Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-127/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahvedi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 6, 133 saylı mənzildən Cavabdeh və üçüncü şəxslərin, onlara aid olan əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh ona məxsus əşyalarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 6, 133 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh iddiaçının oğlu Vidadi Həsənovla 2009-cu ildə faktiki nikah münasibətlərinə daxil olmuş və 2019-cu il tarixədək birlikdə ərarvad kimi Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 6, 133 saylı mənzildə yaşamışlar. Vidadinin işləri ilə əlaqədar müəyyən müddətdən bir Ukrayna Respublikasına getməli olsalar da, əsas yaşayış yerləri qeyd edilən ünvan olmuşdur. Bu nikahdan xx.xx.2010-cü il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X8 və X9 adlı uşaqları doğulmuş və həmin vaxtdan mübahisəli mənzildə böyümüşlər. Bu fakt Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 102 saylı MKİs-nin xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiqlənir. Həmçinin, Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdən verilmiş arayışdan da görünür ki, uşaqların hər üçü həmin mənzilə ən yaxın məktəbdə təhsil almaqdadırlar. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə qonşular – Zeynalov Rasim, Mehtibəyli Lilya və Allahverdiyeva Fəridə tərtib etdikləri aktla da cavabdehin həmin mənzildə 10 ildir yaşaması təsdiq olunur. Bu günədək sözügedən ünvanda yaşamaları ilə bağlı heç kim etiraz etməmiş, cavabdeh orada Vidadi ilə birgə təsərrüfat aparmaqla 2009-cu ildən yaşamağa başlamış və hazırda da yaşamaqdadır. Eyni zamanda, mübahisəli mənzil xx.xx.2019-cu il tarixədək Vidadinin mülkiyyətində olmuş, lakin adı çəkilən məhkəmə mübahisəsinin gedişində o, mənzili anasının mülkiyyətinə vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehi və vəkilini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli və qətnamə mübahisələnidirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 6, 133 saylı mənzil xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********97 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 6, 133 saylı mənzil Binəqədi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin yaşayış fondunda olan mənzillərin əvəzsiz verilməsi barədə xx.xx.1994-cü il tarixli müqaviləyə və Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 662 saylı sərəncamına əsasən xx.xx.1995-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. 11 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə/1-144 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. 44 saylı DNK-nın xx.xx.2005-ci il tarixli 4- Ə-2-304 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak xx.xx.2005-ci il tarixində X4 adına qeydiyyatdan keçmişdir. 44 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-9 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Cavabdeh 2009-cu ildə iddiaçının oğlu X10 faktiki nikah münasibətlərinə daxil olaraq, onunla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 6, 133 saylı mənzildə yaşamağa başlamışdır. Bu nikahdan xx.xx.2010-cü ildə X11, xx.xx.2012-ci ildə X8 və X9 adlı uşaqları doğulmuşdur. Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 51 nömrəli arayışından görünür ki, Cavabdeh göstərilən ünvanında qeydiyyatsız yaşayır. X10 isə pasport qeydiyyatındadır və yaşayır. Hazırda iddiaçı, mülkiyyət hüququnun məhdudlaşdırıldığını bildirərək, cavabdehin və ona məxsus əşyaların Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 6, 133 saylı mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə, 2009-cu ildə idddiaçının oğlu ilə nikaha daxil olaraq həmin vaxtdan orada yaşadığını və birgə təsərrüfat apardığını bildirərək, iddiaya etiraz edir. Kollegiya vurğulayır ki, hazırkı iş üzrə İddiaçı, Cavabdeh mənzildən çıxarılması barədə iddia tələbinin düzgün həlli, ilk növbədə Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsindən asılıdır. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə işin icraatı Binəqədi Rayon Məhkəməsinin icraatında olan Cavabdeh X5 və İddiaçı qarşı iddia ərizəsinə dair 2(001)- 5916/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Həmin iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh iddia tələbi qismən təmin edilərək, xx.xx.2010-cü il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X8 və X9 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 6, 133 saylı mənzilə istifadə hüquqlarının tanınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh mübahisə predmeti olan mənzilə istifadə hüququnun olmaması qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Odur ki, həmin hal tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə olan halda, Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin və ona məxsus əşyaların çıxarılması tələbini irəli sürməkdə haqlıdır. Belə ki, həmin tələb mülkiyyətin müdafiəsini təmin edən MM-in 157.2-ci və maddəsinə söykənir. Həmin maddəyə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. İddianın bu əsasla haqlı sayılması üçün iş üzrə hər üç dispozisiya şərtinin müəyyən edilməsi zəruridir. Qeyd edilən şərtlərdən hər hansı birinin mövcud olmaması bu normaya söykənən tələbin rədd edilməsi üçün əsasdır. Həmin halları sübuta yetirmək isə iddiaçının vəzifəsidir. Baxılan işdə mübahisəli mənzilin iddiaçıya məxsus olmaqla cavabdehin qanunsuz sahibliyində olması işdə olan sənədlərlə təsdiqlənir. Göründüyü kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən iddianın mübahisələndirilən hissədə təmin edilməsi qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3611/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-127/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-127/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver