Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12615/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X1 və X5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh, X2 və X3 ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılaraq boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh, X2 və X3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən, faktiki sahəsi 0,0650 ha (sənəd üzrə sahəsi 0.08 ha) olan torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13.09.2021-ci il tarixli, 2(008)- 3422/2021 saylı qətnaməsinin ləğv edilməsini və işdə olan sübutlara əsasən yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi rəsmi olaraq işdə iştirak edən şəxslərə, o cümlədən Cavabdeh ünvanına (ünvan 1iət məktubu ilə 07.10.2021-ci il tarixli reyestrlə göndərilmiş, lakin iş materiallarında onun qətnaməni rəsmi qaydada əldə etməsi barədə sübut təsbit edilmədi. Daha sonra Cavabdeh 26.10.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh məhkəmənin sözügedən qərardadı rəsmi qaydada 12.11.2021-ci il tarixdə göndərilsə də, cavabdeh qərardadı rəsmi qaydada qəbul etməmişdir. Lakin, sözügedən qərardad cavabdehin vəkili Nağıyeva Şəfiqə tərəfindən 01.12.2021-ci il tarixdə rəsmi qaydada əldə edilmişdir. Daha sonra cavabdeh və onun vəkili Ş.Nağıyeva tərəfindən qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən 07 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir. Göründüyü kimi cavabdehin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsini ən geci 26.10.2021-ci il tarixdə (ilkin və geri qaytarılan apellyasiya şikayətinin verildiyi tarix) əldə etməsini nəzərə alsaq, cavabdehin həmin tarixdən qətnaməni əldə etdiyini müəyyən etmək mümkündür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qətnamədən təkrar apellyasiya şikayəti ağlabatan müddətdə verilməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12615/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12615/2021
27.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver