələri təhvil verilməyib. İddiaçının deməsinə görə qətnamənin qəbulundan sonra icraçı tərəfindən ölçülərək ona təhvil verilmiş 126 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsini göstərib və qeyri-yaşayış sahəsini təxminən 2010-cu ildə alıb və müqavilədən əlavə hər hansı başqa sənədi yoxdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yerində müayinə keçirilən zaman işdə iştirak edən şəxslərin deməsinə görə cavabdeh bina 1-in qarşısında (yola tərəf olmayan) binanın görünən 1-ci mərtəbəsində sağ tərəfdən 1-ci olan qeyri-yaşayış sahəsi mübahisə predmeti kimi təqdim edilib. Gözəyarı baxışla sahənin 126 kv.metr olması müəyyən edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-421/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2(004)-3483/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılıb və qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılıb. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər araşdırılsa da, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməyib. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı üzrə verilmiş icra sənədi İcra Şöbəsinə 21 aprel 2011-ci il tarixdə daxil olub və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj Banka təhvil verilib, digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə həmin mənzillərin və qeyri yaşayış sahələrinin digər şəxslərə satıldığı, habelə onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların Banka verilməsinin təmin edilməsi mümkün olmayıb. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməsi və mübahisə edilən sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olması heç bir sübutla təsdiq edilmədiyindən, Bankın apellyasiya şikayətində göstərdiklərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda iddianın cavabdeh tərəfindən etiraf edilməməsi belə, mübahisələndirilməyən müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi və iddianın rədd edilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 178.8, 442, 567, 569.1, 569.2, 570.1, 570.1.1, 762.1-762.4-cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırıb. Həmin qətnamədən də Maraqlı şəxs ASC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2(102)-2897/2023 saylı qərarı ilə məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs ASC-nin kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-421/2023 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya instansiyası məhkəməsi bundan əvvəlki qərarında həqiqətə nail olmaq üçün Bankın, cavabdehin nümayəndəsinin və icra sənədinin icrası ilə bilavasitə məşğul olan icra məmurunun iştirakları ilə mübahisə predmeti olan qeyri yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub olmamasının yoxlanılması; cavabdehə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçülərinin müəyyən olunması; bununla əlaqədar olaraq həmin binanın texniki sənədlərinin tərəflərin birgə iştirakı ilə tədqiq edilməklə, mübahisəli qeyri yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yerinin müəyyən edilməsi; habelə iddianın cavabdeh tərəfindən etiraf olunması Bankın hüququnu pozduğu üçün bunun qəbuledilməz olmaqla, Mülki Prosessual Məcəlləsinin 52, 191-ci maddələrinə istinad edilməsinin əsassız olması; tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı mübahisə olmadığı halda, iddiaçının hansı səbəbdən belə bir tələblə məhkəməyə müraciət etməsinin aydınlaşdırılmaması və sair barədə konkret göstərişlər verdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlər üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamaqla Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin normanın mənasına görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən işdən görünür ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi 07 may 2013-cü il tarixli müqavilədə göstərilən, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi barədədir. Cavabdeh isə məhkəməyə yazılı ərizə verərək iddianı etiraf edib. Belə olan halda tərəflər arasında məhkəmədə baxılmalı olan mübahisənin nədən ibarət olduğu məlum deyil. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və iddiaçının hansı səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə aydınlıq gətirməyib. Əksinə, belə bir iddianın qaldırılması əslində qanuni qüvvəyə minmiş məhkəmə aktını cavabdehin icra etməsindən yayınmasına yönəlib. Belə ki, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı ilə Bankla cavabdeh arasında 02 iyun 2010-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilib və həmin qərardad üzrə verilmiş icra sənədinə əsasən, cavabdehdən Bankın xeyrinə 1.315.091 avro pul tutulub və tutma Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə yönəldilib. Qeyd olunan icra sənədi İcra Şöbəsinin icraatına 21 aprel 2011-ci il tarixdə daxil olub, müvafiq qaydada icra icraatına başlanılıb və icra tədbirləri nəticəsində icra sənədinə əsasən sözügedən əmlaklardan Banka 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj verilib. Digər mənzillərdə yaşayış olduğu, cavabdeh tərəfindən sonradan müqavilə ilə başqa şəxslərə satıldığı, mənzillərin və qeyri-yaşayış sahələrinin yerləşdiyi yer dəqiq göstərilmədiyi üçün, onların Banka təhvil verilməsi mümkün olmayıb. Göründüyü kimi, sözügedən qanuni qüvvəyə minmiş məhkəmə aktının qəbulundan sonra cavabdeh açıq-aşkar iddiaçıya Bankın hüququndan və iddiasından azad olmayan qeyri-yaşayış sahəsi (mağaza) verib. Başqa sözlə, Bank cavabdehə vermiş olduğu pul vəsaiti həcmində sözügedən əmlaklara, yəni Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində onun tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə 2010-cu ildən iddialı olub, mübahisəli qeyri-yaşayış sahəsi isə iddiaçıya 2013-cü ildə satılıb. Belə olan halda hazırki mübahisənin obyektiv həlli üçün ilk növbədə tərəflərin, Bankın nümayəndəsinin, habelə sözügedən icra sənədinin icrası ilə məşğul olan icra məmurunun məhkəmə iclasında iştirakları təmin edilməklə məsələyə aydınlıq gətirilməli, zərurət yaranarsa iş üzrə müvafiq ekspertizalar keçirilməklə həm borcun əvəzinə Banka verilmiş yuxarıda qeydə olunan binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 421 kv.metr, 2-ci mərtəbəsində yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinin, həm də iddiaçıya verilmiş sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin yerində ölçüləri, sərhədləri, həmin qeyri-yaşayış sahələrinin binanın hansı hissələrində yerləşmələri, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması, həmçinin mübahisəli 126 kv.metr qeyriyaşayış sahəsinə dair tərəflər arasında bağlanmış 07 may 2013-cü il tarixli müqavilənin etibarlılığı yoxlanılmalı və yalnız bundan sonra iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Bunun üçün, 2013-cü ildə cavabdehin qanuni təmsilçisi olmuş Elnur Məmmədovun imzaladığı digər müqavilələrlə, iddiaçı ilə bağlanmış müqavilənin forması, məzmunu, şrifti və sair xüsusi əlamətləri qarşılıqlı şəkildə tədqiq edilməli, sözügedən binanın 1-ci mərtəbəsində ümumiyyətlə neçə kv.metr qeyri yaşayış sahəsinin mövcud olduğu, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinə dair hansı ölçüdə neçə müqavilənin bağlandığı, həmin müqavilələr üzrə faktiki neçə kv.metr sahənin satıldığı, mübahisəli 126 kv.metr qeyri-yaşayış sahəsinin dislokasiyasını, sxemini özündə əks etdirən sənədlərin mövcud olub-olmadığı tərəflərin iştirakı ilə araşdırılmalı və həmin sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, öz qərarının icrasını təmin etməyib və xüsusi bilik tələb edən sözügedən suallara aydınlıq gətirmədən, iş üzrə yekun məhkəmə aktını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, aidiyyəti sənədlərlə deyil, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağa çalışıb və nəticədə Mülki Proessual Məcəllənin 9.1, 9.3, 14.1, 77.1, 77.3, 81, 99-cu maddələrinin tələblərini pozub. Bundan başqa, iddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi heç bir sübuta əsaslanmamaqla, ehtimal xarakteri daşıdığından qətnamədə müəyyən olunmuş həmin hal Bankın göstərdiklərinin əsassız olması qənaətinə gələməyə əsas vermir. Çünki, tərəflər arasında bağlanmış sözügedən müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi ümumiyyətlə göstərilməyib. İcra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri isə binanın həm 1-ci, həm də 2-ci mərtəbələrində yerləşir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin yalnız tərəflərin izahatlarına əsaslanaraq iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin sözügedən binanın məhz 1-ci mərtəbəsində yerləşməsinə dair gəldiyi nəticə qanuni əsaslı sayıla bilməz. Çünki işdə, ümumiyyətlə sözügedən binanın, habelə iddiaçının iddia etdiyi qeyri yaşayış sahəsinin texniki vəziyyətini özündə əks etdirən heç bir sənəd (binanın, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinin sxemi, eskizi, texniki pasportu və sair) yoxdur. İddiaçı ilə bağlanmış müqavilədə isə həmin qeyri-yaşayış sahəsinin binanın neçənci mərtəbəsində yerləşməsi göstərilməyib. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçüləri müəyyən edilməli və bununla əlaqədar olaraq binanın texniki sənədləri tərəflərin birgə iştirakı ilə tədqiq olunmalı, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yeri müəyyən edildikdən sonra, həmin sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyri yaşayış sahələrinə daxil olub-olmaması müəyyənləşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs "Rabitəbank” ASCnin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podartçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı qərardadı ilə tələbkar Maraqlı şəxs ASC ilə borclu Cavabdeh arasında bağlanmış barışıq sazişinə əsasən, sonuncu Maraqlı şəxs ASC borclu olduğu 1.315.091 avro pulun bir hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda yerləşən və adları həmin qərardadda olan siyahıda göstərilən mənzilləri, qeyri-yaşayış sahələrini və qarajları heç bir əlavə şərt qoyulmadan tələbkar Maraqlı şəxs ASC istifadəsinə və sərəncamına verməyi öhdəsinə götürür. Qeyd edilən siyahıdan görünür ki, həmin binanın 1-ci mərtəbəsində yerləşən 421,8 kv.metr, 2-ci mərtəbəsində yerləşən 858.2 kv.metr mağazalar tələbkar Maraqlı şəxs ASC təhvil verilməlidir. Satıcı Cavabdeh-nin direktoru X9 ilə alıcı İddiaçı arasında bağlanmış 07 may 2013-cü il tarixli müqaviləyə əsasən, satıcı "xxxx" MMC 24 ay müddətində Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini (mağazanı) alıcı İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə sözügedən yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) hər kv.metri üçün 1.500 manat olmaqla, cəmi 189.000 manat pul vəsatini satıcı "xxxx" MMC ödəməyi öhdəsinə götürmüşdür. Satıcı "xxxx" MMC tərəfindən verilmiş 07 may 2013-cü il tarixli kassa mədaxil orderinə əsasən alıcı İddiaçı ev almaq üçün satıcı “X18” MMC hesabına 189.000 manat pul köçürmüşdür. Satıcı "xxxx" MMC tərəfindən verilmiş 07 may 2013-cü il tarixli, 144 saylı maliyyə arayışına əsasən, alıcı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinə (mağazaya) görə satıcı "xxxx" MMC borcu yoxdur. Hazırda iddiaçı qeyd olunan müqaviləyə istinad etməklə mülkiyyətinə verilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs ASC isə apellyasiya şikayətində bildirir ki, iddiaçı cavabdehdən 07 may 2013-cü il tarixli müqavilə ilə qeyri yaşayış sahəsini aldığını iddia etsə də, həmin qeyri yaşayış sahəsinin Banka verilməsi barədə məhkəmə qərarı 2010-cu ildə çıxarıldıqda iddiaçının hər hansı bir müqaviləsi olmamışdır. Odur ki, həmin müqavilə qanunsuz bağlanıb. Həmin işə baxılarkən cavabdehin iştirakı təmin edilməyib, məhkəmə tərəfindən həmin müqavilənin həqiqiliyini yoxlamaq üçün ekspertiza keçirilməmişdir. Əvvəlki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli məktubu ilə tərəflər təyin edilmiş yerə gəlmədiyindən, tədqiqat obyektinə dair hüquqmüəyyənedici və texniki sənədlər mərkəzə təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmişdir. Bununla belə əvvəlki məhkəmə kollegiyası tərəfindən 09 mart 2023-cü il tarixdə iddiaçının, habelə Bankın nümayəndəsinin və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın mühafizəçisi Muradxan Əsədovun iştirakları ilə yerində müayinə aparılıb və sonuncunun deməsinə görə sözügedən binaların aşağısında yerləşən 3 mərtəbədən ibarət qarajlar cavabdeh tərəfindən Banka təhvil verilib, başqa qeyri-yaşayış sahələri təhvil verilməyib. İddiaçının deməsinə görə qətnamənin qəbulundan sonra icraçı tərəfindən ölçülərək ona təhvil verilmiş 126 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsini göstərib və qeyri-yaşayış sahəsini təxminən 2010-cu ildə alıb və müqavilədən əlavə hər hansı başqa sənədi yoxdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yerində müayinə keçirilən zaman işdə iştirak edən şəxslərin deməsinə görə cavabdeh bina 1-in qarşısında (yola tərəf olmayan) binanın görünən 1-ci mərtəbəsində sağ tərəfdən 1-ci olan qeyri-yaşayış sahəsi mübahisə predmeti kimi təqdim edilib. Gözəyarı baxışla sahənin 126 kv.metr olması müəyyən edilmişdir. Göründüyü kimi əvvəlki apellyasiya baxışı zamanı xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, qərardad icra edilməmişdir. Halbuki hazırda borcun əvəzinə Banka verilmiş yuxarıda qeydə olunan binanın 1ci mərtəbəsində yerləşən sahəsi 421 kv.metr, 2 ci mərtəbəsində yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinin, həm də iddiaçıya verilmiş sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin yerində ölçüləri, sərhədləri, həmin qeyri-yaşayış sahələrinin binanın hansı hissələrində yerləşmələri, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olubolmamasının müəyyən edilməsi iş üçün əhəmiyyətlidir. Həmin halların müəyyən edilməsi isə xüsusi bilik tələb etdiyindən eləcə də iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişləri də nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı məhkəmə mühəndis - texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/3930 nömrəli, 28 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində gösterilənlərə əsasən, Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində tikilən binada qeyri-yaşayış sahəsi təsdiq edilmiş layihə sənədlərinə əsasən, ±0.00 səviyyədə (yer səviyyəsində) 1-ci mərtəbədə yerləşir və həmin layihə sənədlərində Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində tikilən yaşayış kompleksində ümumilikdə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1427,3 kv.m göstərilmişdir. Lakin faktiki olaraq, qeyri-yaşayış sahəsinin daxilində arakəsmələr inşa edildiyindən, layihədə göstərilən vəziyyətdə saxlanılmadığından, eləcə də həmin sahələr ayrı-ayrı şəxslərin istifadəsində olduğundan faktiki vəziyyətdə sahələrini müəyyən etmək mümkün olmamışdır; (İ sual üzrə). Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binada iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsünün 124,16 kv.metr təşkil etdiyi, həmin qeyri-yaşayış sahəsinin faktiki olaraq -3.30 səviyyəli zirzəmidə yerləşdiyi, təsdiq edilmiş layihə sənədlərində isə ±0.00 səviyyə (yer səviyyəsi) 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdiyi müəyyən edilmişdir. Lakin, iddiaçı ilə (İddiaçı) "Meqa-Siti Holdinq” arasında xx.xx.2013-cü il tarixdə müqavilədə 126,0 kv.m göstərilsə də həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsinə dair ayrıc aktı və ya plan-sxem müqaviləyə əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yerini dəqiqliklə müəyyən etmək mümkün olmadı; ( İİ sual üzrə) Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən bina təsdiq edilmiş layihə sənədlərinə uyğun inşa edilmədiyindən, iddiaçıya verilmiş sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem olmadığından, bu suallar üzrə tədqiqat aparılmadı; ( İİİ və İV suallar üzrə) Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində inşa edilmiş binada yerləşən qeyri-yaşayış sahəsinin daxilində arakəsmələr inşa edildiyindən, layihədə göstərilən vəziyyətdə saxlanılmadığından, eləcə də həmin sahələr ayrı-ayrı şəxslərin istifadəsində olduğundan faktiki vəziyyətdə sahələrinin sahəsini müəyyən etmək mümkün olmadı. Lakin binaya dair təsdiq edilmiş layihə sənədlərində 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin ümumi sahəsi 1427,3 kv.m göstərilmişdir. İddiaçı ilə (İddiaçı) "Meqa-Siti Holdinq arasında xx.xx.2013-cü il tarixdə müqavilədə 126,0 kv.m göstərilsədə həmin qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem müqaviləyə əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin yerini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Birinci mərtəbədə yerləşən qeyi-yaşayış sahələrinə dair hansı ölçüdə neçə müqavilənin bağlandığının, həmin müqavilələr üzrə faktiki neçə kv.metr sahənin satıldığının müəyyən edilməsi "tikinti-texniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, sualın bu hissəsi üzrə tədqiqat aparılmamışdır; ( V sual üzrə) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem müqaviləyə əlavə edilmədiyindən, eləcə də Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı ilə Bankla cavabdeh arasında 02 iyun 2010-cu il tarixdə bağlanmış barışıq sazişi üzrə verilmiş icra sənədində qeyd edilmiş Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binanın 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr qeyri-yaşayış sahələrini özündə əks etdirən hər hansı bir texniki sənəd (plan-sxem, cizgi, ayrıc aktı ve s.) olmadığından qərardadın altıncı və yeddi sualları üzrə tədqiqat aparılmamışdır. ( Vİ və Vİİ suallar üzrə) Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadına əsasən verilmiş icra sənədi ilə bağlı xx.xx.2010-cu il tarixli 2-1(103)-345/2010 saylı icra işi tələb olunmuş və müəyyən edilmişdir ki, qeyd olunan icra sənədi tam icra olunmamışdır. Eyni zamanda isə diğər icra sənədi, yəni iddiaçının tələbi üzrə başlanılmış xx.xx.2017-ci il tarixli, 2(004)-3483/2017 saylı icra işi tapılmadığından apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Beləliklə təkrar apellyasiya baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində tikilən binada qeyri-yaşayış sahəsi təsdiq edilmiş layihə sənədlərinə əsasən, ±0.00 səviyyədə (yer səviyyəsində) 1ci mərtəbədə yerləşir və həmin layihə sənədlərində Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində tikilən yaşayış kompleksində ümumilikdə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1427,3 kv.m göstərilmişdir. Lakin faktiki olaraq, qeyri-yaşayış sahəsinin daxilində arakəsmələr inşa edildiyindən, layihədə göstərilən vəziyyətdə saxlanılmadığından, eləcə də həmin sahələr ayrı-ayrı şəxslərin istifadəsində olduğundan faktiki vəziyyətdə sahələrini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binada iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsünün 124,16 kv.metr təşkil etdiyi, həmin qeyri-yaşayış sahəsinin faktiki olaraq -3.30 səviyyəli zirzəmidə yerləşdiyi, təsdiq edilmiş layihə sənədlərində isə ±0.00 səviyyə (yer səviyyəsi) 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdiyi müəyyən edilmişdir. Lakin, iddiaçı ilə "Meqa-Siti Holdinq arasında xx.xx.2013-cü il tarixdə müqavilədə 126 kv.m göstərilsə də həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsinə dair ayrıc aktı və ya plan-sxem müqaviləyə əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yerini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadının qəbulundan sonra cavabdeh açıq-aşkar iddiaçıya Bankın hüququndan və iddiasından azad olmayan qeyriyaşayış sahəsi (mağaza) verib. Başqa sözlə, Bank cavabdehə vermiş olduğu pul vəsaiti həcmində sözügedən əmlaklara, yəni Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində onun tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə 2010-cu ildən iddialı olub, mübahisəli qeyri-yaşayış sahəsi isə iddiaçıya 2013-cü ildə satılıb. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən müqavilələrin hər ikisini X9 imzalamışdır. Göründüyü kimi hazırki iş üzrə cavabdeh tərəf Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadından məlumatlı olduğu halda iddiaçı ilə 07 may 2013-cü il tarixli müqavilə bağlamaqla Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi öhdəliyi üzərinə götürmüşdür. Digər tərəfdən cavabdeh tərəfindən hazırki iddia tələbinin etiraf olunması Bankın hüququnu pozduğu üçün bunun qəbuledilməz olmuşdur. Bundan başqa, cavabdeh "Meqa-Siti Holding” MMC-nin nümayəndəsi M.Zeynalov məhkəmə kollegiyasının iclasında məhkəməyə ünvanlanmış etiraf ərizəsində olan imzanın ona aid olmadığını (cild 1, səh 18), eləcə də digər etiraf ərizəsində də (cild 1, səh 29) direktor X6 aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında şəhr olunmuş cavabdehin qanuni təmsilçisi olmuş Elnur Məmmədovun imzaladığı digər müqavilələrlə, iddiaçı ilə bağlanmış müqavilənin forması, məzmunu, şrifti və sair xüsusi əlamətləri qarşılıqlı şəkildə tədqiq edilməlii olmasına dair göstərişi üzrə bu hal hazırki vəziyyətdə iş üçün mühüm hüquqi əhəmiyyət kəsb etmədiyindən aparılmasına zərurət qalmamışdır. Belə ki, 2013-cü ildə iddiaçı ilə Elnur Məmmədov arasında müqavilə bağlanmasına baxmayaraq, 2010-cu ildə bağlanmış barışıq sazişinə əsasən Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə sazişin predmeti olan qeyriyaşayış sahəsinin iddiaçıya verilməsi ilə bağlı müqavilə bağlamışdır. Bununla yanaşı hazıki apellyasiya baxışı zamanı mübahisəli qeyri-yaşayış sahəsinə İddiaçı, maraqlı şəxs "Rabitəbank” ASC-nin nümayəndəsi X4, ekspert X5, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə yerli müayinə keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin girişi həyət tərəfdəndir. Yəni, həyətin içindən üzü binaya baxanda binanın “A” blokunda birinci mərtəbəsində sağ tərəfində yerləşir. Həmin qeyri-yaşayış sahəsinin girişi həyət tərəfdəndir və qabağı açıqdır. Mübahisəli qeyri-yaşayış sahəsinin daxilində arakəsmələr inşa edilib. Qeyriyaşayış sahəsinin tavan hissəsində binanın bütün kommunikasiya xətləri, yəni kanalizasiya və su xətlərinə aid olan boruların mövcudluğu müəyyən edildi. İş materiallarına əlavə olunmuş layihə sənədlərinə baxış keçirilərkən müəyyən olundu ki, həmin bina təsdiq edilmiş layihə sənədlərinə uyğun inşa edilməmişdir. İş materiallarına əlavə olunmuş eskiz layihənin 3-cü səhifəsində qaraj kimi göstərilən yer hazırki mübahisəni təşkil edən yerdir. Yerli müayinənin keçirilməsinə dair disk iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi hazırki iddianın qaldırılması əslində qanuni qüvvəyə minmiş məhkəmə aktını cavabdehin icra etməsindən yayınmasına yönəlib. Belə ki, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı ilə Bankla cavabdeh arasında 02 iyun 2010-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilib və həmin qərardad üzrə verilmiş icra sənədinə əsasən, cavabdehdən Bankın xeyrinə 1.315.091 avro pul tutulub və tutma Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyriyaşayış sahələrinə yönəldilib. Qeyd olunan icra sənədi İcra Şöbəsinin icraatına 21 aprel 2011-ci il tarixdə daxil olub, müvafiq qaydada icra icraatına başlanılıb və icra tədbirləri nəticəsində icra sənədinə əsasən sözügedən əmlaklardan Banka 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj verilib. Digər mənzillərdə yaşayış olduğu, cavabdeh tərəfindən sonradan müqavilə ilə başqa şəxslərə satıldığı, mənzillərin və qeyri-yaşayış sahələrinin yerləşdiyi yer dəqiq göstərilmədiyi üçün, onların Banka təhvil verilməsi mümkün olmayıb. Bundan başqa, tərəflər arasında bağlanmış sözügedən müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi ümumiyyətlə göstərilməyib. İcra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri isə binanın həm 1-ci, həm də 2-ci mərtəbələrində yerləşir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını araşdırmayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 07 may 2013-cü il tarixli müqaviləyə əsasən iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi üçün əsaslar olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, hazırki apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Maraqlarına toxunan şəxs "Rabitəbank” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3483/2017 saylı işi üzrə 24 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC qarşı “07 may 2013-cü il tarixli müqaviləyə əsasən mülkiyyətinə verilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar