Məhkəmə qərarları › İş №2(103)-1266/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1266/2025

04.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1266/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsi və reyestr çıxarışının ləğv edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-1239/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri 13 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X3 miras qalmış əmlaka dair Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 13 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. . İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 13 saylı notariat ofisinin notariusu X1 təsdiq etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum atası X3 miras qalmış Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21ada yerləşən 12 saylı mənzilin ½ hissəsi onun, ögey anası və iki qardaşı arasında bölünmüş, ona 1/8 hissə ayrılmışdır. Həmin mənzilin digər 1/2 hissəsinə isə ögey anasının adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həm mülkiyyət hüququ haqqında, həm də vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Belə ki, miras mənzil Bakı Şəhəri İcra Hakimiyyətinin 45 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında mərhum atası əmək fəaliyyətinə görə (atası millət vəkili olub) dövlət tərəfindən hədiyyə olaraq verilmişdir. Belə olduğu halda, həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi deyil, tam miras kütləsi kimi vərəsələr arasında bölünməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Əfsanə Heydərova) xx.xx.2023-cü il tarixli, 2(006)1239/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə ləğv edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21A-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 13 saylı notariat ofisinin üzərinə qoyulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qanunun tələbinə görə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün müqavilələr, digər əqdlər, yaxud dövlət orqanlarının aktı olmalıdır. Hədiyyə iki tərəfli əqd olmaqla dövlət orqanının aktı hədiyyə hesab oluna bilməz. Qeyd olunan mənzil mərhuma hədiyyə kimi deyil, onun müraciəti əsasında Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə məhz ailəli olduğuna görə mənzil şəraitinin yaxşılaşdırılması üçün verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının 006350 saylı Orderindən də göründüyü kimi qeyd olunan mənzil Mayıs Səfərliyə həyat yoldaşı Mətanət Səfərli ilə yaşamaq üçün verilmişdir. Lakin, birinci instansiya məhkəməsi mübahisəli mənzilin hədiyyə olmasını əsassız olaraq qeyd etmiş və Mətanət Səfərlinin həmin mənzildə payının olmaması nəticəsinə gəlməklə maddi hüquq normalarını pozmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli araşdırılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Abdıyev sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Fərrux Qasımov) 2(103)-512/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1239/2023 saylı qətnaməsi “xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 13 saylı notariat ofisinin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2(102)-3560/2024 nömrəli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Əhməd Əhmədov və Zəki Babayevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-512/2024 nömrəli 25 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Hazırda iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq hazırki iş üzrə cavabdehlə barışıq əldə etdiklərini və iddiadan imtina etdiklərini bildirmişdir. O, iddiadan imtinalarının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasları mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır. Təqdim edilmiş ərizədən görünür ki, iddiaçı tələblərindən imtina edir. Ərizə iddiaçının nümayəndəsi, eyni zamanda vəkili olan Vəkil1 tərəfindən təqdim edilmişdir. Onun müvafiq səlahiyyəti iddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AR-İİ 809155 №-li etibarnamədə öz əksini tapmışdır. Etibarnamə 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir və xx.xx.2025-ci il tarixinədək qüvvədədir. Kollegiya iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələr ləğv edilməli və hər iki iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1239/2023 nömrəli 24 iyun 2023cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(003)-234/2023 nömrəli qətnaməsi ləğv edilsin və İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsi və reyestr çıxarışının ləğv edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar