Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1269/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2040/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 iddia tələbi təmin edilərək, Pirembel kənd klubununun (ümumi sahəsi - 98.9 kv.m) hərracda satılmasına dair xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokol və həmin hərracın nəticəsində X7 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4328 saylı müqavilənin etibarsız hesab edilməsi, X3 adına verilmiş Yardımlı rayonu Pirembel kəndində yerləşən sahəsi 98.9 kv.m-dən ibarət qeyriyaşayış binasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin xx xxxxxx 2019cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı X3 da üçüncü şəxs qismində cəlb olunduğu “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, Yardımlı rayonu Pirembel kəndində yerləşən Pirembel kənd klubunun hərracda satılmasına dair xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin – hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X15 və X2 rayonu Pirembel kəndində yerləşən Pirembel kənd klubunda işləmişlər və klub özəlləşdirilərkən o, klub müdiri, X15-mədəni təşkilatçı, X13 isə xadimə vəzifəsini yerinə yetirmişdir. Yardımlı rayonu Pirembel kəndində yerləşən Pirembel kənd klubu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixində keçirilmiş hərrac zamanı özəlləşdirilərək, kənar şəxsə - yəni hərracın qalibi X1. Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərracın qalibi X7 arasında xx.xx.2019-cu il tarixli, 4328 nömrəli alqısatqı müqaviləsi bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən reyestrdən elektron çıxarış verilmişdir. Pirembel kənd klubu özəlləşdirilərkən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericiliyin şərtləri pozulmuş, əmək kollektivi üzvlərinə, yəni onlara heç bir məlumat verilməmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən 3-cü şəxs X7 apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi tərəflərin maddi və prosessual hüquq normalarının kobud pozulması şəraitində çıxarılmışdır, məhkəmənin qətnamədə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir, ona görə də, həmin qətnamə ləğv olunmalı və Azərbaycan Respublikasının qanunlarına və qanunvericilik aktlarının tələblərinə cavab verən iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Öz növbəsində qeyd olunan qətnamədən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2040/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir.Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və 3-cü şəxs kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətləri qəbul etməyərək, rədd olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxx 2018-ci il tarixli, 91 nömrəli sərəncamından çıxarışdan görünür ki, ünvan 1ində yerləşən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, X11 və Turizm İdarəsinin balansında olan Pirembel kənd klubunun (98.6 kv.m qeyri-yaşayış binası və 136.8 kv.m torpaq sahəsi) özəlləşdirilməsi həmin müəssisə (obyekt) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac vasitəsi ilə həyata keçirilməlidir. İş materiallarında olan 4328 nömrəli xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X16 ilə X7 arasında müqavilə bağlanmış, müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad ərazi şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən hərracda 01№-li protokola əsasən satın aldığı Pirembel kənd klubu (ümumi sahəsi -98.9 kv.m) və 136.8-kv.m torpaq sahəsi təşkil etmiş, həmin müqaviləyə görə “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 1i ünvanında yerləşən Pirembel kənd klubu (ümumi sahəsi -98.9 kv.m) və 136.8-kv.m torpaq sahəsini 2500 manata satın alır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 01 №-li Hərrac protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Masallı Regional X6 kənd klubu (ümumi faydalı sahəsi 98.9 kv.metr, özəlləşdirilən torpaq sahəsi 136.8 kv.metr) xx.xx.2018-ci il tarixli 91 nömrəli sərəncam əsasında 2500 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X11 İdarəsi Yardımlı Rayon Nümayəndəsinin tərəfindən İddiaçı verilmiş xx xxxxxx 2020-ci il tarixli 7 nömrəli arayışından görünür ki, Yardımlı rayonu 8 saylı Pirembel kənd klubunun binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərək satıldığı üçün klub Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi xx xxxxxxx 2019-cu il tarixli 10 saylı əmri ilə ləğv edilmiş və nazirliyin strukturundan çıxarılmışdır. Bununla əlaqədar olaraq Pirembel kənd klubunun müdiri İddiaçı, klubun mədəni-təşkilatçısı X15 və klubun xadiməsi X13 işdən azad olunmuşlar. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, ünvan 1ində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.(Maddə 415.2.) “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 2.2.2-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri sırasında təsbit edilmişdir. Həmin qanunun 17-ci maddəsinə görə özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. 17.2. Özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir: 17.2.1. əsas iş yeri həmin müəssisə hesab edilən işçilər; 17.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; 17.2.3. özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər; 17.2.4. 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslər. Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.7ci nəndinə görə müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli satış başlayana qədər onun strukturunun və ştat cədvəlinin dəyişdirilməsi və işçilərin ixtisarı qadağandır. Həmin proqramın 4.3-cü bəndinə görə dövlət müəssisələri özəlləşdirilərkən həmin müəssisələrdə çalışan işçilərin hüquqları və onların sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir. 4.2.2. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin 15%-i və ya kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start) qiymətinin 15%-i, digər səhmlərin və hissələrin satışı üsulundan asılı olmayaraq, işçilərə birbaşa güzəştli satışa yönəldilir. 4.2.3. Dövlət əmlakının (səhmlərin və ya hissələrin) güzəştli satışı həmin əmlakın özəlləşdirmə çeklərinə dəyişdirilməsini nəzərdə tutur. 4.2.4. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin işçilərə güzəştli satışı aşağıdakı qaydada həyata keçirilir: müəssisənin özəlləşdirilmə komissiyası tərəfindən səhmləri satın almaq hüquqi olan şəxslərin tam siyahısı tərtib edilir; işçilərin hər birinin özəlləşdirmə komissiyasına təqdim edəcəkləri özəlləşdirmə çeklərinin sayı müəyyənləşdirilir. Bu məqsədlə son 2 çek hərracında satılmış dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə bir özəlləşdirmə çekinin qiyməti müəyyən edilir. Güzəştli satışa çıxarılmış səhmlərin məcmu nominal dəyərini bir çekin qiymətinə bölməklə hər bir işçinin bərabər sayda təqdim edəcəkləri çeklərin sayı müəyyən edilir. Hesablamalar zamanı yuvarlaqlaşdırmalar ümumi qaydada həyata keçirilir. Özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin güzəştli satışa çıxarılmış səhmlərinin sayı güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir. Güzəştli satışda iştirak edən hər bir şəxs almaq istədiyi sayda səhmlərin nominal dəyərinin 30% güzəşt edilmiş məbləği həcmində ödəniş edir. Həmin məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir. Mülki Məcəllənin 416.1-ci maddəsi müəyyən edir ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (Maddə 416.2.) Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.(Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi). İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən Yardımlı rayonu Pirembel kəndində yerləşən Pirembel kənd klubunda müdir vəzifəsində işləmişdir. Yardımlı rayonu Pirembel kəndində yerləşən Pirembel kənd klubu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixində keçirilmiş hərrac zamanı özəlləşdirilərək, hərracın qalibi X1. Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərracın qalibi X7 arasında xx.xx.2019-cu il tarixli, 4328 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən reyestrdən elektron çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli əmrlə Həsənov X4 klubu müdiri vəzifəsindən AR Əmək Məcəlləsinin 70 “a” maddəsinə əsasən müəssisə ləğv olunduğu üçün azad edilmişdir. Həmin klubun özəlləşdirilməsi proseduru barədə iddiaçıya məlumatın verilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegıya hesab edir ki, Pirembel kənd klubunun özəlləşdirilməsi ilə bağlı iddiaçıya məlumat verilməsi təsdiq olunmadığından, xx.xx.2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət olunmadığından, iddiaçıya hərracın keçirilməsi barədə məlumat bildiriş fomasında göndərilmədiyindən,iddia tələbinı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1269/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1269/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver