Məhkəmə qərarları › İş №2(103)-1260/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1260/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1260/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması, pulun mütənasib qaydada bölünməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə (Açar sözlər: qətnamədə buraxılmış yanlışlıqların düzəldilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması, pulun mütənasib qaydada bölünməsi” tələbinə dair ilkin iddia, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-811/2023 saylı, 20 noyabr 2023-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması, pulun mütənasib qaydada bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 mənzil 54-ün onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə naturada bölünməsi, bu mümkün olmadıqda Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 mənzil 54-ün açıq hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun onunla Cavabdeh1 arasında paylara mütənasib surətdə ½ nisbətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin dəyərini aşan hissə (kompensasiya şəklində) və “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə verilməklə, “X3” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh İddiaçı alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracda satılması, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinin açıq hərracda ilkin satış qiymətinin 723.000 (yeddi yüz iyirmi üç min) manat müəyyən edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun yəni ½ hissəsinin İddiaçı, ½ hissəsinin Cavabdeh1 verilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin təsviri hissəsində göstərilən yanlışlıqların aradan qaldırılması və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə düzəliş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tanış olduğu zaman, müəyyən edilmişdir ki, qətnamədə aşağıda göstərilən yanlışlıqlara yol vermişdir. Belə ki, qətnamənin nəticə hissəsinin 6-cı bəndində qeyd edilmişdir ki, “Mülki iş üzrə ödənilmiş 100 dövlət rüsumu Cavabdeh1 tutulsun İddiaçı xeyrinə ödənilsin.” Bu cümlədə “100” rəqəmindən sonra, bu rəqəmin aid olduğu valyuta göstərilməmişdir. Bundan başqa, qətnamənin nəticə hissəsinin 5-ci bəndində yazılmışdır ki, “İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə qarşılıqlı iddiası təmin edilməsin”. Bu hissədə hansı tələbin hansı cavabdehə qarşı olması aydın göstərilməmişdir. Həmçinin qətnamənin nəticə hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinin açıq hərracda ilkin satış qiyməti 723.000 (yeddi yüz iyirmi üç min) manat müəyyən edilsin.” Bu cümlə, iddia tələbi kimi müəyyən edilməməli və qətnamənin nəticə hissəsində qeyd olunmamalıdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 811/2023 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsinə düzəliş edilməsi, qətnamənin nəticə hissəsinin 6-cı abzasında düzəliş edilməsi və həmin abzasda “100 dövlət rüsumu” ifadəsinin “100 manat dövlət rüsumu” kimi oxunması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsinin 6-cı abzasında düzəliş edilməli və həmin abzasda “100 dövlət rüsumu” ifadəsi “100 manat dövlət rüsumu” kimi oxunmalıdır. Ərizədə qeyd edilən digər hallarla bağlı isə məhkəmə qeyd etmişdir ki, qətnamənin nəticə hissəsinin 3-cü və 5ci abzaslarında hər hansı yanlışlığa yol verilməmişdir. Belə ki, ərizədə mübahisələndirilən digər hallar qətnamədə yol verilmiş yanlışlıqla aradan qaldırılmalı hallar deyil, qeyd olunanlar apelyasiya şikayətinin dəlilləri qismində çıxış edə bilər.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-811/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi (vəkili) Vəkil şikayət verərək, qərardadın ərizənin təmin edilməyən hissəsində ləğv edilməsini və ərizənin tam təmin edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməyən hissəsi ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparmadan, ərizənin təmin edilməyən hissəsinə dair qanunsuz qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməyən hissəsi ilə bağlı heç bir araşdırma aparmamış və ərizəçinin dəlillərinə heç bir əhəmiyyət verməmiş, hər hansı prosessual normanı bu hissədə tətbiq etməmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(005)- 811/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 811/2023 saylı, 20 noyabr 2023-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməyərək şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

12. 228.1-ci və 228.2-ci maddələrinin tələblərinə görə çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.

13. 397.2-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

14. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 13.1-13.3-cü bəndlərində göstərilir ki, məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra mahiyyətini dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi iclasın vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında həll edilir. Qətnamədəki yanlışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respublikası MPM-də müddət müəyyən edilmədiyinə görə, həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər.

Apellyasiya baxışının hədləri

15. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş şikayətdən göründüyü kimi, o, qərardadın ərizənin təmin olunmamış hissəsinin ləğv edilməsini xahiş edir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qərardadın ərizənin təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, Mülki Prosessual Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin tələblərinə görə çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.

18. Yuxarıda göstərilən normaların məzmununa görə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və əsaslarla məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra mahiyyətinə toxunmadan və məzmununu dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Qətnamədəki yalnışlıqlar, bir qayda olaraq, ayrı-ayrı sözlərin və ya ifadələrin yazılışı zamanı yol verilmiş yazı xətaları və orfoqrafik səhvlərlə, təhrif edilmiş şəkildə yazılması ilə əlaqədar olur.

19. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, iddia tələblərinə uyğun olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması üçün ilkin satış qiyməti müəyyən edilmişdir. Həmçinin qətnamə ilə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qətnaməsində hər hansı yanlışlığa yol verilməmişdir. Verilmiş ərizə ilə mənzilinin açıq hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində təmin ediləcəyi halda ümumiyyətlə mübahisə üzrə məhkəmənin gəldiyi qənaətin mahiyyəti dəyişdirilə bilər. Bununla da qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçının istədiyi məqsədə nail olmaq üçün seçdiyi prosessual qayda düzgün olmamışdır, yaranmış prosessual vəziyyəti düzəltmək üçün, o, qətnamənin narazı qaldığı hissəsindən apelyasiya icraatı qaydasında şikayət vermək hüququndan istifadə edə bilər.

21. Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 264, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Məmmədova Nı̇ gar İlqar qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-811/2023 saylı, 20 noyabr 2023-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar