Məhkəmə qərarları › İş №2(103)-1267/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1267/2025

26.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1267/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma, mənzilə istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Şadiyev Namik Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-1225/2024 nömrəli qətnaməsindən ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ünvan 1 ünvanda (yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzil ilk İddiaçı mərhum atası X4 iş yerindən təqdim olunmuş xidməti mənzil olaraq Bakı şəhəri Qaradağ rayon XDS İK-nın xx.xx.1987-ci il tarixli orderinə müvafiq olaraq işlədiyi müddət ərzində verilmişdir. İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Nigar adlı qızları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 230 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü Nigar Rəsulova anası Cavabdeh himayəsində və yanında saxlanılmış, Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü Nigar Rəsulovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmiş, dövlət rüsumu, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməli olması, məhkəmə qərardadına əsasən müvəqqəti alimentin tutulmasının nəzərə alınması barədə göstərişlər qeyd olunmuşdur. İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Ailənin digər üzvləri mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına notarial qaydada təsdiq olunmuş razılıqlarını bildirmişlər. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə mənzil xidməti mənzillər siyahısından çıxarılmış və daimi yaşamaq üçün İddiaçı verilmiş və kirayə müqaviləsi bağlanmışdır. Bundan sonra İddiaçı mənzili özəlləşdirmiş və xx.xx.2024cü il tarixdə onun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 137368 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2005-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 575 saylı akt qeydi tərtib edilmişdir. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 667854 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2014-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 247 saylı akt qeydi tərtib edilmişdir. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ı il tarixli AZ-İ 804817 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 142 saylı akt qeydi tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və onun himayəsində olan X5 ünvan 3 ünvanda (yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 230 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü Nigar Rəsulova anası Cavabdeh himayəsində və yanında saxlanılmış, Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü Nigar Rəsulovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 ünvanda (yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən, ümumi sahəsi 63,27 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehlə nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdeh onun mülkiyyətində olan mənzildə yaşayır və mənzili tərk etmir. Dəfələrlə ondan mənzili boşaltmağı tələb etsə də, Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu isə İddiaçı mülkiyyət hüququnu pozmuşdur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il təvəllüdlü azyaşlı qızı Nigar Rəsulova ilə birlikdə ünvan 3 ünvanda (yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə Nigar adlı bir uşaqları doğulmuşdur. Nikahları xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. O, iddiaçı ilə ailə qurarkən mübahisəli mənzil orderlə mərhum qayınatası X2 adına olmuşdur. Rəhmətlik qayınatası onun xalasının yoldaşı olmuşdur. İddiaçı xalası oğludur. Mənzil də order əsasında mərhum qayınatasının adına olmuşdur. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan da görünür ki, mənzil 2024-cü ildə rəsmi qeydiyyatdan keçmişdir. O, həmin mənzilə gəlin gəlmişdir və ona məxsus əmlak da həmin mənzildə yerləşdirilmişdir. Mənzildə olan bütün əmlaklar ona məxsusdur, o, mənzilə köçərkən mənzil boş olmuşdur. O, azyaşlı qızı ilə həmin evdə ailə üzvü kimi yaşasalar da, onları qeydiyyata saldırmamışlar. Mənzili İddiaçı öz adına rəsmiləşdirərək xx.xx.2024-cü il tarixdə çıxarış almışdır. Onun bundan xəbəri olmamış, yalnız məhkəmədən bildiriş gəldikdən sonra bu barədə xəbəri olmuşdur. Hazırda iddiaçı onu və uşağını həmin mənzildən çıxartmaq istəyir. Onun və azyaşlı uşağının başqa yaşamağa yerləri yoxdur, həmin mənzil onun və uşağının yeganə yaşayış yeridir. O, ailə qurub mənzilə köçdüyü vaxt mənzil orderlə olmuş, o da ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Onun həmin mənzildə istifadə hüququ vardır. Eyni zamanda, hazırki mübahisə ailə münasibətlərindən irəli gəlir və məhkəmədən əvvəl mediasiya sessiyasında iştirak zəruridir. Lakin iddiaçı mediasiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bununla da, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Ona mediasiyada iştirak etmək üçün heç bir təklif göndərilməmiş və məhkəmədən əvvəl mübahisəyə mediasiya qaydasında baxılmamışdır. Buna dair məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin vaxt məhkəmə hazırlıq iclası ümumiyyətlə keçirilməmişdir. Ona görə də, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:40-a təyin edilmişdir. O, isə iddiaçının mediasiyada iştirak etmədiyinə görə iddia tələbinin baxılmamış saxlanılması barədə ərizəsini xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Həmin ərizəni məhkəmə xx.xx.2024-cü il tarixli iclasda əsassız hesab etmişdir. Məhkəmənin bu barədə ərizəsinə qiymət verməmişdən əvvəl qarşılıqlı iddia ərizəsi ilə müraciət edə bilməzdi. Əvvəlcə onun ərizəsinə qiymət verilməli idi. Bundan sonra o, qarşılıqlı iddia ərizəsi ilə müraciət etməli idi. Lakin məhkəmə həmin ərizəni əsassız hesab etmiş, həmin gün də ona vaxt vermədən işi məhkəmə baxışına təyin etmişdir. Bununla da, onun müdafiə hüququ pozulmuşdur. Ona görə də, qarşılıqlı iddia ərizəsini baxış iclasında təqdim edir. Məhkəmə iddianın baxılmamış saxlanılması barədə ərizəsini təmin etmədiyi təqdirdə məhkəmə hazırlıq iclasını təxirə salmalı idi ki, o, hər hansı bir sübutunu və ya qarşılıqlı iddia ərizəsini təqdim edə bilsin. Bu vaxt isə ona yaradılmamış, baxılmamış saxlanılma barədə vəsatəti təmin edilmədiyi gün iş məhkəmə baxışına təyin edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddianın MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməməsi onun təqsiri səbəbindən deyildir. İddia ilə bağlı bildirir ki, onunla cavabdeh arasında nikah pozularaq keçmiş ailə üzvü sayılsa da, onların birgə nikahdan bir azyaşlı (iki yaşında) övladları var. Nikahları məhkəmənin qətnaməsinə əsasən pozulmuş, azyaşlı övladının onun himayəsində saxlanılması və uşağın saxlanılması üçün İddiaçı aliment tutulmuşdur. Övladları İddiaçı ailə üzvü sayılır. Özü heç bir yerdə işləmir və övladı da onun himayəsindədir. Mübahisəli mənzil orderə əsasən qarşılıqlı iddia üzrə cavabdehin ailə üzvlərinə verilmişdir. O, isə xx.xx.2021-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq həmin mənzilə köçmüşdür və indiyə kimi də azyaşlı övladı ilə həmin mənzildə yaşayır. Onun azyaşlı övladı ilə başqa yaşayış yeri və başqa yerdə yaşamağa imkanı yoxdur. Onların arasında hüquq münasibətləri mənzil orderlə olduğu zaman yarandığından həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1225/24 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, Cavabdeh və onun himayəsində olan Nigar Rəsulovanın ünvan 3 ünvanda (yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılmaları, ilk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadığından mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmamışdır. Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Cavabdehin həmin mənzildən istifadə hüququnun olmasına dair müvafiq şəkildə qeydiyyat aparılmamışdır. Hazırda vətəndaş İddiaçı 2 nəfər ailə tərkibi ilə Müşfiqabad qəsəbəsi ev 5v, sahəsi 37,04 kv.m. olan 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzil üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil birgə nikah dövründə əldə edilmiş mənzil deyil. İddiaçı cavabdehlə nikahları pozulduğundan, sonuncudan mənzili tərk etməsini tələb etmiş, lakin cavabdeh mənzildən çıxmamışdır. Bu səbəbdən, ilk iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı qeyd olunan mənzilə köçərkən həmin mənzil qayınatasına verilmiş xidməti mənzil olmuşdur və qarşılıqlı iddia üzrə iddiaçı qayınatasının ailə üzvü statusuna malik olan şəxs deyil. Mənzilə dair qarşılıqlı iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən dövrdə isə qarşılıqlı iddia üzrə iddiaçı ilə həmin iddia üzrə cavabdeh arasında nikah münasibətləri mövcud olmamış, tərəflərin nikahı bunadək məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddiaya uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ilə bağlı hər hansı araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə qarşı etirazını ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4252/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, onlar arasında artıq yeni münasibətlər yaranmış və mübahisəyə də məhz bu münasibətlər baxımından qiymət verilməlidir. Baxılan iş üzrə cavabdehin (qarşılıqlı iddiaçının) ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, Mülki Məcəllənin 152.1, 157, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarları və Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3735/2024 saylı qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4252/24 nömrəli 17 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, tərəflər İddiaçı və Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nikahın bağlanmasından sonra köçdüyü və iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) yaşadığı - Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzil, İddiaçı mərhum atası X4 Yeni Bakı Broyler quşçuluq fabrikinin rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarına əsasən Qaradağ rayon XDS İK-nın xx.xx.1987-ci il tarixli orderinə müvafiq olaraq işlədiyi müddət ərzində verilmişdir. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2022-ci il tarixdə Nigar adlı qızları doğulmuşdur. Cavabdeh həmin mənzildə faktiki olaraq yaşasa da, yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah İddiaçı iddiasına əsasən pozulmuş, lakin nikahın pozulmasından sonra da Cavabdeh, azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamağa davam etmişdir. Nikahın pozulmasından sonra İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Ailənin digər üzvü, İddiaçı bacısı X3 mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına notarial qaydada təsdiq olunmuş razılığını bildirmiş, mənzildə faktiki olaraq yaşayan Cavabdeh bundan məlumatı olmamışdır. İddiaçı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış nikahlarının pozulmasını, yaşadıqları mübahisli mənzilin xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmasını, cavabdehlə nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdehin onun mülkiyyətində olan mənzildə yaşamasını və mənzili tərk etmədiyini qeyd edərək, cavabdehin, himayəsində olan azyaşlı uşağı Nigar ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsində xidməti mənzilin order əsasında mərhum qayınatası Malik Rəsulovun adına olmasını, həmin mənzilə gəlin gəlməsini və ona məxsus əmlakın da həmin mənzildə yerləşdirilməsini, mənzildə olan bütün əmlakların ona məxsus olmasını, mənzilə köçərkən mənzilin boş olmasını, azyaşlı qızı ilə həmin mənzildə ailə üzvü kimi yaşamasını, lakin mənzilə qeydiyyata saldırmadığını, mənzili İddiaçı öz adına rəsmiləşdirərək xx.xx.2024-cü il tarixdə çıxarış almasını, onun bundan xəbərinin olmadığını, onun və azyaşlı uşağının başqa yaşamağa yerlərinin olmadığını, həmin mənzilin onun və uşağının yeganə yaşayış yeri olmasını, ailə qurub mənzilə köçdüyü vaxt mənzilin orderlə olmasını, ailə üzvü kimi həmin mənzildə yaşamasını və onun həmin mənzildə istifadə hüququnun olmasını qeyd edərək, xx.xx.2022-ci il təvəllüdlü azyaşlı qızı Nigar ilə birlikdə onun mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk iddianı təmin edərək, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlayarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, onlar arasında artıq yeni münasibətlər yaranmış və mübahisəyə də məhz bu münasibətlər baxımından qiymət verilməlidir. Baxılan iş üzrə cavabdehin (qarşılıqlı iddiaçının) ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ olmamışdır. İddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisəli mənzilə istifadə hüququnun yaranmaması, bu səbəbdən də mənzildən çıxarılmalı olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazıkı iş üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisə predmeti olan mənzildən istifadə etmək hüququnun olub-olmamasının müəyyənləşdirilməsi işin düzgün həlli üçün əhəmiyyətlidir. Qeyd olunduğu kimi həmin mənzilin xüsusi təyinatlı yaşayış sahəsi olması, mənzilə dair iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı atası ilə kirayə müqaviləsinin bağlanması, İddiaçı özünün də həmin müqavilədə ailə üzvü kimi qeyd edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçıla ailə qurduqdan sonra onlarla birlikdə həmin mənzildə yaşaması işin müəyyən edilmiş hallarıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün verilən yaşayış sahələri, habelə hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilən yaşayış sahələri, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair qüvvədə olan Mənzil Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalara əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri (kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri) ilə yanaşı, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan şəxslərin də kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qanunda nəzərdə tutulmuşdur. Bu halda, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qeyd olunan normaların dispozisiya şərtlərinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıb-yaranmadığına, belə hüquq yaranmışsa, onun qanuni əsaslarla aradan qalxıbqalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Apellyasiya instansiya məhkəməsi isə hazırkı işdə qeyd olunan istiqamətdə hüquqi dəyərləndirmə aparmamış, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin mövqeyd ilə razılaşarkən işin qeyd olunan hallarını araşdırmamış və əhəmiyyətli olan həmin xüsusatlara hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin, “cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadığından mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmaması” barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, yəni cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mübahisəli mənzilə gəlin gələrkən İddiaçı atası Malik Rəsulovun sağ olub-olmamasını araşdırmamış, nəticəsindən asılı olaraq həmin hala hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 68 və 99-cu maddələrinə əsasən istifadə hüququ yaranmış şəxsin, yaşayış sahəsinə sonradan mülkiyyət hüququ əldə etmiş şəxslə ailə münasibətlərinə xitam verilməsi sözügedən hüququn itirilməsinin əsası kimi qəbul edilə bilməz. Qeyd olunanlar yuxarıda istinad olunan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, tərəflərin izahatlarını və dəlillərini dinləməli, mübahisəli hallar, habelə işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, nikaha daxil olduqdan sonra o, mübahisəli mənzildə İddiaçı ilə birlikdə yaşamış, daha sonra bu mənzildə övladları dünyaya gəlmişdir. Münasibətləri pozulduqdan sonra İddiaçı mənzili tərk etmiş, o isə qızı ilə birlikdə mənzildə yaşamaqda davam edir. O, İddiaçı mənzildə yaşamasına manelər yaratmır, mənzilin giriş qapısının qıfıllarının yalnız birinin açarı ondadır. Mənzilin giriş qapısının bütün qıfıllarının açarları İddiaçı olduğundan o, istənilən vaxt mənzilə daxil ola bilər. Mərhum qaynanası mənzili özəlləşdirmək istəsə də, qəzada həlak olduğundan buna nail ola bilməmişdir. O, Elgünə dəfələrlə onu övladı ilə birlikdə mənzilə qeydiyyata salmasını, mənzilin özəlləşdirilməsini desə də, Elgün bunu etməmişdir. Mülkiyyətçi tərəfindən ona istifadə hüququna görə kompensasiya olaraq 10000-13000 manat veriləcəyi halda o, mənzili tərk edə bilər. Hazırda isə apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə etiraz edib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında göstərmişdir ki, İddiaçı atası X8 xx.xx.2005-ci ildə, anası X12 xx.xx.2014-cü ildə, qardaşı X6 xx.xx.2016-cı ildə ölmüşdür. İddiaçı bacıları nikaha daxil olduqdan sonra ərlərinin mənzilinə köçmüş, hazırkı mənzilə dair tələbləri yoxdur. İddiaçı mənzildə tək yaşamış və nikaha daxil olduqdan sonra Cavabdeh mənzilə köçürmüşdür. Tərəflərin münasibətləri pozulduqdan sonra İddiaçı mənzildə yaşaya bilmir. xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən, İddiaçı mülkiyyətində olan mənzilin 25%-ni 2016-cı ildə vəfat etmiş qardaşı X1 payı kimi mərhumun həyat yoldaşına və övladına çatmalı olmasını qəbul etdiyini, mənzil satıldıqdan sonra payın dəyərinin M.N. Rəsulovaya verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı atasının ailə üzvü olmadığından onun mövcud Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq mənzilə istifadə hüququ yaranmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25.Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş). Maddə 83. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103 (5-ci bənd). Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51, 62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3735/2024 saylı qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4252/24 nömrəli 17 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ilkin və qarşılıqlı iddiaya aid hissədə mübahisləndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3735/2024 saylı qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1225/24 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına görə, tərəflər İddiaçı və Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh nikahın bağlanmasından sonra köçdüyü və İddiaçı yaşadığı - Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzil, İddiaçı mərhum atası X4 Yeni Bakı Broyler quşçuluq fabrikinin rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarına əsasən Qaradağ rayon XDS İK-nın xx.xx.1987-ci il tarixli orderinə müvafiq olaraq işlədiyi müddət ərzində verilmiş, nikaha daxil olarkən İddiaçı bu mənzildə tək yaşamış, nikaha daxil olaraq Cavabdeh həmin vaxt dövlət mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzilinə özünün ailə üzvü kimi köçürmüş, həmin mənzildə birgə təsərrüfat aparan İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2022-ci il tarixdə bu ünvanda Nigar adlı qızları doğulmuşdur. Cavabdeh həmin mənzildə faktiki olaraq yaşasa da, yaşayış yeri üzrə qeydiyyatda alınmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah İddiaçı iddiasına əsasən pozulmuş, lakin nikahın pozulmasından sonra da Cavabdeh, azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamağa davam etmiş, hal-hazırda da mənzildə övladı ilə birlikdə yaşayır. Nikahın pozulmasından sonra İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Ailənin digər üzvü, mənzildə yaşamayan İddiaçı bacısı X3 mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına notarial qaydada təsdiq olunmuş razılığını bildirmiş, mənzildə faktiki olaraq yaşayan Cavabdeh bundan məlumatı olmamışdır. Bundan sonra İddiaçı dövlət mülkiyyətində olan mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi 2005-ci ildə atası, 2014-cü ildə anası vəfat edəndən sonra mənzildə tək yaşamış, dövlət mülkiyyətində olan mənzilin kirayəçisinin ailə üzvü kimi onunla mənzilə dair bərabər hüquq və vəzifələrə malik olan İddiaçı öz ailə üzvü olan Cavabdeh 2021-ci ildə Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzilinə köçürmüş, sonuncu İddiaçıla mübahisəli mənzildə birgə təsərrüfat aparmış, tərəflərin bu ünvanda birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Nəticə də Cavabdeh köçürüldüyü vaxt dövlət mülkiyyətində olan mənzilin kirayəçisinin ailə üzvünün ailə üzvü kimi mənzilə istifadə hüququ yaranmışdır. İddiaçı isə Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzilə dair kirayəçinin ailə üzvü olaraq mövcud hüquqlarının nə vaxt sənədləşdirilməsinin, mənzilə dair mülkiyyət hüququnun nikah pozulandan sonra qeydə alınmasının Cavabdeh himayəsində olan övladı ilə birlikdə mənzilin dövlətin mülkiyyətində olduğu dövrdə yaranmış istifadə hüququnun məhdudlardırılması, əvəzi ödənilmədən xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, şəxs sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan şəxslərlə eyni hüquqlara malikdir. Ona görə də İddiaçı Cavabdeh və himayəsində olan övladına kompensasiya vermədən mülkiyyətində olan mənzildən çıxmasına dair tələbinin təmin edilməsi sonuncuların qanunla qorunmasına təminat verilən mənzil hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan nəticəyə gəldiyindən, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol verdiyindən apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1225/24 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 1225/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı himayəsində olan X9 ilə birlikdə ünvan 3 ünvanda (yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılmasına dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü qızı Nigar Rəsulova ilə birlikdə ünvan 3 ünvanda (yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzilə istifadə hüquqları tanınsın. İddiaçı qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 100 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla cəmi 150 manat Cavabdeh xeyrinə tutulsun. İddiaçı ilk iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar