Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-127/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndələri Vəkil1, X2, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(006)- 246/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 92 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 92 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin mənzili zəbt etmiş və iddiaçının tələbinə baxmayaraq, mənzili boşaltmaqdan imtina edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(006)-246/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən yalnız məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad etmiş, həmin rəyi digər sübutlarla birlikdə qiymətləndirməmiş, təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. Ekspert həmin rəyində 92 saylı mənzilin texniki pasportunun işə əlavə olunmadığını göstərsə də, texniki pasport faktiki olaraq iş materiallarında olmuşdur. Bundan əvvəl həmin mənzilin mülkiyyətçisi olmuş X4 iddiası əsasında işə baxmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2010-cu il tarixli qətnaməsi ilə Gözəl Babayevanın iddiası təmin edilmiş, mənzili zəbt etmiş X1 və X5 həmin mənzildən çıxarılması qət olunmuşdur. Məhkəmə bu halları nəzərə almamış, qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya icraatı gedən dövrdə Cavabdeh1 vəfat etdiyindən, prosessual hüquqi varisləri olan X6 və Cavabdeh2 ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2(103)-438/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(102)-4093/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2(103)-438/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən, ümumi sahəsi 26,7 kv.m olan 92 saylı ev Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən 31 may 2016-cı ildə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin evə dair verilmiş texniki pasport iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən, ümumi sahəsi 22,6 kv.m olan 96 saylı qeyri-yaşayış sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən 27 may 2014-cü ildə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasport iş materiallarına əlavə edilmişdir. Cavabdeh1 14 may 2019-cu ildə vəfat etmiş, X6 və Cavabdeh2 onun vərəsələri qismində tanınmışdır. Cavabdeh1 miras qalmış Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən 96 saylı qeyri-yaşayış sahəsi üzərində vərəsələrin ½ hissədə payları müəyyən edilmiş, Sahib Hüseynov miras əmlakdakı payını Cavabdeh2 bağışlamış, həmin qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 07 dekabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tkinti-texniki ekspertizasının 04 fevral 2019-cu il tarixli 24695 nömrəli rəyinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən 96 saylı qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Əlibəy Hüseynzadə küçəsi tərəfdən, Nəsimi rayonu Rəsul Rza küçəsində 92 saylı yaşayış evinin yerləşdiyi sahəyə isə giriş-çıxış yolunun Rəsul Rza küçəsi tərəfdən olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasport təqdim edilmədiyindən və eləcə də Rəsul Rza küçəsi 92 saylı yaşayış evi üzrə tərtib olunmuş texniki pasportda göstərilən tikililərin texniki parametrləri 96 saylı qeyri-yaşayış sahəsində yerləşən tikililərə uyğun olmadığından, 92 saylı yaşayış evinin hər hansı otağının 96 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə birləşdirilibbirləşdirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayonu, 92 saylı yaşayış evinin tikililəri baxış zamanı yerində müəyyən olunmadığından, eləcə də 96 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasport təqdim edilmədiyindən, həmin tikililərin hazırkı vəziyyətinin hər birinin ayrı-ayrılıqda texniki pasportuna uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təkrar apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin еdilmişdir. Təkrar məhkəmə tikinti-texniki еkspеrtizаsının 09 mart 2022-ci il tarixli 10/5228 saylı rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun həmin mənzilə dair tərtib olunmuş texniki pasportun situasiya planına və faktiki vəziyyətə əsasən Əlibəy Hüseynzadə küçəsi tərəfdən, Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı yaşayış evinin yerləşdiyi sahəyə isə giriş-çıxış yolunun Rəsul Rza küçəsi tərəfdən olduğu müəyyən edilmiş, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində (faktiki yaşayış sahəsi olaraq istifadə olunur) mülkiyyətə verilmiş 22,6 m2 sahədən əlavə sahənin istifadə edildiyi (faktiki 68,9 m2) müəyyən olunmuş, lakin Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda situasiya planı olmadığına və sənəd üzrə 92 saylı yaşayış evinin tikililərinin texniki pasport üzrə yerləşməsinin, sahəsinin ölçülərinin faktiki təqdim olunmuş yaşayış evinin texniki parametrlərinə uyğun olmadığına görə, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 92 saylı evdən hər hansı bir otağın ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə birləşdirilib-birləşdirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayonu, 92 saylı yaşayış evinin tikililəri baxış zamanı yerində müəyyən olunmadığına görə, həmin tikilinin texniki pasporta uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. ünvan 2 qeyri-yaşayış sahəsinə dair texniki pasport ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, faktiki vəziyyətdə 96 saylı qeyri-yaşayış sahəsi yaşayış sahəsi olaraq istifadə olunmaqla, texniki pasportda qeyd olunan 5 nömrəli sanitar qovşaq sökülmüş, eləcə də mülkiyyət sənədi üzrə 22,6 m2 olan qeyri-yaşayış sahəsi faktiki olaraq 68,9 m2-dir. Məhkəmə tərəfindən mübahisəli sahəyə yerində baxış keçirilərkən təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunanlar təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, təkrar apellyasiya baxışı zamanı da iddiaçının mülkiyyətində olan mənzilin cavabdehlər tərəfindən zəbt olunması müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf mülkiyyətində olan mənzilin cavabdehlər tərəfindən zəbt olunmasını sübuta yetirə bilməmişdir. Ekspertiza tədqiqatı zamanı Bakı şəhəri Nəsimi rayonu, 92 saylı yaşayış evinin tikililəri baxış zamanı yerində müəyyən olunmamışdır. Bundan əvvəl həmin mənzilin mülkiyyətçisi olmuş X4 iddiası əsasında işə baxmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2010-cu il tarixli qətnaməsi ilə Gözəl Babayevanın iddiasının təmin edilərək mənzili zəbt etmiş X1 və X5 həmin mənzildən çıxarılması barədə qüvvədə olan məhkəmə qərarının olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir və hazırkı iş üzrə yeni cavabdehlərin yeni iddiaçıya məxsus eyni mənzili zəbt etmələri barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(006)- 246/2019 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edildiyindən, birinci instansiya məhkəməsi iş üzrə ödənilmiş dövlət rüsumunu iddiaçıya aid etməklə və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pulun iddiaçıdan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 manat pul iddiaçıya aid edilməli, təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pul iddiaçıdan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(006)-246/2019 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pul iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-127/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-127/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver